Bu gün səhər saatlarından başlayaraq Nəqliyyat Nazirliyində iclas keçirilir.
gundemxeber.az baku.ws-yə istinadən bildirir ki, iclas təxminən bir saat əvvəl başlayıb. İclasın nazirliyin rəsmiləri tərəfindən keçirildiyi ehtimal olunur. Çünki hələlik nəqliyyat naziri Ziya Məmmədovun məzuniyyətdən qayıtmadığı bildirilir.
İclasda nazirliyin bağlanmış qurumları, orada çalışan işçilərin aqibəti və digər məsələlərin müzakirə olunacağı bildirilir.
Xatırladaq ki, Ziya Məmmədov oktyabrı ayının 23-nə qədər məzuniyyətdədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?