GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağsunu idarə edən “tryo” haqda müdhiş faktlar

Ağsunu idarə edən “tryo” haqda müdhiş faktlar

Tarix: 20-12-2016, 00:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 631
Ağsunu idarə edən “tryo” haqda müdhiş faktlar

Amma, icra başçısının yaxın qohumları və ona bu və ya digər yollarla bağlı olanlar vəzifə sahibidirlər
Ölkəmizin şirvan zonasında yerləşən rayonlar içərisində daha çox sosial problemlərin yaşandığı, süründürməçilik amillərinin tüğyan etdiyi, qohumbazlıq, dostbazlıq faktorunun qabardıldığı və digər çoxsaylı xoşagəlməz olayların yaşandığı Ağsuda, hal-hazırda vəziyyət daha kritikdir. Hələ bu azmış kimi məmur özbaşınaslıqlarının tüğyan etməsi isə, tamam başqa bir mövzunun söhbətidir.
Faciə odur ki, əslən Ağsudan olan və neçə illərdir ki, rayonda icra başçısı vəzifəsini daşıyan Ənvər Seyidəliyevlə bağlı dövrü mətbuatda silsilə tənqidi açıqlamalar yer alsa da, rayonda vəziyyət azacıq da olsa qaydaya salınmır. Əldə etdiyimiz məlumatlara görə, bu gün də icra başçısının əsas vəzifəsi sakinlərin problemlərini həll etmək deyil, daha çox şəxsi məsələlərinin həlli ilə məşğul olmaqdan ibarət olur. Belə bir səbəblər üzündəndir ki, rayonda sakinlərin haqq səsi eşidilmir, narazılıq hissi pik nöqtəyə çatır.
Ümumiyyətlə, media üzərindən apardığımız araşdırmalar zamanı “Gündəm Xəbər” olaraq belə bir qənaətə gəlmişik ki, ölkəmizin şirvan zonasındakı rayonlar içərisində yerləşən Ağsuda, hal-hazırda daha acınacaqlı durum yaranıb və bunun da nəticəsi olaraq, sakinlər sosial problemlər məngənəsində boğulmaqdadırlar. Adicə bir məqama diqqət yetirək ki, bu gün əli-ayağı tutan hər kəs rayonu tərk edir, kəndlər boşalır, iş yerləri tapılmır, sosial problemlər aşıb-daşır. Amma, icra başçısının yaxın qohumları və ona bu və ya digər yollarla bağlı olanlar vəzifə sahibidirlər.
İllər uzunu Ənvər Seyidəliyevin rayonda gördüyü işlər, yalnız üzlük daşlar çəkdirməkdən ibarət olur. Belə ki, o, rayonun hansı ərazisində təmir-bərpa işləri aparılacaqsa, ilk öncə həmin ərazilərdə dağıntı-söküntü işlərini apartdırır, sonra da üzlük daşlar çəkdirir. Diqqəti cəlb edən hal o olur ki, təmir-bərpa işləri ilə bağlı lazımi materiallar, məhz Ənvər Seyidəliyevə məxsus obyektlərdən alınır. Amma, onu da unutmaq olmaz ki, həmin materiallar olduqca şişirdilmiş qiymətlərə alınır ki, bu da külli miqdarda büdcə vəsaitlərinin mənimsənilməsi ilə nəticələnir.
Rayonun iqtisadiyyatında yaşanan acınacaqlı durumun varlığı onu göstərir ki, əksər toplantılarda, ayrı-ayrı obyektlərin açılışında səslənən fikirlər, sanki baş aldatmaqdan başqa bir şey deyil. Məsələn, adicə bir məqama diqqət yetirək. Statistik açıqlamalara görə təqribən 75 min əhalisi olan Ağsuda, bu gün cəmi bir zavod işləyir. İşləyir necə? Çünki, ona görə necə deyirik ki, həmin zavodun açılışında yalandan açıqlama söylədilər ki, “Azqranata” zavodunda 500 nəfər işləyəcək. Bəs bu gün neçə nəfər işləyir? “Gündəm Xəbər” olaraq əldə etdiyimiz məlumatlara görə, hal-hazırda həmin zavodda cəmi 50-60 nəfər çalışır.
Ağsunun əsas dərdi, yuxarıda qeyd etdiyimiz kimi işsizlik problemidir. Sakinlər iş yerləri tapa bilmədiklərindən, ünvanlı sosial yardım almaq məqsədilə aidiyyəti üzrə müraciət edirlər. Bu müraciətlərin də dərdi tapılmır. Buna səbəb, ünvanlı sosial yardımla bağlı məsələlərin də, bir qrup şəxsin əlində olmasıdır.
Ağsuda iqtisadiyyatın məhvə düçar edilməsinin əsas səbəblərindən biri isə, kənd təsərrüfatı sahələrinin lazımınca inkişaf etdirilməməsidir. Bu sahə də icra başçısı başda olmaqla təsir dairəsində saxlandığından, kənd təsərrüfatı işləri ilə bir qrup şəxs məşğul olurlar ki, onlar da rayonu talamaqla məşğuldurlar. Verilən məlumatlara görə, bəzi sahibkarlara verilməli olan subsidiyalar məqsədli şəkildə mənimsənilir, bu da kənd təsərrüfatı sahəsinin çökməsinə təsir edən əsas səbəblərdən olur.
Bu gün rayonda tam əksəriyyət danışır ki, icra başçısı bələdiyyə torpaqlarını və əhəmiyyət kəsb edən digər əraziləri ələ keçirib. Belə bir addımlar atmaqla o qədər qanunsuzluğa qol qoyulub ki, hətta hüquq-mühafizə orqanı əməkdaşları da, sakinlərin haqlı narazılıqlarını eşitmirlər. Sözsüz ki, bu cür addımların hər birinin arxasında Ənvər Seyidəliyevin “barmağı” və onun təsir imkanları durur.

Yerli sakinlər “Gündəm Xəbər”ə bildirirlər ki, artıq rayon ərazisində satılmalı torpaq sahələri qalmayıb. Hələ bunlar azmış kimi, Şəhidlər Xiyabanının ətraf əraziləri də ələ keçirilib. Sözsüz ki, həyata keçirilən satış əməliyyatlarının hər biri, icra başçısının “dobro” deməsindən sonra baş tutur.
Ağsu sakinlərindən tam əksəriyyətinin dolanışıq vəziyyətlərinin minimum həddə olmasına baxmayaraq, hal-hazırda sakinlərin ən böyük problemləri, Ağsu rayon Qaz İstismarı İdarəsi ilə yaşanmaqdadır. Belə ki, bu haqda da məlumatları “Gündəm Xəbər”ə çatdıranlar onu da vurğulayırlar ki, qış fəslinin soyuq günlərində idarənin əməkdaşları sakinlərin vəziyyətini nəzərə almadan, borcu olanlardan qaz pulu yığılmağa başlayıblar. Hər ünvandan 50-100 manat arası pul tələb edirlər. Baxmayaraq ki, əvvəlki borclar illər öncə bağışlansa da, idarənin əməkdaşları indi həmin pulları geri tələb edirlər. Qol qoyulan qanunsuzluqlarla bağlı kimə, hara şikayət ediriksə bir kimsə şikayətlərə baxmır. Buna da səbəb, Qaz İstismarı İdarəsi rəisinin icra başçısına bağlı şəxs olmasıdır.

Ağsunun bənzəri olmayan problemlərindən biri də, rayonun əslən Ağsudan olan bir neçə nəfər vəzifə sahibi tərəfindən bölüşdürülməsidir. Həmin şəxslərdən biri bugünkü icra başçısı Ənvər Seyidəliyev, digəri onun bacısı oğlu olan, hal-hazırda ƏƏSMN vəzifəsini daşıyan Səlim Müslümov və digəri isə, ARDNŞ-də söz sahiblərindən biri olan Mikayıl müəllimdir. Bir qədər araşdırmalar aparılarsa, o da bəlli olar ki, rayonun mərkəzi ərazilərindəki obyektlərin çoxu adı çəkilən vəzifə sahiblərinə məxsusdur. Yəni, həmin obyektlərə kənar bir kimsənin sahiblik etməsini müəyyən etmək, yəqin ki, olduqca müşkül məsələ olar.

Rayonda olan obyektlərin ələ keçirilməsindən başqa, Ağsudakı idarə, müəssisə, təşkilat və digər qurumların rəhbərliyində duranlar da, onlara bağlı şəxslərdirlər. Daha çox isə, icra başçısının yaxın qohum-əqrəbasıdır.
Ümumi şəkildə götürdükdə, sakinlər Ənvər Seyidəliyevin icra başçısı olduğu müddət ərzində, onun rayonun inkişafı üçün dəyərli bircə işini belə dilə gətirə bilmirlər. Çünki o, icra başçısı təyin olunduğu gündən yerli sakinlərin gününü qara edib. Yalnız öz qohum-əqrəbalarını ətrafına yığıb və belə bir yolla da, rayonu idarə etməkdədir. İcra başçısının qəbul günləri olsa da, belə bir durum yalnız sözdədir. Ona görə sözdədir deyirik ki, onun qəbuluna düşməyin özü olduqca müşkül məsələdir.
Araşdirmamiz davam edəcək və növbəti saylarımızda daha müfəssəl məlumatlarla çıxış etməyə çalışacağıq.
Akif

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağsunu dərdə salan icra başçısı

    Ağsunu dərdə salan icra başçısı ...

    14-11-2016, 18:54

  • 
  • Bərdədə Vidadi İsayevin zülmü, əksəriyyəti boğaza yığıb

    Bərdədə Vidadi İsayevin zülmü, əksəriyyəti boğaza ...

    21-11-2016, 19:37

  • 
  • Səlim Müslümovun qohumlari Ağsunu çapıb talayır

    Səlim Müslümovun qohumlari Ağsunu çapıb talayır ...

    17-01-2013, 10:49

  • 
  • Beyləqanda sosial problemlər tüğyan edir.

    Beyləqanda sosial problemlər tüğyan edir. ...

    11-07-2015, 11:41

  • 
  • Ağsu: Səlim Müslümov və qohumlarının girovuna çevrilən rayon

    Ağsu: Səlim Müslümov və qohumlarının girovuna ...

    25-11-2014, 19:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu