Böyük fiqurlar kənarda qalıb, bu dəfə də Rövşanə Əliyeva hədəf seçildi
gundemxeber.az Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı son video çəkilişlər Rövşanə Əliyevanın həbsinə gətirib çıxara bilər. Bu ilginc açıqlamanı hökumət içindəki mənbə verib. Mötəbər qaynağın iddalarından belə aydın olur ki, Rövşanə Əliyevanın həbsini əslində bu gün Elşad Abdullayevin hədəfində olan əsas qüvvələr arzulayır: “Onlar bu yolla məsələni mahiyyətindən yayındırmağa və özlərinin hədəf olmalarının qarşısını almağa çalışırlar. Və bu yolda Rövşanə Əliyeva kimi təsadüfi fiqurların qurban verilməsi onlar üçün göydəndüşmə fürsətdir”. Qeyd edək ki, E. Abdullayevin işi ilə bağlı bu günə kimi 3 nəfər həbs edilib. Baş Prokurorluğun yaydığı məlumata görə, həmin iş üzrə törətdikləri cinayət əməllərinə görə Hüseynov Vaqif Əbdülhüseyn oğlu, Ağayev Nəriman Salman oğlu və Kazımov Arzu Firudin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qəti-imkan tədbiri seçilib. Qeyd edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri Mahir Abdullayevin bilavasitə itkin düşməsi ilə deyil, onların Elşad Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə bağlıdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?