GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Beyləqanda sosial problemlər tüğyan edir.

Beyləqanda sosial problemlər tüğyan edir.

Tarix: 11-07-2015, 11:41 Bölmə :Manşet Baxış: 0
Beyləqanda sosial problemlər tüğyan edir.

Düşündürücü hal odur ki, Beyləqana da hər il sosial problemlərin həlli məqsədilə büdcədən külli miqdarda vəsait ayrılsa da, ümumi vəziyyət hələ də acınacaqlı durumdadır.

Son vaxtlar Beyləqanda yaşanan ab-havanın xoşagəlməz macəraya yönəlməsi, sosial problemlərin tüğyan etməsi, sakinlərin rayon rəhbərliyinin idarəçiliyindən zinhara gəlmələri və.s kimi problemlərin varlığı, mətbuatın gündəmini zəbt etməkdədir. Diqqəti cəlb edən hal o olur ki, rayonun bütöv sahələrini əhatə edən tənqidi məqalələr nə qədər işıq üzü görsə də, silsilə həyacan təbili çalınsa da, ciddi sosial problemlərin həllindən söhbət belə gedə bilməz. Adicə bir faktı qeyd etmək kifayət edər ki, sadalananların həqiqət olduğunu isbata yetirmək mümkün olsun. Məsələn, icra hakimiyyətinə məxsus inzibati binanın ətraf əraziləri, mərkəzi küçələrin yolları, daha çox isə kəndarası yolların olduqca xoşagəlməz durumda olması, sanki hər kəsi düşünməyə sövq edir. Düşündürücü hal odur ki, Beyləqana da hər il sosial problemlərin həlli məqsədilə büdcədən külli miqdarda vəsait ayrılsa da, ümumi vəziyyət hələ də acınacaqlı durumdadır.

Biz rayonun yol problemlərini qabartmaqla, heç də digər problemlərin varlığını kölgə altına qoymağa, yaxud da onları ictimaiyyətə çatdırmaq fikrindən daşınmaq niyyətində deyilik. Çünki, bu gün ən çox sakinləri incidən, minbir haqsızlıqlarla üz-üzə qoyan, aylar, illər uzunu onları idarə, müəssisələr qapısında sürünməyə məcbur edən səbəb, rayonun rəhbəri Vaqif Abdullayevin qol qoyduğu maxinasiyalar, yaxud da qanunsuz imzaladığı sənədlərin varlığıdır. Məsələn, hələ ötən saylarımızın birində Beyləqan rayon sakini Cəfərov Kamal Hüseyn oğlunun üz-üzə qaldığı problemin varlığından bəhs etmişdik. Yazıb bildirmişdik ki, Vaqif Abdullayev onun istifadəsində olan, yəni 20 il ərzində mühafizə etdiyi, çoxillik ağaclar əkdiyi 1,42 ha torpaq sahəsinin 0,70 ha-nı 03 iyul 2012-ci il tarixdə imzaladığı 77 saylı sərəncamla Əsədov Xaqani Əsgərxan oğluna vermişdir.

Belə bir addımın atılması, çox ciddi qanun pozuntusu hesab olunur.

Bir məqama da diqqət yetirək ki, Vaqif Abdullayev icra başçısı olduğu ilk gündən varlı, imkanlı, var-dövlətə malik şəxslərin axtarışına çıxdı və həmin şəxslərə də pulunun müqabilində rayon ərazisində lazımi şərait də yaratdı. Məsələn, əslən Beyləqan rayonundan olan Xaqani Əsgərov adlı şəxs də, icra başçısının “dobro” deməsindən yararlanaraq, rayonun “Dostluq soxozu” adlanan ərazisindən 60 hektar torpaq sahəsini icarəyə götürür. Onun icarəyə götürdüyü torpaq sahəsində mişar daşlarından binalar tikməsi qalsın bir yana, binada çalışan fəhlələrlə əmək müqaviləsi bağlamadan fəaliyyətini davam etdirməsi, əkib-becərtdirdiyi məhsulların statistikasını açıqlamaması və.s kimi hallar, heç də diqqətdən kənarda qalmır. Bu şəxsə yaradılan imkanın nəticəsidir ki, hal-hazırda onun Beyləqanda milyonlarla qiymətləndirilən mülkü, külli miqdarda var-dövləti var. Bu gün Xaqani Əsgərovun rayonda “prestijnı” hesab olunan “Elita” ticarət mərkəzi, Beyləqan bazarının qarşısında “Minbir xırdavat” mağazası, Bakı şəhəri Elmlər Akademiyasının yaxınlığında “Qala market” mağazası, rayonun Şəfəq qəsəbəsində tikinti materialları bazası, rayonun “RTS” qəsəbəsi adlanan ərazisində tikinti materialları bazası (bazada çalışan işçilərlə əmək müqaviləsi bağlanmır), mərkəzi bazarın yaxınlığında “Lider İnşaat” bazası və.s fəaliyyət göstərməkdədir.

Ümumiyyətlə verilən məlumatlarda o da bildirilir ki, bu gün icra başçısı Beyləqanda elə bir şərait yaradıb ki, hansı şəxsin pulu varsa o, istənilən vaxt başqa şəxslərə məxsus özəl mülkləri məhkəmə yolu ilə, icra başçısının verdiyi saxta sərəncamlar əsasında, hətta pul gücünə belə ələ keçirə bilərlər.

Belə bir addımların nəticəsidir ki, Vaqif Abdullayevlə bağlı qalmaqallar bu gün də bitib tükənmək bilmir. Yəni, icra başçısı çox zaman zor, hətta fiziki güc tətbiq etməyə üstünlük verən vəzifə sahibi olduğundan, onun adı daim qalmaqallarda da hallanır.

Hələ bir müddət bundan əvvəl belə bir məlumat da əldə edə bilmişdik ki, icra başçısı ilə aparıcı telekanallardan birinin əməkdaşı arasında, hansısa səbəb üzündən hətta söyüş həddinə çatan incident də yaşanmışdı. Verilən məlumatlarda bildirilirdi ki,Vaqif Abdullayev sakinlərin gözü qarşısında telekanalın operatorunu küçə söyüşləri ilə təhqir edir. Təhqir olunan telekanal

əməkdaşı, baş verənlərlə bağlı ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlayacağını açıqlayır. İnsidentdən təqribən bir gün sonra isə, icra başçısı telekanal əməkdaşının yanına “elçi” göndərir və problemin ictimailəşməsinə imkan vermir. Son anda da o, istəyinə nail olur.

Əldə etdiyimiz başqa bir məlumata görə bir müddət əvvəl Vaqif Abdullayevlə, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Tərlan Kamaloğlu arasında ciddi münaqişə də yaşanır. Münaqişə icra hakimiyyəti binasının yaxınlığındakı istirahət parkında baş verir. Münaqişəyə səbəb, icra başçısı parkda kafe və çayxanası olan iş adamından, abadlaşdırma adı altında onmin manat pul istəməsi olur. Tərlan Kamaloğlu istənilən vəsaiti ödəməkdən imtina etdikdə, Vaqif Abdullayev onu camaatın gözü qarşısında təhqiramiz söyüşlərlə təhqir edir və ailə üzvlərinin ünvanına nalayiq ifadələr də işlədir. Bu zaman başçının söyüşlərini həzm edə bilməyən sahibkar, yerdən götürdüyü kərpiclə icra başçısını vurur. Baş verən olay istirahət parkına dincəlməyə gələn sakinlərin səyi nəticəsində sakitləşdirilsə də, az sonra sahibkarı polis şöbəsinə aparırlar. Və çox keçmir ki, Tərlan Kamaloğlu polis şöbəsindən sərbəst buraxılır. Yəqin ki, onun həbs olunması Beyləqanın tarixində “beyni qan icra başçısı” izini buraxan Vaqf Abdullayevə sərf etmir ki, sahibkarla bağlı belə bir qərar verilir.

Ümumiyyətlə, Vaqif Abdullayevin rayon sahibkarlarına ayırılan güzəştli kreditlərə əl qoyması barədə də, söz-söhbətlər dolaşmaqdadır. Məsələn, hələlik adının çəkilməsini istəməyən Beyləqanlı bir sahibkar bildirir ki, başçı sahibkarların aldıqları kreditlərin 10 faizinin mütləq ona çatması tələbini qoyur. Əgər hansısa sahibkar onun irəli sürdüyü şərtə əməl etməzsə, vay həmin sahibkarın halına. Çünki çox keçmir ki, Vaqif Abdullayev öz adamlarının vasitəsilə həmin sahibkarı gözümçıxdıya saldırır.

Məhz, belə bir səbəblər üzündəndir ki, Vaqif Abdullayevin Beyləqanda tətbiq etdiyi idarəçilik, həyata keçirdiyi “islahat” proqramları, rayonunun iqtisadiyyatını, xüsusilə də heyvandarlıq və taxılçılıq təsərrüfatı ilə bərabər, üzümçülük təsərrüfatını da bərbad hala salıb. Artıq günü-gündən rayonda vəziyyətin getdikcə dramatikləşməsi, çoxsaylı sosial problemlərin baş qaldırması, sakinlərin üzləşdikləri haqsızlığın, süründürməçilik amillərinin tüğyan etməsi və digər olayların baş verməsi, onu söyləməyə əsas verir ki, bu gün Vaqif Abdullayevlə vidalaşmağın zamanı çatıb. Ətraflı növbəti sayımızda.

Mətləb Balakişiyev

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Tərtər sakini probleminin həllini istəyir

    Tərtər sakini probleminin həllini istəyir ...

    4-07-2015, 11:22

  • 
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    3-05-2016, 18:58

  • 
  • Çirkin piştaxtalar xəstəlik mənbəyidir

    Çirkin piştaxtalar xəstəlik mənbəyidir ...

    20-02-2015, 01:01

  • 
  • Ağsunu idarə edən “tryo” haqda müdhiş faktlar

    Ağsunu idarə edən “tryo” haqda müdhiş faktlar ...

    20-12-2016, 00:15

  • 
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    29-04-2016, 17:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu