Ötən həftənin cümə günü yataq xəstəsi olan dostumun ərizəsini onun xahişilə, Sumqayıt şəhər İcra Hakimiyyətinin məktublar şöbəsinə aparmışdım. Dəhliz mübahisəli, səs-küylü idi. Bu zaman başqa bir dostumdan mənə telefon zəngi gəldi.
Telefonu açdım, dostum soruşurdu: Haradasan?
Dedim: Ruhi Əsəb Dispanserindəyəm, dostuma yemək gətirmişəm. Bütün bu telefon danışıqlarını dəhlizdə məni qarabaqara izləyən İH-nın Siyasi Partiyalarla iş üzrə Şöbənin yekəpər əməkdaşı: “Ə yekə oğlansan, bura dəlixanadır?!” əhəmiyyət vermədim.
Soruşdum: Məktublar şöbəsində çalışan Tural haradadır?
Yekəpər əməkdaş: İH əməkdaşlarının hamısı seçki məntəqələrinə gedib.
Dedim: İH əməkdaşlarının seçki məntəqələrində nə ölümü var?!
Yekəpər əməkdaş: Seçkinin keçirilməsinə köməklik edirik (özüdə bilmədən, quş buraxdı).
Dedim: Seçkini MSK-a və Məzahir Pənahov öz adına layiq keçirir. Siz “yengə”lik etməyin.
* * *
Azərbaycan adlı məmləkətdə məmurları tənqid etdikcə peysəri qızarır, qızardıqca qabırğasının üstü (sala) piylənir. Beləsinin sifətindən yağ damır. Buna el arasında “peysərə verən” deyilir. Boynu qırmızı, qabırğası qalın məxluqatdan hər şey gözləniləndir. Odur ki, belə məmur tərəfindən naqislik və nadürüstlüklə qarşılaşsanız, təəccüblənməyin.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?