Tağı Əhmədovdan şok ittiham: “Nə qədər ki, Azərbaycanda yüksək vəzifələri təmizqanlı azərbaycanlılar tutmur, belə hallar baş verəcək”
“Gülər Əhmədova hansısa fırıldaqçıdan bir milyon pul qoparıb, gedib özünə ev alıb. Elə indinin özündə də həmin evdə yaşayır”. Bunu press24.az saytında verdiyi müsahibədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib. Tağı Əhmədov eks-millət vəkili Gülər Əhmədova barəsində şok açıqlamalar da verib: “Bilirsiniz, Gülərin nənəsi erməni olub. Biz o qədər ürəyiaçıq xalqıq ki, bunu bilə-bilə onun millət vəkili olmasına şərait yaratmışıq. Gülər son vaxtlar o qədər cızığından çıxmışdı ki, YAP-ın üzvü ola-ola partiyanın iclaslarına gəlmir, deputatlıq etdiyi rayonun icra hakimi ilə yola getmirdi. Mən həmişə demişəm ki, nə qədər ki, Azərbaycanda yüksək vəzifələri təmizqanlı azərbaycanlılar tutmur, belə hallar baş verəcək” Eks–millət vəkili Gülər Əhmədova Bakı Metropolitenin rəisi Tağı Əhmədovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Moderator.az saytına verdiyi qısa açıqlamada Gülər Əhmədova Tağı Əhmədovun bu fikirlərindən ciddi təəssüf hissi keçirdiyini bildirdi: “Yıxılana balta çalan çox olar. Bildirim ki, ulu öndər Heydər Əliyevin 2001-ci ildə mənə verdiyi evdə yaşayıram.YAP-dan çıxarılsam da heç vaxt əqidəmi dəyişən deyiləm və öləndə də Heydər Əliyevçi kimi öləcəm, bundan kimsənin şübhəsi olmasın. Tağı Əhmədovun məntiqiylə yanaşsaq, onda Bakıda 20 yanvar qırğınlarını törətmiş ruslarla qohum olanların da uşaqlarına yüksək vəzifə vermək olmaz. Hər kəs dediyimidən nəticə çıxara bilər.” Göründüyü kimi Gülər Əhmədova isə nənəsi erməni olmasın təkzib etməyib. Əksinə bunu təsdiq edən açıqlama verib.
Sorğu
Yeni dizaynımız necədir?