GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Nazirlik rəsmisi aldadıldıqlarını etiraf etdi

Nazirlik rəsmisi aldadıldıqlarını etiraf etdi

Tarix: 22-07-2014, 14:13 Bölmə :Manşet Baxış: 0
Nazirlik rəsmisi aldadıldıqlarını etiraf etdi

Təhsil nazirliyi vakant yerlər və dərs yükünün bölüşdürülməsi ilə əlaqədar bu ilin sentyabrında məktəblərdə yoxlamalar aparacağını bəyan etdi

Təhsil sistemində aparılan islahatlar bu sahəni təsəvvüredilməz toz dumanına bürüyüb. Aidiyyatı olub-olmayan hər kəs sanki əlində tozsoran təhsil sistemini təmizləməyə çalışır. Burada saymaqla bitməyən problemlərdən tutmuş dərsliklərin qeyri-qənaətbəxş olduğuna qədər hər şey öz sırası ilə sadalanır. Artıq bir neçə ildir ki, özünü nazir kürsüsündə möhkəmləndirən cənab Mikayıl Cabbarov isə bütün bu baş verənlər fonunda çox nikbin görünür, elə bil rəhbərlik etdiyi sahənin problemlərinin ona heç bir dəxli yoxdur. Heç kimə sirr deyil ki, təhsil sistemində islahatlar aparmaq üçün ilk növbədə müəllim ordusu dayaq seçilməlidir. Çünki müəllimlər öz peşə borclarını layiqincə icra etməyə başlamasalar nə yeni-yeni kitablar, nə də gözqamaşdıran əyani vəsaitlər heç kimin gərəyinə gələ bilməyəcək. Müəllimlər barədə ilk addım yaş senzinin tətbiqi oldu. Bir müddət cəmiyyətin müzakirəsinə çıxarılan bu məsələ tam olmasa da nisbətən öz həllini tapdı. Ümumilikdə gün keçirən ən savadlı müəllimlərin belə 65 yaşından sonra məktəblərdə qalması heç nəyi dəyişə bilməz. Çünki sistem “gün keçirmək” üzərində qurulub. İkinci məsələ “Boş” (vakant) yerlərin müəyyənləşdirilməsi və imtahan yolu ilə müəllim olmaq istəyənləri həmin boş yerlərə müvafiq olaraq işə qəbul etməkdən ibarətdir. Bu sahədə isə problem öz həllini hələ də tapa bilmir. Biabırçılıqdır ki, Təhsil nazirliyində bu işlə məşğul olan şəxslər məktəblərdə olan boş yerləri müəyyənləşdirməkdə acizdirlər. Nazir cənab Mikayıl Cabbarov isə təhsil sahəsinə yad adam olduğundan bir rəhbər kimi siyasi iradə nümayiş etdirə bilmir. Ötən həftə jurnalistlərə müsahibəsində təhsil nazirinin rəsmisi etiraf etdi ki, məktəb direktorları “boş (vakant) yerlər” barədə düzgün məlumat vermir və nazirliyi aldadırlar. Odur ki, Təhsil nazirliyi bu ilin sentyabr ayında boş yerlər və dərs yükünün bölüşdürülməsi ilə əlaqədar məktəblərdə monitorinqlər keçirmək niyyətindədir. Bu bir acı etiraf olsa da, zənnimcə, mahiyyət etibarilə sıfıra bərabərdir. Çünki boş yerlər barədə məlumatı məktəb direktorları may ayında veriblər. Indi onları xəbərdarlıq etməyin, və ya hədə-qorxu gəlməyin heç bir lüzumu yoxdur. Çünki yiyəsiz, yəni arxa-dayaqsız məktəb direktoru yoxdur və onlar özbaşına deyil, məhz rayon təhsil şöbələri müdirlərinin diqtəsi ilə boş yerlər barədə məlumat veriblər. Qısa araşdırma zamanı bəlli oldu ki, coğrafiya, fizika, kimya, biologiya fənləri üzrə kəskin müəllim çatışmazlığı yarandığından rayon təhsil şöbələrinin müdirləri yalnız bu yerlər barədə məlumat ötürməyi məktəb direktorlarına icazə veriblər. Ancaq ibtidai sinif müəllimi, ingilis dili, tarix, azərbaycan dili və ədəbiyyatı fənləri üzrə, hansı ki, məktəb bazarında yaxşı qiymətləndirilir, məlumat vermək qəti qadağan olunub. Hətta bəzi rayonlarda məktəb direktorlarına konkret tapşırıq verilib. “Əgər məlumat verəcəksənsə könüllü olaraq ərizəni yaz, işdən çıx!” Bu kateqoriya müəllimləri təhsil şöbələrinin müdirləri özləri işə qəbul edirlər. Qanunun onlara verdiyi səlahiyyət çərçivəsində bir illik müddətinə müqavilə bağlayır və işə götürürlər. Yaxud lobarant kimi işə qəbul edir, sonra müəllimlik təyinatını verirlər. Buna nə təhsil nazirliyi irad tuta bilir, nə hesablama palatası, nə də digər hüquq-mühafizə orqanları. Bu elə bir yem yeridir ki, qanunla tənzimlənib və yazılmayan qanunlarla təhsil şöbələri müdirlərinə halal buyurulub. Odur ki, heç kim heç nə edə bilməz. Özü də mərifətli qiymətə, yəni Bakı ilə rayonlar, hətta işğal altında olan rayonlar arasında fərq aradan götürülməklə bazar açılıb. Bakı şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən ərazisi işğal olunmuş rayonların məktəblərində bir çox boş yerlər olsa da bu barədə məlumat verilmir. Ağdam, Kəlbəcər, Laçın və Cəbrayıl rayonları üzrə “xalaxətrin qalmasın” deyə bir neçə əhəmiyyətsiz boş yer məlumat bazasında yerləşdirildiyi halda Zəngilan və Qubadlı rayonlarından bir dənə də olsun boş yer göstərilməyib. Konkret olaraq Qubadlı rayonunun bir neçə məktəbində boş yer olduğu halda təhsil şöbəsi müdirinin qorxusundan bu yerlər də boş yer kimi göstərilməyib. Görəsən, nazir üçün siyasi iradə ortaya qoyub həmin boş yerləri aşkarlamaq və yalan məlumat verdiklərinə görə heç olmasa məktəb direktorlarını (hamı bilir ki, təhsil şöbələri müdirlərini cəzalandırmaq nazirin gücü çərçivəsindən kənardadır???) cəzalandırmaq ona kreslosu ilə vidalaşmağa bərabər deyil ki? Bəlkə nazir özü də çox yaxşı

gəlirli “müəllim bazar”ının şəriklərindən biridir? Müəllimlərlə münasibət bazar qanunları əsasında belə bir müstəvi üzərində qurulursa qəm dəryasına qıy vurmasaq belə təhsil sahəsində islahatların nəticə verəcəyinə yaxın gələcəkdə ümid bəsləmək sadəcə sadəlövhlük olardı. Belə olan halda məsələni gündəmə çıxartmaqla işimizi bitmiş hesab etməsək də “Allah bazar versin” deməkdən başqa çıxış yolumuz da qalmır.

Əli bəy AZƏRİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nazirlik rəsmisi aldadıldıqlarını etiraf etdi

    Nazirlik rəsmisi aldadıldıqlarını etiraf etdi ...

    22-07-2015, 14:13

  • 
  • Təhsil naziri yeni hazırlanan dərsliklərə bağlı aşıqlama verdi

    Təhsil naziri yeni hazırlanan dərsliklərə bağlı ...

    22-11-2013, 13:33

  • 
  • Mikayıl Cabbarovdan direktorlara növbəti xəbərdarlıq

    Mikayıl Cabbarovdan direktorlara növbəti ...

    16-09-2013, 13:57

  • 
  • Mikayıl Cabbarov müəllimlərin maaşlarının artırılmasından danışdı

    Mikayıl Cabbarov müəllimlərin maaşlarının ...

    22-11-2013, 15:05

  • 
  • Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr islahatlarından danışdı

    Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr ...

    18-09-2013, 01:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu