İllərdir ki, Azərbaycan təhsil sistemində “saxta diplom” problemi gündəmə gətirilir, müzakirə olunur, qalmaqal yaşanır... sonra sanki “qurbağa gölünə daş atılır”- heç nə olmamış kimi hamı ağzına su alıb susur... Bir sözlə, üzü sabiq nazir Misir Mərdanovdan tutmuş indiki nazir Mikayıl Cabbarova qədər hələ heç kim bu problemə düz-əməlli bir aydınlıq gətirməyib. Bəlkə bu, demoqogiyadır? Bəlkə deyilənlər yalandır? Yox, əgər həqiqətdirsə, niyə cəmiyyətin qulağına sağ söz əvəzinə, ağzına yağlı əppək sürtməyə üstünlük verirlər? Bunu edənlər o qədərmi zor sahibdir ki, nazirlər belə bu saxtakarlığa - nadanlığa, cinayətə, nəhayətdə isə xalqa edilən bu düşmənçiliyə qarşı bir iş görməkdə zorlanırlar? Əks təqdirdə, niyə təhsil sistemini bazar piştaxtasına çevirənlər tam aşkarlanıb ifşa edilmir? Bir az dərindən düşünəndə adama elə gəlir ki, saxta diplom satdığı aşkarlandığından fəaliyyətinə xitam verilmiş Gəncə Müəllimlər İnstitutunun direktoru Ramiz Məmmədov adlı birisini yalnızca “günah keçisi” seçiblərmiş. (gundemxeber.az) Adamı cəmiyyətə “saxta diplom” istehsalçısı və alverçisi kimi təqdim etdilər, bununla da işlərini bitmiş bildilər. Bəs onun saxta diplom verdiyi adamlar? Bəs onlar necə oldu? Bundan başqa, axı heç kimə sirr deyil ki, belə maxinasiyalarla-saxta diplom kombinatorluğu ilə təkcə bir adam məşğul olmayıb və bu məşğuliyyət nəticəsində bu gün ölkənin nəinki orta təhsil məktəblərində, ali təhsil müəssisələrində belə saxta diplomu cəhənnəm, hətta belə saxta diplomla “alim” adı almış adamlar gənclərimizə elm “öyrədirlər”. Absurd görünür, eləmi? Dəhşətdir, deyilmi? Bəs bu biabırçılığa son qoymalı olan məsul şəxslər indiyədək niyə susur və ya niyə hərdənbir bu mövzuya ötəri də olsa toxunaraq üstündən sükutla keçirlər? Niyə bircə araşdırma kampaniyası başladıb fırıldaqçılıqdan doğan düşmənçilik əməlinə birdəfəlik son qoymurlar? Əks təqdirdə bu, cəmiyyətin gözünə kül üfürmək deyilmi?
...Düzdü, bir il əvvəl bir ifşa faktını Gəncədə konstatasiya edən təzə təhsil naziri Mikayıl Cabbarov oldu və hadisə müəyyən qədər də rezonans doğurdu, amma... Amması da o ki... belə faktorlar Azərbaycan üçün, Azərbaycan cəmiyyəti üçün çoxdan və eyni zamanda kohnəlmiş presedent sayılır - axı hər hansı quruma təzə təyin olunmuş rəhbər şəxsin vəzifə başına gələn kimi radikal addım atması, havalı davranışı, “asaram-kəsərəm” hədəsi, görk üçün kimisə “qurbanlıq” seçməsi kimə məlum deyil? Təəssüf və inamla deyə bilərik ki, bu haqdisə də o qəbildəndir. (gundemxeber.az) Hər hansı doğrulducu arqument olsa belə, bu işi görməli olanlar bilməlidir ki, onların bu yarımçıq addımına ictimai reaksiya məhz bu cür oldu. Yəni arxasında yenə mübhəm məqsəd – maddi maraq duran aldadıcı kampaniya! Təkrar edirik: saxta diplomlarla hələ də dövlət müəssisələrində çalışanlar olduğuna, onlar, necə deyərlər, axıradək “tərksilah” edilmədiyinə görə nazir Mikayıl Cabbarovun “ifşa kampaniyası” yaddaşlarda məhz bu yarlıkla qaldı. Yəni ki, nəticəsiz. (gundemxeber.az) Yəni ki, ictimai fikirdə hər hansı dəyişikliyə nail olunmadı. Niyə, nədən qətiyyətlə bu qənaətdə olduğumuzu deyirik? Sözümüzə söykək üçün bir neçə ay əvvəl medianın gündəminə gətirilmiş başqa bir ifşa faktını xatırlayaq: Tibb sahəsində 19 nəfərin
diplomunun saxta olması faktı medianın gündəminə “bomba” kimi salınanda cəmiyyətdə şok effekti yaratdığı yəqin ki, hələ də yaddaşlardadır. Onda təhsil nazirinin ifşa siyasətini təqdir edənlər çox idi və etiraf edirik ki, biz də onların sırasında idik. Bəs necə, başqa ixtisaslar-sənət və peşələr cəhənnəm, amma həkim... Axı həkim müstəsna və əlahiddə peşədir, xalqın sağlamlığı deməkdir, bu sahədə saxtakarlıq bütöv bir xalqın taleyini təhlükəyə atmaq, onun həyatı ilə oynamaq olardı. (gundemxeber.az) Ona görə də nazirin bu araşdırması və tapıntısı sözün mütləq mənasında alqışa layiq olduğundan elə alqışlandı da. Media səhifələrində xəstə cəmiyyətin cümlə qurmağı bacaran sadəlövh üzvləri onu o ki var təriflədilər. Təbii ki, biz də istisna deyildik. Əlimizə fürsət düşmükən üzümüzü o saxta diplomlu anonim tibb işçilərinə tutub sadəlövhcəsinə ana və uşaq ölümlərində, xalqa saxta dərman satışında, savadsızlıqda, görünməmiş rüşvətxorluqda, hətta qohumbazlıqda və daha nə bilim nələrdə ittiham edərək onları yaş yuyub quru sərdik. (gundemxeber.az) Bütün pisliklərin baiskarı kimi ünvanlarına dişimizin dibindən çıxanı yazdıq. Xalqa canilik edənləri “yaxalamış” təhsil naziri Mikayıl Cabbarovu isə... İnsan onun “tükdən asılı qalan” həyatını xilas etmiş birisi haqqında nə düşünər? Bax onda biz onun haqqında elə düşünüb yazdıq. Az qala onu özümüzün-xalqın xilaskarı kimi “bərəkallah” deyərək tərənnüm etdik. Həm də həkim peşəsinə yanaşmada o qədər eyforiyaya vardıq ki... az qala başqa ixtisaslar üzrə saxta diplom almağa, saxta diplomlu olmağa haqq qazandırırdıq...
Məsəl var, deyərlər, ölümü göstər, qızdırmaya razı olsun. Neyləyək, nazir bizə-media mənsublarına “ölümü”-saxta diplomlu təbibləri göstərmişdi, biz də hissə qapılıb az qala “qızdırmanı”- başqa peşə adamlarının saxta diplomlu olmasını gözardı etmişdik.
Bir müddət sonra, yəni redaksiyamıza ali təhsil müəssisələrindən birində, dəqiq desək, Gəncə Dövlət Universitetində müəllimlərdən birinin diplomunun saxta olması haqqında FAKT (bilgi, məlumat, informasiya yox, məhz FAKT yazdığımızın fərqindəyik-müəllif) daxil olanda və bu faktları rəsmiləşdirmək üçün Təhsil Nazirliyinə, Ali Attestasia Komissiyasına göndərəndən iki ay sonra iki cümlə əvvəl yazdığımız eyforiyadan ayıldıq. (gundemxeber.az) Yeri gəlmişkən deyək ki, nazir Mikayıl Cabbarovun yuxarıda qeyd etdiyimiz “yarımçıq ifşa kampaniyası” barədə fikir və qənaət də bundan sonra yaranmışdır.
Demək belə. Aşağıda fotosurətini gördüyünüz ali təhsil haqqında bu diplom Gəncə Dövlət Universitetinin coğrafiya fafedrasının müəllimi, Ali Attestasiya Komissiyasının kəraməti sayəsində dosent olmağa hazırlaşan siyasi elmlər namizədi Əhmədova Arifə Abbasəli qızına məxsusdur.
Diplomda yazılmışdır ki, Əhmədova Arifə Abbasəli qızı 1994-cü il iyunun 28-də Tacikistan Respublikasının Bobocan Qafurov adına Xucənd Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir. (gundemxeber.az) Ancaq Arifə Əhmədovanın həmin illərdə Tacikistanda deyil, Gəncədə yaşadığını bilən və diplomun saxta olduğundan şübhələnən indiki iş yoldaşlarından-GDU əməkdaşlarından biri 2002-ci ildə həmin Universitetə teleqram vuraraq sorğu göndərmiş və cavab almışdır. Həmin sorğuya verilmiş cavabın da fotosurətini təqdim edirik.
Göründüyü kimi, sorğuya cavab Xucənd Universitetinin rektoru tərəfindən imzalanmışdır.
Cavabda ağ kağıza qara hərflərlə aydın yazılmışdır ki, “Sizin teleqrama cavab olaraq bildiririk: Əhmədova Arifə Abbasəli qızı 1994-cü ildə coğrafiya ixtisası üzrə əyani və qiyabi şöbəni bitirməsi haqda əmrdə qeydə alınmamışdır.” (gundemxeber.az) Yazılanlar isə rektor N.Y. Salimovun imzası və möhürü ilə təsdiq edilmişdir.
Maraq doğuran bir də budur ki, Xucənd Universitetinin rektorunun onların təhsil müəssisəsində belə bir şəxsin təhsil almadığını bildirən, bunu imzası və möhürü ilə təsdiq
edən cavabına rəğmən bizim saxta adlandırdığımız bu diplomla Arifə Əhmədova nəinki Azərbaycanın bir dövlət universitetində müəllimlik etmiş, hətta dissertasiya müdafiə edərək alimlik elmi adı almışdır. Təəccüblüdür, deyilmi? Bəlkə də Azərbaycan reallığı üçün “yox” deyəcəksiniz, amma... fərqinə varanda, çox acınacaqlı reallıqdır.
...Heç düşünmədən media qurumu olaraq gerçəyin nə olduğunu bilmək üçün Qanunu dəstəvuz edib bu sənədləri araşdırılması üçün tələbnamə ilə həm Təhsil Nazirliyinə (TN), həm də Prezident yanında Ali Attestasiya Komissiyasına (AAK) göndərdik. Ona görə Təhsil Nazirliyinə ki, bilirdik: Bu nazirlikdə təhsil sənədlərinin tanınması işi üzrə sektor fəaliyyət göstərir və “xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyanı), sənədlərin qəbulunu, araşdırılmasını, müvafiq sorğuların göndərilməsini, lazım gəldikdə Nazirliyin Ekspert Qrupuna təqdim edilməsini, vətəndaşlardan daxil olan sənədlərə tam və ətraflı baxılmasını və cavablandırılmasını” bu sektorun əməkdaşları həyata keçirir. Bir az da konkretləşdirsək, həyata keçirməlidirlər. (gundemxeber.az) Onlar bunu Nazirlər Kabinetinin 13.05. 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilən nostrifikasiya qaydalarının müddəalarına uyğun olaraq etməlidirlər və bunu etmək onların vəzifə borcudur. Amma edirlərmi? Bu barədə bir az sonra...
Əlimizdəki sənədləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına ona görə göndərdik ki, bilək: Arifə Əhmədova saxta diplomla nazirlik statusunda olan, elmi işlərin ekspertizasını həyata keçirən bir dövlət orqanında, bir qurumda elmi iş müdafiəsinə necə buraxılıb? Ona necə elmi dərəcə verilib? Yəni doğrudanmı saxta diplomla Arif Mehdiyevin sədrlik etdiyi AAK-da elmi iş müdafiə edib elmi rütbəyə yiyələnmək, alim olmaq mümkündür? Komissiyanın ekspertləri adamın diplomunu kənara qoyub yalnızca yazdıqlarınımı “mikroskop” altına qoyurlar? Yaxud da diploma-filana baxmadan hər hansı sicilləməyə nəyinsə müqabilində “elmi iş” yarlığı yapışdırıb onu qaralayana elmi titul bağışlayırlar?
... Çifayda. Nə Təhsil Nazirliyinə, nə də Ali Attestasiya Komissi-
yasına göndərdiyimiz sorğulara cavab ala bildik. Bir neçə ay gözlədikdən sonra Təhsil Nazirliyinə zəng edib bir sorğunun taleyi ilə maraqlandığımızı bildirdik. Belə işlərə məsul olan Daxili Nəzarət Şöbəsinə zəng etməyimizi dedilər və nömrə verdilər. Verilən 599-52-43 nömrəli telefona zəng etdik. (gundemxeber.az) Elşən adlı əməkdaşa niyə zəng etdiyimizin səbəbini dedik. Bir neçə dəqiqə gözlədəndən sonra bildirdi ki, indicə öyrəndim, göndərdiyiniz məktub bizim şöbəyə üç gün öncə (?!) çatıb, bu dəqiqə sizin sorğunuz bizim şöbənun müdiri Kənan Quliyevin masasının üstündədir. Narahat olmayın, yəqin ki, sorğunuz bir həftəyə cavablandırılacaq. “Axı bu heç inandırıcı deyil ki, Bakıdan Bakıya tələbnamə ilə göndərilən məktub ünvanına bir neçə ay sonra çatsın” təəccübümüzə rəğmən nazirlik əməkdaşı çox arxayınlıqla “bu bizim günahımız deyil, biləsiniz ki, bu, poçtların günahıdır və belə şeylər çox olur” dedi. (gundemxeber.az) Amma Elşən adlı bu əməkdaş bu ağ yalanı söyləməklə, öz günahlarını, bacarıqsızlıqlarını başqasının üstünə atmaqla Təhsil Nazirliyində, konkret olaraq işlədiyi Daxili Nəzarət Şöbəsində məsuliyyətsizliyin, laqeydliyin və özbaşınalığın hökm sürdüyünün fərqində deyildi. Bu “uşaq” fərqində deyildi ki, məktub tələbnamə ilə göndərilib və sorğunun Nazirliyə çatdığı barədə qəbz əlimizdədir. Bundan sonra biz sadəlövhcəsinə “uşaq başı aldatmağa” cəhd edən bu “nazirlik uşaq”larından nə gözləməliydik? Heç nə! Doğrudan da elə oldu. Nəinki bir həftə, heç iki-üç həftədən sonra da bizə cavab vermədilər. Bunu isə biz təbii ki, cavabdan imtina kimi qəbul etdik.
...Ölkə Prezidenti İlham Əliyevin dövlət məmurlarının mətbuatla işləmələrində, əlaqələrində vaxtilə qeyd etdiyi iradların bu nazirlikdə keçərli olmadığını gördük. Prezidentin tapşırıqlarının, onun göstərişlərinin TN-də vecə alınmadığını qoyaq bir kənara. Bəs Təhsil Nazirliyində qanunla niyə hesablaşmırlar, daha dəqiq ifadə etsək, qanunu niyə vecə almırlar, bunu anlamadıq. (gundemxeber.az) Məgər Azərbaycanda QANUN bir nazirlik üçün məcburi, digər nazirlik üçün kiminsə cümləpərdazlığıdır ki, kimlər üçünsə maddi maraq naminə “hörümçək toru” funksiyası daşısın? Əks təqdirdə, qanunla sorğunu cavablandırmalı olduqları halda Təhsil Nazirliyində niyə bundan imtina etdilər? Axı bu, qanunun təsbit etdiyi kimi, onların vəzifələrindən biri, başqa cür desək, nəinki medianın, hətta adi vətəndaşın sorğusunu cavablandırmaq onların boynunun borcudur.
...Zorən bizi “Nə üçün TN-ə göndərdiyimiz sorğunu cavablandırmadılar?” sualına cavab axtarmağa vadar etdilər. Odur ki, qənaətimizi bölüşürük. Fikrimizcə, TN-nin Daxili Nəzarət Şöbəsinin müdiri Kənan Quliyev (bəlkə hətta digərləri də) saxta olub- olmadığının araşdırılması üçün onlara göndərdiyimiz diplomun saxta olduğunu bilir. Ona görə sorğuya cavab vermək istəmirlər ki, əvvəla, faktı ört-basdır edirlər. (gundemxeber.az) Ki, Azərbaycanın bir ali təhsil müəssisəsində hələ də saxta diplomlu müəllim, alim çalışmaqdadır. Axı bu, nazirlik adına ləkə gətirən, qurumun onsuz da korlanmış imicini daha da korlayan biabırçı bir faktdır. Odur ki, bu saxtakarlıq gizlədilir. İkincisi də, o diplomun sahibinə-Arifə Əhmədovaya maddi maraq müqabilində şərair yaradır, vaxt qazandırırlar ki, saxta diplomu hər hansı əlavə bir sənədlə “təmizə” çıxara bilsin. O ki qaldı Tacikistan mənşəli diplomun nostrifikasiyasına- Azərbaycanda tanınması məsələsinə, əminliklə deyə bilərik ki, həmin diplom TN tərəfindən nostrifikasiya prosedurundan keçməyib. Çünki ağlı başında olan hər hansı normal adam saxta diplomu nostrifikasiya üçün nazirliyə verməz, o diplomun doğruluğunun araşdırılmasına risk etməz. (gundemxeber.az) Aydınlıq üçün əlavə edək ki, hətta əgər o diplom saxta yox, həqiqi olsa belə, əgər nostrifikasıya olunmayıbsa, GDU-nun coğrafiya kafedrasının müəllimi Arifə Əhmədovanın haqqında bəhs etdiyimiz həmin diplomu Azərbaycan təhsil sistemi üçün yenə yararsız sayılır.
İndi oxucuya aydın oldumu ki, TN-də bu müəmmalı diplom haqqında niyə susmağa üstünlük verirlər? Bəli, bizə də belə gəlir ki, Nazirliyin Daxili Nəzarət Şöbəsinin müdiri Kənan Quliyevin “səhlənkarlığı” və “bürokratçılığı” sırf dilemma qarşısında qaldığına görədir. Cavab versə, nə isə itirəcək, verməsə, qalmaqal yaranacaq. ...Heç nə itirməmək üçün ən yaxşısı deyəsən elə susmaq idi ki, o da onu seçdi. Qalamqal olur, cəhənnəmə olsun...
Prezident yanında Ali Attestasiya Komissiyasına gəlincə, bu qurumdan da sorğumuza cavab vermədilər. Düzdü, tələbnamə ilə göndərdiyimiz məktubun bu ali instansiyaya çatması haqqında qəbzi aldıq, amma nə fayda, mətbuatda yazılanlara inansaq, “elm, elmi rütbə bazarına” çevrilən bu orqan da, necə deyərlər, “ayıbına kor olduğundan” elə ayıbının üstünü örtməyə üstünlük verdi.
İndi də buradan qayıdaq yazının əvvəlinə. Yəni təhsil naziri Mikayıl Cabbarovun “saxta diplom ifşası” kampaniyasına. Biz yuxarıda qeyd etmişdik ki, nazir 19 tibb diplomunun saxta olduğunu üzə çıxarmış, mətbuat da onu o ki var tərifləmişdi. Hətta media mənsubları başqa ixtisaslardan olan saxta diplomları tibb işçilərinin saxta diplomları ilə müqayisədə az qala bir heç saymışdı. (gundemxeber.az) Belə təsəvvür yaranır və biz də elə güman edirik ki, nazir bu ixtisasın saxta diplomlarını qabartmaqla cəmiyyətdə özü haqqında imic formalaşdırırmış. Əks halda, bəs o, saxta müəllim diplomları barədə niyə belə şövqlə açıqlama vermir? Əksinə, bu haqda danışmağa heç olmayan kimi simiclik edir. Yeri
gəlmişkən, görəsən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovun necə, bu saxtakarlıqdan xəbəri varmı? Əgər varsa, o niyə susur? Yox, əgər yoxsa... Sözügedən saxtakarlıq barədə bilib susmağı demirik, sadəcə olaraq əgər rektor indiyədək bu saxtakarlığı bilməyibsə və ya bununla ilgilənməyibsə belə, konkret deyək, bütün bunların məsuliyyəti həm də rektorun üzərinə düşür. (gundemxeber.az) Axı rəhbərlik etdyi ali təhsil ocağının qayğısına ilk öncə o qalmalı, Universitetin nüfuzunu o qorumalıdır!.. Əksini düşünsək, məgər doğrudanmı kadrların kimliyinin araşdırılması (hansı əxlaqi-mənəvi dəyərlərə malik olması da o cümlədən-red.), o kadrların hansı ali təhsil müəssisəsini harada, nə vaxt və necə bitirməsi rektorluq deyil? Məgər doğrudanmı Azərbaycandakı universitetlərin rektorları öz əməkdaşarının ali təhsil diplomlarının, necə deyərlər, kökünü bilmir? Güman edirik ki, bu yazıdan sonra bəlkə heç olmasa bunlara aydınlıq gətirə bildik. Təbii ki, əgər GDU-nun rektoru sorğumuza cavab versə.
Hamının bildiyi kimi, Mikayıl Cabbarov vaxtilə “Çto, Qde? Koqda” intellektual oyununun ən fəal iştirakçılarından biri olub və yəqin ki, bu müdrik fikrin kimə məxsus olduğunu biz bilməsək də, o yaxşı bilər: “Bir milləti məhv etmək istəyirsənsə, onun müəllimini də, həkimini də əlindən al.” Bəli, intellektual oyunşu bilməmiş deyil ki, xalq üçün müəllim də eyni ilə həkim kimi bir missiyanın daşıyıcısıdır-həkim insanın fiziki sağlamlığının, müəllim isə mənəvi kamilliyinin keşikçisi, daha doğrusu, hamisidir. 19 tibbi diplomun saxta olduğunu ifşa etməklə deyil ki?! Bu, olsa-olsa, gözə kül üfürmək təəssüratı yaradır. Niyəsini də deyirik: Əgər Azərbaycanda müəllimlik edənlərin diplomu araşdırılsa, 19 nədi, bəlkə də 119, 1019 saxta diplom aşkarlanar. Sadəcə xalq üçün bircə təpərli və yanar ürək lazımdır ki, bunları edə. Yox, əgər edilmirsə, demək bunun öz subyektiv səbəbləri, qaranlıq tərəfləri və daha nə bilim nələri var. Görürsünüzmü, yenə də gəlib şübhəli əməllərin üstünə çıxırıq. Nə isə...
Bu yazını qələmə almaqla o saxta diplomlardan birinin yerini, haradan alındığını və kimə məxsus olduğunu da biz göstərdik. Əgər əvvəlki ifşalar “gözə kül üfürmək” deyilsə, onda söz səlahiyyət sahiblərinin, konkret olaraq təhsil naziri Mikayıl Cabbarovun, Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyevindir. (gundemxeber.az) M.Cabbarovun diqqətini çəkmək, onun üçün daha anlaşıqlı olsun deyə, üzümüzü ona tutub sözümüzü onun öz dilində deyirik: “Çto? Qde?, Koqda?” suallarını qoyur, o sualların konkret cavabını da yazırıq ki, daha əziyyət çəkib baş sındırmasın: Diplom, Xucənd, 1994-cü il. Yəni ki, Gəncə Dövlət Universitetində müəllim işləyən, siyasi elmlər namizədi elmi rütbəsi daşıyan Arifə Əhmədovanın 1994-cü ildə Xucənd Universitetinin möhürü ilə aldığı diplom saxtadır. Dübarə onu da xatırladırıq ki, iş işdən keçsə də, yenə də gec deyil, saxta diplomla elmi dərəcə alıb Gəncə Dövlət Universitetində müəllimlik edən Əhmədova Arifə Abbasəli qızının əlindən tutub auditoriyadan səssiz-səmirsiz çıxarmaq, o saxta diplomu da müsadirə edib əşyayi-dəlil kimi cinayət işinin arasına qoymaq, illərdən bəri dövlət büdcəsinə vurulmuş maddi zərəri ödətdirmək (bəs necə, o, illər ərzində saxta diplomla müəllimlik edərək dövlətdən külli miqdarda maaş alıb. (gundemxeber.az) Biz hələ tələbələrdən hər semestrdə hədə ilə çırpışdırdığı rüşvəti demirik-red.), nəhayətdə isə müqəddəs bir ocağı-təhsil ocağını saxtakar və fırıldaqçılardan təmizləmək lazımdır.
Yox, əgər nazir Mikayıl Cabbarov bu ləkəni təmizləməkdə zorlanırsa, siyasi elmlər namizədi Arifə Əhmədovanın saxta diplom üzərindən kombinatorluğu Təhsil Nazirliyi üçün yetərli deyilsə, onda nazir M.Cabbarovun menyusuna cinayət tərkibli addımlarının
izini nazirlik əməkdaşlarının da ciddi-cəhdlə ört-basdır etdikləri bu geydirmə alimin saxtakarlığından heç də az əhəmiyyət kəsb etməyən, bundan daha betər biabırçı əməlləri ilə davam edək. (gundemxeber.az) Bu “davam” isə çox qaranlıqların, başlıcası da qəhrəmanımızın-Arifə Əhmədovanın insan kimi, ələlxüsus da qadın kimi necə bir əxlaq sahibi, necə bir mənəviyyat daşıyıcısı, qadın-müəllim kimi hansı xarakterə malik olduğunun, bir sözlə, kimliyinin üstünə işıq salacaq. Qısası, aşağıda dərc etdiyimiz mətn bu adamı tam təəssürat almaq üçün tam xarakterizə edir.
Redaksiyamıza bir “Təqdimat” göndərilib. Bu təqdimat o zaman coğrafiya kafedrasının müdiri olan, dosent Ə.M.Məmmədov tərəfindən o zaman GDU-nun rektoru olan M.Yusifova ünvanlanıb (qeyd edək ki, təqdimat bir neçə il əvvəl yazılıb və adıgedən şəxslər indi işləmirlər -red.). Biz haqqında bəhs edilən şəxs üçün xarakteristika, ali təhsil ocağı üçün isə “SOS” siqnalı və ya həyəcan təbili olan həmin təqdimatı redaksiya müdaxiləsi olmadan, yəni nöqtə-vergülünə belə toxunmadan oxuculara təqdim edirik. Ki, ictimaiyyətlə bərabər nazir cənabları da oxusun. Oxusun və bir zərb-məsəli-“dəliyə yel ver, əlinə bel ver” məsəlini özündə-davranışlarında təcəssüm edən necə bir əxlaq yiyəsini
(illah da ki, zənən xeylağını-red.) müəllim adı ilə universitet auditoriyasına buraxdıqlarından xəbərdar olsun. Fotosurətini də dərc etdiyimiz “Təqdimat”ın tam mətni belədir:
“Cənab rektor, coğrafiya kafedrasının müəllimi Arifə Əhmədovanın yaramaz və kobud antipedaqoji hərəkətləri barədə 3 avqust 1999-cu il tarixdə Sizin yanınızda olub hər şeyi danışmışam. Bundan başqa rəsmi surətdə Sizə yazıb məlumat vermişəm. Təəssüflər olsun ki, keçən il həmin hadisələrdən sonra A.Əhmədova haqqında heç bir tədbir görülmədi. (gundemxeber.az) Elə ona görə də bu il 27 may 2000-ci il tarixdə A.Əhmədova məni ən pis söyüşlə təhqir etmiş və dörd üzvü yanında hətta məni qənd qabı ilə vurmaq da istəmişdir, lakin ona imkan verməmişlər.
Hörmətli Mübariz müəllim, vaxtınızı almamaq üçün A.Əhmədova haqqında aşağıdakıları bildirirəm:
-Arifə Əhmədova kafedrada özünü çox nalayiq aparır;
-Ən pis küçə söyüşlərini və sözlərini kafedrada adi söz kimi işlədir;
-Kafedrada ən intizamsız müəllimdir, çoxlu dərs buraxır (onlarca fakt var);
-Kafedrada hegemonluq edir, hətta müəllim yoldaşlarla danışıqda deyir ki, “mənim belə ... danışma. Soruşanda ki, axı sən kimsən? Cavab verir ki, “mən böyüklərin böyüyüyəm”;
-Uzaq kompleks təcrübə zamanı idarə rəhbərləri yanında nalayiq hərəkətlər edir (faktlar var);
-Üzünü koridora tutub hamının qarşısında deyir ki, “onsuz da burada kişi yoxdur” və s. çoxlu fakt göstərmək olar.
Sizdən xahiş edirəm, A.Əhmədova barədə olduqca ciddi tədbirlər görəsiniz. Elə etməyin ki, mən müvafiq sənədlərlə hüquq-mühafizə orqanlarına müraciət edim.
İmza: dos. Ə.M.Məmmədov
Coğrafiya kafedrasının müdiri”.
Şərhə ehtiyac varmı? ...Bəli, var, həm də əşhədü-ehtiyac var. Amma biz nəkarəyik, hansı səlahiyyət sahibiyik ki, bu boyda zırıltını şərh edək?! Bizcə bu şərhi, necə deyərlər, “evin
kişisi”-nazir Mikayıl Cabbarovun özü verməlidir, deyilmi? Universitet koridorunda durub “burda kişi yoxdur” hayqıran ərsiz bir qadının belə ikibaşlı, üçbaşlı cümlə səsləndirməsinin fərqinə onun naziri varmalı, “böyüklərin böyüyünün”, “ən pis küçə söyüşlərini kafedrada adi söz kimi işlədənin” yanğısı ilə onun naziri maraqlanmalı deyilmi? Maraqlıdır, indi onun qarşısına... Doğrusu, bu bizim üçün də, cəmiyyət üçün də maraqlıdır. Görək nə deyəcək. Təbii ki, əgər nazirlik əməkdaşları kimi “ağzına su almasa”.
Yox, əgər Mikayıl Cabbarova kardinal addım atmaq-bir universiteti müasir “Ərəb Zəngi”dən azad etmək, abırına qısılıb ləyaqətini gözləyən müəllim və tələbələri bir zənənin mənəvi zülmündən (əslində A.Əhmədovanın belə qeyri-etik, qeyri-əxlaqi davranışlarının bir qadına rəva bilinməyəcək həddə olduğu da onun universitet təhsili almadığından, hansı mühitdə böyüdüyündən, o mühitdə hansı keyfiyyətləri əxz etdiyindən xəbər verir-red.) xilas etmək üşün bu FAKTLAR da bəs etmirsə, onda yenə davam edək.
Demək belə. Arifə Əhmədova siyasi elmlər namizədi elmi dərəcəsi olduğuna və siyasi baxışlarına, siyasi ambisiyasına görə yox, karyera xatirinə və başlıcası da öz ağlınca, toxunulmazlıq statusu qazanmaq, etdiyi saxtakarlıqları risk edib kimsənin qurdalamaması, üzə çıxarmaması üçün öncə Yeni Azərbaycan Partiyasının sıralarına daxil olub. Amma axı gen deyilən bir məfhum var və adam hər şeydən qaça bilsə də özündən, öz genindən qaça bilməz. (gundemxeber.az) Çox çəkməyib ki, elə gendən gələn xüsusiyyəti onu ələ verib: xarakteri qabarıb və o məhz yuxarıda qeyd edilən qaba və qadın üşün ikrah hissi doğuran davranışlarına görə bu partiyadan uzaqlaşdırılıb. Sonra... Sonrası lap ilginc. Dastan dili ilə desək, üstdən geyinib altdan, altdan da geyinib üstdən qıfıllanaraq, yəni hicaba bürünərək özünü verib Azərbaycan İslam Partiyasına. Sual olunur: Universitet hara, qeyri-əxlaqi davranış hara, hicab hara? Təsəvvür edirsinizmi, bir adamda bir-birinə zidd olan üç ruhani-dünyəvi məfhum birləşib. Bizcə, adam məhz bu yöndə yetənəkli, fitri istedad sahibidir, deyilmi? Bu da bu ziddiyyətli adamın- “islam təəssübkeşi”nin vəsiqəsinin Gəncə şəhərindəki dörd saylı notariat kontoru tərəfindən təsdiq olunmuş surəti.
Dahilərin təbirincə desək, əlinə, dilinə və ...nə bilim nəyinə nəzarət edə bilməyən bu ziddiyyətli zənənin buqələmunluq manevrinin altda nə gizləndiyini şərh etməyi də buraxırıq intellektual oyunçu olan nazir Mikayıl Cabbarovun öhdəsinə.
Sonda onu demək istərdik ki, istəsələr ağıl dəryası olan Arifə Əhmədovanın zənən kimi sərgüzəştlərindən və kombinatorluğundan oğlu Muradın (heyf bu oğlanın əvvəlki adından, əgər sonradan dəyişdirməsəydi, indi onu Maradona deyə çağırırdıq və güman ki, bu ad futbolumuzun pərvazlanmasına stimul olardı) ANS televiziyasında aparıcılığını etdiyi “Ağıl dəryası” (taleyin istehzasına bax ki, belə bir ananın oğlu televiziyada “Ağıl dəryası” verilişi aparır) və yaxud “Xəbərsizsiniz” verilişinə süjet xətti kriminal fraqmentlərlə zəngin olan olduqca maraqlı silsilə verilişlər də həsr edə bilərlər.
P.S. Arifə Əhmədovanın Tacikistandan aldığı diplomun saxta olub-olmadığını öyrənmək üçün Xucənd Universitetinə teleqram vuran GDU əməkdaşının adını onun öz xahişi ilə gizli saxladıq.
P.P.S. Qəzetimiz çapa hazırlanarkən mənbəmiz məlumat verdi ki, Arifə Əhmədova dosent-alim adı almaq üçün sənədləri Ali Attestasiya Komissiyasına təqdim etmişdir. Biz
həmin xanımın alim adı almaq üçün AAK-ya təqdim etdiyi plogiat elmi iş haqqında gələn sayımızda ətraflı bəhs edəcəyik.
Sorğu
Yeni dizaynımız necədir?