GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Xocalı sakini icra başçısından şikayətçidir

Xocalı sakini icra başçısından şikayətçidir

Tarix: 26-10-2015, 21:43 Bölmə :Manşet Baxış: 0
Xocalı sakini icra başçısından şikayətçidir

Keçmiş əsir Abdin Fərzəliyevdən pulun tələb edir

Vətəndaşlarımız tərəfindən “Gündəm Xəbər” qəzetinin redaksiyasına daxil olan şikayət məktublarının sayı gündən-günə çoxaldıqca, o halda bilib başa düşürük ki, hələ də dövlət və yaxud qeyri dövlət qurumlarının fəaliyyətlərində özbaşınalıqlar hökm sürür, vəzifə sahibləri daşıdıqları vəzifəyə sanki gəlir mənbəyi kimi baxırlar. Yəni, qanunsuzluq və özbaşınalıq mühiti, vətəndaşların süründürməçiliklərlə, minbir rəzalətlə və.s ilə üz-üzə qalmaları, hələ də tüğyan etməkdədir. Əgər bu belə olmasaydı, o halda əslən Xocalı rayonundan olan məcburi köçkün, 2-ci qrup Qarabağ əlili, uzun müddət erməni əsirliyində qalmış, hal-hazırda ehtiyatda olan zabit, Xocalı kiçik müəssisəsinin təsisçisi, bu gün isə Nərimanov rayonu Ağa Nemətulla küçəsi, bina 61a ünvanında yaşayan 75 yaşlı ağsaqqal Nəbiyev Əli İbad oğlu da, yaşadığı rayonun icra hakimiyyətində vəzifə sahibi olanlar tərəfindən getgələ salınmazdı.

Onu da qeyd edək ki, bir neçə gün bundan əvvəl Əli Nəbiyev üz-üzə qaldığı probleminin ictimailəşməsi üçün, redaksiyamıza yazılı şikayət ərizəsi də ünvanlamışdı. O, yazdığı şikayət ərizəsində bildirir ki, “mən erməni əsirliyindən azad olunduqdan sonra, bir müddət hospitalda müalicə olundum. Səhhətimdə əmələ gələn problemlər qismən qaydaya düşdükdən sonra, hansısa əmək fəaliyyəti ilə məşğul olmağa da qərar verdim. Və 1996-cı ildə belə bir məlumat əldə edə bildim ki, xalqımızın ulu öndəri mərhum prezidentimiz Heydər Əliyev, Qarabağ müharibəsi əlillərinə köşk qoymaq üçün, torpaq sahəsi ayrılmasına dair müvafiq tapşırıqlarını verib. Çox keçmədi ki, ulu öndərin qəbulunda oldum və mənə də torpaq sahəsi ayrılması üçün xahişimi çatdırdım. Həmin illərdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan mərhum Rəfayel Allahverdiyev də bizimlə birlikdə olduğundan, Heydər Əliyev ona tapşırdı ki, “köşklər tez bir zamanda söküləcək, sən “Xocalı” kiçik müəssisəsi üçün torpaq sahəsi ayır və 2 % -lik kreditə pul almasına da köməklik et ki, bu şəxs bina tikə bilsin. Nə vaxt da binadan istifadə olunar, o halda da o, pulu qaytarar” deyə lazımi tapşırıqlarını verdi.

Düzdür, verilmiş tapşırıqdan sonra bina tikmək üçün mənə torpaq sahəsi ayrıldı və çox keçmədi ki, binanın özülünü də qazdırdım. Ümumi vəziyyət haqda ulu öndəri məlumatlandırdıqda, onun verdiyi cavab o oldu ki, “Allahverdiyev olmasa pul verilə bilməz”. Belə olan halda çox götür-qoy etdim və Orta Sibirdə yaşayan həmyerlilərimdən, “Xocalı” kiçik müəssisəsinə 1 milyon dollar pul vermələrini xahiş etdim. Onlar iş adamı olduqlarından etdiyim xahişi qəbul etdilər və 20%-lə istədiyim məbləğdə pulu, iki il ərzində mənə çatdıra da bildilər. Binanı tikdim və müəyyən mərtəbələrini kirayə də verdim. Həmin binanın 3-cü mərtəbəsində 4 qaçqın ailəsi yaşayırdıq. 2011-ci ilin sentyabr ayında Nərimanov rayon İcra Hakimiyyətinin başçısı bizə bildirdi ki, “siz kirayə çıxın, hər ailə üçün kirayə haqqı olaraq 1500 (min beş yüz) manat pul verəcəyəm. Hətta bizə zəmanət müqaviləsi də verdi ki, binanı 2012-ci ilin iyul ayı üçün tam tikib, sənədləri də tam qaydasında təhvil verəcəyik. Çox keçmədi ki, mənə belə bir xəbər də çatdırıldı ki, sökülən binaya görə kompensasiya verilməyəcək, çünki binanı dövlət tikib təhvil verəcək. 2012-ci ilin may ayında isə, icra başçısı məni icra aparatına çağırtdıraraq bildirdi ki, “Əli Nəbiyev, sən vəkalət ver, sökülən binaya görə 35000000 (üç milyon beş yüz min) manat pul ayırmışıq, biz həmin pulu əldə edə bilək”. A.Fərzəliyevin təklifinə cavab olaraq bildirdim ki, ilk öncə binanı tikin, sənədləri ilə birlikdə mən təhvil verin. O halda vəkalət verə bilərəm ki, siz həmin pulu ala biləsiniz. Bu gün də icra başçısının həmin binanı tikdirməməsi qalsın bir yana, hətta bizə vəd verdiyi kirayə pulumuzu da verməyib, vermək də fikri yoxdur. Müəssisənin adına götürdüyüm kreditin faizi isə, hədsiz dərəcədə çoxalıb.

Üzləşdiyim problemlə bağlı, yəni Nərimanov rayon İcra Hakimiyyətinin başçısı tərəfindən minbir oyuna salındığımdan, bu günədək ayrı-ayrı instansiyalara, o cümlədən ölkə rəhbəri cənab İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, prezidentin

iqtisadi məsələlər üzrə köməkçisi cənab Əli Əsədova və s. şikayət ərizələri ünvanlasam da, beş dəfə də Əli Əsədovun qəbulunda olsam da, hələ ki, heç bir nəticə əldə edə bilməmişəm. Verilən cavablarda yalnız bildirilib ki, A.Fərzəliyev bizi eşitmir, bizə tabe deyil.

Daha bir ərizəni Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanıma yazmışam. Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin qəbulunda üç dəfə olsam da, hər dəfə məni Tağı və Rəhim müəllim adlı vəzifə sahibləri qəbul edərək təhqir də ediblər. Və cavablarında bildiriblər ki, “Nərimanov rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev Azərbaycana tabe deyil. Onu vəzifəyə Putin təyin edib, elə bu səbəbdən də bir kimsə ona nəsə deyə bilmir”. MM-in deputatı Əli Hüseynliyə beş ərizə təqdim etsəm də, üç dəfə qəbulunda olsam da, o da məni təhqir edərək bildirib ki, “Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Azərbaycana tabe deyil, o, Putinin kadrıdır”. Baş Nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qəbuluna düşmək istəsəm də, o, məni qəbul etməyib. Qurumdan bildirdilər ki, A.Fərzəliyevin “krışası” Putindir. Beş ərizə də Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Hacıbala Abutalıbova ünvanlamışam. Azərbaycan Respublikasının Baş Prokurorluğunda məni qəbul edən general Qılıncov da bildirdi ki, “sən ərizəni geri götür. O, ölkə rəhbərinin sözünə də baxmır, odur ki, biz ona heç nə deyə bilmərik” dedi.

Əli Nəbiyev onu da bildirir ki, “bu gün mən görürəm ki, A.Fərzəliyev şikayət ünvanladığım qurum rəhbərlərinə məhəl qoymur və o,№11-/1 19-u 03 mart 2014-cü il tarixli məktubunda yazır ki, “Xocalı” kiçik müəssisəsinin sökülən binasına 35000000 (üç milyon beş yüz min) manat pul ayırmışıq. Görəsən ayrılan həmin pulun taleyi necə olub ki, bizim binanı A.Fərzəliyev hələ də tikib qurtara bilmir. Xocalı camaatı olmazın olaylarla üz-üzə qalıb, mən qohum-qardaşımı itirmişəm. Erməni əsirliyində olmazın işgəncələrə məruz qalmışam. Əlli gün məni döydülər, təhqir etdilər və əlli gündən sonra da azad oluna bildim. İndi də beş ildir ki, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı mənə zülm edir, vəd verdiyi kirayə pulumuzu vermir. Görəsən Abdin müəllim erməni əsirliyindən gəlmiş bir şəxsin kəfənini soymaqla doyacaqmı?

Abdin müəllim daim vurğulayır ki, “Həçtərxanda vəsaitimlə körpü saldırmışam, iki böyük məhəllə inşa etdirmişəm, işaq bağçaları tikdirmişəm”. Demək, administrasiyada söylənilənlər bir daha təsdiq edir ki, A.Fərzəliyev Putinin kadrıdır ki, o, bir kimsəni vecinə almır. Cənab Prezident! Biz hər şeyimizi itirmiş insanlarıq, bilmirəm bu gün dərdimi kimə deyim?

Qeyd: Məqalədə sadalanan fikirlər Nəbiyev Əli İbad oğluna məxsus olduğundan, redaksiya olaraq bu haqda hələlik nəsə deyə bilmərik. Odur ki, sadalananlarla bağlı adları çəkilən hər bir vəzifə sahibinin mövqeyini dinləməyə və dərc etməyə də hazırıq.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İcra başçısından 2-ci qrup əlilin istəyi nədir?

    İcra başçısından 2-ci qrup əlilin istəyi nədir? ...

    2-11-2015, 15:20

  • 
  • “Xocalı” kiçik müəssisəsinin təsisçisi, ölkə rəhbərindən kömək istəyir

    “Xocalı” kiçik müəssisəsinin təsisçisi, ölkə ...

    18-01-2016, 12:07

  • 
  • Əlli gündən çox əsrlikdə qalan əlil, haqq-ədalət axtarışındadır

    Əlli gündən çox əsrlikdə qalan əlil, haqq-ədalət ...

    16-11-2015, 13:16

  • 
  • Nərimanovun icra başçısı və müavini sahibkara “qan uddurur”- Prezidentə müraciət+FOTOLAR

    Nərimanovun icra başçısı və müavini sahibkara ...

    2-09-2020, 19:47

  • 
  • Agcakənddə məskunlaşan Xocalı köckünləri SU deyə dad edirlər - VİDEO

    Agcakənddə məskunlaşan Xocalı köckünləri SU deyə ...

    16-06-2020, 10:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu