GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Seçki saxtakarlığı beş namizədi bir araya gətirdi

Seçki saxtakarlığı beş namizədi bir araya gətirdi

Tarix: 28-10-2015, 20:50 Bölmə :Manşet Baxış: 0
Seçki saxtakarlığı beş namizədi bir araya gətirdi

15 saylı Yasamal 1-ci seçki dairəsindən namizədliyi qeydə alınan Ülvi Quliyevin atdıqları addımlar da, həm keçiriləcək seçkinin demokratikliyinə, həm də ki, müstəqil Azərbaycanımızın imicinə vurulan zərbələrdən başqa bir şey deyil


01 noyabr 2015-ci il tarixdə MM-ə növbəti seçkilərin keçiriləcəyinə bir neçə gün qalmış, yenə də seçki saxtakarlığı mövzusu gündəmi zəbt etməkdədir. Çünki, Gündəm Xəbər”in əldə etdiyi məlumatlara görə, bəzi dairələrdə namizədliyi müəyyən qurumlar və yaxud da siyasi partiyalar tərəfindən irəli sürülmüş namizədlər, seçki haqqında qanunun tələblərinə əməl etmək əvəzinə, daha çox qanunsuzluqlara qol qoymaqla yaddaşlarda qaldı. 15 saylı Yasamal 1-ci seçki dairəsindən namizədliyi qeydə alınan Ülvi Quliyevin atdıqları addımlar da, həm keçiriləcək seçkinin demokratikliyinə, həm də ki, müstəqil Azərbaycanımızın imicinə vurulan zərbələrdən başqa bir şey deyil.
Belə bir səbəblər üzündəndir ki, 28 oktyabr 2015-ci il tarixdə saat 11.00-da Vətəndaş və İnkişaf Partiyasının mərkəzi qərargahında, 15 saylı Yasamal 1-ci seçki dairəsindən namizədliyi qeydə alınmış beş namizəd bir araya gələrək mətbuat konfransı keçirdilər. Konfransı giriş sözü ilə açan VİP-nın sədri Əli Əliyev bildirdi ki, “bizim dairədə 8 namizəd qeydiyyata alınıb ki, həmin namizədlərdən beşi bugünkü tədbirdə iştirak edir. Qeydiyyata alınmış namizədlərin çoxu aktiv fəaliyyət göstərsə də, namizədliyi qeydə alınmış İsa Qənbər isə, sanki süstlük nümayiş etdirməyə üstünlük verdi. Hətta, onun namizədliyini geri götürməsi ilə bağlı məlumat da əldə etmişik. ( Red: məqalə hazırlanarkən İsa Qənbərin namizədliyini geri götürməsi haqda məlumat əldə etdik)
Bu gün 8 namizəd içərisində daha çox qanun pozuntularına qol qoyan namizəd varsa, o da Ülvi Zahid oğlu Quliyevdir. O, bu günədək müxtəlif seçki dairələrindən iki dəfə deputat olub və hər seçkidə də dairəsini dəyişib. Bunun da özəl səbəbləri var ki, həmin səbəblər içərisində daha çox onun, MM-in deputatı olarkən təmsil olunduğu seçki dairəsi ərazisində bir dəfə də olsun gözə dəyməməsi olub. Bu gün 15 saylı Yasamal 1-ci seçki dairəsindən namizədliyi qeydə alınmış Ülvi Quliyevin, niyə bu seçki dairəsini seçməsi haqda müəyyən versiyalarımız da var.
Əldə etdiyimiz məlumatlara görə, o, əvvəlcədən bu seçki dairəsini nəzərdə tutduğundan, bir qədər uzaqgörənlik edib və hələ Qurban bayramı günü, ərazidə yaşayan sakinlərə təqribən tonyarım ət də paylatdırıb. İndiki mərhələyə gəldikdə isə belə xəbərlər də əldə edə bilmişik ki, Ülvi Quliyev adamları vasitəsilə seçicilərinə ərzaq paylatdırmaqla, pul verməklə də ələ alır. Bu cür addımlar da, birbaşa qanunla qadağan olunan addımlardır.
Onun belə bir addımları ilə bağlı, MSK-na şikayət ərizələrimizi da ünvanlamışıq. Yazıb bildirmişik ki, Ülvi Quliyevə məxsus çap materiallarında nə istehsal tarixi, nə sayı, nə də ki, digər göstəricilər var. Hətta ona məxsus bir barner var ki, həmin barnerin də istehsalı haqda heç bir məlumat yoxdur. Dövlət qurumu olan poçt məntəqəsində onun plakatı asılıb ki, bu da birbaşa Ülvi Quliyevin təbliğatı deməkdir.
Belə bir saxtakarlıqlarla bağlı, 15 saylı Yasamal 1-ci seçki dairəsinin sədri Sərdar Süleymanova müraciətlər etsək də, o, müraciətlərimizə məhəl qoymadı, açıq-aydın şəkildə bitərəfli mövqe tutdu. Bütün bu kimi səbəblər üzündən də, beş nəfər namizəd bir araya gəldik və birgə fəaliyyət haqda qərarımızı da ortaya qoyduq. Bu gün də, “Loğman” apteklər şəbəkəsinə rəhbərlik edən Ülvi Quliyevin, geniş seçici auditoriyası ilə görüşmək fikri yoxdur. Onun ötənilki seçkilərdə olan şüarına bir nəzər salsaq onu görərik ki, “sağlam gələcək, ülvi ilə gələcək” dedikdə, bu şüarın mənasında bildirilir ki, Ülvi Quliyev bu şüarı ilə Azərbaycan cəmiyyətinə sanki bir sağlamlıq gətirmək fikrini ortaya qoymuş olur. Əslində bu şüar cəmiyyətimizə yönəlik həqarətdən başqa bir şey deyil.

Mətbuat konfransında çıxış edən digər namizəd də, Ülvi Quliyevin qanunsuzluq addımlarından bəhs edərək bildirdi ki, Yasamal rayonu ərazisindəki 60 saylı Körpələr Evinin rəhbərliyi, valideyinləri ona səs verməyə dəvət edib. Odur ki, biz baş verən saxtakarlıqları ölkənin siyasi rəhbərliyinin diqqətinə çatdırmağa çalışmalıyıq.
Ramil adlı namizəd isə çıxışı zamanı onu vurğuladı ki, “yaşadığımız mənzilin yaxınlığında xeyr-şər evi var. 16 oktyabr günü “jek” işçilərini ora yığıblar və Ülvi Quliyevə səs verməyə dəvət ediblər. O, on il deputat olub və məişət zoraklığı haqqında qəbul olunmuş qanuna imza da atıb. Bizim birləşməyimizin səbəbi, Ülvi Quliyevin saxta əməllərini ifşa etməkdir ki, insanların səsini pulla, ərzaq paylamaqla və digər addımları atmaqla ələ almaq olmaz. Çünki, onun Şərifzadə küçəsində seçiciləri belə bir yolla ələ alması haqda məlumatlara malikəm. Hələ imzatoplama kampaniyası zamanı, onun adamları 10 manat verib kimlərdənsə imza da alırdılar. Elə sakinlər olub ki, Ülvi Quliyevin adamlarını qapıdan da qovublar. Hal-hazırda çalışmalıyıq ki, onun namizədliyinin ləğvinə nail ola bilək”.
Digər Nişad adlı namizəd də Ülvi Quliyevin saxtakarlıqlarından danışaraq onu bildirdi ki, onun təbliğat-təşviqat materiallarında istehsal tarixi göstərilməyib. Neçə dəfə olub ki, “lek” işçiləri məcburi qaydada onun tədbirinə dəvət olunublar. 2 saylı Baza Tibb Kollecində 4 saylı məntəqə yerləşir. Ülvi Quliyevə yaxınlığı ilə tanınan könüllülər gəlib-keçən seçicilərə bildirirlər ki, “siz Ülvi Quliyevə bu məntəqədə səs verəcəksiniz” deməklə, əslində onun təbliğatını aparırlar. Onun şəkilləri dövlət idarələrinə vurulur, məntəqələrdə görüşləri keçirilir.
Bütün bunlar bir daha onu göstərir ki, indidən baş alıb gedən qanun pozuntuları seçkilərin ədalətli, qanunun verdiyi prinsiplər əsasında deyil, birbaşa qanusuzluqlar çərçivəsində baş tutacaq. Çünki, 15 saylı Yasamal 1-ci seçki dairəsindən namizədliyi qeydə alınan Ülvi Quliyevin addımları və.s, əksəriyyəti belə düşünməyə vadar edir.

Gündəm Xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • AZADLIQ-2015” siyasi partiyalar bloku Mərkəzi Seçki Qərargahının məlumatı

    AZADLIQ-2015” siyasi partiyalar bloku Mərkəzi ...

    2-10-2015, 18:00

  • 
  • Əli Həziquluyevin namizədliyi qeydə alındı

    Əli Həziquluyevin namizədliyi qeydə alındı ...

    7-10-2015, 00:18

  • 
  • Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmadı

    Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmadı ...

    2-10-2015, 18:37

  • 
  • Onların yerinə namizəd olanlar qeydə alındılar - 4 deputat susur

    Onların yerinə namizəd olanlar qeydə alındılar - ...

    28-09-2015, 19:32

  • 
  • XXX deputatlığa namizəd oldu

    XXX deputatlığa namizəd oldu ...

    7-10-2015, 00:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu