GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İlham Əliyevə sui-qəsdin gizlinləri

İlham Əliyevə sui-qəsdin gizlinləri

Tarix: 8-12-2012, 09:43 Bölmə :Manşet Baxış: 3 560
İlham Əliyevə sui-qəsdin gizlinləri

Eurovision terrorunun harda təşkil olunması və bunun da arxasında kimlərin durması haqda şok məlumatlar

gundemxeber.az Məlum olduğu kimi, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi (MTN) Bakı, Sumqayıt, Gəncə şəhərlərində, o cümlədən Qax, Zaqatala, Şəki, Quba rayonlarında xüsusi əməliyyat keçirmiş, terror hadisələri planlaşdırmaqda şübhəli bilinən ümumilikdə 40 nəfəri zərərsizləşdirmişdi.
Dekabr ayının 3-də isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 4-nəfərə - Kamal Rəcəbova (14 il), Rəşad Şahbazova (13 il 6 ay) , Rəcəb Abbasova (12 il), və Afiq Allahverdiyevə (12 il) hökm oxunmuşdur. Lakin məsələ burasındadır ki, biz bu 4 nəfərin adını MTN tərəfindən bu ilin aprel ayında keçirilmiş əməliyyat zamanı həbs edlənlərin siyahısında görmürük. Bu məsələ ilə bağlı elektron ünvanımıza göndərilən yazını diqqətinizə çatdırırıq

Sui-qəsd olayında Dünyamin Xəlilovun adı

MTN öz 6 aprel əməliyyatı barədə o vaxt rəsmi açıqlama yaydıqdan sonra, həbs olunmuşların bəziləri barədə MTN-nin açıqlamaq istəmədiyi bəzi faktlar jurnalistlərin araşdırmaları nəticəsində aşkar oldu və KİV-də yayıldı. Məsələn, məlum oldu ki, terror ittihamı ilə həbs olunmuşlardan biri -Anar İsfəndiyar oğlu Ramazanov, vaxtilə, Şəki Apellyasiya Məhkəməsinin sabiq sədri Ramazan Burcayevin sürücüsü işləyibmiş. O, məhkəmə sədrinin xidməti avtomobili ilə Rəşad Aşurovun əldə etdiyi silah-sursatı lazımi ünvanlara çatdırırmış. Tezliklə, jurnalistlər Rəşad Aşurovun kimliyi barədə də şok açıqlamalar yaydılar. Məlum oldu ki, o, “Inter Security” şirkətinin Şəki-Balakən bölgəsi üzrə rəisidir, hansı ki, həmin şirkətin 450 nəfər işçisi Beynəlxalq Bankın özünün və filiallarının, bu bankdan asılı olan özəl obyektlərin, o cümlədən, Şəki, Qazax, Zaqatala, Qusar, Olimpiya Komplekslərinin, həmçinin “Şəki-Kərpic”, “Şəki-Bazar”, “Şəki-İpək” ASC-lərin və Şəkidəki daha bir sıra obyektlərin mühafizəsi işi ilə məşğuldurlar. Rəşad Aşurovun qərargahı isə "Şəki-İpək" ASC-nin idarə binasında idi. Məlumatlara görə o, sabiq deputat Dünyamin Xəlilovun da sürücüsü olub və 2005-ci il seçkilərində isə yerlərdə D.Xəlilovun rəsmi nümayəndəsi kimi fəaliyyət göstərmişdi. D.Xəlilov isə həm “Inter Security” şirkətinin təsisçisi, (hansı ki Beynəlxalq Banka məxsus obyektlərin mühafizəsi işi ilə məşğul olan bu qurumun rəisi isə İbrahim adlı MTN-dən qovulmuş bir şəxsdir və deyilənlərə görə o həm də "vəhhabistdir"), həm də "Pərvanə" MMC-nin rəhbəridir, hansı ki bu MMC saxta yolla "Şəki-İpək" ASC-nin investoru ola bilib və müəssisənin adına Beynəlxalq Bankdan 50 milyon manat kredit götürüb yox edib. Necə ki D.Xəlilov saxta yolla Bakıdakı “Xəzər Menecment Sistems” MMC-nin sədri də ola bilmişdi və həmin müəssisənin də adına Beynəlxalq Bankdan böyük məbləğdə kredit götürüb mənimsədikdən sonra müəssisəni söküb yerlə bir etmişdi və torpağını da satmışdı, eyni proses indi Şəkidədə davam etməkdədi...
MTN-nin 6 aprel əməliyyatı zamanı Rəşad Aşurovun evindən bir cəbhənin silah-sursatı tapılmışdı. Onların içində isə bizim üçün ən maraqlısı uşaq oyuncaqlarının içində yerləşdirilmiş dəhşətli gücə malik partlayıcılardır. Görəsən, Rəşad Aşurov oyuncaq-bombanı kimə qarşı tətbiq etmək istəyibmiş? Hörmətli oxucu, razılaşın ki, mənim kimi, sizin kimi adamı 1 güllə ilə də o dünyaya göndərmək olar, sözsüz ki bizi öldürmək istəsələr, elə bahalı və güclü silahdan istifadəyə ehtiyac yoxdu, elə dediyim kimi, 1 güllə, vəssalam. Deməli, həmin oyuncaq-bomba 1 güllə atmaq mümkün olmayan adamlar üçün nəzərdə tutulmuşdu. Gəlin fikirləşək görək kimə güllə atmaq mümkün deyil? Ağlınıza prezident gəlmirmi? Bəli, yalnız Prezidentə güllə atmaq mümkün deyil, çünki onun güclü mühafizəsi var!

Şəkidə baş verən olay

İndi isə diqqətinizə çatdırdığımız foto ilə bağlı bəzi məqamlara nəzər yetirək. Dövlət başçısı17 noyabr 2011-ci il tarixində Şəkidəki “Green Hill İnn” mehmanxanasının açılışında iştirak edərkən Beynəlxalq Banka məxsus obyektlərin mühafizəsi işi ilə məşğul olan şirkətin (Inter Security) Şəki-Balakən bölgəsi üzrə rəisi Rəşad Aşurov, hansı ki "Şəki-İpək" ASC binasında oturur, prezidentin lap yaxınlığına qədər irəliləyə bilibmiş. Sonralar Rəşad Aşurovun evində bir cəbhənin silah-sursatı aşkar olunur və o, 40-a yaxın silahdaşı ilə birlikdə həbs edilir. Rəşad Aşurovun cəbbəxanasında içində partlayıcı maddələr olan uşaq oyuncaqları da vardı. Şəklə diqqət yetirin, çox güman ki şəkildə görünən uşaq oyuncaqlarının içində də partlayıcı maddələr olmuşdu, yəqin ki prezident yalnız xoş təsadüf nəticəsində onlara toxunmamış və bu xoşbəxtlikdən də partlayış baş verməmişdi.
O ki qaldı “Green Hill İnn” mehmanxanasına, o, elə bir uğursuz tikili idi ki, "Şəkinin inkişafı" adıyla onun prezidentə təqdim edilməsi və prezidentin də buraya gətirilməsi adi nöqteyi nəzərdən absurt görünürdü. Belə ki bu tikili əvvəla, tam hazır deyildi, 4-cü mərtəbədə cəmi 1 otağını düzəlmişdilər, vəssalam. Sonrası da ki, bu bina 2 tərəfdən qəbirstanlıqla əhatə olunmuşdu və həm də şəhərin arxitekturasını da əməlli-başlı korlayırdı. 3-cüsü də ki, bu binanı tikən şəxs Beynəlxalq Bankdan götürdüyü kredit şərtlərinin ağırlığına dözə bilməyərək qaçmışdı və sonda, hotel Cahangir Hacıyevin əlinə keçmişdi. Bütün bu sadaladıqlarımız, məhz burada prezidentə sui-qəsdin planlaşdırılmasına bizi daha çox inandırır.

Vəhabi izi

Yeri gəlmişkən onu da əlavə edək ki, əgər doğrudan da burada prezidentə sui-qəsd planlaşdırılmışdısa, bunu heç də tək Rəşad Aşurovun ayağına yazmaq doğru olmazdı. Bir qədər keçmişə dönüb baxsaq, görərik ki bu terrora deyəsən uzun müddət, məqsədyönlü surətdə hazırlıq işləri getmişdi. Məsələn, 2002-ci ildə istifadəyə verilmiş Şəki OİK-si 2-3 il sonra qəflətən, müəmmalı şəkildə təmirə dayanır?! Obyektin mühafizəsinə rəhbərlik Dünyamin Xəlilova tapşırılır, o da OİK-nun 20 nəfərdən çox şəkili mühafizəçisini, Zaqatala, yaxud digər şimal rayonlarından gətirilmiş adamlarla əvəz edir. OİK-si 5-6 il fəaliyyət göstərmir, qapıları şəkililərin üzünə bağlı qalır, hətta Dünyamin Xəlilovun göstərişi ilə Şəki şəhərinin icra hakimiyyəti başçısını da içəri buraxmırlar! Amma bura Şəkidə heç kimin tanımadığı adamlar gəlirdilər, burada məşq edirdilər, həm də gecələyirdilər! Heç bir qeydiyyat da aparılmırdı. Tezliklə, şəkidə az qala bütün obyektlərin mühafizəsi və həm də üstəlik obyektlərin özü "vəhhabist"lərin nəzarətinə keçmişdi. Rəşad Aşurovun sələfi Vahid Abdullayevi isə "Şəki-Bazar" ASC-nin sədri qoymuşdular və o da yalnız öz "vəhhabistlərini" dolandırırdı, Şəki camaatına isə qan yddururdu. Bütün bunlar Şəki polisinin, MTN Şəki şöbəsinin gözləri qarşısında baş verirdi. Deyilənlərə görə bir dəfə sakinlərdən kimsə 102 xidmətinə xəbər verər ki, vəhhabilərə məxsus silahlar filan yerdədir. Şikayətə uyğun olaraq, bazarda axtarış edilməsi lazım gələndə isə MTN-dən, yaxud polisdən vəhhabistlərə xəbərdarlıq edilir ki silahları yığışdırsınlar, gəlirik axtarışa! Vəhhabistlər də silahları aparıb atırlar bazarın yanındakı zibil qabına. Bunun nə qədər doğru olub-olmadığını deyə bilmərəm, amma bazarın zibil qabından odlu silahların tapılması tam dəqiqdir, belə ki bu kadrlar, yəni zibil qabından silah çıxması, televiziyada da nümayiş etdirilmişdir.

Aydın Məmmədov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Eurovision”a görə ömürlük həbs verildi

    “Eurovision”a görə ömürlük həbs verildi ...

    25-11-2013, 14:37

  • 
  • "Eurovision-2012" terrorçuları məhkəmə qarşısında

    "Eurovision-2012" terrorçuları məhkəmə ...

    10-04-2013, 10:00

  • 
  • Türkiyədə İKİNCİ HÜCUM - Sui-qəsdlər dövrü başlayır?

    Türkiyədə İKİNCİ HÜCUM - Sui-qəsdlər dövrü ...

    23-07-2016, 13:31

  • 
  • Eurovision-2017 hansı şəhərdə olacaq?

    Eurovision-2017 hansı şəhərdə olacaq? ...

    3-07-2016, 13:39

  • 
  • Belçikada daha 3 şübhəli saxlanıb

    Belçikada daha 3 şübhəli saxlanıb ...

    28-03-2016, 19:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu