GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əkbər Hacıyevin idarəsində müdhiş özbaşınalıq

Əkbər Hacıyevin idarəsində müdhiş özbaşınalıq

Tarix: 1-07-2015, 06:36 Bölmə :Manşet Baxış: 0
Əkbər Hacıyevin idarəsində müdhiş özbaşınalıq

Rayonun külli miqdarda var-dövlətini mənimsəyən, hər ay milyonlarla qazanc əldə edən vəzifə sahiblərinə, nədənsə “qaşın üstə qara var” deyən tapılmır

Məlum olduğu kimi, bu gün də Azərbaycanın əksər bölgələrində məmur özbaşınalıqları davam etməkdədir. Buna səbəb, mərkəzdə oturan məmurların yerlərdəki vəzifə sahiblərini müdafiə etmələridir. Ona görə də, regionlardan gündəlik məmur özbaşınalıqları barədə məlumatlar sızmaqdadır. Belə rayonlardan biri, bəlkə də lap birincisi Gədəbəy rayonudur. Üç il bundan öncə Gədəbəy rayonuna yeni icra başçısı təyin olunmuş Ramiz Yediyarov, hal-hazırda rayonun idarə və müəssisələrini sanki özəlləşdirmiş və özünün bir növ “ticarət obyekti”nə də çevirmişdir. Demək olar ki, Gədəbəy rayonunda müəssisə rəhbərlərindən hər biri ancaq bir şey haqqında fikirləşir, rüşvəti toplamalı və onun yarıdan çox hissəsini Ramiz Yediyarova çatdırmalıyıq ki, daşıdığımız vəzifədə qalıb işləyə bilək. Bu cür düşünən, belə bir əqidəyə xidmət edən təşkilatlardan biri də, “Azəriqaz” İstehsalat Birliyi Gədəbəy rayon Qaz İstismar İdarəsinin rəhbərliyidir. Adı çəkilən idarənin rəisi Məzahir Hüseynov, daşdan “pul çıxartmağı” məharətlə bacaran vəzifə sahibidir. Çünki, o, Ramiz Yediyarovdan vaxtilə “dərs” aldığından, bu gün də onun yolunu davam etdirməkdədir. Elə bu səbəbdəndir ki, “demontaj” edilmiş qaz boruları çıxarılır, heç bir qeydiyyata alınmadan çox ustalıqla da

satılır. Əslində həmin borular idarədə həm qeydiyyata alınmalı, həm də saxlanmalı olduğu halda, belə bir addım heç cür atılmır.

Onu da nəzərə almaq lazımdır ki, qaynağa aid elektrodlar Gədəbəyin mərkəzi bazarının bütün mağazalarında satılır və idarədən verilmiş elektrodlardır adı ilə satışa çıxarılır. Məhz, bu cür addımların nəticəsidir ki, Məzahir Hüseynov yuxarıdakı “daydayı”larına rüşvət verməyin müqabilində, hələ də vəzifə başındadır.

Ölkə rəhbərinin verdiyi sərəncama baxmayaraq, Gədəbəy rayonunda yeni tikilən evlər və ticarət obyektlərinin tam əksəriyyəti, qaz boru xətlərinin üstündə inşaa olunub. Ancaq hər bir evə və obyektə, Məzahir Hüseynov aldığı rüşvətin müqabilində təhlükəsiz olmasına dair sənəd verir. Məsələn, rayonunun Saratofka kəndindən düz Xar-xar kəndinə qədər qazlaşdırılmış kəndlərdən heç birinin smetası yoxdur və qaz xəttinin keçməsi məqbul hesab olunmayan obyektlərə isə, müəyyən rüşvətin müqabilində qaz xətləri çəkilir. Hətta elə hallar da olur ki, kənd sakinləri rüşvət verməklə qaz boru xətlərini özləri çəkdirirlər. Bu məqsədlə Qaz İstismar İdarəsinə hər ay 1 ton 300 litr yanacaq ayrılır və həmin yanacaq da Məzahir Hüseynov tərəfindən mənimsənilir. Sonra isə kağız üzərində sənədləşdirmə aparılır ki, guya təmir işləri aparılıb adı altında, verilmiş yanacaq qeyri-qanuni yollarla silinir. Maraq kəsb edən hal o olur ki, tutduğu əməllərə görə Məzahir Hüseynova bir kimsə “qaşın üstə qara var” demir. İcra başçısı Ramiz Yediyarovun onu müdafiə etməsinin səbəbini də başa düşürük. Çünki, Yediyarov keçmiş vergi mütəxəssisidir və rüşvətin necə əldə etməyin yollarını yaxşı bilir.

Bu belə olan halda görəsən “Azəriqaz” İstehsalat Birliyinin sədri cənab Əkbər Hacıyev nə fikirləşir? Axı, bu idarə dəqiqlik və diqqət cəlb edən idarədir, demək edilən hər səhv bir rayonun, bir evin, bir yaşayış zolağının məhv edilməsi deməkdir.

Təqribən bir ay bundan öncə Gədəbəy şəhərində ikimərtəbəli ev, qaz sızması nəticəsində göyə sovruldu. Baş verən hadisə bir daha onu göstərirdi ki, Məzahir Hüseynovun başı ancaq rüşvət yığmağa qarışıb. Əldə etdiyimiz məlumatlara görə, göyə sovrulan evin sahibi hadisə baş verməzdən 3-4 gün öncə Qaz İstismar İdarəısinin xəbərdar edibmiş ki, evdən mavi qaz iyi gəlir. Edilən xəbərdarlığıa baxmayaraq idarədən bir kimsə həmin ünvana getmir və nəticə də o olur ki, bədbəxt hadisə baş verir. Buna da əsas səbəb, idarənin ştat cədvəlində 50-60 nəfər işçinin olmasına baxmayaraq, onlardan təqribən 10-15 nəfərin iş başında tapılmaları olur. İşçilərdən tam əksəriyyəti əlləri ciblərində gəzirlər, elə ki, əmək haqlarının verilməsi vaxtı çatır, bu zaman hər kəs Məzahir Hüseynovla hesablaşmağa məcbur olurlar.

Etibarlı mənbədən əldə etdiyimiz məlumatlara görə, əksəriyyət Məzahir Hüseynovla bağlı həm yerli icra hakimiyyətinə, həm də “Azəriqaz” İstehsalat birliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, onunla bağlı bu günədək heç bir tədbir görülmür. Deyilənlərə görə, buna da səbəb hər ay Məzahir Hüseynovun “Azəriqaz” İstehsalat Birliyinin sədri, cənab Əkbər Hacıyevə göndərdiyi sovqatlar olur. Təkcə Mor-Mor suyu kifayət edir ki, “Azəriqaz”ın rəhbərinin od-alov tutan hirsini “söndürsün”. Hələ Gədəbəy balını, Gədəbəy quzusunu, Gədəbəy kartofunu və.s demirik. Üzümüzü “Azəriqaz” İstehsalat Birliyinin sədri cənab

Əkbər Haclyevə tutub bildiririk, yaxşı olar ki, ədalətli bir komissya təşkil etsin və Məzahir Hüseynovun bu gün də davam edən qanunsuzluq əməllərinin araşdırılması ilə bağlı vəzifə sahiblərinə müvafiq tapşırıqlarını versin. Əgər rüşvətxor, korrupsioner, üzərinə düşən vəzifəsinin öhdəsindən gələ bilməyən Məzahir Hüseynov daşıdığı vəzifəsində yenə qalarsa, o halda Gədəbəyi bundan sonra da saysız-hesabsız faciələr gözləyə bilər.

Əslində bütün bunlar, Məzahir Hüseynovla bağlı qanunsuz əməllərin olduqca cüzi bir hissəsinin açıqlamalarıdır.

“Azəriqaz” İstehsalat Birliyinə onu da bildirmək istəyirik ki, Gədəbəy rayon İcra Hakimiyyəti Aparatının bir növ nökərinə çevrilmiş bu şəxs haqqında, artıq ölçü götürməyin zamanı çatıb. Yediyarov hələ vergilər idarəsinə rəhbərlik edən zaman, əhalinin kürəyində “kösöv də ütüb”. Odur ki, Ramiz Yediyarov o vəzifə sahibidir ki, MTS adlandırılan və bu gün səhmdar cəmiyyətin ərazisi hesab olunan böyük bir sahəni, külli miqdarda rüşvətin müqabilində Mübariz Qəşəmoğluna sataraq bazar yaradıb. Demək olar ki, 3 il ərzində fəaliyyət göstərən bazardan əldə olunan pullar, yalnız şəxsi ciblərə daxil olur və dövlətə heç bir vergi belə ödənilmir. Onu da qeyd edək ki, müharibə veteranı olan Məmmədli Cəfərovun rəhbərlik etdiyi vaxtda, mal-qara bazarından toplanan pullar hesabına dövlətin vergisi vaxtlı-vaxtında ödənilirdi, hətta imkanı olmayan şəxslərdən belə, bazarda mal-qarasını satmaq üçün pul belə tələb olunmurdu.

Faciəli hal odur ki, Dağlıq Qarabağ müharibəsinin odu-alovu içərisində vuruşan Cəfərovdan, rəhbərlik etdiyi bazar rayon icra hakimiyyəti başçısı Ramiz Yediyarovun birbaşa tapşırığı əsasında

alındı və torpaqlarımızın bütövlüyü uğrunda ölüm-dirim savaşı gedən bir vaxtda Azərbaycandan kənarda yaşayan, Vətən xalq hissindən uzaq olan, bir qədər açıq desək, dolyası yolla fərarilik edən Mübariz Qəşəmoğluna verildi. Bu gün təqribən 4-5 hektar ərazisi olan bazardan toplanan pullar yalnız şəxsi ciblərə daxil olur, dövlətin vergisi ödənilmir, kasıba, imkansıza bir qəpik olsun belə maddi köməkliklər göstərilmir. Bax budur, Ramiz Yediyarovun Gədəbəydə tətbiq etdiyi totalitar idarəçiliyin mahiyyəti, məsələlərin görünən tərəfi.

P.S. Növbəti sayımızda, diqqəti cəlb edən digər olaylardan varlığından bəhs edəcəyik

Mətləb Balakişiyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ramiz Yediyarovun  qaz idarəsində Məzahir Hüseynovla pul maxinasiyaları

    Ramiz Yediyarovun qaz idarəsində Məzahir ...

    23-06-2015, 10:44

  • 
  • GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ YEDIYAROVDAN SAHIBKARA QARŞI NÖVBƏTI ÖZBAŞINALIQ - FOTO

    GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ ...

    15-03-2016, 01:49

  • 
  • Gədəbəy şefi müəllimlərdən 100 manatdan yığdırır: I vitse-prezidentə dosye - Təfsilat

    Gədəbəy şefi müəllimlərdən 100 manatdan yığdırır: ...

    2-06-2017, 18:54

  • 
  • Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarov ''yaxalandı''-VIDEO

    Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarov ...

    20-05-2019, 18:00

  • 
  • Gədəbəydə məmurların fironluğu əndazəni aşıb

    Gədəbəydə məmurların fironluğu əndazəni aşıb ...

    20-02-2015, 00:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu