GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » MTN-nin gedər-gəlməzə göndərdiyi peşəkar kəşfiyyatçı

MTN-nin gedər-gəlməzə göndərdiyi peşəkar kəşfiyyatçı

Tarix: 2-11-2015, 15:58 Bölmə :Manşet Baxış: 0
MTN-nin gedər-gəlməzə göndərdiyi peşəkar kəşfiyyatçı

Cinayətkar qrupun hava limanında yaratdığı şəbəkə

Milli Təhlükəsizlik Nazirliyində (MTN) kök salan cinayətkar dəstə ilə bağlı hər gün yeni faktlar ortaya çıxır. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovu milli təhlükəsizlik naziri vəzifəsindən azad edib. Bundan sonra prezidentin nəzarəti ilə bu nazirlikdə əməliyyat keçirilib, nazirliyin yüksək çinli əməkdaşları saxlanılıb. Onlar sahibkarları incitməkdə, ölkədə kiçik biznesin inkişafına mane törətməkdə, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib. Hazırda MTN-nin 15 əməkdaşı həbs edilib, qeyri rəsmi məlumatlara görə, həbslər davam edəcək. Həbs edilənlər arasında yüksək çinli generallarda var. Bir neçə general isə tutduğu vəzifədən azad olunub. Yeri gəlmişkən, qeyd edək ki, həbs edilənlərin bəzilər “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunu pozmaqda təqsirli bilinir. MTN ətrafında bu hadisələr baş verəndə mediada cinayətkar dəstənin Azərbaycanın ali hakimiyyət orqanlarının telefon danışıqlarına qeyri qanunu qulaq asması haqqında məlumatlarda dövriyəyə buraxılmışdı. Daha dəqiq desək bu cinayətkar qrupun iş adamlarından tutmuş yüksək çinli məmurlara qədər, hətta ölkə rəhbərliyinin telefon danışıqlarına qulaq asması kimi iddialar ortaya atılmışdı. Təbii ki, bütün ittihamlara məhkəmə prosesində aydınlıq gətiriləcək. Amma dövlətin bel sütunu, qulağı və gözü hesab olunan MTN-də baş verən bu olaylar bizə bir neçə il əvvəl baş verən olayı xatırladır.

MTN-nin 2007-ci ildə AZAL-a özünə yaxın şəxsləri yerləşdirib

Söhbət bir neçə il əvvəl, daha dəqiq desək 2007-ci ilin 6 sentyabrında həbs edilən “Azərbaycan Hava Yolları” (AzAL) Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi Emil Süleymanov və daha 4 nəfərin həbsindən gedir. Həmin dövrdə Emin Süleymanovla yanaşı idarənin Operativ İdarəetmə Xidmətinin rəisi Tamerlan Mikayılov, xidmətin mühəndis-elektronçusu Tahir Əsədzadə, idarənin mühəndis-proqramçısı Faiq Quliyev və MTN-nin əməkdaşı, Rafət Əliyevin həbs edilib.

E. Süleymanova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 274-cü (dövlətə xəyanət), 308-ci (vəzifə səlahiyyətlərini aşma), T. Mikayılova qarşı CM-in 228.1-ci, 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), T. Əsədzadəyə qarşı CM-in 228.1, 302.2 və 308.1-ci, F. Quliyev və R. Əliyevə qarşı isə CM-in 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) və 341.2.2-ci (eyni əməllər silah tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Emin Süleymanov 15 il müddətinə azadlıqdan mərhum edilib. Onunla birlikdə həbs edilən şəxslər isə 3-5 il müddətində həbsə göndərilib. E. Süleymanovun anası Zərifə Süleymanova hələ 2007-ci ildə mətbuata açıqlaması zamanı bəyan edirdi ki, oğluna MTN-də ciddi işgəncə verilib. Ondan saxta ittihamları boynuna almaq istənilib, əks təqdirdə isə bir neçə ay yaşayacağı deyilib. Hazırda isə Süleymanov və daha bir neçə şəxs sərt rejimli cəzaçəkmə müəssisələrində layiq olmadığı “cəzalarını” çəkirlər.

Namiq Abbasov Emil Süleymanovun təcrübəsini nəzərə alaraq yaşıl işıq yandırıb

Qeyd edək ki, Emil Süleyman məsələsinin indi gündəmə gəlməsi təsadüfi deyil. Çünki hələ bu şəxsin həbsindən bir neçə ay sonra ona məhz MTN tərəfindən “torba” tikilərək həbsə göndərildiyi haqqında söz-söhbət yayılmağa başlamışdı. Qeyd edək ki, E. Süleymanov əslən Ordubadın Dırnıs kəndindəndir. Sonralar atası işlə əlaqədar Bakıya gəlib və beləliklə Süleymanovlar ailəsi paytaxtda məskunlaşıb. Emin Süleymanov isə Prezident yanında Xüsusi İdarədə çalışıb. 1993-cü ildə Heydər Əliyev iqtidarına qarşı təşkil edilən çevrilişlərə qarşı aktiv fəaliyyət ortaya qoyan Süleymanov az sonra Xüsusi İdarədə şöbə rəisi vəzifəsinə irəli çəkilib. Bu idarə MTN-nin tərkibinə verildikdən bir müddət sonra E.Süleymanov təqaüdə göndərilib. Bundan sonra Süleymanov biznes fəaliyyəti ilə məşğul olmaq qərarına gəlib, hətta bir dəfə ölkədən xaricə getmək istəyərkən bəlli olub ki, onun ölkəni tərk etməsinə stop qoyulub. Bunu bildikdən sonra o zamankı MTN şefi Namiq Abbasovla əlaqə saxlayıb, az sonra ona qoyulan stop aradan qaldırılıb. Təbii ki, təcrübəli çekist kimi ad çıxaran Namiq Abbasovun belə bir qərar verməsi də, təsadüfi olmayıb. O, Süleymanovun təcrübəli mütəxəssis olduğunu, ölkəyə heç zaman ziyan vurmayacağını nəzərə alaraq bu qərarı verdiyi şübhə doğurmur. Əks təqdirdə Süleymanova kiçik və lazımsız vəzifə iş təklif etməklə onu nəzarətində saxlamaq qərarına da gələ bilərdi...

MTN-dəki cinayətkar qrupa baş əyməyən şəxslər Aviasiya Təhlükəsizliyi İdarəsindəki işlərini itirib

Həmin ildə Emil Süleymanov bizneslə məşğul olmaq qərarını dəyişib. Buna səbəb isə ona yeni iş təklifi olub. 2004-cü ilin martında Süleymanov “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi təyin edilib. Bundan sonra Aviasiya Təhlükəsizliyi İdarəsində ciddi islahatlar həyata keçirilib, bu qurumun əməkdaşlarının rüşvət alması hallarının qarşısı kəsilib. 2004-2007-ci illərdə bu xidmətin istənilən əməkdaşlı rüşvət alan anda ərizə yazaraq işdən çıxarılıb. Həmin dövrdə işdən çıxarılanların ərizəsi ilə tanışlıq bu fikirlərin nə dərəcədə doğru olduğunu ortaya qoya bilər. Süleymanov xidməti saat mexanizmi kimi qurub, bu zaman H. Əliyev adına hava limanına daxil olan hər bir vətəndaş ciddi yoxlamadan keçirilib. Bu isə müəyyən söz-söhbətlərə əsas yaradıb. Həmin zaman MTN-nin aeroportda çalışan əməkdaşlarının, hətta rəisinin belə yoxlanmadan sonra içəri buraxılması bu qurumda ciddi narazılıq yaradıb. Məhz bundan sonra MTN-lə Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi arasında problemlər yaranmağa başlayıb. Lakin Süleymanov bu mövqeyindən geri çəkilməyib. Normalda hava limanında Azərbaycan prezidenti və onun ailə üzvləri, baş nazir və ailə üzvləri, Milli Məclisin sədri və ailə üzvləri hər hansı yoxlanışdan keçməyərək təyyarəyə əyləşə bilər. Süleymanovda bunu əsas götürərək hər kəsin yoxlanmasını, təlimatlara ciddi əməl olunmasını istəyib. Bu isə şübhəsiz ki, MTN kimi bir qurumun narahatlığına səbəb olub. Məhz Süleymanovun dövründə bu qurum kənardan Aviasiya Təhlükəsizliyi İdarəsinə nəzarət edib, lakin onun təşkil etdiyi yoxlama əməliyyatlarının heç biri baş tutmayıb. Yəni kimsə aeroporta partlayıcı və ya alışqan maddə, eləcədə narkotik daxil edə bilməyib. Bu da, şübhəsiz ki, AZAL-da Süleymanovun nüfuzunun artmasına səbəb olub. AZAL prezidenti C. Əsgərovda bu durumdan razı qalıb və dəfələrlə Süleymanova təşəkkür edərək onun arxasında durduğunu bildirib. Lakin 2007-ci ilin sentyabrın 6-da Süleymanov həbs edilib. Ona insan alverinə şərait yaratmaq ittihamı verilsə də, bunun qeyri ciddi olduğunu ittihamı hazırlayan nazirlik dərhal anlayıb. Və sonra Süleymanov Azərbaycan rəhbərliyini dinləmə kimi saxta bir “iddia” ilə həbs edilib, dövlətə xəyanətdə təqsirli bilinib. Onun həbsindən sonra Aviasiya Təhlükəsizliyi İdarəsində bir sıra kadr dəyişiklikləri baş verib, işini bilən mütəxəssislər yeni şəxslərlə əvəzlənib.

Pulları ölkədən çıxarmaq üçün ləyaqətli şəxslər həbsə göndərilib

MTN-dəki cinayətkar qrup Süleymanovu Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsindən götürməsi, ona saxta ittihamlar düzəltməsi və nəhayətdə həbsə göndərməyə nail olmasının xüsusi məqsədlə edib. Hazırda mediada bu qrupun ölkədən küllü miqdarda pul çıxardığına dair məlumatlar yayılır. Şübhəsiz ki, bu maliyyənin bir hissəsi də, məhz hava limanı vasitəsi ilə ölkədən çıxarılıb. Müşahidələr və faktların təhlili göstərir ki, Süleymanovun Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi olduğu müddətdə cinayətkar qrup imkanlarını reallaşdıra və hava limanı vasitəsi ilə xaricə pul çıxara bilməyəcəyini dəqiqləşdirib. Məhz bu səbəbdən də, idarə rəisini “ilişdirib”. Onunla yanaşı bir neçə şəxsdə “gedər-gəlməzə” göndərilib. Bundan sonra isə hava limanı müəyyən qədər bu cinayətkar qrupun nəzarətinə keçib, bu zaman qanunsuz yollarla əldə olunan vəsaitlərin xaricə çıxarılması da problem olmayıb. İndi ortaya çıxan bəzi məlumatlarda dediklərimizin nə dərəcədə doğru olduğunu ortaya qoyur.

8 il sonra Aviasiya Təhlükəsizlik Xidməti MTN əməkdaşlarından təmizlənir

Dünən yayılan məlumata görə, Heydər Əliyev adına Hava Limanının Təhlükəsizlik Xidmətinin 40-a yaxın əməkdaşı işdən çıxarılıb. Xidmətdən verilən məlumata görə, çıxarılanlardan 9 nəfəri rəislərdir (növbə və şöbə rəisləri). Məlumata görə, Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi Rasim Hüseynov əməkdaşlara Aviasiya Təhlükəsizlik İdarəsinin rəisi Elxan Orucov tərəfindən çağırıldıqlarını bildirib. E. Orucov isə yanına gələn əməkdaşlara işdən çıxmaları ilə bağlı ərizə yazmalarını tapşırıb. Səbəbini soruşan işçilərə isə əlavə izahat verilməyib. 30 əməkdaşdan məcburi şəkildə işdən azad olunmaları ilə bağlı ərizə alınıb və onların hava limanındakı işinə xitam verilib.
Daha sonra isə 10 əməkdaş da eyni yolla işdən uzaqlaşdırılıb. Məlumata görə, əməkdaşların işdən çıxarılmasına səbəb Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqələrinin olmasıdır. Daxil olan məlumatda bildirilir ki, işdən çıxarılanlardan bəzilərinin həqiqətən də MTN-lə əlaqəsi olub: “Lakin onların sayı 8-9 olardı, ya olmazdı. Qalanları 400 manata işləyən uşaqlar idi. MTN-lə heç bir əlaqəsi olmayan uşaqları da o birilərə görə işdən çıxardılar. Hələ də işdən çıxarmağa davam edirlər. Hava limanında 4 növbə təhlükəsizlik xidməti var. Hər növbədə də 140 işçi. Belə getsə hələ nə qədər əməkdaşı “MTN işi” nə görə çıxaracaqlar”.

Cinayətkar qrupun həbsə atdığı şəxslər azad olunacaqmı?

Sabiq MTN şefi Eldar Mahmudovun həbs etdirdiyi Emil Süleymanov və aylıq 300-400 manat əmək haqqına işləyən şəxslər guya prezidenti dinləyirmiş, hava limanında prezidentin əyləşdiyi otağa “jıçok” yerləşdiribmiş və hətta danışıqları sonradan Rusiya kəşfiyyatına “göndərirmiş”. Bu saxta işin üzərindən 8 il sonra Eldar Mahmudovun özünün prezidentə xəyanət etdiyi, ona etimad edilən böyük bir vəzifəni şəxsi məqsədləri üçün istifadə etdiyi bəlli olur. Hətta qeyri rəsmi iddialara görə, sabiq nazir dövlət başçısının, onun ailə üzvlərinin və ali hakimiyyət orqanlarında təmsil olunan yüksək ranqlı məmurların danışıqlarına qulaq asmaq kimi axmaq bir işlə məşğul imiş. Emil Süleymanovu isə əməkdaşları peşəkar xüsusi xidmət orqanının əməkdaşı, öz işçilərindən nizam-intizam tələb edən rəis kimi xatırlayır. Şübhəsiz ki, cinayətkar qrupun 8 il əvvəl Azərbaycanın ən peşəkar çekistinə tikdiyi saxta qurama işinin bu yaxınlarda açılacağı, daha bir cinayətin ortaya çıxacağına, suların bir qədər də durulacağına ümidlər hələdə qalır...

HÜSEYN

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • MTN-də iki mühüm TƏYİNAT

    MTN-də iki mühüm TƏYİNAT ...

    27-10-2015, 22:21

  • 
  • Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ONLAR DANİMARKAYA SIĞINIB

    Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ...

    29-10-2015, 16:18

  • 
  • MTN-in həbs olunan zabitlərinin sayı 12 nəfərə çatdı

    MTN-in həbs olunan zabitlərinin sayı 12 nəfərə ...

    20-10-2015, 12:53

  • 
  • MTN-in daha dörd yüksək vəzifəli əməkdaşı işdən çıxarıldı - YENİLƏNİB

    MTN-in daha dörd yüksək vəzifəli əməkdaşı işdən ...

    24-10-2015, 15:57

  • 
  • MTN-də yeni təyinat - Bəylər Əyyubov nazirliyi ələ keçirir

    MTN-də yeni təyinat - Bəylər Əyyubov nazirliyi ...

    3-11-2015, 22:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu