01 noyabr parlament seçkiləri başa çatsa da, hələ də “seçki” müzakirələri və şikayətlər davam etməkdədir. Seçicilərin “damarını” tutmuş namizədlər vədinə əməl etməyib. Aldadılaraq seçki məntəqələrinə gedən seçicilər Sumqayıt 41 saylı 1-ci seçki dairəsində deputat keçən Mirzəcan Xəlilov, Sumqayıt 42 saylı 2-ci seçki dairəsindən Tahir Mirkişilidən “Gündəm Xəbər”in elektron poçtuna şikayət məktubu daxil olub.
Şikayət məktubunda bildirilir ki, seçkidən bir neçə gün əvvəl namizədlər görüşlər zamanı seçicilərin bütün problemlərini həll etmələrinə dair vədlər veriblər. Kimin banklara kredit borcu varsa, yaxud imkansızlara maddi yardım edəcəklərini bildiriblər. İmkansız seçicilərə maddi yardımla bağlı ərizə də yazdırıblar. 01 noyabr seçkisi bitdikdən sonra namizdələri gördüm deyən olmayıb. Seçicilər Mirzəcan Xəlilov və Tahir Mirkişilini axtarılaraq tapılmasında redaksiyamızdan kömək istəyirlər.
Daha sonra şikayətdə bildirilir ki, “Biz seçicilər aldadılaraq Sumqayıtla heç bir əlaqəsi olmayan, tanınmayan bu şəxslərə səs verdik, axırıda bu. Bizi aldadıb səsimizdən bu yolla istifadə etdilər. Dəlləklik sevdasına düşənlər düşünməsinlər ki, “atdılar”, canları 5 il bizim əlimizdədir”.
Sonda şikayətçilər bildirir ki, Konstitusiya Məhkəməsinin seçilmişlərin təsdiqindən sonra həmin kəslər mandatlandırılacaq. Bundan sonra seçicilər həmin namizədlərin geri çağırılması üçün konstitision hüquqlarından istifadə edəcəklər.
Başqa namizəd bunu etsə də Tahir Mirkişili vədinə əməl etməli idi. Nədən ki, soyadında kişi sözü var. Həmin namizədlərin seçki qərargahında çalışmış şəxslə çətinliklə də olsa, əlaqə qura bildik. Adının çəkilməsini istəməyən həmin şəxs, doğrudan da onlara da vəd verilən əməkhaqqı verilmədiyini bildirdi.
Odur ki, düşünmək lazımdır, cənablar! “Söz ağızdan çıxıb”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?