GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gədəbəydə PA-dan göndərilmiş məktuba məhəl qoyulmur

Gədəbəydə PA-dan göndərilmiş məktuba məhəl qoyulmur

Tarix: 17-09-2015, 15:18 Bölmə :Manşet Baxış: 0
Gədəbəydə PA-dan göndərilmiş məktuba məhəl qoyulmur

Gədəbəydə PA-dan göndərilmiş məktuba məhəl qoyulmur

Qəbul edilmiş əsasnamənin varlığına baxmayaraq, bu gün Gədəbəydə şah qanun olduğundan, qəbul edilmiş prinsiplər Ramiz Yediyarov tərəfindən qulaqardına vurulmaqdadır

“Gündəm Xəbər” qəzetinin ötən sayında Gədəbəy rayon sakini Əliyev Oqtay Qara oğlunun üzləşdiyi problemdən, yəni rayonun M.Quliyev küçəsində ona məxsus 0,06 ha torpaq sahəsində 38,5 kvm-lik sahəsi olan birmərtəbəli qeyri yaşayış binasını, hansı ki, 12 fevral 2015-ci il tarixə qədər ondan ərzaq mağazası kimi istifadə edirdi, həmin mağazanın yerlə-yeksan edilməsindən bəhs etmişdik. Problem artıq respublika ictimaiyyətinə bəlli bir problemə çevrilib ki, onun da əmələ gəlməsinə rayon rəhbərliyinin verdiyi qanunsuz tapşırıqlar olub. Bu günədək aidiyyəti dövlət qurumlarına, bir çox vəzifə sahiblərinə ünvanladığı müraciətlərində Oqtay Əliyev, yalnız üzləşdiyi problemin ədalətli həllinə nail olmaq istəsə də, Ramiz Yediyarovun tətbiq etdiyi idarəçilik buna imkan verməyib. Yəni, o, qanuni sənəd-sübutu olan obyektinə eksper komissiyası tərəfindən qiymətləndirilmiş 50 min manat kompensasiyanı tələb etsə də, hələ ki, istəyinə nail ola bilməyib.

Diqqəti cəlb edən hal odur ki, Oqtay Əliyevə məxsus mağaza darmadağın edilərkən, atılan addım barədə heç bir məlumat verilməyib və ona məxsus əmlak ( hansı ki, daşınar və daşınmaz əmlak) yerlə-yeksan etdirilib. Belə bir halın varlığı da, Əliyevlər ailəsinin dolanışığını tam kəsir. Bu gün rayon rəhbərliyində əsas vəzifə sahiblərindən biri olan Qüdrət Paşayev, atdıqları addımın müqabilində müəyyən edilmiş kompensasiyanı ödəmək əvəzinə, Oqtay Əliyevə 20 min manat pul və yeni tikilmiş ticarət mərkəzində heç bir sənədi olmayan 17 kvm-lik obyekt təklif etsə də, qarşı tərəf edilmiş təklifdən imtina edir. Buna səbəb həm də o olur ki, inşa olunmuş obyektlər 35 kv-luq yüksək gərginlikli elektrik xətlərinin altında yerləşir.

Maraqlı hal odur ki, icra hakimiyyətinin başçısı hələ 16 fevral 2015-ci il tarixdə, rayonun memarlıq və tikinti şöbəsi müdirinin iş otağında Oqtay Əliyevə yeni obyekt verilməsi barədə təklif versə də, o edilmiş təklifdən imtina edir. Belə olan halda Ramiz Yediyarov şöbənin müdiri Elxan Vəliyevə tapşırıq verir ki, edilmiş təklifdən imtina barədə şikayətçidən ərizə alın. Elə ki, Oqtay Əliyev imtina haqda ərizəsini təqdim edir, bu zaman Elxan müəllim bildirir ki, “belə olan halda biz maliyyə idarəsinin rəisi Namiq Məmmədova tapşırıq verərik ki, sənə vermək istədiyimiz obyekti satışa çıxartsın və əldə olunan “haqq-hesab”ı da sənə versin. Problemin həllinə icra hakimiyyəti rəsmləri tərəfindən bu cür yanaşma göstərilərkən, Oqtay Əliyev hövsələdən çıxır və qarşı tərəfə sual da ünvanlayır. Görəsən Namiq müəllim alqı-satqı şöbəsinin müdiridir, yoxsa maliyyə idarəsinin rəisidir?

Bir məqama da toxunaq ki, Oqtay Əliyevə məxsus obyekt yerlə-yeksan edildikdən sonra, həmin ərazidə fontan tikməyə başlayırlar. Amma, inşaat işləri aparılarkən rayon rəhbərliyi xəsislik nümayiş etdirir və yeni tikinti malları almaq üçün büdcə vəsaitini xərcləmək niyyətindən “vaz” keçir. Məqsədi yəqin ki, ayrılmış həmin vəsaitə də “əl gəzdirmək” olur. Belə olan halda o, Oqtay Əliyevə məxsus obyektdən sökülmüş “kubik” daşlardan istifadə etməyə qərar verir. [ gundemxeber.az ] Etdikləri xəsisliyi ört-basdır etmək üçün, teztələsik inşaası qismən başa çatdırılmış fontandan birini suvaqla üzləyə bilsələr də, digər fontandakı bicliklərini gizlədə bilmirlər. Hələ bunlar azmış kimi, fontanların inşaası aparılan zaman, yaxınlıqdakı şəhidlər binasına, digər yaşayış

binalarına gedən yol da bağlanır. Belə bir halın varlığı da, çoxsaylı sakinlərin haqlı narazılığına səbəb olur.

Bəli, bu gün Oqtay Əliyev üzləşdiyi problemin həllini PA axtarmağa vadar olduğundan o, 08 sentyabr 2015-ci il tarixdə ailəlikcə qeyd olunan qurumun qəbul şöbəsində olurlar. Həmin vaxt PA səlahiyyətlisi onlara bildirir ki, daxili telefonla 14-83-ə zəng edin, sizə hər şey açıq-aydın izah olunacaq. [ gundemxeber.az ] Oqtay Əliyev qeyd olunan nömrəyə zəng edərkən, telefona cavab verən xanım bildirir ki, “A-3881-149 kodu ilə sizin şikayətiniz, 29 avqust 2015-ci il tarixdə həlli üçün Gədəbəy rayon İcra Hakimiyyətinə göndərilmişdir”. Təəssüf doğuran hal odur ki, həmin vaxtdan bu günədək göndərilmiş məktubla bağlı icra hakimiyyəti rəsmlərindən bir kimsə Oqtay Əliyevə nəsə demir, hansısa formada da maraqlanmırlar.

Baxmayaraq ki, ölkə rəhbərinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş, yerli icra hakimiyyətləri haqqında Əsasnamədə bildirilir ki, yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətlərini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Qəbul edilmiş əsasnamənin varlığına baxmayaraq, bu gün Gədəbəydə şah qanun olduğundan, qəbul edilmiş prinsiplər Ramiz Yediyarov tərəfindən qulaqardına vurulmaqdadır. Bu da onu söyləməyə əsas verir ki, Gədəbəydə rayon rəhbərliyi mütləqi-hakimdir.

Araşdırmamız davam edəcək

Mətləb Balakişiyev

gundemxeber.az

Gədəbəydə PA-dan göndərilmiş məktuba məhəl qoyulmur
Gədəbəydə PA-dan göndərilmiş məktuba məhəl qoyulmur
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə icra başçısı sayğısızlıq etdi

    Gədəbəydə icra başçısı sayğısızlıq etdi ...

    10-09-2015, 22:23

  • 
  • Gədəbəydə Oqtay Əliyevlər problemi

    Gədəbəydə Oqtay Əliyevlər problemi ...

    21-12-2015, 13:41

  • 
  • Gədəbəydə sahibkar gözümçıxdıya salınıb

    Gədəbəydə sahibkar gözümçıxdıya salınıb ...

    12-10-2015, 13:48

  • 
  • PA-dan verilən tapşırıq, yenə də saya salınmadı

    PA-dan verilən tapşırıq, yenə də saya salınmadı ...

    19-10-2015, 19:34

  • 
  • Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib

    Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib ...

    1-08-2016, 22:45


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (224)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu