GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gədəbəydə idarə rəisinin maxinasiyaları

Gədəbəydə idarə rəisinin maxinasiyaları

Tarix: 6-07-2015, 09:30 Bölmə :Manşet Baxış: 0
Gədəbəydə idarə rəisinin maxinasiyaları

Məzahir Hüseynov barəsində vaxtında lazımi tədbirlər görülməzsə, yəqin ki, hələ bundan sonra da faciələrin sayı durmadan artacaq

Ötən sayımızda Gədəbəydə baş verən çoxsaylı qanunsuzluqlar barədə xeyli məlumatlar vermişdik. İşıq üzü görən məqalənin dərcindən sonra, bəzi rayon sakinləri redaksiyamıza zəng edib, bəzi məqamları da oxucuların diqqətinə çatdırmağı xahiş etdilər. Çatdırılan məlumatlarda bildirilir ki, gözü ayağının altını görə bilməyən Gədəbəy Qaz İstismar İdarəsinin rəisi Məzahir Hüseynov, bu gün də qeyri-qanuni əməllərini davam etdirməkdədir. Belə ki, o, heç bir əsas olmadan və evlərə bildirişlər paylatdırmadan, hətta xəbərdarlıq belə edilmədən əhalinin aztəminatlı hissəsinin xırda borclarına görə qaz nəqlini dayandırılması haqda, tabeçiliyində olanlara daim göstərişlərini verir. Ancaq Gədəbəydə fəaliyyət göstərən müəssisələrin əksəriyyətinin idarəyə olan borcu, bəzən 2000 manatı keçməsinə baxmayaraq, həm qazları yanır, həm də Məzahir Hüseynov tərəfindən onlara dəstək də nümayiş etdirilir.

İdarə rəisi Gədəbəy kəndlərinin əksəriyyətindən qazın ödənişini poçt və bank vasitəsilə deyil, vətəndaşlardan poçtun çekləri vasitəsilə yığdırır. Verilən məlumatlara görə, həmin çeklərlə yığılan pulların əksəriyyəti, istifadə olunan mavi qazın ödənişinə deyil, birbaşa onun cibinə daxil olur.

Ümumiyyətlə yerli sakinlər onu da bildirirlər ki, Məzahir Hüseynov belə bir saxtakarlıqlar üzrə peşəkar mütəxəssisdir. O, hələ idarəyə rəis təyin olunmazdan əvvəl də, bəzi vəzifə sahiblərinin və özünə yaxın bildiyi şəxslərin dövlətə olan

borclarını kompyuterdən çox ustalıqla sildirmiş və əmələ gələn problemlərin əksəriyyətini ört-basdır etməyə də nail ola bilmişdir. Amma, nədənsə “Azəriqaz”n rəhbərliyinə yarıtmaz vəzifə sahibinin qol qoyduğu qanunsuzluqlar barədə nə qədər müraciətlər ünvanlansa da, ona bir kimsə “qaşın üstə qara var” demir. Əhali arasında belə bir söz-söhbət də gəzir ki, Məzahir Hüseynov icra başçısı Ramiz Yediyarov tərəfindən birbaşa himayə olunur. Məhz ona görə o, himayə olunur ki, Ramiz Yediyarov rüşvət yığıb çoxunu ona verənləri sevir. Axı, o, keçmiş vergi işçisi olub. O halda belə çıxır ki, “Azəriqaz” İstehsalat Birliyinin sədri Əkbər Hacıyev, bəlkə də icra başçısı Ramiz Yediyarovdan çəkinir ki, Məzahir Hüseynovla bağlı lazımi tədbirlər görmür. Əgər bu belə olmasaydı, adicə test imtahanından keçib məqbul ala bilməyən işçilərindən, Məzahir Hüseynov pul alıb yenidən vəzifələrinə qaytarmazdı.

Görəsən, “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi rayonun kəndlərində debutor borcların niyə azalmadığını heç Məzahir Hüseynovdan soruşurmu? Yəqin ki, yox! Əgər soruşsaydı, o halda qeyri-qanuni yazılıb mənimsənilən pullar üzə çıxardı. Etibarlı mənbənin verdiyi məlumatlara görə, ikiüzlü çeklərlə əhaliyə ödəniş etdirilir, həmin pullar mənimsənilir və nəticədə əhalinin dövlətə olan borcları da artmaqda davam edir. Belə bir addımların nəticəsidir ki, əksər kəndlərin debutor borcları azalmaq bilmir. Əgər Məzahir Hüseynov barəsində lazımi tədbir görülməzsə, yəqin ki, yaxın vaxtlarda Gədəbəyi böyük təhlükələr gözləyəcək. Ona görə təhlükə deyirik ki, yeni tikilən evlərin və ticarət obyektlərinin qarşısından keçən əsas qaz boru xətləri, ev və obyekt sahibləri tərəfindən betonla örtülür. Ancaq Məzahir Hüseynov həmin adamlara müəyyən rüşvətin müqabilində təhlükəsizlik haqqında rəy verir. Məhz, belə bir

əməllərin nəticəsidir ki, hələ ötən saylarımızın birində də qeyd etmişdik ki, Gədəbəydə ikimərtəbəli bir ev partladı və bir nəfər də dünyasını dəyişdi. Görəsən, bu cür hadisələrdən “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri nəticə çıxarıb, Gədəbəy Qaz-İstismar İdarəsinin rəisi Məzahir Hüseynov barədə, nə vaxt “yek” qərarını açıqlayacaq?

Anar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ramiz Yediyarovun  qaz idarəsində Məzahir Hüseynovla pul maxinasiyaları

    Ramiz Yediyarovun qaz idarəsində Məzahir ...

    23-06-2015, 10:44

  • 
  • Əkbər Hacıyevin idarəsində müdhiş özbaşınalıq

    Əkbər Hacıyevin idarəsində müdhiş özbaşınalıq ...

    1-07-2015, 06:36

  • 
  • Gədəbəydə bir qrup şəxs həbs olundu

    Gədəbəydə bir qrup şəxs həbs olundu ...

    28-05-2020, 14:23

  • 
  • Gədəbəydə iki vəzifə sahibi niyə həbs olunur?

    Gədəbəydə iki vəzifə sahibi niyə həbs olunur? ...

    9-09-2019, 14:40

  • 
  • Sahib Əliyev BIÇAQLANDI - Gədəbəydə

    Sahib Əliyev BIÇAQLANDI - Gədəbəydə ...

    5-06-2017, 22:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu