GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dəliməmmədli məktəbində “dəliyanə addımlar”

Dəliməmmədli məktəbində “dəliyanə addımlar”

Tarix: 16-11-2015, 13:06 Bölmə :Ölkə Baxış: 0
Dəliməmmədli məktəbində “dəliyanə addımlar”


Gəncə Məişət Xidməti Kollecini bitirən Kəmalə Rüstəmova, bu gün Dəliməmmədli şəhər tam orta məktəbində yüz nəfərə qədər ali təhsilli müəllimə “həm dərs keçir, həm də metodik tapşırıq və məsləhətlərini də verir”
Bir neçə il bundan əvvəl cənab Mikayıl Cabbarovun təhsil naziri vəzifəsinə təyin olunması və bu sahəsdə aparılan islahatlar, hal-hazırda öz bəhrəsini verməkdədir. Atılan addımlar içərisində istər müəllim kadrların yetişdirilməsi, istərsə də test imtahanlarının tətbiqi və.s, bu gün də hər kəs tərəfindən razılıqla qarşılanmaqdadır. Atılan addımlara baxmayaraq, yenə də bəzi təhsil şöbələrinin müdirləri qol qoyduqları əməlləri ilə, əldə olunan uğurlara kölgə salmaqla məşğul olurlar. Bu sırada Goranboy rayonu Dəliməmmədli şəhər tam orta məktəbinin adı, daha öndə gedən təhsil ocaqlarından biri hesab olunur. Məktəblə bağlı əldə etdiyimiz məlumatlar əsasında o da bəlli oldu ki, bu məktəb rayonun ən böyük təhsil ocaqlarından biridir. 800 nəfərədək şagirdin təhsil aldığı, 120 nəfər qədər isə müəllim kollektivinin çalışdığı təhsil ocağında, direktorun təlim-tərbiyə işləri üzrə müavini Rüstəmova Kəmalə Firudin qızıdır. Gəncə Məişət Xidməti Kollecini bitirdiyindən o, orta ixtisas təhsilli kadr hesab olunur. Bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Kəmalə xanım daşıdığı vəzifəsinə sabiq təhsil şöbəsinin müdiri Anar müəllimin himayədarlığı sayəsində nail olub.
Təəssüf doğuran hal odur ki, Dəliməmmədli şəhər tam orta məktəbində 100 nəfərə qədər ali təhsilli, nüfuzlu müəllim kollektivinin olmasına baxmayaraq, adı çəkilən təhsil ocağında təlim-tərbiyə işləri üzrə direktor müavini orta ixtisas təhsillidir. Belə olan halda ortaya çoxsaylı suallar çıxır ki, görəsən Kəmalə xanım hansı bilik və bacarığına görə müavin vəzifəsini daşıyır? Axı, o, kellecdə təhsilini başa vurub? Bu belə olduğu halda, görəsən Kəmalə xanım ali təhsilli, nüfuz sahibi olan müəllimlərə hansı metodik tapşırıq və məsləhətlərini də verə bilər? Əslinə baxsan bu gün o, əməlli-başlıca alver etməklə də məşğul olur. Hətta əldə etdiyimiz məlumatlara görə, Kəmalə xanım həftədə bir və yaxud iki dəfə Bakı şəhərindən “şmotka” aparır və apardığı malları da zor-xoş məktəb müəllimlərinə “sırıya da bilir”.
Verilən məlumatlarda o da bildirilir ki, adı çəkilən təhsil ocağında təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini daşıyan Kəmalə xanım, hər ay müəllim və şagirdlərdən “inspektor” gəldi, jurnalistləri “yola salmaq” lazımdır, icra hakimiyyətindən tapşırıqlar verilib, tədbirlər keçiriləcək və.s adlar adı altında pul yığmaqla da məşğul olur.
Daha faciəli hal odur ki, məktəbin direktoru bir neçə ildir ki, Heydərov Seymur Vaqif oğlunu qeyd olunan təhsil ocağına idman müəllimi təyin etsə də, əslində bu günə qədər həmin müəllimin sifətini məktəbdə bir kimsə görməyib. Amma, hər ay Seymur Heydərovun adına əmək haqqı yazılır, heç bir halda dərs keçilmir və əldə olunan pullar isə, direktorla xanım müavin arasında “paypüş” edilib dədə malı kimi bölünür. Məlumatlı mənbə onu da bildirir ki, sən demə Seymur Heydərovun məktəb üzü görməməsinə səbəb, onun gips zavodunda məsul vəzifə daşıması olur. Elə ki, onun nöqsanlı iş fəaliyyəti haqda müzakirələr aparılır, bu zaman Seymur Heydərovun cavabı o olur ki, “mən yenə də işləyəcəyəm, heç kimin mənə gücü çatmaz. İlboyu məktəbin direktoruna 1000 manat pul verirəm, o da, məni işimdə saxlayır. Bu il də təzə müdirə “haqq-hesab” vermişəm, odur ki, yenə də işləyəcəyəm” dedikdə, hər kəsi təəccüb bürüyür.
Rəhbərliyin qol qoyduğu digər maxinasiyalardan biri də, məktəbdəki vakant yerlərin nazirlikdən gizlədilməsidir. Bu haqda da məlumatları redaksiyamıza çatdıran mənbə bildirir ki, qeyd olunan təhsil ocağının rəhbərliyi belə bir addımlarını atsa da, əslində o, bu il 5 nəfər qadın müəlliməni (etika naminə hələlik adlarını çəkmirik) müqavilə əsasında işə götürüb. Hansı ki, həmin qadın müəllimələr də məktəb üzü görmürlər, şagird sifəti tanımırlar. Amma, onların da adlarına az-çox əmək haqqı yazılır və rəhbərlik tərəfindən də “həzmi-rabedən” keçirilir.
Bütün bunlar təhsil naziri cənab Mikayıl Cabbarovun, təhsil sahəsində həyata keçirdiyi addımlara kölgə salmaqdan başqa bir şey deyil. Çünki, nazirin müvafiq sərəncamı ilə təhsil müəssisələrinə qeyri-pedoqoji ixtisaslar üzrə şəxslərin qəbulu qadağan edildiyi halda, Kəmalə Rüstəmova Gəncə Məişət Xidməti Kollecini bitirmişdir və bu gün də Dəliməmmədli şəhər tam orta məktəbində direktorun təlim-tərbiyə işləri üzrə müavini vəzifəsini daşımaqdadır. Hələ onun diplomunun saxta olması haqda, müəyyən çevrədə bəzi söz-söhbətlər də dolaşmaqdadır. Əslində bu versiya da araşdırılmalı, həqiqət öz yerini tapmalıdır.
Dəfələrlə elə hallar olub ki, Kəmalə Rüstəmovanın daşıdığı vəzifəsinin cənab nazirin imzaladığı sərəncamla ziddiyyət təşkil etməsi ilə bağlı, aidiyyəti qurumlara müraciətlər ünvanlansa da, təəssüflər olsun ki, əldə etdiyimiz məlumatlara görə həmin müraciətlər də ünvanı üzrə çatdırılmayıb. Bu da onu söyləməyə əsas verir ki, yəqin ki, ona havadarlıq edənlər buna imkan verməyiblər.
Dəliməmmədli şəhər tam orta məktəbində yaşanan olayları redaksiyamıza təqdim edən mənbənin danışdıqlarını əsas tutaraq, bu gün belə bir qənaətə gəlmişik ki, yəqin ki, yaxın vaxtlarda cənab Mikayıl Cabbarovun tapşırığı əsasında yaşanan problem lazımınca araşdırılacaq. Çünki, kollec təhsili olan bir kimsənin hansısa havadarlarına söykənərək, 100 nəfərə qədər ali təhsilli, nüfuzlu müəllimlərə bilik, metodiki göstəriş və.s verməsi, öz-özlüyündə qəbul edilməsi mümkün olmayan məsələlərdəndir.

P.S. Yaşanan problemlə bağlı araşdırmalarımızı davam etdirəcəyik. Çünki yaşanan olay, əslində 100 nəfərə qədər müəllimin hüququnun tapdalanması ilə bərabər, eyni zamanda cənab Mikayıl Cabbarovun imzaladığı sərəncamın da tapdalanması deməkdir. Adları çəkilən şəxslərin də, mövqelərini dinləyə bilərik.

Cəfər

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarov Dəliməmmədlidə kadr tapmır?

    Mikayıl Cabbarov Dəliməmmədlidə kadr tapmır? ...

    23-12-2015, 13:54

  • 
  • Gəncədəki 10 saylı məktəbdə aparılan araşdırmalar və əldə olunan həqiqətlər

    Gəncədəki 10 saylı məktəbdə aparılan araşdırmalar ...

    14-01-2017, 13:16

  • 
  • Müəllimlərin qurultayında hansı təhsil şöbələrinin müdirləri nazirin qəzəbinə tuş gəldi?-Siyahı

    Müəllimlərin qurultayında hansı təhsil ...

    15-12-2013, 00:22

  • 
  • Mikayıl Cabbarovdan direktorlara növbəti xəbərdarlıq

    Mikayıl Cabbarovdan direktorlara növbəti ...

    16-09-2013, 13:57

  • 
  • Təhsil Nazirliyi işçilərini məktəblərə yerləşdirdi

    Təhsil Nazirliyi işçilərini məktəblərə yerləşdirdi ...

    17-01-2014, 11:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu