GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Uşaqlıq dostunu öldürən gəncin etirafları

Uşaqlıq dostunu öldürən gəncin etirafları

Tarix: 22-02-2016, 12:47 Bölmə :Manşet Baxış: 0
Uşaqlıq dostunu öldürən gəncin etirafları

“Rəşadı namusuma xələl gətirən hərəkət edərək ləyaqətimi alçaltdığı üçün öldürmüşəm”

Dəhşətli qətl hadisəsi törətməkdə təqsirli bilinən Ucar rayon sakini, 1989-cu il təvəllüdlü Vüsal Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Vüsal Mehdiyev 6 dekabr 2011-ci il tarixdə Zərdab rayonunun Dəliquşçu kəndində, onunla qonşuluqda yaşayan Rəşad Zeynalovun istifadəsində olan mobil telefonundan onun həyat yoldaşı Elnurə Manaflının istifadəsində olan mobil telefonuna zəng etməsinin şahidi olub.

Vüsal Mehdiyev 2014-cü ilin təxminən dekabr ayında isə Rəşad Zeynalovun onun arvadına intim əlaqə təklif etməsini eşidib, eləcə də həmkəndliləri arasında namusunu qoruya bilməyən şəxslər barəsində söylədiklərini ona ünvanladığını güman edib.

Bundan sonra Vüsal Mehdiyev Rəşad Zeynalovun bu hərəkətlərini özünün şərəf və ləyaqətini alçaldan, namusunu ləkələyən hərəkət kimi qiymətləndirib. O, qısqanclıq zəminində Rəşad Zeynalova qarşı yaranmış kin-küdrət hissindən öldürməklə, ondan qisas almaq qərarına gəlib.

Bu niyyətlə o, 29 dekabr 2014-cü il tarixində Rəşad Zeynalov və digər tanışları ilə birgə özünün idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə Zərdab rayonunun Dəkkəoba kəndindəki toy məclisinə, daha sonra Gəlmə kəndindəki kafeyə gediblər.

O, Rəşad Zeynalovu həmin gün, saat 23.35 radələrində idarə etdiyi avtomobildə yaşadıqları Dəliquşçu kəndinə gətirərkən, Zərdab rayonu, Hüseynxanlı kəndi ərazisində satılacaq xırda buynuzlu heyvanlara baxmaq adı ilə aldadıb və Hüseynxanlı kəndindən 1,5 kilometr aralı məsafədə yerləşən, həmin kənd sakini Sahibət Bayramova məxsus əkin sahəsinə aparıb.

Orada Vüsal Mehdiyev avtomobilin təkərinin çalaya düşməsini bəhanə edərək Rəşad Zeynalova avtomobildən çıxaraq baxmağı xahiş edib. O, Rəşadın axırıncı düşərək təkərə baxdıqdan sonra bir qədər kənara çəkilib. Bu zaman o, qəsdən öldürmək məqsədi ilə Rəşad Zeynalova yaxınlaşaraq özündə olan bıçaqla onun döş nahiyəsinə bir zərbə vurub.

Rəşad Zeynalova bıçaq zərbələri vuran Vüsal Mehdiyev ondan qisas almaq məqsədilə bu hərəkətləri etdiyini bildirib. Həmin vaxt Rəşad onun əlindən çıxaraq qaçmağa başlayıb. Amma o, Rəşadın arxasınca qaçaraq, onu tutub və bıçaqla onun bədəninə daha bir-neçə zərbələr vurub.

Bundan sonra Rəşad Zeynalovun müqavimət göstərməsini görüb və həmin bıçaqla onun baş nahiyyəsinə daha bir zərbə vurub. Rəşad Zeynalov aldığı xəsarətlərdən ölüb.

Daha sonra Vüsal Mehdiyev idarə etdiyi avtomobildə olan 0,5 litrlik plastik butulkadakı yandırıcı mayeni Rəşad Zeynalovun meyitinin üzərinə töküb və onun meyitini yandırıb.

“Rəşad arvadıma söz atıb, yaxınlıq təklif edib”

Vüsal Mehdiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Mehdiyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək, Vüsal Mehdiyevin cəzasının ağırlaşdırılmasını istəyib. Eyni tələblə zərərçəkmiş tərəfdə apelyasiya şikayəti verib. Vüsal Mehdiyev də cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti verib. Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Vüsal Mehdiyev ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, mərhum Rəşad Zeynalov ilə qonşuluqda yaşayıb, həmçinin əvvəllər dostluq münasibətində olublar:

“Rəşad arvadıma söz atıb, yaxınlıq təklif edib. Bu sözlərdən sonra artıq mənim səbrim tükənib və Rəşadı cəzalandırmaq qərarına gəlmişəm. Buna məqam gözləmişəm. İşlətdiyim mağazadan bir ədəd mətbəx bıçağı götürərək özümə məxsus avtomaşına qoymuşdum ki, Rəşadla haq-hesab çəkim”

“Dedim ki, bunu namusuma ləkə gətirdiyin üçün edirəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 29-da Rəşaddan qisas almağı nəzərdə tutduğundan çayxana yanında dayanaraq onu gözləyib: “Səbuhigillə çayxanadan çıxan Rəşad onları rayonun Gəlmə kəndindəki kafeyə aparmağımı xahiş etdi. Mən də onunla razılaşdım. Bu vaxt Rəşadgil özləri ilə həmkəndliləri Elgünü də çağırdılar. Onların dördünü də öz avtomaşınımda həmin kafeyə gətirdim. Orada bir neçə bakal pivə içdik. Rəşadgillə Zərdab şəhərindəki kafeyə gedərək, orada çay içdikdən sonra Rəşadı bir bəhanə ilə özüm ilə, Elgüngildən ayrı saxlamaq üçün evə başqa yolla gedəcəyimi dedim. Rəşad isə qonşum olduğundan avtomaşınımda qaldı. Maşını bir qədər sürdüm və sonra guya maşının təkərinin çalaya düşdüyünü bəhanə edərək, kimsəsiz bir yerdə saxladım. Rəşada düşərək təkərə baxmağı təklif etdim”.

Vüsal Mehdiyev bildirib ki, Rəşad maşından düşərək təkərə baxıb və ona heç nə olmadığını deyib: “Bu zaman Rəşad kənara çəkilərək təbii ehtiyacını ödəməyə başladı. Bu məqamdan istifadə edərək əvvəlcədən maşına qoyduğum bıçağı götürdüm və ona yaxınlaşaraq nəyə görə məni tanışların yanında ələ salmasını soruşdum. Rəşad isə cavabında güldü. Bundan qəzəblənərək əlimdə olan bıçaqla Rəşadın sinəsinə zərbə endirdim. Bu zərbədən bir az geri atılan Rəşad “ə, nağayrırsan” deyərək etdiyim hərəkətin səbəbini soruşdu. Mən də ona “ bəs bilmirdin adamın arvadına sataşıb, onu ələ salanda nə olur” dedim. Ona anlatdım ki, bunu namusuma ləkə gətirdiyi, layaqətimi alçaltdığı üçün edirəm. Bu sözləri eşidib, əlimdə bıçaq görən Rəşad aralanaraq qaçmağa başladı”.

“Qəzəbimdən özümdə olmamışam”

Vüsal Mehdiyev qeyd edib ki, bu zaman Rəşadı təqib edib və ona çataraq, kürək nahiyəsinə bıçaqla zərbə vurub: “Bundan sonra Rəşad yerə yıxıldı. Mən də onun üstünə çökərək bıçaqla zərbələr vurdum. Həmin vaxt Rəşad müqavimət göstərərək əlimdən tutaraq bıçaq zərbələrindən müdafiə olunmağa çalışıb. Həmin vaxt qəzəbimdən artıq özümdə olmamışam. Məqsədim yalnız Rəşadı öldürmək olub. Ona görə də, yerdə olarkən Rəşada neçə və harasına bıçaq zərbəsi vurduğumu xatırlamıram. Çünki artıq qəzəbimdən özümdə olmamışam. Lakin zərbəni Rəşadın boğaz nahiyəsinə vurduğumu və bundan sonra Rəşadın hərəkətsiz qaldığını xatırlayıram. Bundan sonra Rəşadın hərəkətsiz vəziyyətdə qaldığını və artıq nəfəsi də gəlmədiyini görərək öldüyünü bildim. Sonra, bir qədər özümə gəldim, törətdiyim cinayətin izini itirmək üçün avtomobilində motorlu mişar üçün hazırladığım sürtgü yağı ilə qatışıq olan 0,5 litrlik şüşə butulkadakı yanacağı-benzini götürərək Rəşadın meyitinin üzərinə tökdüm. Sonra kibritlə alışdıraraq onun meyitini yandırdım və avtomaşınına minərək sürətlə hadisə yerindən uzaqlaşdım”.

“Peşmanam”

Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəl polisə gedərək törətdiyi əməl barədə məlumat vermək istəyib: “Lakin bunu dərhal etməyi bacarmadım. Səbəb isə qorxmuşam. Sonradan istintaqa cəlb edilərkən törətdiyim əməli səmimi etiraf etmişəm. Lakin ibtidai istintaq zamanı ifadə verərkən peşmançılıq və törətdiyim hadisə təsiri altında olduğumdan ilk ifadəsində Rəşad Zeynalovun üstünə benzin tökərkən onun ölmüş olduğunu bilməyimi və bunu izi itirmək üçün etdiyimi deməmişəm. Bu məqamın ifadəmdə necə əks olunduğunun mahiyyətinə də varmamışam. Ona görə də ibtidai istintaqda bu hal üzrə verdiyim ilk ifadəsini təsdiq etmirəm. Rəşad Zeynalovu namusuma xələl gətirən hərəkət edərək ləyaqətimi alçaltmağı səbəbindən öldürmüşəm. Bu zaman Rəşad Zeynalova iztirab vermək, onu qəddarlıqla öldürmək, diri-diri yandırmaq fikri olmayıb və bu məqsədlə də onun üstünə benzin tökərək yandırmamışam. Törətdiyim əməldən peşmançılıq çəkirəm”.

“Oğlumu xüsusi amansızlıqla öldürüb”

Zərərçəkmiş şəxsin hüquqi varisi İnşallah Zeynalovun sözlərinə görə, mərhum Rəşad Zeynalovun atasıdır: “Oğlum Rəşad təbiətən mülayim, qonşularla mehriban münasibətdə olub. Vüsal Mehdiyev arvadı və valideynləri ilə bizimlə çəpər qonşuluğunda yaşayıb, münasibətlərimiz yaxşı olub. Sonuncu dəfə oğlum Rəşadı 29 dekabr 2014-cü il tarixdə evdə görmüşəm. Bundan sonra Rəşad qonşularımız Vüsal Mehdiyevin mağazasına gedib ki, nisyə aldığı pres ipinin pulunu ödəyib və bu zaman mobil telefonunu evdə qoyub. Axşam oğlumun evə qayıtması ilə maraqlandım. Lakin səhər arvadım Rəşadın evə qayıtmadığını və evdə gecələmədiyini dedi. Bundan şübhələnərək dərhal Zərdab Rayon Polis Şöbəsinə məlumat verərək, oğlum ilə bağlı məlumatları olub-olmadığını soruşdum. Orada adını bilmədiyim bir polis əməkdaşı Zərdab rayonu, Hüseynxanlı kəndi ərazisində hadisə baş verdiyini bildirdi və onunla məscidə getməyi təklif etdi. Birlikdə məscidə gəldikdə orada yuyulan meyitin paltarlarından Rəşada məxsus olduğunu bildim. Sonrada istintaq orqanından aldığım məlumatdan bildim ki, oğlumu qonşumuz Vüsal Mehdiyev tərəfindən öldürülüb. Rəşadın Vüsal Mehdiyevin arvadına sataşması, ona atmacalar atması barədə əvvəllər heç bir məlumatım olmayıb, oğlumun belə hərəkətlər etməsinə inanmıram. Hesab edirəm ki, Vüsal Mehdiyevin oğlumu xüsusi amansızlıqla öldürüb”.

İnşallah Zeynalovun vəkili Adəm Məmmədov prokurorluğun protestin təmin olunmasını, məhkum edilmiş şəxsin müdafiəçisinin apelyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edib. Nümayəndə Vüsal Mehdiyevin ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə, 20 il və ya ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını istəyib.

Dövlət ittihamçısı Ədalət Əzimov təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin edilməsini istəyib. O, bildirib ki, Vüsal Mehdiyevin cəzasının ağırlaşdırılması barədə qərar qəbul edilməsi üçün əsaslar var.

Vüsal Mehdiyevin vəkili Ruhid Əkbərov apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edib. O, apelyasiya şikayətinin təmin edilməsini istəyib. Vəkil qeyd edib ki, müdafiə etdiyi şəxsin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif olunması üçün əsaslar var.

Ruhid Əkbərov müdafiə etdiyi şəxsin cəzasının daha yüngül cəza ilə əvəz edilməsini, prokurorluğun protestinin, həmçinin zərərçəkmiş tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş edib.

Hakim kollegiyası sonda prokurorluğun protestinin təmin edilməsi barədə qərar açıqlayıb. Qərara görə, Vüsal Mehdiyevin cəzası artırılaraq, ona 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxsin və zərərçəkmiş tərəfin apelyasiya şikayətləri isə təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dostunun arvadına zəng etdi, başı kəsildi – FOTO

    Dostunun arvadına zəng etdi, başı kəsildi – FOTO ...

    3-01-2015, 22:52

  • 
  • Qətl törədən 22 yaşlı gəncin şikayəti təmin edilmədi

    Qətl törədən 22 yaşlı gəncin şikayəti təmin ...

    15-01-2016, 12:02

  • 
  • Qadını tamah məqsədilə öldürənlərə hökm oxundu

    Qadını tamah məqsədilə öldürənlərə hökm oxundu ...

    29-09-2016, 16:24

  • 
  • Dostlar qadını intim görüntüləri ilə şantaj etdi - Bakıda şok olay

    Dostlar qadını intim görüntüləri ilə şantaj etdi ...

    26-03-2020, 21:56

  • 
  • Gənc oğrular saxlanıldılar: "Atam üçün pul yığırdım

    Gənc oğrular saxlanıldılar: "Atam üçün pul ...

    22-09-2016, 13:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu