GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyətin son seçimi

Hakimiyyətin son seçimi

Tarix: 13-03-2013, 10:16 Bölmə :Manşet Baxış: 1 046
Hakimiyyətin son seçimi

Ölkə və onun milləti üçün hansı ssenari daha təhlükəsizdir:
Dinc Azərbaycan baharı, yoxsa soyuq Rusiya qışı?


Bu yaxınlarda İsrailli jurnalist bir yazı ilə rəsmi Bakının həmişə öyündüyü dini və etnik tolerantlıq məsələsini heç etdi. O, adət edildiyi kimi ölkədəki vəziyyətə yəhudilərin prizmasından deyil, əksinə yəhudilərin vəziyyətinə ölkədəki durumun prizmasından baxdı. Və belə qənaətə gəldi ki, öz millətinin hüquqsuz olduğu ölkə orada yaşayan qeyri-millətlərə, o cümlədən yəhudilərə tolerant münasibət sərgiləyə bilməz. Bu detalı qeyd etməyə də bilərdik. Amma siyasi dözümsüzlüyün son həddə çatdığı, plüralist mühitin kölgəsinin belə olmadığı ölkəni hər dəfə tolerantlıq nümunəsi kimi təqdim etmək ən səbirli adamı belə özündən çıxara bilmək iqtidarındadır.
Ölkədəki vəziyyəti real təsvir edən bu yazının sayca neçənci olmasının fərqində deyilik, çünki belə yazılar çox olub və getdikcə onların sayı artır. Amma artmayan, necə deyərlər, yerində sayan rəsmi Bakının onlardan çıxardığı nəticədir. Hər bir yazının kökündə hansısa geosiyasi intriqa və yaxud konspirologiya elementi axtarmaqdansa, ölkəni insanlar üçün yararlı məkana çevirməyə cəhd etmək olardı və bundan sonra kənar baxışların həqiqətən də qərəzli olub-olmaması üzə çıxardı. Bununla demək istəmirəm ki, ölkə ilə bağlı xarici mətbuatda yer alan bütün yazılar yalnız xoş məramın təzahürüdür. Yox, belə deyil. Sadəcə, bəzən fərqli motivlərin təzahürü kimi olsa da, ölkədəki əsl həqiqət dilə gətirilir və kimlər üçünsə bu, kifayət edir və onlar razı qalır, başqa biriləri isə bunda özlərinə qarşı növbəti qara kampaniya izi axtarır və təbii ki, narazı qalırlar.

Siyasətçi intuisiyasız keçinə bilərmi?

İntuisiya bütün sahələrdə önəmlidir. O, alimi uzun hesablamalardan və təhlillərdən xilas edib tədqiq etdiyi məsələnin cavabını daha asan və qısa yolla tapmaqda yardımçı olursa, siyasətçiyə reallığı adekvat qiymətləndirməyə və daha düzgün qərar qəbul etməyə kömək edir. Gürcüstan prezidentinin Bakıya səfəri zamanı Rusiyanın ünvanına ittihamlar səsləndirməsi bir neçə aspektdən yozula bilsə də, daha düzgün nəticə budur ki, rəsmi Bakı belə fikirlərin səslənməsində maraqlıdır, çünki bununla həm Rusiyaya, həm də Qərbə öz ismarışlarını edir. Elə yerli mətbuatla da tanışlıq göstərir ki, ölkədə kəskin siyasi bəyanatlar sarıdan kasadlıq yaşanmır.
Narazılığın və gərginliyin iki vektoru dərhal diqqəti cəlb edir. Bunlardan biri fərqli geosiyasi məqsədlər güdməyən yerli demokratiya fəallarının etirazlarıdırsa, digəri istiqamətcə Rusiyanı göstərir. Rusiyanın «arsenalında» hələlik yalnız S.Sadıqov olsa da, hətta ölkədə hakimiyyətin konstitusion yolla dəyişməsinin ən ardıcıl tərəfdarları belə Rusiyadan gələ biləcək siyasi dalğanın reallığını və gücünü inkar etmirlər. Düzdür, Rusiyadan hələ ki, açıq təhriklər hiss olunmur. Amma taktika aydındır, çünki rusiyalı təhlil adamları bir neçə dəfə deyiblər ki, Azərbaycana toxunmaq lazım deyil. Gürcüstanı götürün, onda Azərbaycan rəsmiləri xahiş-minnət üçün Kremlin önündə növbəyə düzüləcəklər.
Nə demək olar? Çox dəqiq ifadə olunub. Bakıda elə bir siyasi qüvvə hakimiyyətdədir ki, zəif nöqtələrini yalnız öz cəmiyyətindən gizlətməyə meyllidir. Bunun səbəbi də aydındır. Hakimiyyət elə hakimiyyətdir ki, onun üçün qırmızı sərhəd yoxdur, o, bütün situasiyalarda məhz hakimiyyət kimi qalmağa cəhd edir. Ona görə də bir tərəfdən Gürcüstan prezidentinin rusofobiya məzmunlu çıxışlarına meydan verir, o biri tərəfdən də öz cəmiyyətini inandırmağa çalışır ki, onun Rusiya ilə heç bir problemi yoxdur. Amma indi hansı dövrdür? Evlərdə və küçələrdə saatın əqrəbi hansı zamanı göstərir? Təəssüf ki, bunun fərqində deyillər. Müxalif yönlü insanlar artıq Milli Şura yaratmaq təklifi ilə çıxış edirsə, Rusiya özünün soyuq münasibətini nəzərə çarpdırmağa can atırsa, bundan real nəticələr çıxarmaq vaxtdır.
Ölkə və onun milləti üçün hansı ssenari daha təhlükəsizdir? Dinc Azərbaycan baharı, yoxsa soyuq Rusiya qışı? Bu sual bu bahar olmasa da, bu il olmasa da, çox tez bir zamanda qapını döyəcək, öz cavabını istəyəcək. Siyasətçi üçün intuisiya məhz burada lazımdı.

Hakimiyyət niyə arxayinlaşdirir?

Hakimiyyətin ən bihuşedici, aldadıcı tərəfi odur ki, adamda belə təəssürat yaradır ki, sanki o, əbədi olacaq. Mən bunu hətta 1992-93-cü illərdə müşahidə etmişəm. Biz o vaxtkı AXС-nin aparatında işlədiyimizdən həm cəmiyyətə, həm də reallığa vəzifədəkilərdən bir «köynək» yaxın idik. Təsəvvür etməzsiniz ki, ovaxtkı məmurlarda nə qədər arxayınçılıq vardı! Bəli, hətta onlarda!.. Elə bu hakimiyyətə yaxın olanlarla söhbət edəndə də görürsən ki, bunlar üçün 20 il böyük vaxt hesab edilmir, kommunistlərin hakimiyyətdə 70 il qalmasından, yaponiyalı liberalların on illərlə iqtidarda olmasından, daha məhrəm söhbətlərdə isə Romanovların 300 il hakimiyyətdə olmasından dəm vururlar. Bəli, Romanovlar 300 il hakimiyyətdə oldu. Amma onların bir nümayəndəsinə bütün sülalənin əvəzinə cavab vermək lazım gəldi. Tarixin bu dərsi və hakimiyyətin bu tərəfi də var…

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Bu ölkədəki kürdlər mənim qardaşımdır"

    "Bu ölkədəki kürdlər mənim qardaşımdır" ...

    24-02-2016, 21:39

  • 
  • Rövnəq Abdullayev: "Cənab prezident dini tolerantlığın tərəfdarıdır"

    Rövnəq Abdullayev: "Cənab prezident dini ...

    10-11-2015, 12:42

  • 
  • Müxalifətlə iqtidarın seçki dərdi

    Müxalifətlə iqtidarın seçki dərdi ...

    8-01-2013, 10:08

  • 
  • Azərbaycan dünyada nadir tolerantlıq nümunəsidir

    Azərbaycan dünyada nadir tolerantlıq nümunəsidir ...

    2-05-2014, 10:00

  • 
  • Xaricdə 2166 nəfər dini təhsil alır

    Xaricdə 2166 nəfər dini təhsil alır ...

    2-12-2015, 15:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu