GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » PA-dan verilən tapşırıq, yenə də saya salınmadı

PA-dan verilən tapşırıq, yenə də saya salınmadı

Tarix: 19-10-2015, 19:34 Bölmə :Manşet Baxış: 0
PA-dan verilən tapşırıq, yenə də saya salınmadı

Düzdür, qeyd olunan qurumda səlahiyyət sahibi olanlar tərəfindən Əliyev Oqtay Qara oğlu qəbul edilib dinlənilsə də, bu gün də bir nəticə yoxdur. Buna səbəb, Ramiz Yediyarovun PA səlahiyyətlilərinin vermiş olduğu tapşırıqlara məhəl qoymamasıdır

Son aylar mətbuatın gündəmini zəbt edən mövzulardan biri də, əslən Gədəbəydən olan sahibkar Əliyev Oqtay Qara oğlunun başına gətirilən olayların varlığıdır. Yaşanan problem haqda məlumatlı olanlar yəqin bilirlər ki, icra başçısı Ramiz Yediyarovun vermiş olduğu qanunsuz tapşırıq əsasında, 12 fevral 2015-ci il tarixdə ona məxsus 38.5 kv.m-lik mağaza yerlə-yeksan edilir. Həyata keçirilən söküntü işlərini başa çatdıran və bu gün də Gədəbəy şəhər icra nümayəndəliyinə rəhbərlik edən Şahbaz Bayramov, fürsət düşdüyündən sahibkara məxsus ərzaq mallarını, mağazanın içərisində olan dəmir seyfi itbata salır. Həmin vaxtdan Oqtay Əliyev nə sökülmüş mağazası ilə bağlı ala biləcəyi kompensasiyasını, nə də ki, itbata salınmış dəmir seyfini əldə edə bilir. Baxmayaraq ki, həmin mağaza 08 iyul 2008-ci ildə Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən Oqtay Əliyevin xüsusi mülkiyyətinə verilir və bu haqda ona məxsus MH/0001695 saylı Çıxarış da var.

Ayrı-ayrı mətbu orqanlara, o cümlədən “Gündəm Xəbər” qəzetinə etdiyi müraciətində o, bildirir ki, “mənə məxsus obyekt darmadağın edilərkən xəbərim olmayıb və söküntünün aparılması haqda bir kimsə də məlumat verməyib. Nəticədə xüsusi mülkiyyətimdə olan mağaza,

ayrı-ayrı firmalardan nisyə aldığım ərzaq malları, mağazamın içərisində olan avadanlıqlarım və.s, ələ gələsi olmadı. Və belə bir vandalizm addımın qarşılığında, dəymiş ziyanın kompensasiyası belə ödənilmədi. Hər kəsin mülkiyyət hüququnun qanunla qorunmasına baxmayaraq, bu gün Ramiz Yediyarovun rəhbərlik etdiyi Gədəbəydə təkcə Əliyev Oqtay Qara oğlu deyil, neçə-neçə sahibkarlar gözümçıxdıya salınıblar” deyir.

Ümumiyyətlə, torpaqların dövlət ehtiyacları üçün alınması Azərbaycan Respublikası MM-nin 246-cı və 249-cu maddələrinin tələblərinə uyğun həyata keçirilməsinə baxmayaraq, Ramiz Yediyarov qanunun belə bir tələbinə məhəl qoymur və sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir neçə sahibkarlara, o cümlədən Əliyev Oqtay Qara oğluna, Rasim Həziyevə, Əliyev Oqtay İbrahim oğluna, Müzəffər Həsənova, Mahmudov Natiq Nuru oğluna, Vaqif Səfərova və digərlərinə qarşı elə bir addımlar atır ki, bu gün də onlar PA-na gedib gəlməkdədirlər.

Əldə etdiyimiz digər məlumatlarda o da bildirilir ki, həmin sahibkarlar üzləşdikləri problemlərin həlli üçün, Gədəbəydə müraciət etmədikləri vəzifə sahibləri qalmayıb. Amma, nə fayda! Çünki, Ramiz Yediyarovun tətbiq etdiyi idarəçilik problemləri həll etmir, yeni-yeni problemlərin əmələ gəlməsinə yollar açır. Diqqəti cəlb edən hallardan biri də o olur ki, ötən müddət ərzində Oqtay Əliyevin etdiyi müraciətlər əsasında, ona yağlı vədlər verilsə də, problem həllini tapmır ki, tapmır. Nəticədə o, daha yuxarı instansiyalara, o cümlədən PA da müraciət etmək məcburiyyətində qalır.

PA-dan verilən tapşırıq, yenə də saya salınmadı

Düzdür, qeyd olunan qurumda səlahiyyət sahibi olanlar tərəfindən Oqtay Əliyev qəbul edilib diqqətlə dinlənilsə də, bu gün də ortada bir nəticə yoxdur. Çünki, Ramiz Yediyarov açıq-aydın PA səlahiyyətlilərinin vermiş olduğu tapşırıqlara məhəl qoymur. Bu zaman hər kəsdə, o cümlədən bizlərdə də belə bir sual yarana bilər ki, görəsən ona “daydayılıq edən” hansı vəzifə sahibidir ki, o, bir kimsəni saya salmır? Məsələn, bu ilin 14 sentyabr günü Oqtay Əliyev Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevlə görüşmək istəsə də, o, buna nail ola bilmir. Nəticədə onun müavini Tağı Tağıyevlə görüşür və Gədəbəydə üzləşdiyi problemlərin mahiyyətini ona çatdırır. Düzdür, PA-nın rəsmisi Oqtay Əliyevi diqqətlə dinləyib deməsi ki, “get Gədəbəyə, biz rayon rəhbərliyinə lazımi tapşırıqlarımızı verəcəyik ki, probleminin həllinə köməklik etsin”. Amma, həmin gündən təqribən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, onu nə icra başçısı qəbul edir, nə də ki, hansısa vəzifə sahibi Oqtay Əliyevə probleminin həlli üçün köməklik göstərir. Belə olan halda o, bir neçə sahibkarla birlikdə, 08 oktyabr günü Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək istəsələr də, ilk öncə buna razılıq verilmir və PA-na getmələri məsləhət görülür. Elə ki, həmin qurumdan razılıq verilir, Oqtay Əliyev digər sahibkarlarla birlikdə ulu öndərin məzarını ziyarət etdikdən sonra, PA-nın qəbul şöbəsində olurlar. Qeyd olunan qurumdan onlara bildirilir ki, “gedin, 12 oktyabrda saat 14-də təkrar gələrsiniz. Sizi Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev qəbul edəcək. Həmin gün şikayətçi sahibkarlar Zeynal Nağdəliyevlə görüşmək istəsələr də, qəbul otağında onun müavini Tağı Tağıyev olur. Və hər bir şikayətçini təkbətək qəbul etdikdən sonra, o, Oqtay Əliyevə bildirir ki, “biz rayon rəhbərliyinə tapşırmışıq, o, sizin probleminizi həll etməlidir” deyir. Bütün bunlara baxmayaraq o, qəbuldan çıxdıqdan sonra Gədəbəy rayonu üzrə də olan zona kordinatoru Əlibala müəllimlə əlaqə saxlayıb, ona da ümumi vəziyyət haqda məlumat verir. Oqtay Əliyevin suallarını cavablandıran Əlibala müəllim bildirir ki, “darıxmayın, mütləq sizə zəng olunacaq və bir cavab da veriləcək” desə də, bu günəcən cavab almadığını bildirən şikayətçi sahibkar onu da vurğulayır ki, “əgər mənə bir cavab verilməsə, ölkə rəhbəri ilə görüşməyə çalışacağam. Bu addımım da baş tutmasa məcburam ki, mətbuat konfransı keçirib geniş ictimaiyyəti bu yöndə məlumatlandıram ki, Gədəbəydə haqsızlığın, qanunsuzluğun həddi-hüdudu yoxdur”.

Bütün bunlardan sonra kim deyə bilər ki, Gədəbəydə haqq-ədalət var? Əslinə baxsan, yaşanan olayların kökündə Ramiz Yediyarovun tətbiq edib həyata keçirdiyi idarəçilik durur ki, bu da çoxsaylı sahibkarları gözümçıxdıya salmaqdadır.

Digər məqama da toxunaq ki, axı ölkə rəhbəri cənab İlham Əliyev keçirilən görüşlərdə, müxtəlif tədbirlərdə daim vurğulayır ki, “mən kimi hara rəhbər təyin edirəmsə ilk öncə

tapşırıqlarımı verirəm ki, gedin əhali ilə işləməyi bacarın, onların qayğılarına qalın, problemlərinin həllinə dəstək verin” deyir. Bu belə olduğu halda, görəsən Gədəbəy rayon rəhbərliyinin atdığı addımlara hansı qiyməti vermək mümkün olar? Odur ki, bu haqda düşünmək, bir qədər də götür-qoy etmək gərəkdir ki, əksər mətləblərdən xəbər tutmaq mümkün olsun.

Problemlərin varlığını diqqətdə saxlayacağıq.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İcra başçısının özbaşınalığı hər kəsə bəlli oldu

    İcra başçısının özbaşınalığı hər kəsə bəlli oldu ...

    4-03-2015, 13:48

  • 
  • Gədəbəydə sahibkar gözümçıxdıya salınıb

    Gədəbəydə sahibkar gözümçıxdıya salınıb ...

    12-10-2015, 13:48

  • 
  • Gədəbəydə PA-dan göndərilmiş məktuba məhəl qoyulmur

    Gədəbəydə PA-dan göndərilmiş məktuba məhəl ...

    17-09-2015, 15:18

  • 
  • Gədəbəydə Oqtay Əliyevlər problemi

    Gədəbəydə Oqtay Əliyevlər problemi ...

    21-12-2015, 13:41

  • 
  • Gədəbəyli sahibkarların problemləri PA-da yenidən dinlənildi

    Gədəbəyli sahibkarların problemləri PA-da yenidən ...

    26-10-2015, 21:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu