Keçmiş «qorotdel» şefində durum bekarçiliqdir Keçən ilin sonlarına yaxın Prezident Administrasiyasında vəzifəyə gətirilmiş keçmiş «qorotdel» rəisi Məhərrəm Əliyevlə bağlı maraqlı məlumatlar əldə etmişik. Hökumət içindəki qaynaq iddia edir ki, hələ də Məhərrəm Əliyevin hansı səlahiyyətə malik olduğu dəqiq bilinmir. Mənbənin söylədikləri: «Doğrudur, Məhərrəm Əliyev PA rəhbərinin hərbi və təhlükəsizlik məsələləri üzrə köməkçisi təyin edilib. Amma buna rəğmən sabiq polis rəisinə nə bir iş tapşıran var, nə də ondan nəyisə tələb edən». Xatırladaq ki, «N» saylı hərbi hissənin əsgəri Ceyhun Qubadovun ölümünə verilən kəskin reaksiyaların fonunda ilk dəfə olaraq yeni görəvində danışan Məhərrəm Əliyev Ceyhun Qubadovla bağlı istintaqa şəxsən nəzarət edəcəyini bildirmişdi. Mənbəmizə görə, bu təşəbbüs Məhərrəm Əliyevin ilk və son təşəbbüsü oldu: «Hətta bu hadisə ilə bağlı istintaq materiallarını da əldə etmək Məhərrəm Əliyev üçün ciddi problemdir. Hər gün PA-ya boşlu-boşuna gəlir və iş vaxtı bitəndə də gedir. Hətta onunla ünsiyyətdə olanların da sayı azdır». Qeyd edək ki, Məhərrəm Əliyevin PA rəhbəri Ramiz Mehdiyevlə münasibətləri olduqca gərgindir. Və elə buna görə də onun Mehdiyev tərəfindən «səlahiyyətsiz» duruma salındığı söylənilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?