GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Moskva “göz yaşlarına inanmır”...

Moskva “göz yaşlarına inanmır”...

Tarix: 17-02-2013, 12:07 Bölmə :Manşet Baxış: 1 098
Moskva “göz yaşlarına inanmır”...

Seçki ilində “şimal küləkləri” gücləndikcə, hakimiyyətin qoca əlləri titrəyib əsməyə başlayır

“Milyarderlər İttifaqı”nın nümayəndəsi Söyün Sadıqovun açıq hədələrinin pərdəarxası məqamları...

“Seçkilər mürəkkəb olacaq” - bu anonsu nə yerli ekspertlər, nə də ənənəvi müxalifət liderləri səsləndirib. Bu dəfə həyəcan təbili qonşu Rusiyadan gəlib. Prezident seçkiləri ilində “şimal küləklərinin” güclənməsi Azərbaycanın siyasi səhnəsində “qladiator” döyüşlərinin başlanacağından xəbər verir.

“O namizəd” kimdir?

Belə ki, Rusiya Azərbaycanlıları Federal Milli Muxtariyyətinin (AzerRos) keçmiş prezidenti, hazırda partiya yaratmaqla məşğul olan Söyün Sadıqovun yeni müsahibəsi bir çox mətləblərə gün işığı salmış oldu. S.Sadıqov bu ilin payızında Azərbaycanda seçkilərin mürəkkəb keçəcəyinə eyham vurmaqla rəsmi Bakının dalağını sancdı.
Çox çəkmədi ki, Sadıqovun açıqlamasından qıcıqlanan YAP-çı deputat Siyavuş Novruzov ona cavab verdi. Novruzov əslində hakimiyyətin təlaşını nümayiş etdirirdi. İlk baxışdan görünə bilər ki, Sadıqov Rusiya vətəndaşıdır və onun Azərbaycandakı seçkilərin necə keçəcəyi barədə proqnoz verməsi yersizdir. Belədirmi? - əsla.
Rusiyanın bütün dövrlərdə Azərbaycandakı seçkilərə təsir etdiyini hətta siyasətdən kənar çoban da bilir. Belədə bu il Rusiyanın seçkilərə müdaxilə etməyəcəyini deyənlər yanılır. Üstəlik, müdaxilə heç də Əliyev rejiminin aktivinə yazılmayacaq.
Sitat: “Rusiya azərbaycanlıları Azərbaycanda o namizədi dəstəkləyəcək ki, proqramı Rusiya ilə sonrakı dostluq münasibətlərinin saxlanılmasına istiqamətlənsin”. Sadıqov konkret ad çəkmir. İlham Əliyevə dəstək veriləcəyini ifadə etmir və “o namizəd” kartının kimliyini açıqlamır. Sirr pərdəsi isə yalnız o vaxt götürüləcək ki, Əliyevlə Putinin münasibətlərindəki soyuqluq seçkilərdə öz əksini tapacaq. “Milyarderlər İttifaq”ının üzvü olan Sadıqovun “o namizəd” kəlməsinin üzərindən sükutla keçmək mümkün deyil. Kimdir o namizəd?
Bəlkə Rüstəm İbrahimbəyovdur? Ya Abbas Abbasovdur? Bütün cavabsız suallara seçkiyə qısa vaxt qalmış aydınlıq gətiriləcək. İndilik isə Sadıqovun müsahibəsində yer alan ikinci məqama toxunmamış Bakı ilə Moskva arasındakı əlaqələrin korlanma səbəblərinə nəzər yetirək.

Putinə “əzələ nümayişi”

Əvvəla, Qərbi “kürü diplomatiyası”, enerji təhlükəsizliyi və neft çəlləyi ilə satın aldığına inanan hakimiyyət güman edirdi ki, bununla da 2013-də İlham Əliyevin legitimliyini növbəti dəfə rəsmiləşdirə biləcək. Bu arxayınlıq bütün diktaturalara xasdır və onlar Qərbdən gələn təhlükənin sovuşduğuna əmin olanda seçkini saxtalaşdırır, alternativlərini sıradan çıxarır, etirazları zorakılıqla boğur və taxt-taca sahiblənir.
Əmin olur ki, ona “gözün üstə qaşın var” deyən olmayacaq. Qərb təşkilatları “demokratiyaya doğru daha bir addım” bəyanatı ilə seçkiləri neft-qaza qurban verəcək. Əliyevin də bu arxayınlığı özünü son iki ayda daha nümayişkaranə şəkildə büruzə verdi. AŞPA-da lobbiçiliyin hesabına siyasi məhbuslar barədə qətnamənin keçməməsi iqtidar üçün toy-bayrama çevrildi. Səməd Seyidovun sevinc göz yaşlarını görməmək mümkün deyildi.
Ştrasserin hesabatını “kürü diplomatiyası” ilə arxivə göndərən hakimiyyət dərhal repressiya aparatının dişlərini itiləməyə başladı. Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL sədri İlqar Məmmədov İsmayıllı üsyanında təqsirləndirilib həbs edildi. Hər iki siyasətçinin həbsinin iki başı var idi. Daxildəki sosial narazılığı yatırıb siyasi arsenala çıxarmaqla xalqı xof mühitində saxlamaq, həm də seçki ərəfəsində Qərblə yenidən alverə getmək. Seçkini al, siyasi məhbusları azad et. Ancaq Moskva “göz yaşlarına inanmır”.
Əliyevin Qərbdən gözlədiyi təhlükə əslində qapısının ağzında mövcud imiş. Putinlə 2008-ci ildən bəri görüşməyən Əliyevin Rusiya ilə münasibətlərdə tarana getdiyi göz qabağındadır. Əvvəlcə Gömrük İttifaqına qoşulma təklifini rədd etdi. Daha sonra Qəbələ RLS-in illik icarə haqqını fantastik dərəcədə artıraraq Rusiyanı buradan çıxardı, RLS bağlandı. Bu da azmış kimi, Kremlin əleyhinə olan TANAP layihəsinə qoşuldu. Beləliklə, Əliyev “Milyarderlər İttifaqı” adlanan qüvvələrin timsalında Putini qarşısında görmüş oldu. Söyün Sadıqovun bu günü açıqlamaları da məhz özbaşına və havadan deyilməyən sözlərdir.

Söyün Sadıqovın bu günkü gəncliyi

Gəlin baxaq - Sadıqov müsahibəsində gənclər faktoruna diqqət çəkir: “Seçkilərin mürəkkəb olacağı dəqiq məlumdur. Bunu şərtləndirən bir neçə amil var: birincisi, bu günkü gənclər əvvəlki gənclər deyil. Onların mövqeyini nəzərə almamaq istənilən dövlət üçün ciddi səhv olardı”.
Heyhat! Tunisdə, Misirdə inqilabları məhz sosial şəbəkələrdə təşkilatlanan etirazçı gənclik etmədimi? Özünü yandırıb Tunisdəki etirazların alovlanmasına sadə bir gənc səbəb olmadımı? Azərbaycanda da sosial şəbəkələrin funksiyası getdikcə genişlənir. Gənclər facebook-da təşkilatlanıb etiraz aksiyaları keçirirlər.
Təşkilatsız, lidersiz, qərargahı və maliyyə resursları olmayan bu gənclər Bakının mərkəzi küçələrində hakimiyyət əleyhinə şüarlar səsləndirirlər. İctimai Palatanın qərarı olmadan meydanlara çıxan bu gənclər Sadıqovun nəzərdə tutduğu kimidir. Onlar əvvəlki müsavatçı-cəbhəçi gənclər kimi düşünmürlər. Yeni, proqressiv və kreativ bir gənclik yetişib. Onların amalları, düşüncələri, təhsil səviyyəsi belə fərqlidir. Bəziləri Avropa görüb, Qərb cəmiyyətlərində yaşayıblar.
Belə gənclər kökündən çürümüş, məddahlıq və korrupsiya üzərində qurulan belə şəraitdə yaşamaq istəmirlər. Sadıqov hakimiyyətə mesaj ötürür ki, bu gəncliklə hesablaşmaq vacibdir, onların mövqeyini nəzərə almayan hökumətlərin sonu yaxşı qurtarmır. Necə ki, Tunis və Misirdə gənclik avanqarda çevrilə bilmişdi.

“Köhnə qvardiya” ilə vidalaş

“Milyarderlər İttifaqı”nın nümayəndəsi müsahibəsinin ən önəmli nöqtəsində “ərəb bahar”ından söz açır və Əliyevi islahatlara çağırır: “Yəqin ki, “ərəb baharı” Azərbaycanda müəyyən ayıldıcı təsir göstərib. İndiki prezident Əliyev öz ətrafındakı bəzi adamlardan yaxa qurtarmalıdır. Hansı ki, onlar xalq arasında nüfuzu olmayan məmurlardır. Həmçinin o, regionlarda daha çox iş aparmalıdır”.
Və yenə də Azərbaycan hökuməti üçün qanqaraldan, narahatlığa səbəb olan tikanlı cümlələrə rast gəlirik. Bu sözləri Azərbaycan vətəndaşı və ölkəmizdə siyasi fəaliyyətlə məşğul olmayan biri deyir. Onun ən yaxşı halda Rusiyadakı seçkilərdən danışmaq səlahiyyəti var.
Demək, Sadıqov Azərbaycandan danışırsa vəziyyət həddindən artıq mürəkkəb və ciddidir. Seçki ilində “ərəb bahar”ını hakimiyyətin yadına salmaq, gənclərin fəallığına əhəmiyyət vermək Əliyev rejiminə xoşbəxt perspektiv vəd etmir. Müsahibədə Əliyevin ətrafındakılardan yaxa qurtarması barədə açıqlamalar isə “köhnə qvardiya” ilə vidalaşmağa çağırışdır.
Sadıqov prezidentin regionlarda daha çox iş aparmalı olduğunun vacibliyindən danışması da blef kimi qarşılanmamalıdır. Ölkədə baş qaldıran etirazlar məhz əyalətlərdən başlanır. Quba, İsmayıllı, Lənkəran, İmişli, Zaqatala potensial müqavimət ocaqlarıdır. Sadıqov da Əliyevin ətrafındakıları təmizləməklə iqtidarda qala biləcəyinə eyham vurur. Yoxsa regionlarla işləməyən prezident hər həftə bir üsyanla üz-üzə dayanmalı olacaq...
Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Söyün Sadıqov bazar adamıdır”

    “Söyün Sadıqov bazar adamıdır” ...

    28-06-2013, 15:47

  • 
  • YAP-çı deputat Söyün Sadıqova axsaq keçi dedi

    YAP-çı deputat Söyün Sadıqova axsaq keçi dedi ...

    30-11-2012, 22:46

  • 
  • Söyün Sadıqov Azərbaycan jurnalistlərinə ev tikir

    Söyün Sadıqov Azərbaycan jurnalistlərinə ev tikir ...

    22-07-2013, 15:14

  • 
  • Söyün Sadıqov sabiq “KQB” sefi ilə işbirliyində

    Söyün Sadıqov sabiq “KQB” sefi ilə işbirliyində ...

    18-12-2012, 12:34

  • 
  • Söyün Sadıqov Azərbaycan jurnalistlərini söydü: Alçaqlar, əclaflar...

    Söyün Sadıqov Azərbaycan jurnalistlərini söydü: ...

    14-02-2014, 12:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu