gundemxeber.az Bir müddət əvvəl xəbər vermişdik ki, Sumqayıt Şəhər Məhkəməsində anormal hallar baş qaldırıb. Bu anormallıq xüsusilə icraatda məhkəmə borcu olan vətəndaşların gününün göy əskiyə dönməsi ilə bağlıdır. Dünən isə qəzetimizə daxil olan məlumatlarda bildirilir ki, sözü gedən məhkəmənin sədri Zeyqəm Hüseynov banklardan kredit götürüb və qaytara bilməyən vətəndaşların hesabına yararlanmağa başlayıb. Bildirilir ki, qanunla heç bir pozuntuya yol verilməyən bu prosesdən pul qazanmaq istəyən məhkəmə sədri Zeyqəm Hüseynov artıq bunun geniş yolunu tapıb. Şəhər sakinlərindən aldıqları krediti geri qaytara bilməyənlərin sayı çoxdur və onlarla bağlı məhkəmədə də bir xeyli işə baxılır. Xüsusilə banklarla anlaşan Z.Hüseynov onlarla əlbir şəkildə vətəndaşları krediti geri qaytarmağa məcbur edirlər. Məsələn, əvvəlcə problemli kreditin sahibini dəvət edən məhkəmənin sədri onunla danışıb, işi “dinc şəkildə” yoluna qoymağa çalışır. Əgər krediti alan şəxs onu ödəməyə razılıq verərsə, işə birbaşa şəhər məhkəməsinin icraçıları qoşulurlar. Əks təqdirdə isə hədə-qorxu kampaniyası başlayır. Üstəlik, hər 10 dəqiqədən bir vətəndaşa telefon zəngləri edilir. Bizə daxil olan məlumatlarda qeyd edilir ki, Z.Hüseynov krediti ödəmək istəyən şəxsin işini “yüngülləşdirmək” üçün ona müxtəlif təkliflər verir. Bu təkliflər isə kreditin ödənilməyən hissəsinin həcminə bağlıdır. Həmçinin burada bankın əlavə faizlərinin çıxılması da təklif kimi səsləndirilir. Halbuki qanunla kreditin ödənilməyən hissəsi geri verilməlidir və bankın əlavə etdiyi faizin ödənilməsi şərt deyil. Amma Sumqayıt Şəhər Məhkəməsinin sədri həmin faizin 20 faizi müqabilində işi “bağlayır”. İşin ən qəribə tərəfi odur ki, pul alveri məsələsinə sədr qarışmır. Bu işə o, özünün ən yaxın adamı olan və məhkəmənin icraçısını cəlb edir. Nəticədə, krediti ödəməyən vətəndaş ya bezdirilir, ya da məcbur edilir ki, həmin pulu versin. Rasim
Sorğu
Yeni dizaynımız necədir?