[left][/left] Həbs qərarı 30 min manatlıq təzminatın icrası məqsədi daşıyır
Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub. Həbs qərarı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun qəzetə qarşı təmin edilmiş iddiasının icrası məqsədi daşıyır. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetini 8 aprel 2012-ci il sayında çıxmış “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazıya görə məhkəməyə verib, qəzetin 200 min manat cərimələnməsini istəyib. Yasamal Rayon Məhkəməsi 2012-ci ilin iyun ayında metropoliten rəisinin yazıdan ciddi mənəvi zərər gördüyü əsası ilə qəzetin üzərinə 30 min manat təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?