GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gədəbəyli sahibkarlar “od püskürdülər” - VIDEO

Gədəbəyli sahibkarlar “od püskürdülər” - VIDEO

Tarix: 28-10-2015, 21:37 Bölmə :Manşet Baxış: 0
Gədəbəyli sahibkarlar “od püskürdülər” - VIDEO

28 oktyabr 2015-ci il tarixdə saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində, əslən Gədəbəy rayonundan olan bir neçə sahibkar, ölkə rəhbəri cənab İlham Əliyevə müraciət adı altında mətbuat konfransı keçirdilər. “Gündəm Xəbəri”in əldə etdiyi məlumatlara görə konfransı sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı Əliyev Oqtay İbrahim oğlu açaraq bildirir ki, “ Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, 300 min xərcin müqabilində tikib ərsəyə gətirdiyim obyektimi heç bir əsas olmadan yerlə-yeksan etdirib. Mən bir şeyi anlaya bilmirəm ki, “İŞID” terrorçuları binaları, yaşayış evlərini və digər obyektləri darmadağın etdiyi bir vaxtda, bu gün Gədəbəy rayon rəhbərliyi də oxşar qaydada addımlarını atır. Belə olan halda, məni düşündürən məqam o olur ki, görəsən hər iki fəaliyyətin oxşarlıqları hardan qaynaqlanır?

Gədəbəyli sahibkarlar “od püskürdülər” - VIDEO

Obyektimin qanunsuz sökülməsi ilə əlaqədar dəfələrlə icra hakimiyyətinə müraciətlər etsəm də, müraciətlərimə bir kimsə məhəl qoymadı. 23 iyul 2015-ci il tarixdə isə, obyektimin qalan hissəsini də darmadağın etdilər. Belə olan halda Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etmək məcburiyyətində qaldım. Keçirilən məhkəmə prosesində mübahisə doğuran problemim araşdırıldı və məhkəmə kollegiyası mənim xeyrimə qərar çıxartdı. Bütün bunlara baxmayaraq, icra başçısı Ramiz Yediyarov bu gün də problemin həlli ilə bağlı bağlı heç bir addım atmır, əksinə məni həbs etdirməklə, qohum-əqrəbama hədə mesajları göndərməklə məşğul olur. Hətta, o, məni hərbi xidmətdə olmamaqda da şantaj etməyə çalışır. Amma, onun diqqətinə çatdırmaq istəyirəm ki, mən hərbi xidmətdə olarkən, o, heç Gədəbəydə olmayıb. Qardaşım Xasay Əliyev isə, müharibə başlayandan atəşkəs dövrünə qədər, döyüş bölgələrində vuruşub və bu gün də müharibə veteranı statusuna malikdir. Hal-hazırda Xasay Əliyev Rusiya Federasiyası ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır.
Oqtay İbrahimoğlunun çıxışından sonra, əməkdaşımızın tikintisi başa çatdırılmış obyektə nə qədər vəsait xərcləmişdiniz deyə ünvanladığı suala, o cavabında cəmi 300 min vəsait xərclədiyini vurğulayır.

Gədəbəyli sahibkarlar “od püskürdülər” - VIDEO

Digər sahibkar Əliyev Oqtay Qara oğlu da çıxışında qeyd edir ki, “12 fevral 2015-ci il tarixdə mənə məxsus 38kvm-lik mağazam, icra başçısının verdiyi qanunsuz tapşırıq əsasında yerlə-yeksan edilib. Ramiz Yediyarov icra başçısı təyin olunduqdan sonra, Vergilər Naziri Fazil Məmmədovun komandası ilə əlbir olaraq, bu gün də gədəbəyli sahibkarlara zülm etməkdədir. Haqqımı tələb edərkən isə, məni yerə yıxdılar, əl-qolumu bağlayıb 15 sutka həbs də etdilər. Sonra onu da bildirdilər ki, “gəl sənə 20 min manat pul verək, get yerində sakit otur və bu söz-söhbətlərə də son qoy”. Gədəbəy şəhər icra nümayəndəsi icra başçısının göstərişi ilə obyektimi yerlə-yeksan etdikdən sonra, özləri üçün həmin yerdə bina tikdirirlər. Mağazamın içərisində olan avadanlıqlarımı da vermirlər. Dəfələrlə biz sahibkarlar Prezident Administrasiyasına baş verən özbaşınalıqlarla bağlı müraciətlər ünvanlamışıq. PA-da bizi Tağı Tağıyev qəbul edərkən ona bildirmişəm ki, Ramiz Yediyarov məni yenə də həbs etdirmək istəyir.

Gədəbəyli sahibkarlar “od püskürdülər” - VIDEO

Oqtay Qaraoğlu çıxışı zamanı onu da bildirir ki, Ramiz Yediyarovun bəzi problemlərin əmələ gəlməsində o qədər də günahı yoxdur. Daha çox günah yerli məmurlardadır. Həmin məmurlardan Qüdrət Paşayev, Namiq Məmmədov, Elxan, Zilfüqar İsgəndərov, Şahbaz və.s kimiləri, hal-hazırda arxasız sahibkarlara qənim kəsiliblər.
Cənab Prezident! Mətbuat vasitəsilə üzümüzü Sizə tutub, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına bildirmək istəyirik ki, bizə köməklik edin. Mənim banka külli miqdarda borcum qalıb, ödəyə bilmirəm.
Əməkdaşımızın siz hansı bankdan nə qədər pul götürmüşünüz deyə sual etdikdə, Oqtay Qaraoğlunun cavabı belə olur ki, “Rabitə Bank”dan 50 min manat kreditə pul götürmüşdüm. İşlədiyim müddət ərzində 17 min manatını qaytarsam da, banka 37 min manat borcum qaldı. Mağazamı darmadağın etdiklərindən, həmin borcu ödəyə bilmədim.

Gədəbəyli sahibkarlar “od püskürdülər” - VIDEO

Digər sahibkar Qasım Məmmədov isə çıxışı zamanı bildirdi ki, “obyektimi sökənlərə bildirdim ki, sökməyin, balalarımı bu obyektlə dolandırıram. Amma, onlar mənim xahişimə, yalvarışıma məhəl belə qoymadılar və 51 kvm-lik obyektimi yerlə-yeksan etdilər. Hal-hazırda 85 yaşlı anamın təqaüdü ilə yaşayırıq. Belə bir vəziyyətlə nə vaxta qədər dolana bilərik? İcra başçısının əməlləri o qədər qanunsuzluqlarla doludur ki, onları sadalamaqla qurtaran deyil.
Gədəbəydə piyadalar üçün nəzərdə tutulan səkilərdə apteklər də tikiblər. Görəsən onların marağı nədir, gözləri doymurmu? Əməkdaşımızın Qasım Məmmədova səkilərdəki apteklər kimə məxsusdur sualına, o cavab verir ki, həmin apteklərin hamısı Elşən Əliyevə məxsusdur.

Gədəbəyli sahibkarlar “od püskürdülər” - VIDEO

Sonrakı çıxışçı Vaqif Səfərov da bildirir ki, “mən 1997-1998-ci illərdə 2645kvm-lik yer almışdım. Ramiz Yediyarovun göstərişi ilə həmin yer də zəbt olundu. İcra başçısı mənə bildirdi ki, “gədəbəylilər həmişə əl açıb dilənçiliklə məşğul olublar”. Amma, o bir şeyi dərk edib anlamayıb ki, vaxtilə Gədəbəydə nə işıqfor, nə də ki, dilənçi var idi.
İcra hakimiyyətinin arxitektoru və memarı sənədlərimi alıb baxsa da, cavabsız saxladılar. Onlar mənə bildirdilər ki, “ yaxşı olar ki, gedib məhkəməyə verəsən”. Cavab olaraq bildirdim ki, əlimdə bu qədər sənəd-sübut varsa, mən niyə məhkəməyə müraciət etməliyəm. Bu günədək əlimdən alınan torpaqların heç bir əvəzi ödənilməyib, haqqım icra hakimiyyəti tərəfindən tapdalanıb. Bu azmış kimi gəlnimi də məktəbdən çıxartdılar. Bu yolla mənə təzyiq edirlər. Bildirirlər ki, sənə məxsus ərazi yüksək gərginlikli elektrik xətlərinin altında yerləşir. Əgər bu belədirsə, o halda onlar niyə həmin yerdə özləri üçün böyük obyekt tikdirirlər.
Rəşad Səfərov adlı şikayətçi də bildirdi ki, “özüm Bakıda yaşasam da, Gədəbəydəki doğmalarımın obyektləri uçurdulub, dağıdılıb. Baş verən olaylarla bağlı icra başçısının 1-ci müavini Qüdrət Paşayevə müraciət etsək də, PA-na müraciət etmək niyyətimizi ortaya qoysaq da, Qüdrət müəllimin cavabı belə oldu. “PA-da Ədalət Paşayev adlı vəzifə sahibi var, o, mənim lap yaxın adamımdır, gedin hara istəyirsinizsə ora da şikayətinizi verin” deyir.
Səfərova Sahilə adlı şikayətçinin çıxışı isə, tamam fərli məzmunda oldu. O, çıxışı zamanı Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımovdan şikayətçi olduğunu söylədi. Çünki o, çıxışı zamanı bildirdi ki, hakim mənə deyir: “sənin əlində olan sənədlərin hamısı saxtadır”.
Daha sonra Həsən bəy adlı sahibkar da, söz alaraq onu vurğuladı ki, “mənə ayrılmış pay torpağının hələ də yerini tapa bilmirəm. Yeri məmurlara dəfələrlə müraciətlər etsəm də, onlar mənim müraciətlərimə məhəl qoymurlar. Bu da böyük şübhələrə yol açır”.
Konfransın sonunda Əliyev Oqtay İbrahim oğlu yekun fikrini belə tamamladı. “Gədəbəyin icra başçısı Ramiz Yediyarovun tapşırığı ilə məndən 150 min manat rüşvət istədilər. Mən istənilən məbləği verə bilmədim, yalnız 20 min manat şirinlik versəm də, çox keçmədi ki, obyektimi yerlə-yeksan etdilər”.

Cəfər

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə haqq-ədalət qeybə çəkilib

    Gədəbəydə haqq-ədalət qeybə çəkilib ...

    2-11-2015, 14:55

  • 
  • GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ YEDIYAROVDAN SAHIBKARA QARŞI NÖVBƏTI ÖZBAŞINALIQ - FOTO

    GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ ...

    15-03-2016, 01:49

  • 
  • İcra başçısının özbaşınalığı hər kəsə bəlli oldu

    İcra başçısının özbaşınalığı hər kəsə bəlli oldu ...

    4-03-2015, 13:48

  • 
  • Məhkəmə İcra Hakimiyyətini 66 min cərimə etdi - İcra başçısı haqda ittihamlar

    Məhkəmə İcra Hakimiyyətini 66 min cərimə etdi - ...

    3-03-2015, 16:28

  • 
  • Gədəbəyli sahibkarların problemləri PA-da yenidən dinlənildi

    Gədəbəyli sahibkarların problemləri PA-da yenidən ...

    26-10-2015, 21:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu