Hələ bir müddət bundan əvvəl Sumqayıt şəhər Polis İdarəsi, 2-ci polis bölməsinin rəisi Ramiz Əlişanovun qol qoyduğu qanunsuzluq əməllərindən bəhs etmişdik. Yazib bildirmişdik ki, o, “Yaşma bağları” adlanan ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abdullayev Kamil Xaliq oğlunun fəaliyyətinə hər cür manelər yaratmaq üçün, minbir addımlara əl atıb və hətta ondan öz “emissarları” vasitəsilə rüşvət də tələb edib. Onun belə bir addımları ilə bağlı istər Sumqayıt şəhər Polis İdarəsinə, istərsə də digər qurumlara ünvanladığımız sorğu məktublarına verilən cavablarda, sadaladığımız faktlar hər cür inkar olunur, necə deyərlər başdansovdu cavablar da verilirdi. Hətta, Sumqayıt şəhər prokurorluğuna ünvanladığımız sorğu məktubuna verilən cavab məktubunda bildirilirdi ki, “Sumqayıt şəhər Polis İdarəsi, 2-ci polis bölməsinin rəisi Əlişanov Ramiz Bahadur oğlu barəsində toplanmış materiallarda cinayət hadisəsi olmadığından, 02 avqust 2015-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən, material üzrə cinayət işi başlanması rədd edilmişdir. Odur ki, Abdullayev Kamil Xaliq oğlunun və qeyrilərinin müraciətləri ilə bağlı toplanmış materiallarda cinayət hadisəsi olmadığından, cinayət işinin başlanması rədd edilməlidir” deyə cavab verilib. Hətta, bu azmış kimi verilən cavab məktubunda o da vurğulanır ki, “Gündəm Xəbər” qəzetiin 03-09 iyul 2015-ci il tarixli sayında “Sumqayıt polisinin yaşatdığı vandalizm” başlıqlı məqalədə heç bir mənbəyə istinad edilmədən, 2-ci polis bölməsinin rəisi Ramiz Əlişanovun “Yaşma bağları”nda torpaq alqı-satqısı ilə məşğul olduğu, “vəhabi” dini təriqətinə bağlı olduğu da, inkar edilir. Bir neçə gün bundan əvvəl isə, diqqəti cəlb edən daha bir olay haqda məlumatı eşitdikdə, öz-özlüyümüzdə olduqca təəccübləndik. Çünki, redaksiyamızı bu haqda məlumatlandıran mənbə bildirdi ki, bölmə rəisinə bağlı şəxslər “Yaşma bağları” ərazisi üzrə sahə müvəkkili işləyən Azər Əliyevin rəhbərliyi altında, torpaq altdan çıxarılmış boruları Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində “STP” adlanan zavodun yaxınlığındakı metalloma təhvil verərkən yaxalanıblar. Həmin şəxslərin əməlləri haqda məlumat əldə edən sakinlər, dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat da verirlər. Keçirilən əməliyyat tədbirləri zamanı turbaları satan şəxslər iş başında yaxalanırlar. Hal-hazırda kəsilib satmaq məqsədilə ələ keçirilən turbalar, əldə etdiyimiz məlumatlara görə Sumqayıt şəhər Polis İdarəsinin həyətində saxlanır və araşdırmalar da həmin idarədə aparılır. Əgər Ramiz Əlişanovun əməllərində heç bir qanunsuzluq yoxdursa, o halda sual oluna bilər ki, həmin turbalar Sumqayıt Polis İdarəsinin həyətində nə gəzir?
Deməli,....... Bütün bunlar bir daha onu söyləməyə əsas verir ki, Sumqayıt şəhər Polis İdarəsi, 2-ci polis bölməsinin rəisi Ramiz Əlişanov haqda “Gündəm Xəbər”ə daxil olan məlumatlar, həqiqəti özündə əks etdirən məlumatlardan biridir. Odur ki, başlanmış cinayət işi ilə bağlı davam etdiriləcək araşdırmaları, bundan sonra da diqqət mərkəzimizdə saxlamağa çalışacağıq.
Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?