Dərsliklərin metodoloji baxımdan hazırlanmasının dəyişdirilməsi nəzərdə tutulur. Yeni hazırlanan dərsliklər ilk növbədə sınaqdan keçirilməli və sonradan tədrisdə istifadə edilməlidir”.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Şurasının iclasında çıxışı zamanı deyib.
Nazir bu il aparılan islahatlar nəticəsində dərsliklərin məzmunu ilə onların çapı prosesinin ayrıldığını qeyd edib. Onun sözlərinə görə, bu da ilk növbədə dərsliklərin ən savadlı şəxslər tərəfindən hazırlanmasına xidmət edir.
Bu gün dərsliklərin keyfiyyətinə dövlət tərəfindən nəzarət olunduğunu deyən M.Cabbarov qeyri-dövlət strukturlarının da dərsliklərin keyfiyyətinə cəlb edilməsini təklif edib: “Ali məktəblər dərsliklərin hazırlanması ilə bağlı keçirilən tenderlərdə iştirak etmirlər. Bu gün bir tərəfdən ali məktəblərin maliyyələşmə mexanizmini axtarırıq. Ancaq bizim bu sahədə ən yaxşı müəllimlər ali təhsil müəssisələrində deyillərsə, o zaman onlar haradadır? Burada söhbət həm idarəetmə baxımından, həm də düzgün həvəsləndirmə sistemindən gedir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?