GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Zeyqəm Hüseynovun polis oğlu Sumqayıtda at oynadır

Zeyqəm Hüseynovun polis oğlu Sumqayıtda at oynadır

Tarix: 4-07-2015, 11:20 Bölmə :Manşet Baxış: 0
Zeyqəm Hüseynovun polis oğlu Sumqayıtda at oynadır

Ölkə başçısının məmur övladları barədə verdiyi göstərişə yenə də məhəl qoyulmur

Bu mövzu bir aydan artıqdır ki, redaksiyanın poçtunda “mürgü” vurur. Dərhal ictimaiyyətin qınağına çıxarılmamasının müəyyən səbəbləri vardır. Elə bu səbəblər ucbatından həm mövzu gündəmə gətirilmədi, həm də problemin çözülməməsinin səbəbləri araşdırıldı.

Problemin gündəmə çıxarılmamasının birinci səbəbi Zeyqəm Hüseynovun adının hallanması ilə bağlıdır. Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun adı heç bir qruplaşmada çəkilmir, demək olar ki, o, dövlət qulluğunda sadiqdir, bitərəfdir. Eyni zamanda indiyə kimi işlədiyi vəzifələrdə özündən sonra ad-san qoyub getmişdir ki, hələ də onun haqqında xoş danışırlar. Amma bu da bir faktdır ki, özü Sumqayıt şəhərinin rəhbərliyində təmsil olunduğundan oğlu başqa bir yerdə, lap elə paytaxtın özündə xidmət keçə, rəhbər vəzifədə işləyə bilər, amma atasının rəhbər olduğu şəhərdə işləyə bilməz. Əgər orada işləyirsə bu yüz faiz atasının Daxili İşlər Naziri cənab general-polkovnik Ramil Usubov qarşısında xidmətləri müqabilindədir.

Heç kimə sirr deyil ki, hər zaman məmurların, varlı adamların və oliqarxların övladları özlərini xalqla davranışda yuxarıdan aparıblar. Bu hal o qədər həddini aşıb ki, son zamanlar camaatın səbr kasası daşıb, bir himə bənddirlər ki, onları cəzalandırmağa qalxsınlar.

Belə bir hadisə bir neçə il bundan əvvəl İsmayıllı rayonunda baş vermişdi. Ölkə başçısı dərhal hadisə ilə əlaqədar yığıncaq keçirtdi və günahkarları cəzalandırdı. Bu hadisədən sonra daha bir neçə hadisə baş verib və günahkarlar öz cəzalarına çatıblar. Amma bununla belə, faktlar faktlığında qalmaqdadır və belə faktların biri də toxunduğumuz məsələdir.

Zeyqəm Hüseynovun Ruslan adlı oğlu Sumqayıt şəhərində yerləşən 4-cü Polis bölməsinin rəisidir. Vəzifəli şəxsin övladı niyə və necə onunla bir şəhərdə işləməlidir ki? Elə vətənpərvərdirsə niyə Daşkəsəndə, Yardımlıda, Lerikdə, Şirvanda, Lənkəranda deyil, Sumqayıtda dövlətə sədaqətini göstərməlidir? İnanırıq ki, ölkə başçısının bundan xəbəri yoxdur və cənab nazir Zeyqəm Hüseynova görə onu Sumqayıtda saxlayır. Əgər belə olmasaydı, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi cənab general heç olmasa kvartalda bircə dəfə onu ayağa durquzub sahəsində qalaqlanmış açılmayan cinayət işlərinin açılmamasının səbəbini soruşardı.

Bir neçə il əvvəl Sumqayıt şəhər Polis İdarəsinin rəisi vəzifəsində polkovnikin generalla əvəzlənməsi məsuliyyətin artacağına, nizam-intizamın gücləndiriləcəyinə dəlalət edirdisə də hadisələrin sonrakı məcrada cərəyan etməsi heç də bunu təsdiqləmədi.

İlk günlər “General hamını bir qozun qabığına yığıb, qayda-qanun yaradır” deyənlər sonradan ağızlarına su alıb durdular. Bəlkə də başqa bölmələrdə belədir, amma dördüncü bölmədə hələ də “köhnə hamam, köhnə tas” prinspi hökm sürür.

Nə qədər oğurluq faktları, açılmayan cinayətlər olsa da bölmədə məsul şəxslərin vecinə deyil, çünki heç kim onlardan heç nə tələb etmir. Bığlı-saqqalsız polislər yalnız statistik hesablamalar hazırlayıb göndərməklə kifayətlənirlər.

Vətəndaşlarla söhbət zamanı əldə etdiyimiz məlumata görə, Ruslanın əlaltıları sayılan, hər yerdə özlərini fəxrlə cinayət-axtarış şöbəsinin əməkdaşları kimi təqdim edən Kənan, Zaur və Emin üçlüyü, hətta bölmənin ərazisindən kənarda da pul ovlamaqla məşğuldurlar. Onlar üçün heç tafəvutu yoxdur, kim kimin evini oğurladı, yaxud da başqa cinayət... baş verdi.

Maraqlısı ondan ibarətdir ki, Ruslan vəzifəli şəxsin övladı olduğundan əlaltıları onu sözsüz başa düşürlər. Necə deyərlər; arifə bir işarə bəs edər. Odur ki, onların varlı uşaqları ilə işləri yoxdur, qoy gedib keflərini sürsünlər. Harda ki, gördülər kasıb, fağır, ley kimi tez kəsirlər başının üstünü.

Atası tənbeh edib başa salmır, general tənbeh eləmir, özbaşına qalmış bölmə rəisindən nə gözləmək olar?

Araşdırma zamanı bəlli olmuşdur ki, Ruslan baş idarənin baş müstəntiqlərini belə saya salmır, onların xahişini (tapşırığını) qulaqardına verir. Bilir ki, heç kim generala bir söz deyə bilməz, desələr də generalla atası arasında olan haqq-salama görə onun xətrinə dəyməyəcək. Bizə ən çox maraqlı görünən həm də ondan ibarət oldu ki, bu xətir-hörmət nazirlikdə də mövcuddur. Nazirliyin baş zabitləri ilə apardığımız söhbət zamanı onlar: “Ruslan qanacaqlı oğlandır, həm də Zeyqəm müəllimdən ayıbdır” söylədilər.

Elə bu üzdən biz də üz tutduq Zeyqəm Hüseynovun “hüzuruna” ki, bəlkə məsələni çözə. Cənab yerində tapılmadığından məsələni onun yaxınlarından birinə anlatdıqdan sonra koordinatlarımızı buraxdıq ki, məsələni həll edəndən sonra nəticəsindən bizi agah etsinlər. Nəticə isə heç də ürəkaçan olmadı. Cənab Hüseynov bir ağsaqqal kimi məsələni araşdırmaq əvəzinə oğlunun müdafiəsinə qalxdı. Əlbəttə ki, bu təbiidir, o, belə də etməli idi. Ancaq məsələni araşdırıb kökünə çıxandan sonra. Söhbət Ruslanın birbaşa neqativ əməllərindən deyil, onun himayə etdiyi işçilərinin əməllərindən gedirdi. Məsələ araşdırılıbsa və cənab Hüseynov oğlunun himayədarı kimi çıxış edirsə, deməli əlaltılarının çirkin əməllərindən Ruslan birbaşa xəbərdardır. Elə isə buradan iki nəticə çıxarmaq mümkündür. Birincisi, dövlət qulluğunda olan məmur övladı ona qarşı yaranmış boşluqdan istifadə etməklə dövlətə deyil, özünə xidmət edir. İkincisi, Kənan, Zaur, Emin adları ilə özlərini fağır-fuğura təqdim edib, onları soymaq məqsədilə bölməyə gətirən üçlüyün timsalında cinayətkar bir qrupun əməllərinə göz yummur, onların cinayətkar əməllərinə himayə durur. Bu isə gələcəkdə çox ağır nəticələrə səbəb ola bilər. Odur ki, işə ən azından nazir səviyyəsində müdaxilə olunmalıdır.

Məsələni nəzarətdə saxlayacağıq.

Əli bəy Azəri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Zeyqəm Hüseynov təqaüdə çıxdı, yoxsa qanunsuz əməllərinin güdazına getdi? - İDDİA

    Zeyqəm Hüseynov təqaüdə çıxdı, yoxsa qanunsuz ...

    21-05-2019, 11:49

  • 
  • Sumqayıtda məhkəmə nihilizmi

    Sumqayıtda məhkəmə nihilizmi ...

    26-12-2012, 12:51

  • 
  • Rafil Hüseynovun oğlu gecə klubunda çılpaq qızlarla yaxalandı -FOTO

    Rafil Hüseynovun oğlu gecə klubunda çılpaq ...

    12-11-2015, 12:33

  • 
  • Daha bir məmur oğlunun əyləncəli həyatı: gecə klubunda çılpaq qızlarla - FOTO

    Daha bir məmur oğlunun əyləncəli həyatı: gecə ...

    12-11-2015, 17:36

  • 
  • Eldar Əzizovun yalanları

    Eldar Əzizovun yalanları ...

    25-04-2013, 11:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (225)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu