GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mahir Abdullayevin oğurlanmasında əsas isim: Mətanət İsgəndərli

Mahir Abdullayevin oğurlanmasında əsas isim: Mətanət İsgəndərli

Tarix: 11-03-2013, 09:06 Bölmə :Manşet Baxış: 5 686
Mahir Abdullayevin oğurlanmasında əsas isim: Mətanət İsgəndərli

Prezident seçkilərinə iki gün qalmış oğurlanan MTN mayoru ilə bağlı il-ginc faktlar

Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsi oğurlanmış MTN zabiti ilə bağlı müstəqil araşdırmalarını davam etdirir. Bu dəfə üzərində dayanan yeni sənədlərdən aydın olur ki, oğurlandığı gün M.Abdullayev sürəkli Mətanət İsgəndərli ilə danışıb. 2003-cü ilin 13 oktyabr günü sabiq prorektorun hərəkət trayektoriyasını əks etdirən sxemdə yeni və müdhiş faktlar var. Müdafiə Komitəsinin araşdırdığı bu sənədləri Elşad Abdullayev Mahir Abdullayevin oğurlanması üzrə istintaq yeni başlayarkən əldə edib. Sənədləri ona MTN əməkdaşları 2003-cü il noyabrın sonlarında verib. Sənədi ötürən MTN əməkdaşları sonradan istintaqa ifadə verərək faktı - yəni sözügedən sənədləri E.Adbullayevə verdiklərini təsdiq ediblər.
Bu faktlardan Mahir Abdullayevin oğurlanmazdan öncə müğənni Mətanət İsgəndərlinin evində olmasını təsdiq edir. Yada salaq ki, keçmiş rektor bir neçə dəfə MTN əməkdaşı olan qardaşı Mahir Abdullayevin oğurlandığı gün 6 saat müğənni Mətanət İsgəndərlinin evində olduğunu bildirib. Mahir Abdullayev Mətanət İsgəndərli ilə oğurlanandan bir neçə il öncə tanış olub. Onların arasında yaxın münasibətlər Mahir Abdullayev oğurlanan günə qədər davam edib. E.Abdullayev iddia edir ki, qardaşından külli miqdarda pul tələb edən şəxslər onun faktiki olaraq girov götürülməsi üçün Mətanət İsgəndərlidən istifadə edib və müğənni də bu prosesdə bilərəkdən iştirak edib.
E.Abdullayevin sözlərinə görə, 2003-cü il oktyabrın 13-də səhər saatlarında M.Abdullayev M.İsgəndərlinin evinə çağırılıb. Müğənninin evində təxminən 6 saat qalandan sonra Mahir M.İsgəndərlinin yaxın qohumları və onunla işləyən şəxslərlə bərabər Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Bir neçə saat sonra müğənninin qohumları və işçiləri BŞBPİ-dən buraxılsalar da Mahir Abdullayev 22 gün orada saxlanıb. Daha sonra o, MTN-in istintaq təcridxanasına göndərilib. Bundan sonra isə Mahir Abdullayevdən heç bir xəbər almaq mümkün olmayıb. Elşad Abdullayev onu da deyir ki, Mahir Abdullayev oğurlanan gün Mətanət İsgəndərlinin evinə israrlı telefon zənglərindən sonra gəlib. Bu səbəbdən o, qardaşının oğurlanacağından müğənninin öncədən xəbərdar olduğunu deyir.

Beləliklə, sənədləri danışdıraq.

Prezident seçkilərinə iki gün qalmış...


Elşad Abdullayevin qardaşı Mahir İslam oğlu Abdullayev 13 oktyabr 2003-cü il tarixdə səhər saat 10:18-dən 16:20-dək müğənni Mətanət İs-gəndərlinin Səbael rayonu, Nizami küçəsi ev 4, mənzil 8 ünvanında yer-ləşən evində saxlanılıb. Mahirin müğənninin evinə onun həmyerlisi və prodüsseri Əlləddin adlı şəxsin dəvəti ilə gəlib. İbtidai istintaq da ilkin vaxtlar bu faktın üzərində dayanmış və araşdırmalarını bu istiqamətdə aparmışdır. İstintaq zamanı həm də o məlum olmuşdur ki, İbrahimov Sə-nan İzzət oğlu, Əsədov Ələddin Qurban oğlu, Kərimov Asif Nəriman oğlu, Mətanət İsgəndərlinin qızı, müğənninin sürücüsü Teymur adlı şəxs və təbii ki, prodüsser 6 saat göstərilən mənzildə saxlanılan M.Abdulla-yevin başına gətirilənlərdən xəbərdardır. Hətta bəzi məlumatlara görə Mahir 6 saat bu mənzildə saxlandığı zaman odlu silahla yaralanmışdır. Lakin məlum olmayan səbəbdən sonradan istintaq bu istiqamətdə deyil, cinayətin ört-basdır edilməsinə gətirib çıxaran digər istiqamətlərdə apa-rılmışdır. MTN zabitinin oğurlanması faktının düzgün araşdırılmaması bir yana, hadisə ilə bağlı cinayət işi Mahirin qardaşı Elşad Abdullayev haqqında aparılan araşdırmalara calanıb. Bu isə dolayısı ilə Mahirin oğurlanmasının ABU rektoruna təzyiq vasitəsi olduğunu düşünməyə əsas verir. Məhz istintaqın yanlış istiqamətdə aparılmasının, sanki bilə-rəkdən cinayətin üstünün açılmamasına yönəldilməsi ötən 9 ildə heç bir nəticənin əldə edilməməsinə səbəb olmuş, əvəzində nəticəsiz istintaq işi süni şəkildə qalınlaşdırılır və müstəntiqlər dəyişdirilir.

İstintaqda azdırılan izlər
Mahir Abdullayevin oğurlanmasında əsas isim: Mətanət İsgəndərli

İstintaq hadisənin əsl mahiyyətini gizlətmək üçün fərqli mülahizə ortaya atıb. Bu mülahizəyə görə M.Abdullayev 13 oktyabr 2003-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən tədbirdə iştirak etmək adı ilə 10:30 radələrində evdən çıxmış, yarım saat sonra, yəni saat 11:00 radələrində isə Qaradağ rayonu ərazisindəki 179 saylı postu keçə-rək Bakı-Astara yolu istiqamətində hərəkət etmişdir. Sözügedən postdan keçərkən M.Abdullayev Baş Dövlət Yol Polisi İdarəsinin Yol Polisi Alayının 7-ci tacımının inspektoru Əhmədov Əli Ələddin oğlu ilə siqnal verərək və əlini havada yellədərək salamlaşmışdır (M.Abdullayev Ə.Əh-mədovla çoxdanın tanışı olublar, aralarında dostluq münasibətləri olub və Mahir bu postdan keçərkən hər dəfə onunla eyni qaydada salamlaşır-mış). M.Abdullayev həmin gün saat 17:00 radələrində geriyə, Bakıya doğru hərəkət edərək yenə də həmin postdan keçmiş, lakin bu dəfə adəti-ni pozaraq Ə.Əhmədovla salamlaşmamışdır. Ə.Əhmədov onunla salam-laşmamasına görə Mahirin mobil telefonuna zəng etmiş, lakin zəngə ca-vab verilməmişdir (Maraqlıdır ki, telefon listinqində göstərilən zaman ərzində Mahirə hər hansı bir zəng gəlməsi haqda xəbər yoxdur). İstinta-qın gəldiyi son nəticədə isə M.Abdullayevin avtomobilinin 17 noyabr 2003-cü il tarixdə Yasamal rayonu M.Fətəli küçəsi, 2 nömrəli evin qarşı-sında tapıldığı göstərilir.
İstintaq tam obyektiv aparılsaydı bu işdə adı keçən hər kəs dindirilər və bəlkə də bu vaxta qədər üstü açılmayan bir çox adam oğurluqlarına ay-dınlıq gətirilərdi. Amma göründüyü kimi istintaq fərqli istiqamət götür-müş və Mahirin həmin gün Mətanət İsgəndərlinin evinə getməsi haqda inkarolunmaz sübutlar olsa da onu Bakı Astara yoluna "göndərmişdir". Hətta DYP zabiti şahid olaraq gətirilir. Mahirlə çox yaxın münasibəti olan həmin DYP zabiti itkin MTN zabitinin yaxınlarına istintaqa verdiyi ifadə, yəni şahidliyi ilə belə deyib: "Həmin vaxt belə demək lazım idi." Mahirin Bakı-Astara yoluna "göndərilməsinin" heç bir əsası olmadığın-dan istintaq da MTN zabitinin taleyi ilə bağlı konkret nəticəyə gələ bil-məmişdir. Belcə əvvəlcədən planlaşdırıldığı kimi məqsədli şəkildə istin-taq dalana dirənmiş və iş bağlanmışdır.

Həqiqəti üzə çıxaracaq telefon danışıqları
Mahir Abdullayevin oğurlanmasında əsas isim: Mətanət İsgəndərli

Əslində istintaqın diqqət yetirməli olduğu xeyli vacib məqamlar var idi. Bunlardan biri M.Abdullayev oğurlandığı gün onun mobil və ev telefo-nuna gələn zənglərdir. Çünki həmin günlər M.Abdullayevin istifadəsin-də olan 0502235965 mabil telefonuna və 4973686 nömrəli ev telefonuna gələn zənglər bir çox mətləblərdən xəbər verir. Mətanət İsgəndərli və onun ətrafında olan şəxslərə aid 0502017712 mobil, 4971595 ev nömrə-lərindən, həmçinin müğəninin prodüsseri Ələddinin istifadəsində olan 0502132626, sürücüsü və yaxın qohumu Teymurun istifadəsində olan 0503217616, oğlu Kərəmin istifadəsində olan 0502000334, qonşusu İn-tiqama aid 0503630356 nömrələrindən Mahirə gələn zənglər "Qafqaz-2" antenasından istifadə edən mobil telefonların listinqi aşkarlanmışdır. Bu məlumat da ortaya qəribə mənzərə çıxarır. Belə ki, müğənni M.İsgəndər-li 2003-cü ilin oktyabrın 5-də 10 dəfə, 6-da 12 dəfə, 7-də 18 dəfə, 8-də 9 dəfə, 9-da 20 dəfə, 10-da 17 dəfə, 11-də 18 dəfə, 12-də 21 dəfə, 12-də 21 dəfə Mahir Abdullayevə zəng etmişdir. Bir həftə ərzində üst-üstə 100-dən çox telefon zənginə rəğmən hadisə baş verən gün müğənni bir dəfə də olsun Mahirə zəng etməmişdir.
Hadisədən əvvəlki dövrə aid telefon zənglərinin təhlili onu göstərir ki, M.İsgəndərli və onun yaxın ətrafından Mahirə gələn zənglər günbəgün durmadan artmış, hətta gecə saat 3,4 və 5 radələrində də danışıqlar apa-rılmışdır. Oktyabrın 13-dən 14-nə keçən gecə isə müğənni demək olar ki, 24 saat ərzində yatmayıb. Gecə saat 03:14-dən saat 16:31-dək mü-ğənni 8 dəfə Mahirə zəng edib ki, bunlardan ikisində (03:14 və 03:15) öz mobil telefonundan Abdullayevin ev telefonuna zəng edərək musiqi səsi verib. Hadisə günü müğəninin Mahiri axtarmaması, ertəsi gün isə bu qədər narahat olmasının tək bir səbəbi ola bilər: M.İsgəndərli və ətrafı MTN zabitinin "razborka"ya çəkilməsindən xəbərdar olub, lakin sabahı-sı gün "razborka"nın bitdiyini düşünüb. Tək bu amil müğənni və ətrafı-nın əməliyyat şübhəsi altına alınmasına və onlar ətrafında araşdırmalan aparılmasına bəs edərdi. Amma istintaq bunu da etməyib.

M.Abdullayevin son getdiyi ünvan:Nizami küçəsi ev 4, mənzil 8

M.İsgəndərlinin bu məsələ ilə bu və ya digər şəkildə bağlı olduğunu gös-tərən daha bir olay. Hadisə günü səhər Mahir ona gələn zəngə "Ələddin gəlirəm"-deyə cavab vermiş, idman geyimini dəyişərək, qara şalvar, ağ köynək və qırmızı qalsukla evdən çıxmışdır. Həmçinin M.İsgəndərli və onun prodüsseri Ələddinlə bir rayondan olan Eldar adlı bir şəxs 0553003300 nömrəli mobil telefonundan 10:01-də mahirə zəng etmişdir. "Qafqaz-2" antenasının təsir dairəsində olan bu nömrənin listinqi göstə-rir ki, 13 oktyabrda Şəkili Eldar Mahirin evinin, daha sonra isə oğurlan-dığı ərazinin yaxınlığında olub.
"Qafqaz-2" antenası vasitəsi ilə əldə olunan məlumatlar başqa bir faktı da ortaya qoyur: M.Abdullayev 10:16 radələrində Botanika bağı həndə-vərində, 10:17-də isə N.Nərimanov heykəlinin yanında olmuş, daha son-ra Səbael rayonu Nizami küçəsi ev 4, mənzil 8 ünvanına, yəni M.İsgən-dərlinin evinə getmişdir. Burda çox güman ki, MTN zabitinin telefonu əlindən alınmışdır. Çünki saat 10:20 radələrindən sonra xeyli zənglər gəlməsinə baxmayaraq Mahir bu zənglərin heç birinə cavab verməmiş-dir. Mahir təxminən 6 saat miiddətində müğənninin evində saxlanmış, bu müddət ərzində nə M.İsgəndərli, nə də onun ətrafında olan şəxslər mobil telefondan istifadə etməmişlər. Yalnız bircə dəfə müğəninin pro-düsseri Ələddin 54 saniyə telefonla danışmışdır. Bu məlumat, bir qədər də konkret ifadə etsək telefon aktivisti olan bir müğəninin özünün və ət-rafının 6 saat (!) mobil ünsiyyətdən kənarda qalması böyük müəmmadır və istintaq bu müəmmanın da üstündən sükutla keçib.

"Qarabulaq" ssenariləri

Qeyd olunanlar 2003-cü il oktyabrın 13-də Mahir Abdullayevin Mətanət İsgəndərlinin evinə Əlləddin tərəfindən gətirilməsi və onun Eldar, Sənan və "Skripaç" adlı Asifin bu işdən xəbərdar olması, bilavasitə və ya bilva-sitə bu prosesdə iştirakçı olmaları haqda nəticəyə gəlməyə əsas verir. Bu kimi ssenarilər əvvəllər də işlənmiş və Mahirdən başqa oğurlanan digər şəxslər azadlığa çıxmışdır. Bu oğurlanma ssenarisinin Qarabulaq istira-hət mərkəzində hazırlanması isə heç kəsə sirr deyil. 2003-cü il iyunun 1-də Mətanət İsgəndərli, qızı, bacısı Təranə, Teymurun bacısı Arzu, Tey-murun anası Tamella ağ cip markalı avtomobillə Qusardakı "Qarabulaq" istirahət mərkəzinə gəlmiş və burda təlimatlandırılmışlar. Mahir Abdullayev tutularkən onun üzərindən "Mətanət İsgəndərlinin Qarabulaq sərgüzəştləri" adlı bir səhivəlik qəzet materialı tapılmışdır. Tovuzlu Səadət deyir: "Hadisəyə bir həftə qalmış Mahir müğənni Məta-nət İsgəndərlini Qarabulaqda tutub. Burda Mahir Ələddinlə bərk müba-hisə edib".

Yenə də müğənninin evinə gətirən şübhələr

Hadisədən bir gün qabaq borc məsələsin həll etmək üçün Mahir Məhəm-mədəli kişi ilə görüşür və 13 oktyabrda yenidən görüşməyə qərar verir-lər. Həmin gün isə Mahir görüş yerinə 20 dəqiqə gecikir və özünün idarə etdiyi AZ 10 CR 067 dövlət nömrə nişanlı Mersedes markalı avtomobil-lə gələoək Məhəmmədəli kişiyə əhəmiyyət vermədən Nizami küçəsində-ki 4 nömrəli evə daxil olur. Məhəmmədəli kişi Mahiri yarım saatdan çox gözləsə də o müğənninin evindən çıxmır. Sabahısı gün Məhəmmədəli kişi Mahirin qardaşlarından onun oğurlandığını eşidir və əhvalatı danışır (Məhəmmədəli kişi bunula bağlı MTN-ə də rəsmi şəkildə müraciət edib). Bundan dərhal sonra Mahirin yaxınları Mətanət İsgəndərlinin evi-nə gedirlər və mənzildə hər şeyin sındırıldığının şahidi olurlar. Mətanət onları görən kimi ağlamağa başlayır və deyir: "Mən mahiri 6 aydır ki, görmürəm. Amma sizə kömək edəcəm ki, Mahir Prezident seçkilərindən sonra evinə qayıtsın...".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsi yaradılır

    Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsi ...

    15-02-2013, 00:06

  • 
  • Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi yaradıldı

    Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi ...

    19-02-2013, 10:13

  • 
  • Elşad Abdullayevin adını çəkdiyi ikinci müğənni danışdı

    Elşad Abdullayevin adını çəkdiyi ikinci müğənni ...

    11-05-2013, 22:26

  • 
  • Elşad Abdullayevin bacısı oğlu ilə aclıq edənlərdən birinin səhhəti pisləşdi

    Elşad Abdullayevin bacısı oğlu ilə aclıq ...

    29-01-2014, 12:50

  • 
  • Elşad Abdullayev prokurorluğa yazılı ifadə göndərdi

    Elşad Abdullayev prokurorluğa yazılı ifadə ...

    11-05-2013, 11:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu