Əvvəl ki, saylarımızda GDU-nin coğrafiya kafedrasının müəllimi Arifə Abbasqulu qızə Əhmədova (hal-hazırda Əhmədli) haqqında məlumat vermişdik.
Qısaca şəhr: Elmlər namizədi olan Arifə Əhmədovanın məlum olmuşdur ki, ali təhsil haqqında baza diplomu Tacikistan Respublikasına aiddir. Belə ki, özünün düdiyinə görə 1994-cü ildə Tacikistanın dövlət dilinin tacik dili olmasına baxmayaraq, təhsilini özbək dilində bitirən Arifə Əhmədovanın, sonralar orada oxumasını təkzib edən, yəni ali məktəbdən verilən cavab məktubu ilə bərabər, yaxın günlərdə o da məlum olmuşdur ki, o, Gəncə şəhəri 36 nömrəli tam orta məktəbdə də, daha bir saxtakarlığa qol qoyub. Belə ki, 1993-cü ildə həmin məktəbdə coğrafiya müəllimi vəzifəsinə qəbul olunan Arifə Əhmədovanın, heç bir əsas olmadan müəllim işləməsi məsələsi ortaya çıxıb. Arifə Əhmədovanın diplomunda onun qiyabi və yaxud da əyani təhsil alması haqqında məlumat olmadığından, bu fakt da adı gedən diplomun qanuni olmadığına tam əsaslar verir. Hal-hazırda GDU-də 1,5 ştat vahidi ilə müəllimlik edən Arifə Əhmədova, rektor Yusif Yusifovun “razılıq məktubu” əsasında, o, Gəncə şəhəri 36 nömrəli tam orta məktəbdə də bir “stavka”ya yaxın, daha dəqiq desək 9 saat dərs keçir. Bunun da əmək məcəlləsi ilə birbaşa ziddiyyət təşkil etməsi qalsın bir yana, maliyyə pozuntusuna da yol verilmişdir. Görəsən addımbaşı saxtakarlığa yol verən belə bir “pedaqoq”un arxasında kimlər durur?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?