GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ramiz Mehdiyevin həbsi gündəmdə

Ramiz Mehdiyevin həbsi gündəmdə

Tarix: 17-02-2013, 12:04 Bölmə :Manşet Baxış: 1 955
Ramiz Mehdiyevin həbsi gündəmdə

İntiqam Əliyev: “«Ramiz Mehdiyevin qurban verilməsi sistemə ciddi zərbə ola bilər. Amma təcrübə göstərir ki, hakimiyyət çox ciddi təhlükə qarşısında qalanda, ən əhəmiyyətli fiqurları belə qurban verə bilir”

Arif Hacıyev: “Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı olmadan Gülər Əhmədova işinin araşdırılmasını mümkünsüzdür”


Fevralın 13-də Səbail rayon Məhkəməsi keçmiş deputat Gülər Əhmədova barəsində 3 aylıq həbs qərarı çıxardı. Bu həbsin cinayət işinin aşılmasından 6 ay sonra həyata keçirilməsi ortaya bir çox suallar çıxardı. Həbs niyə dərhal yox, 6 ay sonra həyata keçirildi? Daha kimlər həbs olunacaq və ya daha kimlərin tutulma ehtimalı var? Bənzər həbslər seçki prosesinə necə təsir edə bilər?
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev hesab edir ki, hakimiyyətin həbs qərarı verməməsi onu seçki ilində ciddi problemlərlə üz-üzə qoya bilərdi: «Vəziyyət getdikcə gərginləşir, «Binə», İsmayıllı, Quba və ümumilikdə ölkədə fəallığın artması, beynəlxalq aləmdə Azərbaycana qarşı münasibətin dəyişməsi və s. məsələlər hakimiyyəti çıxılmaz vəziyyətə salmışdı. Gülər Əhmədova həbs edilməsəydi, bu o anlama gələrdi ki, hakimiyyət həmin prosesə qatılıb. Ona görə də, son anda hakimiyyət Gülər Əhmədovanı qurban vermək məcburiyyətində qaldı».

«Məhkəmə hakimiyyətin əleyhinə çevrilə bilər»

İntiqam Əliyevə görə, sabiq deputatın həbsi heç də onun tam zərərsizləşdirilməsi anlamına gəlmir. Onun fikrincə, Gülər Əhmədova məhkəmə prosesində ortaya ciddi faktlar çıxara, müxtəlif adlar çəkə bilər. Bu baxımdan o düşünür ki, Gülər Əhmədovanın məhkəmə çəkişməsinin hakimiyyətin özünün mühakiməsinə çevrilmə ehtimalı var: «İstəsək də, istəməsək də, Elşad Abdullayevin yaydığı o videolarda adları çəkilən şəxslər, o cümlədən seçki prosesində baş verən özbaşınalıqlar müzakirə mövzusu olacaq. Gülər Əhmədova bu sistemin bir vinti idi, daha əhəmiyyətli fiqurlar var və onlar həbs olunmadan ədalətin bərpa olunmasını söyləmək çətindir».
İntiqam Əliyev həbslərin sürəcəyinin gözlənilən olduğunu desə də, Elşad Abdullayevin yaydığı videolarda adı daha çox çəkilən Ramiz Mehdiyevin həbs ediləcəyinə o qədər də inanmır: «Ramiz Mehdiyevin qurban verilməsi sistemə ciddi zərbə ola bilər. Amma təcrübə göstərir ki, hakimiyyət çox ciddi təhlükə qarşısında qalanda, ən əhəmiyyətli fiqurları belə qurban verə bilir. Mənə görə, bu ehtimal, zəif də olsa, var. Vəziyyət belə davam etsə, kimlərsə qurban veriləcək».

YAP həbsi siyasiləşdirməyin əleyhinədir

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov «Media Forum» saytına müsahibəsində Gülər Əhmədovanın gec həbs olunmasının səbəbini istintaqın gedişinə bağlayıb: «Xeyli müddətdir istintaq, araşdırma gedirdi. Yəqin ki, hüquq-mühafizə orqanları indi məqbul sayıb, Gülər Əhmədovanın həbsinə qərar veriblər. Bu, siyasi deyil, hüquqi məsələdir. Ötən ilin sentyabr ayından istintaq gedir. Altı ay davam edən araşdırmalardan, faktlara, videolara baxılandan, ekspertiza rəyləri alınandan sonra belə bir addım atılıb».

«Hakimiyyət... gözə kül üfürmək istəyir»

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, kim nə desə də, Gülər Əhmədovanın işini siyasi məsələ sayır və həbslərin sürəcəyini ehtimal edir. Müsavat funksionerinə görə, açılan cinayət işi və deputat seçilmək üçün Elşad Abdullayevdən 1 milyon dolların alınması barədə Baş Prokurorluğun yaydığı son məlumatda məsələnin siyasi xarakteri açığa çıxır: «Hakimiyyət ola bilsin ki, bu məsələdən ildırımötürücü kimi istifadə etmək, cəmiyyətdə yaranan nifrət və qəzəbi bir qədər səngitmək istəyir. İlham Əliyevin son çıxışı, korrupsiya ilə, azğınlıqla məşğul olan məmurlara xəbərdarlıq etməsi hakimiyyətin bütün məsələlərdən yetərincə xəbərdar olduğunu sübut edir. Bununla cəmiyyətdə insanları narahat edən problemlərin yuxarıdan həll olunmasının mümkünlüyü barədə aldanış yaratmaq, cəmiyyətin gözünə kül üfürmək istəyirlər».
Arif Hacılı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı olmadan Gülər Əhmədova işinin araşdırılmasını mümkün saymır. Hüquqşünas Müzəffər Baxış Gülər Əhmədovanın həbsini icra başçıları ilə görüşdə prezidentin çıxışı ilə əlaqələndirir. O, bu həbslərin davam edəcəyini düşünür.
Maarif Çingizoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin sözlərindən nəticə çıxardı - BAŞ REDAKTORU KƏNARLAŞDIRDI

    Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin sözlərindən ...

    1-09-2014, 11:24

  • 
  • Ramiz Mehdiyev çıxılmaz durumda

    Ramiz Mehdiyev çıxılmaz durumda ...

    17-12-2012, 22:38

  • 
  • Ramiz Mehdiyev çıxılmaz durumda

    Ramiz Mehdiyev çıxılmaz durumda ...

    17-12-2012, 23:32

  • 
  • Gülər Əhmədova seçkidən sonra buraxılacaq

    Gülər Əhmədova seçkidən sonra buraxılacaq ...

    9-08-2013, 14:24

  • 
  • Ramiz Mehdiyev üçün həbs təhlükəsi

    Ramiz Mehdiyev üçün həbs təhlükəsi ...

    14-12-2012, 19:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu