GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » ARİFOĞLU – ÇOBANOĞLU “DÖYÜŞÜ”… – Sərt “atışma”

ARİFOĞLU – ÇOBANOĞLU “DÖYÜŞÜ”… – Sərt “atışma”

Tarix: 27-06-2015, 06:17 Bölmə :Manşet Baxış: 0
ARİFOĞLU – ÇOBANOĞLU “DÖYÜŞÜ”… – Sərt “atışma”

Milli Şuranın sədri Cəmil Həsənli ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında “şiddətli söz atışmasına” tanınmış jurnalist Şahvələd Çobanoğlu da qoşulub.

Bu gün Azadlıq.info sayında yayımlanan “Həbsdəki qadını şərləməklə iftar süfrəsi açan Rauf” adlı yazısında, Ş.Çobanoğlu Rauf Arifoğlunu hakimiyyətlə işbirliyində, “xəyanət” və “dələduzluqda” ittiham edib. Məqalədən sitat:

“Bu adam Cəmil Həsənlini ittiham etdi ki, həbsdə olarkən qətldə şərlənən Fərhad Əliyevin müdafiəsi üçün qəzetlərə pul paylayıb. Cəmil bəyi şərlənərək həbsə atılan adamın müdafiəsində iştiraka görə ittiham edənsə həbsdə olanları şərləməklə məşğul olur və buna görə iftar süfrəsi açdığı pulları qazanır. Tək Xədicə deyil ki… Adnanla Emini xarici kəşfiyyata bağlamamışdımı həbs olunduqları zaman?! “Qrant yeyənlər” ittihamını da bu adam başlamadımı?
Aydındır ki, Cəmil bəyə qəzəbləri sonsuzdur. Onu təkcə tapşırığa görə vurmurlar. Müstəqil və müxalif libası ilə rol oynaya bilmədiklərinə görədir həm də bu. Çünki Cəmil bəyin önə çıxması bunların oyununu pozdu. Cəmil bəyin önə çıxması ilə Rauf Arifoğlunun müdafiəsi üçün hər şeyə gedən İsa Qəmbərin cəlbediciliyi itdi, Pənah Hüseynin rolu bitdi. Cəmil bəy heç vaxt liderliyə can atmamışdı, amma bəlli oldu ki, bir işi üzərinə götürürsə, onu imitasiya etmir, elə ürəkdən yerinə yetirir ki, nə vaxtsa camaat meydana çıxanda onun evdə oturmayacağına inanmağa başladı adamlar. Adamlar inandı ki, bu adam öhdəsinə götürdüyü iş üçün çox şeydən keçər, hətta Rauf Arifoğlu kimilərindən gələn xeyirdən də!
Erməniyə ən böyük xidmət bilirsinizmi nədir? Ölkəni talayan, geri və zəif salan hakimiyyətə xidmət etmək!
Putinə arxalanmaq bilirsinizmi nədir? Putinə arxalanıb dünyaya meydan oxuya-oxuya Azərbaycan xalqını əzən bir hakimiyyətə qulluq etmək!
Azərbaycana xəyanət bilirsinizmi nədir? Həqiqətə xəyanət etmək! Hərçənd bunu dərk etmək üçün gərək ayrı bir ürəyin, ayrı bir qafan olsun!
Ən böyük dələduzluq bilirsinizmi nədir? Namuslu, fədakar müsavatçıları şəxsi maraqların üçün istifadə etmək!
Xədicəyə gəldikdə isə, o artıq qalibdir! Ona atdığınız böhtanlar isə özünüzü ifşa edir və bununla cinayət etmiş sayılırsınız.”

ARİFOĞLU – ÇOBANOĞLU “DÖYÜŞÜ”… – Sərt “atışma”

Rauf Arifoğlunun cavabı özünü çox gözlətməyib və sərt olub. Baş redaktor “Palçıq Vedrəsinə və onu üstümüzə fırladan ƏLə demək istəmədiklərim” adlı cavabında yazır:

Bir zaman, çoxdanıncı illərdə ona hörmətim olub. İstedadı vardı, yaxşı qəzetçi olacağına ümid bəsləyirdim.

Arxamca hər iş çevirdiyini, məni hər fürsətdə qaraladığını, çevrəsini və bəzən özünü qazlayıb, üstümə yönləndirdiyini də bilirdim. Həsədçidir, özündən öndə olanı sevmir; onu keçməyin yeganə yolunu itələməkdə, ya da badalaq vurmaqda görür…
Bütün bunlara da bir gəncliyini həsr etdi və ortada heç bir nəticə qalmadı. Harada oldusa, haraya “günaydın” dedisə, açıq ya da gizli hədəfində mən oldum.
İndi ondan heç nə qalmayıb. Heç kimdi. Hətta adını çəkib, şərəfləndirməyə belə dəyməz. Əli Kərimlinin Palçıq Vedrəsi deyəlim. Hörmətli Cəbhə sədri onu daim əlinin altında tutar. Zəif düşdümü, sosial şəbəkədəkı qaraçı dəstəsinin həşirlərinə baxmayaraq, uduzduğunu bildimi, dərhal Palçıq Vedrəsini alar əlinə, onun içini siyasətdəki opponentlərinə doğru fırladar, mühiti daha da korlayar.
Bir ara bizim Palçıq Vedrəsi xüsusi xidmətlərlə də əməkdaşlıq etdi; casus oldu; dostlarını və müdirini satdı; buna vadardı, ilişmişdi, yoxsa tutulacaqdı. O, daha asanını seçdi. Çox istedadlı adam satması var. Həm satır, yanındakıları tutdurur, “gizli tanıqlıq” yapır; həm də quruda qalır. Üstəlik, ona qəhrəmanı oynamağa da imkan verirlər.
Ona təkcə imkan yox, arada xidmətlərinə görə pay-püş də verirlər. O da bunlarla başını saxlayır…
Oğurlamağa öyrəşib. Həyatının ən maraqlı oğurluğu da amerikalılara buraxdığı qəzetin büdcəsini yeməsi olub. Allahı pək sevməz, dinsizdi. Lakin iman əhlini palçıqlamaq lazım gələndə, dini ifadələri də istedadla qullanar…
Deyir ki, Rauf Xədicəyə şər atıb, indi də bu işinə görə aldığı para ilə iftar süfrəsi qurur… Başqa şeylər də deyir, yazır, palçıq, çirkab mahiyyətli…
Xədicəni heç sevməm. Lakin hər çətin anında ona dəstək olmuşam. Məlum kaset olayı ortaya çıxanda, bu Paçıq Vedrəsi özü zəng edib, dəstək istədi: “Qardaşına veriblər kaseti, balta ilə öldürmək istəyirdi bacısını, mən qoymadım, sakitləşdirdim, ona dəstək olalım”, dedi.
Olduq. Lakin bir az toxdayan kimi, yenə üstümüzə gəldilər. Öz dostları şərləmişdi; Palçıq Vedrəsi də o “kruq”da fırlanırdı…
Həbsi zamanı da o xanımı şərləyənlərin qarşısına bizim qəzet çıxdı. Xədicəni müdafiəyə görə iki əməkdaşımız Baş Prokurorluğa çağırıldı; mənim özümə hədə qorxu gəldilər; lakin həbsdəki xanımın arxasından çəkilmədik. Hansı ki, o xanım da, gəncliyindən başlayaraq, ömrünün əhəmiyyətli bir qismini mənə və rəhbərlik etdiyim qəzetə həsr edib. Xədicə və bizim Palçıq Vedrəsi mən təkbaşına bu iqtidarla savaşanda, bütün müxalifətin yükünü götürəndə, iqtidardan maliyyələşən qəzetlərdə məni hədəfə alırdılar…
Bunlar çoxdan olub. Onların mənimlə davalarının da tarixi xeyli var; lakin bu, heç zaman mənim davam olmayıb. Olmayacaq da.
İndi Palçıq Vedrəsi deyir ki, həbsdə olan qadını şərləyirəm. Yəni Xədicəni. Və bununla da çörək qazanıb, iftar açıram.
Azadlıq Radiosunun əməkdaşlarından birinin verdiyi və doğruluğu yoxlandığı məlumatı dərc etmişik. Onu kim təkzib edir-etsin, mən gerçək olduğuna əminəm. Əmin olduğum müddətdə də həmin xəbəri dəstəkləyəcəm. Orada çox mühüm məqamlar yer alıb. Bu barədə hələ yazacağıq.
Günün 17-18 saatını işləyirəm. Redaksiyada ən azı, 4-5 ştatın işini görürəm. Ölkənin ən çox oxunan qəzet və saytlarını qurmuşam. Özümə də, onlarla insana da iş yeri yaratmışam. Hər gün saytlar və qəzetimiz bir yerdə, 100 mindən yuxarı auditoriyaya xitab edirik. İftarımı da, həyatımı da, maddi-mənəvi nəyim varsa, hamısını bu zəhmətin hesabına əldə etmişəm. Bir də gözəl, sadiq, 20-25 illik tarixə malik yaxın dostlarımın dəstəyi ilə. Hansılar ki, çox geniş bir arealda – Türkiyədə, Avropada, Rusiyada, Avstraliyada, Amerikada yaşayır və fəaliyyət göstərirlər.
Və ən əsası, inandığım Allahın sayəsində dim-dik ayaqdayam, yorulmadan, usanmadan çalışıram.
Mənim tozuma belə yetişməyənlər hər zaman məni qaralayıblar. Həsəd, paxıllıq, nifrin. Allah belələrinə şəfa versin.
Arada bir Kərimlinin qaraçı dəstəsi iddia edir ha, satılmışam. Məndə kimsəyə aid satılıq bir şey yoxdur, axı. Nəyim varsa, özümə məxsusdur, özəldir. Mən kimi və nəyi sataraq, satqın ola bilərəm ki? Partiya lideri deyiləm, təriqət şeyxi deyiləm, dövləti-milləti təmsil etmirəm. Təmsil etdiyim 1 qəzet və 3 saytdır. Orada da xəbər satıb, tiraj toplamaq, reklam etmək, əyləndirmək və düşündürmək kimi klassik qəzetçi funksiyaları ilə məşğulam. Açıq fəaliyyətlə. Bu işi də özüm bildiyim kimi, özümə və qəzetimə sərf edən tərzdə qurmaq haqqına sahibəm. İstəməyən, oxumayacaq. Lakin bəzi tərbiyəsizlər deyir ki, istəmirəm, amma oxuyuram, buna görə də mən necə istəyirəm elə yaz.
Satqınlıq budur ki, erməniyə dost deyəsən, “erməni xalqının günahı yoxdur”, yazasan. Necə ki, bu Palçıq Vedrəsinin dəstəklədiyi Milli Şuranın fəxri sədri dedi. İndiki sədri Cəmil Həsənli də ona dəstək mətni yazdı . Buyurun buradan oxuyun:
http://musavat.com/news/son-xeber/cemil-hesenli-ozunu-biabir-etdi-rustem-duz-deyir_274321.html#.VYiTD1YB5hk.facebook
Sənə sual verirəm, əziz oxucu: “Krım Rusiyanındır ” demək Ukrayna demokratlarını satmaqdır, ya deyil? Bütün demokratiya paytaxtları deyir ki, Krım Rusiya tərəfindən işğal olunub. Biz deyirik ki, Krım tarixi türk torpağıdır, lakin indi Ukraynanındır! RÜSTƏM İbrahimbəyov və Cəmil Həsənli deyirlər və yazırlar ki, Krım Rusiyaya məxsusdur!!! Bu mövqe Ukrayna demokratlarını arxadan bıçaqlamaq deyilmi? Azərbaycanı da biabır etmək deyilmi? Bir bu müsahibəyə diqqət edin:

http://minval.az/news/85753/
Bununla da Rusiya ilə həm də Azərbaycan uğrunda savaşan və övladlarını şəhid verən Ukrayna xalqını, demokratiyanın prinsiplərini, Dağlıq Qarabağdakı mənafelərimizi satmış olurlar! Mənim günlərdir dediyim budur. Krımın işğalına haqq qazandırmaq Qarabağın işğalına haqq qazandırmaqdır! İndi Ukraynada fəaliyyət göstərən partiyalardan birinin lideri qalxıb desə ki, Dağlıq Qarabağ ermənilərə məxsusdur, biləsiniz ki, bu da Milli Şura təmsilçilərinin “xidməti” olacaq.
Belələrinə və onların Palçıq Vedrəsinə əhəmiyyət verməmək də olardı. Zatən, insanlarımız onsuz da müxalifət daxilindəki qarşılıqlı ittihamlardan və intriqalardan bezib, iyrənib. Görünür, biz bundan belə onları iqnor siyasəti seçəcəyik. Lakin bu çirkab dəstəsinin, palçıq vedrələrinin, siyasi tualetin “xozeyni” olan Əli Kərimliyə xəbərdarlığım var. Görürsən ki, əlimi sənə qatmıram. Ortada xətir – hörməti olan bir dostuma sözüm var. Bundan çox sui-istifadə edirsən.
Sonra demədi, demə…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Xədicə İsmayılla Rauf Arifoğlu arasında “atışma”

    Xədicə İsmayılla Rauf Arifoğlu arasında “atışma” ...

    24-11-2013, 16:15

  • 
  • Cəmil Həsənli mühafizədən imtina etdi

    Cəmil Həsənli mühafizədən imtina etdi ...

    28-12-2013, 13:01

  • 
  • Steynar Gil Rauf Arifoğlunu məzəmmət etdi...

    Steynar Gil Rauf Arifoğlunu məzəmmət etdi... ...

    22-07-2015, 13:12

  • 
  • Cəmil Həsənli Fərhad Əliyevlə əlaqəsindən danışdı

    Cəmil Həsənli Fərhad Əliyevlə əlaqəsindən danışdı ...

    21-01-2014, 17:28

  • 
  • Cəmil Həsənli və qızı istintaqa çağırıldı

    Cəmil Həsənli və qızı istintaqa çağırıldı ...

    3-10-2014, 16:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu