GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mikayıl Cabbarov Dəliməmmədlidə kadr tapmır?

Mikayıl Cabbarov Dəliməmmədlidə kadr tapmır?

Tarix: 23-12-2015, 13:54 Bölmə :Manşet Baxış: 0
Mikayıl Cabbarov Dəliməmmədlidə kadr tapmır?

Elman Məmmədovun qol qoyduğu “ən mötəbər” maxinasiyalardan biri də, məktəbdəki vakant yerlərin nazirlikdən gizlədilməsi olur

“Gündəm Xəbər” qəzetinin ötən saylarının birində Goranboy rayonu Dəliməmmədli şəhər tam orta məktəbində baş verən çoxsaylı qanunsuzluqlardan, məktəb direktorunun, onun müavininin təcrübəli, peşəkar müəllimləri gözümçıxdıya salmalarından və digər olaylardan az-çox bəhs etmişdik. Yazıb onu da qeyd etmişdik ki, bu gün də adıçəkilən təhsil ocağında elə bir maxinasiyalara qol qoyulur ki, bəlkə də təhsil naziri cənab Mikayıl Cabbarov baş verən hoqqalardan dəqiq xəbər tutarsa, o halda Elman Məmmədovla bərabər, onun müavini, kollec təhsilli Kəmalə Rüstəmovanı da təhsil sahəsindən birdəfəlik uzaqlaşdırar. Məhz, ona görə belə bir qənaətə gəlmişik ki, istər məktəbin direktoru, istərsə də onun təlim-tərbiyə işləri üzrə müavini, bu gün də təhsilimizin inkişafına deyil, birbaşa təhsilimizin məhvinə yönəlik addımlarını atmaqdadırlar.

Adıçəkilən təhsil ocağında yaşananlarla bağlı əldə etdiyimiz məlumatlardan bəlli oldu ki, Dəliməmmədli şəhər tam orta məktəbi rayonun ən böyük təhsil ocaqlarından biridir. 800 nəfərədək şagirdin təhsil aldığı, 120 nəfərə qədər isə müəllim kollektivinin çalışdığı təhsil ocağında, direktorun təlim-tərbiyə işləri üzrə müavini vəzifəsini, hal-hazırda kollec təhsilli Rüstəmova Kəmalə Firudin qızı daşımaqdadır. O, Gəncə Məişət Xidməti Kollecini bitirdiyindən, orta ixtisas təhsilli kadr hesab olunur və daşıdığı vəzifəsinə təqribən 6-7 il bundan əvvəl, indiki direktor Elman Məmmədovun “dobro”su və sabiq təhsil şöbəsinin müdiri Anar müəllimin himayədarlığı sayəsində nail olub. Onu da qeyd edək ki, kollec təhsilli Kəmalə Rüstəmova, bu gün müavin olduğu məktəbdə əvvəllər musiqi müəlliməsi də işləyib.

Təəssüf və təəccüb doğuran hal odur ki, hal-hazırda Dəliməmmədli şəhər tam orta məktəbində 100 nəfərə qədər ali təhsilli, nüfuzlu müəllim kollektivinin çalışmasına baxmayaraq, adı çəkilən təhsil ocağında təlim-tərbiyə işləri üzrə direktor müavini orta ixtisas təhsilli şəxsdir. Belə olan halda ortaya çoxsaylı suallar çıxır ki, görəsən Kəmalə xanım hansı bilik və bacarığına görə müavin vəzifəsini daşıyır və o, ali təhsilli, peşəkar, nüfuz sahibi olan müəllimlərə hansı metodik tapşırıq və məsləhətlərini

də verə bilir? Axı, o, kellec təhsilli kadr hesab olunur? Yəni, onun adicə pedoqoji sahə ilə məşğul olması, həm də qanunla qadağan olunur.

Məktəbdə yaşananlar haqda məlumatları “Gündəm Xəbər” çatdıran mənbə onu da bildirir ki, adı çəkilən təhsil ocağında təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini daşıyan Kəmalə xanım, hər ay müəllim və şagirdlərdən “inspektor” gəldi, jurnalistləri “yola salmaq” lazımdır, icra hakimiyyətindən müəyyən tapşırıqlar verilib, tədbirlər keçiriləcək və.s adlar adı altında, pul yığmaqla da məşğul olur. Bütün bunlar istər ölkə rəhbəri İlham Əliyev cənablarının, istərsə də təhsil naziri cənab Mikayıl Cabbarovun, ölkəmizin təhsil sahəsində həyata keçirmək istədikləri addımlara, kölgə salmaqdan başqa bir şey deyil.

Onu da qeyd edək ki, təhsil haqqında Qanuna əsasən təhsil müəssisələrinə qeyri-pedoqoji ixtisaslar üzrə şəxslərin qəbulu qadağan olunur. Amma qanunun belə bir tələbinə baxmayaraq, Kəmalə Rüstəmova Gəncə Məişət Xidməti Kollecini bitirsə də, o, bu gün Dəliməmmədli şəhər tam orta məktəbində direktorun təlim-tərbiyə işləri üzrə müavini vəzifəsini daşımaqdadır. Onun diplomunun saxta olması haqda da, müəyyən çevrələrdə bəzi söz-söhbətlər də dolaşmaqdadır. Çünki, əldə etdiyimiz məlumatlarda o da vurğulanır ki, diplom problemi müzakirə olunarkən Kəmalə Rüstəmova hər il ayrı-ayrı təhsil ocaqlarına məxsus diplomlarını ortaya çıxarır. (yəqin ki, o, həmin diplomları bazar qanunları ilə tənzimlənən qiymətə alıb) Əslində bu versiya da araşdırılmalı, həqiqət də öz yerini tapmalıdır.

“Gündəm Xəbər”i məlumatlandıran mənbə onu da vurğulayır ki, dəfələrlə elə hallar olub ki, Kəmalə Rüstəmova ilə bağlı, aidiyyəti qurumlara müraciətlər ünvanlanıb. Təəssüflər olsun ki, həmin müraciətlər ünvanı üzrə çatdırılmayıb. Bu da onu söyləməyə əsas verir ki, yəqin ki, ona havadarlıq edənlər buna imkan verməyirlər. Dəliməmmədli şəhər tam orta məktəbində yaşanan olayları redaksiyamıza təqdim edən mənbənin danışdıqlarını əsas tutaraq, bu gün belə bir qənaətə də gəlmişik ki, yəqin ki, yaxın vaxtlarda cənab Mikayıl Cabbarovun tapşırığı əsasında yaşanan problemlər lazımınca araşdırılacaq. Çünki, kollec təhsili olan bir kimsənin hansısa havadarlarına söykənərək, 100 nəfərə qədər ali təhsilli, nüfuzlu, təcrübəli, peşəkar müəllimlərə bilik, metodiki göstəriş və.s verməsi, öz-özlüyündə qəbul edilməsi mümkün olmayan yanaşmadır.

Ümumiyyətlə, bu gün adı çəkilən təhsil ocağında elə bir qanunsuzluqlara qol qoyulur ki, həmin qanunsuzluqların nə sərhəddi, nə

də ki, hüdudu bilinir. Məsələn, məktəbin direktoru bir neçə ildir ki, Heydərov Samir Vaqif oğlunu qeyd olunan təhsil ocağına fiziki tərbiyə müəllimi təyin etsə də, bu günə qədər onun sifətini məktəbdə bir kimsə belə görməyib. Amma, hər ay Samir Heydərovun adına əmək haqqı yazılır, heç bir halda dərsi keçilmir və əldə olunan pullar isə, direktorla xanım müavini arasında “paypüş” edilir. Məlumatlı mənbə onu da bildirir ki, sən demə Samir Heydərovun məktəb üzü görməməsinə səbəb, onun gips zavodunda məsul vəzifəni daşıması olur. Adı məktəbin ştat cədvəlində dil-ədəbiyyat müəllimi kimi gedən Yusipova Raziyyə Yusif qızı da, Elman Məmmədovun “kəramətindən” yararlanan müəllimlərdəndir. Çünki, o da, düz 6-7 ildir ki, məktəb üzü görmür. Buna səbəb, Raziyyə Yusipovanın Moskva şəhərində biznes fəaliyyəti ilə məşğul olmasıdır. Onun da adına hər ay əmək haqqı yazılır və həmin əmək haqqı da, məktəb rəhbərliyində vəzifə sahibi olanlar tərəfindən “həzmi-rebedən” keçirilir.

Rəhbərliyin qol qoyduğu “ən mötəbər” maxinasiyalardan biri də, məktəbdəki vakant yerlərin nazirlikdən daim gizlədilməsi olur. Bu haqda da məlumatları redaksiyamıza çatdıran mənbə bildirir ki, qeyd olunan təhsil ocağının rəhbərliyi 65 yaş həddində olan təcrübəli müəllimləri zor gücünə olsa belə, təqaüdə yola sala bilir və onların əvəzinə müqavilə əsasında başqa müəllimləri saathesabı ilə işə götürür. Elə ki, tərəflər arasında müəyyən söz-söhbətlər əmələ gəlir, həmin vaxt Elman Məmmədov “heç kim hoppanıb düşməsin, bu nazirin əmridir və əmr də yerinə yetirilməlidir” deyir. Çox maraqlı və təəccüb doğuran açıqlama olur ki, onu da böyük bir kollektivə rəhbərlik edən şəxs dilindən səsləndirir. Axı, cənab nazirin 65 yaşdan sonra da, təcrübəli müəllimlərin müqavilə əsasında bir neçə il işləmələri haqda verdiyi tapşırıq da var. Bunu da nəzərə almaq lazımdır.

Onu da qeyd edək ki, Elman Məmmədov ixtisasca fiziki tərbiyə müəllimidir. O, 6-7 il bundan əvvəl qeyd olunan təhsil ocağına direktor təyin olunarkən, məktəbdə cəmi 2 nəfər fiziki tərbiyə müəllimi olub. Amma, bu gün fiziki tərbiyə müəllimlərinin sayı 7 nəfərə çatıb ki, buna da səbəb, onun hər il 1 və ya 2 nəfər qeyri-ixtisas sahibi, yəni kollec təhsilli şəxsləri müəyyən “haqq-hesab”ın müqabilində saathesabı işə qəbul etməsi olub. Yəni onlar kollec təhsilli olsalar da, fiziki tərbiyə müəllimi kimi işə qəbul ediliblər. Diqqəti o hal da cəlb edir ki, Elman Məmmədov 2 saat hesabı ilə işə qəbul etdiyi həmin müəllimlərin adlarını, bir neçə il keçdikdən sonra ştata da saldıra bilir. Baxmayaraq

ki, həmin müəllimlər də məktəb üzü tanımırlar və onların adlarına yazılan əmək haqları da, Elman Məmmədov və onun təlim-tərbiyə işləri üzrə müavini Kəmalə Rüstəmova, həçinin digər vəzifə sahibləri tərəfindən də “xrıd” edilir.

Məktəb rəhbərliyinin seçki prosesi zamanı mənimsəmələrə qol qoyması haqda da, müəyyən məlumatlara malikik. Yəni, seçki komissiyalarında təmsil olunan müəllimlər qanuna görə seçki dövründə dərsə gəlməməli və komissiyalarda fəaliyyətlərini davam etdirməlidirlər. Həmin vaxt Elman Məmmədovun bəxti sanki “gül açır”. Çünki, onun müəyyən maxinasiyaya qol qoyması üçün, lazımi şərait yaranır. Belə ki, o, həmin müəllimlərin dərsini guya əvəzləyici müəllimlər keçir adı altında, onların da əmək haqlarını mənimsəyə bilir.

Yuxarı sinif şagirdlərinin davamiyyətinə gəlincə onu deyə bilərik ki, 10 və 11-ci sinif şagirdlərindən dərs zamanı 4-nü, yaxud da 5-ni sinifdə tapmaq mümkün olur. Çünki, məktəb rəhbərliyi bu gün elə bir şərait yaradıb ki, yuxarı sinif şagirdləri repititor yanına getməyə məcbur olurlar və atdıqları addımın müqabilində, mütləq müdriyyətin büdcəsinə 100 manat “rüsum” da ödəyirlər.

Dəliməmmədlidə Məmmədovun və Rüstəmovanın iztirabından, məşəqqətli idarəçiliyindən zinhara gələn çoxsaylı müəllimlər var ki, onlardan biri də, Gülnarə xanım Ələsgərovadır. O, heç nədən çəkinmədən, bir kimsədən ehtiyat etmədən redaksiyamıza şikayət ərizəsi ünvanlayaraq bildirir ki, “ mənə qarşı Dəliməmmədli şəhər tam orta məktəbində bənzəri olmayan haqsızlıqlar olunur. Yəni, ali təhsilli fiziki tərbiyə müəllimi olmağıma, 25 il iş stajına malik olmağıma və bunun müqabilində 18 saat dərs saatı tələb etməyə haqqım çatdığına məhəl qoymayan Elman Məmmədov, bu gün məni gözümçıxdıya salmaqdadır. Elə ki, onun hərəkətlərindən təhsil şöbəsi rəhbərliyinə şikayət edəcəyimi dedim, o halda onun cavabı o oldu ki, “get şikayətini et, o halda mən sənin dərs saatını azaldaram” dedi. Əslində, bu belə də oldu. Üzləşdiyim problemin mahiyyətini təhsil şöbəsi müdirinin müavini Ağababa İbrahimova bildirdikdə o, bununla bağlı tədbir görəcəyinə söz verdi. Elə ki, səhəri gün məktəbə gəldim, Elman Məmmədov mənimlə rəhbər işçiyə yaraşmayan, etikadan kənar ifadə işlətməklə “rayona getdin nə oldu? Gördünmü burada hər şey mənlikdir, Samir müəllim dərsə gəlmir əcəb edir, get kimə nə deyirsən de” deyə ifadələr işlətdi. Onun belə bir yanaşması məni həkimə müraciət etmək zorunda qoydu ki, əziyyətini indi də çəkirəm. Yəni, bu gün də ambulator müalicədəyəm. Hələ bu

azmış kimi o, oktyabr ayında alacağım əmək haqqıma da “əl qoydu” deyir.

Diqqəti o hal da cəlb edir ki, bu gün istər Elman Məmmədov, istərsə də pedoqoji sahədə fəaliyyət göstərməsi qanunla qadağan olunan Kəmalə Rüstəmova, elə hay çəkib haray edirlər ki, “kim bizdən hara və kimə istəyirsə şikayətini verə bilər. Amma, bir nəticəsi olmayacaq”. Hətta, Kəmalə Rüstəmova bir az da irəli gedərək onu da bildirir ki, “mənim MTN-də polkovnik rütbəli qohumum işləyir. O, bizi hər bir vəzifə sahibinə tapşırıb, odur ki, bizə heç kim heçnə edə bilməz. Elə Gülnarə Ələsgərova da bizimlə bağlı təhsil şöbəsinə şikayət etdi. Son anda nə qazandı? İlk növbədə idman rəhbərliyi əlindən alındı və hər ay da aldığı əmək haqqından, bu gün 109 manat az maaş alır”. Bəli, bütün bunlar bir təhsil ocağında yaşanan olaylardır. Əslində bu cür addımların atılması, təhsilimizin ən böyük bəlalarından biridir ki, onu da Məmmədovun-Rüstəmovun işbirliyi yaşatmaqdadır.

P.S. Yaşanan problemlə bağlı araşdırmalarımızı davam etdirəcəyik. Çünki yaşanan olay, əslində 100 nəfərə qədər müəllimin hüququnun tapdalanması ilə bərabər, eyni zamanda cənab Mikayıl Cabbarovun imzaladığı sərəncamların, verdiyi tapşırıqların da tapdalanması deməkdir. Adları çəkilən şəxslərin də, mövqelərini dinləyə bilərik.

Cəfər

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dəliməmmədli məktəbində “dəliyanə addımlar”

    Dəliməmmədli məktəbində “dəliyanə addımlar” ...

    16-11-2015, 13:06

  • 
  • Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr islahatlarından danışdı

    Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr ...

    18-09-2013, 01:52

  • 
  • Mikayıl Cabbarov Fazil Məmmədovun daha bir kadrını "vurdu"

    Mikayıl Cabbarov Fazil Məmmədovun daha bir ...

    10-01-2018, 13:12

  • 
  • Mikayıl Cabbarov Məhəbbət Vəliyevanı müavin təyin etdi...

    Mikayıl Cabbarov Məhəbbət Vəliyevanı müavin təyin ...

    6-12-2014, 01:45

  • 
  • Mikayıl Cabbarovun rektorlara qarşı yeni planı

    Mikayıl Cabbarovun rektorlara qarşı yeni planı ...

    16-03-2015, 00:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu