GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bakıda sürücülərin “qəzəb günü” yetişir

Bakıda sürücülərin “qəzəb günü” yetişir

Tarix: 10-02-2013, 11:27 Bölmə :Manşet Baxış: 756
Bakıda sürücülərin “qəzəb günü” yetişir

Ziya Məmmədov və müfəttişlərinin özbaşınalıqlarından
bezən sürücülər etirazlara hazırlaşır


Azərbaycan neft burulğanına oxşayır. Ölkə seçki ilinin ilk aylarından çalxalanır. Rezin güllələr işə düşüb, gözyaşardıcı qazlar havaya buraxılıb, atəş və inqilabın tappıltı səsləri eşidilir. Etirazlarda isə sosial tələblər siyasi şüarları əvəzləyəndə hakimiyyətlər lərzəyə gəlir, təşvişə düşür, həyəcan təbili çalmağa başlayır.
Azərbaycan hökuməti də bu tarixi təcrübəyə əsaslanıb “Binə” və İsmayıllı hadisələrində geniş miqyaslı repressiyalar həyata keçirməklə müvəqqəti sosial etirazların qarşısını ala bildi. Hələlik əyalətlərdə gözlənilən üsyanların yatızdırılması prosesi gedir. İqtidar xalqla hesablaşır, icra başçıları insanların ayağına gedir, şikayətlər dinlənilir - İsmayıllı təkrarlanmasın deyə.
Ancaq narazı kütlələrin ən qəzəbli təbəqəsi sürücülərdir ki, nəqliyyat naziri Ziya Məmmədov nəinki onları dinləmir, ümumiyyətlə saymır.
Nazirin özbaşınalıqları, müfəttişlərinin sürücülərə qan uddurması ölkədə böyük bir “sürücü qiyamı” yetişdirir. Üsyanlar olmayana qədər arxayın şəkildə hərəkət edən despotlar günün birində yüz minlərin onun üstünə gəldiyini görəndə reallıq hissini itirmiş olduqlarını görürlər. Nəqliyyat naziri də reallıq hissini itirmiş oliqarx-məmurlardan biridir.
Onun sürücülərə zülm etməsi, taksi və avtobus şoferlərini incitməsi “Binə” bazarının sahibi Kəbirə Məmmədovanın hərəkətlərini xatırladır. K.Məmmədova da sahibkarlardan qeyri-qanuni pullar yığdırır, yer haqlarını artırır, ticarətçiləri müflisləşdirirdi. Z.Məmmədov da sürücülərin “qəzəb günü”nə hazırlaşdırır. Nəqliyyat sistemində çalışan bütün sürücülər aksiyalar keçirmək barədə məsləhətləşmələr aparır. Marşrut avtobusları, “London taksiləri” və eləcə də fərdi taksilərin sürücüləri Nəqliyyat Nazirliyinin qarşısında mitinqlər keçirmək istəyir.
Yada salaq ki, “Eurovision” keçirilən ərəfədə paytaxtda sürücü etirazları baş qaldırmışdı. Sürücü tətilləri bir neçə gün davam etdi. İndi yenidən sürücülər arasında aksiyalar barədə müzakirələr gedir. Onlar gündəlik planın artırılmasından, nəqliyyat müfəttişlərinin özbaşınalıqlarından beziblər.
Əldə etdiyimiz son xəbərə görə, aksiyaları körükləyən qüvvələr olacaq. Nəqliyyat nazirini gözdən salmaq və Prezident Administrasiyasında nüfuzuna xələl yetirmək üçün aksiyalara dəstək veriləcək. Məqsəd şəhərdə bir neçə gün nazir əleyhinə aksiyalar keçirilməsinə nail olmaqdır.
Odur ki, fevral-mart aylarından birində sürücü tətillərinin şahidi olacağıq. Aksiyalarda “London taksiləri” sürücüləri və nazirlik tərəfindən bağlanmış marşrut xətlərində çalışan avtobus şoferləri daha çox iştirak edəcək.
Hakimiyyət daxilində etirazların səngiməməsi üçün çalışan qruplaşmalar var və tezliklə növbəti mitinqlərin NN önündə təşkil olunması planlaşdırılır. Üstəlik, nəqliyyat sektorunda işləyənlərin narazı olduğu hər kəsə məlumdur, onların şikayətləri haqlıdır. “Gündəm-xəbər”ə danışan bir qrup sürücü bəyan edir ki, hökumət aksiyalarda öz maraqlarını güdür:
“Həbslər aparır, ölkədəki gərginliyi yatırır, insanların gözünü qorxudur, mübarizənin səmərəsizliyini təbliğ edən nümunələr qoyur. Ancaq bu məqamlar əsas vermir ki, əl-qolumuzu sallayıb etirazlarımızı bildirməyək. Çünki seçki ilidir və tələblərimiz yerinə yetirilməsə bundan sonra daha çətin olacaq. Nazirlik istədiyi əmri verəcək və zərər çəkən tərəf sürücülər olacaq. Ona görə mitinqlərə qərar vermişik. İndi başlamaq düzgün deyil. Bütün sürücülər xəbərdar olandan sonra gücümüzü göstərəcəyik”.
“London taksiləri” sürücüləri də gündəlik planı ödəyə bilmədiklərini, maaşın azlığını, hətta yanacaq pulunu özləri ödədiklərini söyləyirlər. Bu taksilərdə işləyən sürücülərin problemi barədə dəfələrlə yazılsa da, həllini tapmayıb.
Ona görə çarəsiz qalan “London” şoferləri aksiyalara qoşulacaq. Sürücülərin bir tələbi də ləğv olunan marşrut xətlərinin yenidən bərpası olacaq. Çünki 58, 19, 34, 72, 114, 117, 178, 174, 27, 41 və 63 saylı marşrutlar ləğv olunub. 23, 104, 106, 192, 78, 89, 155, 38, 194, 66, 176, 138, 174, 56 və 168 saylı marşrutları da sıradan çıxarılır.
Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin yeni vəzifəsi nə olacaq?

    Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin ...

    17-08-2015, 16:18

  • 
  • Ziya Məmmədov qardaşını işdən çıxardı

    Ziya Məmmədov qardaşını işdən çıxardı ...

    5-02-2014, 14:58

  • 
  • Ziya Məmmədova qarşı 20 məhkəmə hökmü

    Ziya Məmmədova qarşı 20 məhkəmə hökmü ...

    13-05-2014, 10:35

  • 
  • Ziya Məmmədov tarana gedir

    Ziya Məmmədov tarana gedir ...

    6-05-2014, 09:31

  • 
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu