Nəqliyyat naziri dəryada nəhənglərin tilovuna düşüb, vaxt onun əleyhinə dövr edir
Nəqliyyat naziri Ziya Məmmədov yaxasını qurtara bildimi? Bu sual indi hamını maraqlandırır. Nazir ona qarşı aqressiv və total şəkildə hücuma keçmiş rəqiblərinin qarşısında duruş gətirməyə çalışır. Fəqət, vaxt onun xeyrinə dövr eləmir. Məmmədovun qardaşı övladlarının avtoxuliqanlıq hərəkətləri, ardından digər kompromatların yayılması naziri çıxılmaz duruma salıb. Nazir dəryadakı nəhənglərin tilovuna düşüb. Bunu məqsədli şəkildə həyata keçirildiyi göz qabağındadır. Prezidentin Ağdaşda ona irad tutması isə onu ciddi surətdə düşünməyə vadar edib. Nazir bilir ki, təlaş keçirmək üçün əsaslar var. Ona Fərhad Əliyevin aqibətini yaşada bilərlər. Mənbə deyir ki, tərəflər arasında baş qaldırmış savaşın əsas pik dövrü bundan sonraya təsadüf edəcək. Amma buna qədər nəqliyyat nazirinin “yaralarını sarıması” lazımdır. Ki, bunun üçün də bəzi addımlar atılır. Ancaq atılan addımlar olduqca bəsitdir və bu vurulan zərbənin törətdiyi “fəsad”ları aradan qaldırmaq gücündə deyil. Məsələn, Ziya Məmmədov adı avtoşluq məsələsində hallanan qardaşı oğlu Aynar Məmmədova hansısa 5-ci dərəcəli təşkilatın əliylə mükafat verdirir. Ziya Məmmədov o qədər aciz duruma düşüb ki, oğlu Anar Məmmədovun da “çulunu sudan çıxara” bilmir. Və onunla bağlı apardıqları təbliğat isə lap gülməlidir. Belə ki, üzərində hücuma keçilmiş bu şəxsin Azərbaycanda qolf yarışları keçirdiyi xəbəri dövriyyəyə buraxılır. Burada iki əsas məqam diqqəti çəkir. Birincisi, Ziya Məmmədov həqiqətən çıxılmaz vəziyyətə düşüb və nə edəcəyini bilmir. İkincisi isə nəqliyyat naziri elə zənn edir ki, idman, mükafat verilməsi xəbərləri isə yaranmış vəziyyəti düzəltmək mümkün olacaq. Qaynağımız qeyd edir ki, Məmmədovlar üçün ən ağır dönəm yaşanır. Bunu keçid dövrü saymaq istəsələr belə, ağrılı mərhələdir. Hakimiyyətin digər qanadında olanlar Məmmədovların budaqlarını silkələyir. Media gücü daha çox olan, maliyyə resursları heç də Ziya Məmmədovdan az olmayan məmurlar ona qarşı birləşiblər. Sıxışdırılmış vəziyyətə düşən nəqliyyat naziri durumu öz xeyrinə dəyişmək üçün cəhdlərə baş vursa da, hələlik istədiyi effekti ala bilmir. Eyni zamanda, Ziya Məmmədov özü üçün ikinci cəbhəni də açıb. Ötən günlərdə mətbuatda “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanovla bağlı yayılmış məlumatlar heç də səbəbsiz olmayıb. Qərara alınıb ki, parlament seçkilərinə qədər Məmmədovlar klanı sistemdən uzaqlaşdırılsın. [b]Rafiq Qara[/b]
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?