GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İsa Qəmbərin seçki revanşı

İsa Qəmbərin seçki revanşı

Tarix: 24-03-2013, 16:50 Bölmə :Manşet Baxış: 962
İsa Qəmbərin seçki revanşı

Seçkilər yaxınlaşır və İlham Əliyevə alternativ
kimi İsa Qəmbərdən başqa namizəd nəzərə çarpmır


Müsavat başqanı prezidentlik uğrunda sonuncu davaya çıxır və 2003-2013 arasında numoroloji mistika var

Müsavat başqanı İsa Qəmbəri qarşıda ağır və həlledici sınaq gözləyir. Siyasi hakimiyyət uğrunda mübarizənin kulminasiya pilləsinə çatmış İsa Qəmbər üçün 2013 ya sondur, ya da son. Bir siyasətçiyə tarixin və xalqın verəcəyi şans nə qədərdirsə, bu Müsavat başqanına nəsib olub. Geridə qalan 20 il ərzində yalnız 2003-cü ildə seçkilərindən qalib çıxdığı iddia olunan İ.Qəmbərin 2013 davası numoroloji mistika daşıyır.

Müxalifətin fəxri siması

Başqan ya prezident seçiləcək, ya da müxalifət liderlərinin fəxri simasına çevriləcək. Seçkidən sonra məğlubiyyət olacaqsa başqanlıqdan getməkdən başqa yolu qalmır. Halbuki, İsa bəyin başqanlıqdan gedəcəyi 2 il öncədən bəyan olunmuşdu. Ancaq subyektiv səbəblər ucbatından partiyanın qurultayı keçirilmədi (yubadıldı).
İndi İ.Qəmbərin prezidentliyə namizədliyini irəli sürməsi yada salır ki, qurultayın vaxtının uzadılması buna hesablanıbmış. Müsavat bu seçkiyə də hazırkı rəhbərlə getməyi planlaşdırır. Hətta bir ara “İsa Qəmbər seçkiyə nəynən gedir?!” replika xarakterli meyxana yayılmışdı. Artıq bu məzəli meyxana haqda ciddi düşünmək lazım gəlir.
Seçkilər yaxınlaşır və İlham Əliyevə alternativ kimi İsa Qəmbərdən başqa namizəd nəzərə çarpmır. İlqar Məmmədov, İqbal Ağazadə və digər namizədlərin şanslarını ayrı-ayrı xarakterizə edəcəyik. Bu yazıda isə namizədliyini ilk elan etmiş İ.Qəmbərin seçkiyə nə ilə getdiyini təhlilə etməyə çalışaq.
Əvvəla, bu proseslərin qızışma və seçki mübarizəsinin başlanma ərəfəsində həbsdəki mandat alverçisi Gülər Əhmədovanın tarixi əhəmiyyətli müdrik sözünü yada salmamaq olmur: “Ölkədə bir seçici var”.
İ.Qəmbərin də qarşısındakı məqsəd və amal ölkədəki nəzərdə tutulan tək seçicini məğlub etməkdir. Müxalifətdaxili çəkişmələr, vahid namizəd probleminin həllini tapmaması fonunda bunun nə dərəcədə mümkün olacağı ağıla batan görünmür.

“EL” başqana dəstək verəcəkmi?

Yeni mübariz gənclik yetişsə də, onların sayı 10 minə çatmır. Üstəlik, sözügedən gənclik bütövlükdə Müsavat liderinin yanında deyil. Onların ayrıca mübarizə yolları var. Yerdə qalır ziyalılar, “EL” hərəkatı və elan olunacaq Milli Şura.
“EL”-in göründüyü kimi öz dəsti-xətti, yolu var, onların namizədi də təxminən məlumdur və çətin ki, başqana açıqca dəstək versinlər. Olsun ki, ona ümumi maraqlar naminə sözdə dəstək ifadə olunsun.
Milli Şuranın isə tamamilə başqa funksiyanın daşıyıcısı olacağı gözlənilir. Bu təşkilatın xalq hərəkatına nail olmaq cəhdlərini müşahidə edəcəyik.
AXCP-nin son davranışları isə Əli Kərimlinin boykot yolu tutacağını deməyə əsas verir. Beləliklə, İsa Qəmbərin seçkiyə nə ilə getdiyini düşünməli oluruq. Təbii ki, başqan bütün sadaladığımız faktorları nəzərdən keçirib.
O bilir ki, heç bir seçki mühiti yoxdur, xalq tam siyasiləşməyib, seçkilərə olan ümidlər 10 il əvvəl dəfn olunub və Qərbdən də ciddi dəstək hiss olunmur. Ancaq nə etməli? Axı bu son şansdır və fors-major vəziyyət heç vaxt istisna deyil?!
Başqan 2013 seçkisinin Əliyev üçün də ən ağır bir mərhələ olduğunu yaxşı başa düşür. Bu dəfə hakim partiyanın namizədi asanlıqla legitimliyini rəsmiləşdirə bilməyəcək.
Onun namizədliyinin hələ də rəsmi şəkildə irəli sürülməməsi də əsas verir ki, saray daxilində qəti mövqe olmadığını, hakimiyyətin tərəddüd və narahatlıq içində qovrulduğunu iddia edək. Hakimiyyət son 20 ildə ilk dəfə belə təzyiqlərlə üz-üzə qalıb.

“Ölkədə bir seçici var”

Qərb açıq da olmasa öz təşkilatları və mətbuatı ilə rejimə ciddi zərbələr vurur, nüfuzlu media orqanları Bakıdakı mitinqlərdən geniş reportajlar təqdim edir, Rusiya iqtidarı dalana dirəyib və hər yerdən hakimiyyətə qarşı təhlükə görünür. Bu mənada İ.Qəmbər vəziyyəti dəyərləndirib namizədliyini elan edib. O son məqamda Milli Şuranın da, ziyalıların da yanında olacaq. Belədə isə situasiyanın dəyişməsi nəticəsində boykot yolunu seçən Ə.Kərimli də Müsavat liderinin yanında yer alacaq. Əks halda isə İ.Qəmbər nəinki Lənkərana, heç Ələtə də buraxılmayacaq. Yekunda onun topladığı seçici səslərinin faizi namizədlər arasında 3-4-cü yerləri bölüşdürməklə nəticələnəcək. Yəni, Gülər Əhmədova haqlı çıxacaq - ölkədə bir seçicinin olması rəsmən təsdiqlənəcək.

Ümidsizlərin inqilabı

“Seçkilər mənasızdır. Hətta Amerikada da seçkilər ədalətli keçirilmir, xalqın seçdiyi rəhbər olmur” - inqilab tərəfdarlarının ənənəvi mövqeyi həmişə bu aspektdən olub. Onlar zülmün, istibdadın, tiranların hökmranlıq etdiyi ölkələrdə seçkiləri səmərəsiz sayır. Çünki diktaturada seçkilər heç nə nəyi dəyişmir, seçicinin iradəsi ilə heç nə həll olunmur.
Qarşındakı hakim partiyanın namizədi diktatordursa ona seçki yolu ilə qalib gəlmək nonsensdir. Nicat yolu inqilabdan və xalq etirazlarında keçir. Bizim halımız və hazırkı göstəricilərimiz də inqilabın baş verməsi üçün bütün halların yetişdiyini iddia etməyə əsas verir.
İnqilabı isə məşhur aforizmdə söyləndiyi kimi, dahilər fikirləşir, kütlələr həyata keçirir, əclaflar isə xeyrini görür. İnqilab reallıqdır, seçkilər isə ümid. Ümidlə yaşayanlar inqilab edə bilməz. Azərbaycanın xilası üçün ümidsizlərin prosesə qoşulması vacib və mütləqdir. İ.Qəmbərin isə namizədliyini irəli sürməsi inqilaba qədərki gərəkli addımdır...

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsa Qəmbərin seçki qərargahı toplandı

    İsa Qəmbərin seçki qərargahı toplandı ...

    30-04-2013, 18:48

  • 
  • Cəmil Həsənlidən İsa Qəmbərin çıxışına reaksiya

    Cəmil Həsənlidən İsa Qəmbərin çıxışına reaksiya ...

    6-12-2013, 11:47

  • 
  • “Partiya funksionerləri İsa Qəmbərin başqan vəzifəsində qalmasını tələb edirlər”

    “Partiya funksionerləri İsa Qəmbərin başqan ...

    25-10-2013, 15:02

  • 
  • “İsa Qəmbərin namizədliyi qüvvədə qalacaq”

    “İsa Qəmbərin namizədliyi qüvvədə qalacaq” ...

    1-08-2013, 13:44

  • 
  • İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləyən partiyalar toplantı keçirib

    İsa Qəmbərin prezidentliyə namizədliyini ...

    5-07-2013, 17:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu