Terror aktı törətməkdə ittiham olunanların daha bir qrupunun məhkəməsi başlayıb
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror hadisəsi törətməyə cəhddə təqsirləndirilən Fariz Bayramov, İbrahim Sadıqov və Azər Nəzərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə aprelin 18-nə təyin edilib. Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Həmin vaxt ümumilikdə 40 nəfər şəxs saxlanılıb. Onların bir neçəsinin məhkəməsi artıq başa çatıb və barələrində hökm elan olunub. Həmin şəxslərin İran İslam İnqilabı Keşikçiləri Korpusu – “Sepah”la əməkdaşlıq etdikləri bildirilsə də, qarşı tərəf bunu təkzib edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?