Qorxmaz Hüseynovun rəhbəri olduğu qurumda kütləvi yeyintilər aşkarlanıb; Babək Həsənovun həbsinin təfərrüatı...
“Azərsu” ASC-də talanan milyonlara görə haqq-hesab çəkilib. Bu barədə “Gündəm-xəbər”in əldə etdiyi məlumatda bildirilir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində ASC-də kütləvi yeyintilər aşkarlanıb. Bu mənimsəmənin bilavasitə həyata keçirilməsinə görə məsuliyyət daşıyan şəxs kimi ASC-nin Babək Həsənov adlı əməkdaşı olub. Onun həbs olunduğu bildirilir.
B.Həsənov qurum sədrinin 1-ci müavini Teyyub Cabbarovun qardaşının kürəkənidir. O, həbsinə qədər ASC-nin hüquqşünası olub. Sözügedən həbs başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya salıb.
Onun təmsil olunduğu Hüquq Departamentinin tabeliyində cəmi iki şöbə olub. Bu şöbələr isə texniki şərt sənədlər toplusunu hazırlamaqda hökmlü olmayıb. Qeyri-rəsmi status Babək Həsənova xüsusi üstünlük tanıyıb. Həbsinə qədər bütün yaşayış və qeyri-yaşayış obyektlərinin su və kanalizasiya sisteminə qoşulmağa rəsmi razılıq sənədi sayılan texniki şərt də məhz onun müəyyən etdiyi məbləğ hesabına hazırlanıb.
Başqa bir məlumata görə Babək Həsənovun həbsinə qədər texniki şərtlər birbaşa Teyyub Cabbarovun razılığı ilə verilib. Qorxmaz Hüseynovun da razılığı ilə olub. Digər müavinlər və hətta Su kanal Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə qədər bir çox vəzifəlilər isə əksər hallarda bu mənimsəmələrdən xəbərsiz olublar.
Çünki Azərbaycan qanunvericiliyi iqtisadiyyatda qohumbazlığı qadağan edir və bu, bir neçə qanunla tənzimlənir.
Bütün sahələrdə belədir. Yaradılan MMC-lər məhz ortada süzgəc rolunu oynayır gələn pulun bir hissəsi orda yatır, qalan hissəsi başqa subpodratçılara veriləndə də, həmin pulun bir hissəsi otkat şəklində geri alınır. Beləliklə, bütün izlər itir. “Azərsu” ASC-də yaşanan özbaşınalıqlar və külli miqdarda büdcə vəsaitinin mənimsənilməsi yuxarı instansiyalarda narahatlıqla qarşılanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?