GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Prezidentin “reketlik edilib” bəyanatı kimlərə ünvanlanıb?

Prezidentin “reketlik edilib” bəyanatı kimlərə ünvanlanıb?

Tarix: 10-11-2015, 13:10 Bölmə :Manşet Baxış: 0
Prezidentin “reketlik edilib” bəyanatı kimlərə ünvanlanıb?

Fitosanitar Nəzarəti Xidmətində sahibkarların dərisinə saman təpilir - şok faktlar

Xidmətin rəisi Camal Quliyev və şöbə müdiri Mehman Məmmədov iş adamlarına divan tutur, rüsumdan onqat artıq xərac almaqla biznesmenləri müflisləşdirir – ilginc detallar; dövlət başçısının son mesajlarını bəzi məmurlar qulaqardına vurmaqdadırlar

Ölkənin siyasi-iqtisadi həyatında son həftələrdə inqilabi sıçrayışlar müşahidə olunur. Prezident İlham Əliyevin son 1 ayda səsləndirdiyi mühüm bəyanatlar və məmurlara xəbərdarlığı öz müsbət nəticəsini verməkdədir.

Zərərli qrupların dağıdılması…

Özəlliklə, sahibkarlığın inkişafında dövlət dəstəyinə çox ciddi şəkildə mane olan iri ranqlı məmurların ifşası, onları qurduğu şəbəkələrin dağıdılması, bu sektora böyük həcmdə zərər vuran qruplaşmaların zərərsizləşdirilməsi biznes mühitinin yaxşılaşdırılmasına stimul verəcək.

Eyni zamanda bu proses iş adamlarının, biznesmenlərin dövlətə, ölkənin ali rəhbərliyinə güvəni artırdı. Sahibkarlar onların dayağı olan bir prezidentin daim fəal işlədiyinin şahidi oldular.

“Gündəm-xəbər”in araşdırma qrupu həftənin son hadisələrinin təhlilini apararaq belə bir qənaətə gəlib ki, ölkənin biznes mühitində cərəyan hadisələr məhz iqtisadi siyasətdə gedən reformlara yönəlik inqilabı addımlardır. Buna baxmayaraq, bəzi məmurlar hələ də əməllərindən çəkinməyiblər. Onlar çirkin niyyətlərinin reallaşdırmaq üçün baş verənlərdən nəticə çıxarmayıblar.

Prezident: “Bəzi hallarda reketlik edilib”

Gəlin diqqət yetirək: “Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır".

Bunu Azərbaycan prezidenti İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimindəki çıxışında deyib.

Prezidentin sözlərinə görə, dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı böyük ədalətsizliklər edilib: "Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz.

Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir."

Dövlət başçısı bildirib ki, heç bir cəmiyyət kamil deyil və hər bir ölkədə pozuntular var. "Misal üçün inkişaf etmiş ölkələrdə gizli həbsxanalar yaradılıb. Bu, neçə il bundan əvvəl böyük bir beynəlxalq qalmaqala çevrilmişdi.

İnkişaf etmiş ölkələr, demokratiyanın beşiyi sayılan ölkələr bax, bu işlərlə məşğuldurlar. İnsanlar qanunsuz, məhkəmə qərarı olmadan illərlə həbsxanalarda saxlanılır. Bu, yaraşarmı inkişaf etmiş ölkələrə?! Əlbəttə, yaraşmaz.

Bəzi hallarda inkişaf etmiş ölkələrdə insanlar siyasi fəaliyyətə görə həbs edilir, saxlanılır. Bəzi hallarda onları neçə il girov kimi saxlayırlar.

Bəzi hallarda inkişaf etmiş ölkələrdə əsassız, ədalətsiz hökmlər çıxarılır. Bu, göz qabağındadır. Kimin pulu varsa, gedir güclü vəkil tutur və məsuliyyətdən boyun qaçırır.

Yəni bu, hər bir ölkədə var. Amma mən istəyirəm ki, Azərbaycanda olmasın. Mən istəyirəm ki, Azərbaycanda hər şey ədalətli olsun. Əminəm ki, siz də bunu istəyirsiniz, Azərbaycan xalqı da bunu istəyir”.

Camal Quliyev - Mehman Məmmədov işbirliyi

Beləliklə, prezident, sadiq komandası və xalq eyni mövqedən çıxış edirlər. Amal birdir: ədaətli cəmiyyətin qurulması. Amma bu yolda “ərəbzəngi” funksiyasını yerinə yetirənlər də az deyil.

Məsələn, sahibkarlar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindəki rüşvətxorluq və özbaşınalıqdan əziyyət çəkilər. Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov əlavə ödənişlər tələb edirlər.

“Gündəm-xəbər”ə verilən məlumata görə idxala icazə üçün iş adamlarından açıq şəkildə rüşvət istənilir. Onlara bildirilir ki, şikayət etməyin mənası yoxdur. Sahibkarlar qeyd edirlər ki, tikinti materiallarının fitosanitar karantin baxışı alver predmetinə çevrilib.

Rəsmi rüsum 20 manat olduğu halda sahibkarlardan 160 manat tələb olunur. Əks halda, iş adamı malını ölkəyə idxal edə bilmir. İş adamları bildirirlər ki, hər mal idxalında 20 manat əvəzinə 160 manat alınır.

Bir ay ərzində 4 dəfə məhsul idxal edən bu özbaşınalığa görə azı 640 manat verməlidir. Kənd təsərrüfatı naziri Heydər Əsədova çoxsaylı şikayətlər ünvanlanır. Amma heç bir tədbir görülmür.

İş adamlarının soyulması

Bundan əlavə, Tarif Şurasının qərarı ilə idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün 1 kub metr meşə materialları üçün 0,01 manat, bitkiçilik məhsullarının idxalına fitosanitar sertifikatlarının verilməsinə görə isə 3 manat məbləğində rüsum müəyyən edilib.

Dövlət xidməti rəhbərliyi sahibkarlardan sertifikatın verilməsinə görə bundan dəfələrlə artıq miqdarda qeyri-qanuni pul tələb edir. Redaksiyamıza bildirilib ki, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov 1 vaqon meşə materiallarına görə 80 manat, yəni 80 dəfədən artıq məbləğ alır.

Sahibkarın bildirdiyinə görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov sahibkarlardan idxal icazəsi üçün idxal karantin sertifikatının verilməsinə görə 160 manat pul tələb edirlər.

İstədikləri məbləğdə pulu vermədikdə isə müxtəlif bəhanələrlə sertifikatın verilməsinin mümkün olmayacağını və növbəti gün müraciət etməyi bildirirlər. Növbəti gün də rüsumun ödənilməsi haqda qəbzi təqdim etməsinə baxmayaraq yenə də əsassız bəhanələr gətirərək sertifikatı verə bilməyəcəklərini deyirlər.

Rüşvətə məcburiyyət

Beləcə, Dövlət Xidməti sahibkarları məcbur edir ki, özlərinin müəyyən etdikləri məbləğdə rüşvət ödənilsin. Sertifikatın gecikdirilməsi ilə külli miqdarda ziyan çəkəcəyini anlayan sahibkar isə çıxılmaz vəziyyətdə qalaraq tələb edilən məbləğdə rüşvəti ödəməyə məcbur olur.

Dövlət Fitosanitar Nəzarəti XidmətininAğstafa rayon, Bakı-Abşeron, Balakən, Şabran, Füzuli, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran, Biləsuvar, Şəki, Şirvan, Tovuz, Yevlax rayonlararası Bitkilərin Karantini Məntəqələri mövcuddur.

Xidmətin 57 rayonda bitki mühafizəsi mərkəzləri, daha 16 rayonda mobil bitki mühafizə dəstələri fəaliyyətdədir. Rayonlararası (rayon) Bitkilərin Karantini Məntəqələri idxal və ixrac olunan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.12.2006-cı il tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları”na əsasən həyata keçirirlər.

Göstərilən xidmətlərin tarifləri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 01 avqust 2014-cü il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərlə tənzimlənir. Bundan əlavə, Xidmətin tərkibində Respublika Karantin Ekspertiza Mərkəzi fəaliyyət göstərir.

Qurumun saytında verilən izahatdan aydın olur ki, Mərkəzin əsas funksiyaları ölkə daxilində istehsal edilən və xarici dövlətlərdən idxal olunan bitki və bitkilərin toxumlarından, əkin materiallarından, bitkilərin hissələrindən (çilik, soğanaq, kök yumruları, meyvələr və s.), karantin nəzarərində olan digər məhsullardan nümunələr götürmək, onları bitki mühafizə və karantini nöqteyi nəzərindən laboratoriya ekspertizasından keçirmək və şəhadətnamə verməkdir.

Nazirə şikayətlər

Ölkəyə bitkiçilik məhsulları (meyvə-tərəvəzdən, güldən tutmuş taxta-şalbana qədər) idxal edən shaibkarların böyük əksəriyyəti məhz C.Quliyev və onun tabeliyində bir çox məmurların ciddi basqıları altında fəaliyyət göstərməkdədirlər.

Onlardan aldığımız məlumata görə, karantin nəzarətində olan idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün Tarif Şurasının müəyyənləşdirdiyi tariflər sahibkarlar üçün əsl arzuya çevrilib.

Sahibkarlar deyirlər ki, dəfələrlə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməllərindən nazir Heydər Əsədova şikayət ediblər: “Hər dəfə də C.Quliyevin adamları, xüsusilə də oranın şöbə müdiri Mehman Məmmədov bizə açıq şəkildə deyiblər ki, şikayət etməyin mənası yoxdur, onsuz da heç nəyə nail ola bilməyəcəksiz. Narazılığımız Fitosanitar Nəzarəti Xidmətinin rəisindəndir ki, bizdən o tariflərin onlarla qat artığı qədər rüşvət aldırır”.

Məmurlara “MTN işi” dərsi

Təəssüflər olsun ki, ölkə başçısının bu sahədəki ədalətli siyasətinə, imicinə zərər vuran bu cür məmurlar hələ də var və yüksək postlarda vəzifə tuturlar.

Ölkə başçısı cənab İlham Əliyevin məmurlarla keçirdiyi müşavirələrdə ölkədə sahibkarlığın inkişafı üçün tam şəraitin yaradılması, bir pəncərə sisteminin tətbiq edilməsi, sahibkarlara qarşı bütün növ süni maneələrin aradan qaldırılması, məmurların sahibkarlara qarşı bürokratik əngəllərə yol verilməməsi üçün dəfələrlə tapşırıq və xəbərdarlıqlarına görünür adı çəkilən qurumda məhəl qoyan yoxdur.

Sahibkarlıq sahəsində əksər yoxlamaların 2 illiyə dayandırılması, sahibkarlara problem yaradan MTN rəhbəri və onlarla digər nazirliklərin yüksək vəzifəli şəxslərinin həbs olunması Azərbaycan prezidentinin ölkədə azad bazar iqtisadiyyatını bərqərar etmək istiqamətindəki iradəsinin göstəricisidir.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Əli Həsənovu nəinki postundan göndərmək, onu məsuliyyətə cəlb etmək lazımdır" - Mehman Əliyev

    "Əli Həsənovu nəinki postundan göndərmək, ...

    17-10-2019, 22:27

  • 
  • İşdən azad edilən məmura vəzifə verildi

    İşdən azad edilən məmura vəzifə verildi ...

    21-06-2018, 14:00

  • 
  • PA-nın 3 yüksək ranqlı məmuru istefaya göndərildi - Dosye

    PA-nın 3 yüksək ranqlı məmuru istefaya göndərildi ...

    1-06-2017, 18:30

  • 
  • “Kölgə iqtisadiyyatı”nın “bani”ləri aqrar sektorda - İLGİNC FAKTLAR

    “Kölgə iqtisadiyyatı”nın “bani”ləri aqrar ...

    1-11-2019, 15:38

  • 
  • Ramiz Mehdiyev PA rəhbəri oldu - Yeni komanda budur - SİYAHI

    Ramiz Mehdiyev PA rəhbəri oldu - Yeni komanda ...

    1-06-2017, 18:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu