GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Xaləddin İsgəndərov Heydər məscidinin ətrafındakı zeytun bağlarına qənim kəsilib

Xaləddin İsgəndərov Heydər məscidinin ətrafındakı zeytun bağlarına qənim kəsilib

Tarix: 22-02-2016, 13:09 Bölmə :Manşet Baxış: 0
Xaləddin İsgəndərov  Heydər məscidinin ətrafındakı zeytun bağlarına qənim kəsilib

Yaşıllıqlarla bağlı ən yüksək səviyyədə siyasi iradənin varlığına baxmayaraq, bu gün paytaxt Bakımızın ən bahalı ərazilərindən biri hesab olunan, Binəqədi rayonu ərazisindəki Heydər məscidinin ətrafında da “yaşıl soyqırım” davam etdirilməkdədir
Bu da bir həqiqətdir ki, ətraf mühitin mühafizəsi, onun qorunmasının təşkili, bir sözlə ekoloji tarazlığın təminatı, hər zaman aktuallıq kəsb edən mövzulardan biri olub. Ətraf mühit dedikdə tam əksəriyyətin nəzərində əsas bir anlam, ucsuz-bucaqsız meşə zolaqlarının, enişli-yoxuşlu dağ yamaclarının varlığı və.s nəzərdə tutulur. Belə bir səbəblər üzündəndir ki, Azərbaycan hakimiyyəti ətraf mühitlə bağlı problemləri daim qabardır və həlli istiqamətində əməli addımlarını da atır.
Onu da vurğulamaq yerinə düşər ki, ölkə rəhbəri ekoloji tarazlığın qorunması məsələsində hər zaman həssas olub və problemlərinin həllinə diqqətlə də yanaşıb. Xüsusilə də, növündən asılı olmayaraq ağacların kəsilməsinə, meşə zolaqlarının məhv edilməsinə sərt reaksiya da verib.
Yəqin ki, hələ bir neçə il bundan əvvəl mərhum prezident Heydər Əliyevin “bir ağacı kəsən şəxs, sanki qolumu kəsir” yanaşması, hər kəsin, xüsusilə də, bu gün yaşıllıqların kütləvi məhvinə fərman verən vəzifə sahiblərinin də yaxşı yadındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin isə, 2010-cu ili "Ekologiya ili" elan etməsi də, olduqca təqdirəlayiq addım hesab olunmuşdur. Belə bir səbəb üzündən də, həmin ildə müxtəlif tədbirlər həyata keçirildi, spesifik sahələr üzrə elektron resurslar yaradıldı, əhali arasında maarifləndirmə işlərinin təbliğinə qərar da verildi.
Bundan əlavə, bir müddət bundan əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi aktual ekoloji problemlərin həlli və əhali arasında ictimai-ekoloji nəzarətin gücləndirilməsi məqsədilə, “Ağacların kəsilməsinə yox!” proqramının həyata keçirilməsinə də başlanılmışdı. Verilən məlumatlara görə, proqram çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrup da yaradılmışdı. Məqsəd, mobil qrupa daxil olan şikayətləri yerində araşdırmaq, problemlə bağlı əlavə sübutları, foto və video materialları toplamaq olmuşdur.
Belə bir yanaşmaların varlığına baxmayaraq, hələ bir müddət bundan əvvəl də, Bakının mərkəzi ərazilərindən birində hansısa işbazların nadir ağac növlərini məhv etmək addımları ilə bağlı, sosial mediada yayılanlara, birbaşa ölkənin birinci xanımı Mehriban Əliyeva da kəskin reaksiya vermişdi. Dərhal həmin işbazlarla bağlı sərt tədbirlər görülür və onların inşa etdirmək istədikləri obyektin tikintisi isə, birdəfəlik dayandırılır.
Yaşıllıqlarla bağlı ən yüksək səviyyədə siyasi iradənin varlığına baxmayaraq, bu gün paytaxt Bakımızın ən bahalı ərazilərindən biri hesab olunan, Binəqədi rayonu ərazisindəki Heydər məscidinin ətrafında da “yaşıl soyqırım” davam etdirilməkdədir. Belə ki, həmin məscidin ətrafındakı zeytun bağları məhv edilir və yaşıllıqlardan təmizlənmiş ərazidə isə, hansısa vəzifə sahibi tikinti işlərini davam etdirir. Belə bir addımın atılması da onu söyləməyə əsas verir ki, Binəqədi rayonuna rəhbərlik edən Xaləddin İsgəndərov, həmin işbaza lazımi şərait yaradıb və zeytun bağlarının məhvi ilə bağlı qararını da açıqlayıb. Yəni, o, belə bir addımını atmaqla Inzibati Xətalar Məcəlləsinin və ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərini kobud surətdə pozmuş olur.
Bir faktı da unutmayaq ki, hələ 2006-cı ildə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil Suraxanı rayonunun Zığ şossesi ərazisindəki zeytun bağlarını, Milli Təhlükəsizlik Nazirliyinin generalı (bu gün o, həbsdədir) olmuş Akif Çovdarov məhv etdirərkən, ərazidə lazımi çəklişlər aparır və “yaşıl soyqrım”la bağlı problemi də ictimailəşdirir. Həmin vaxt jurnalistin atdığı addım, ona olduqca baha başa gəlir. Belə ki, o, çox keçmir ki, Akif Çovdarovun hədələrinə, təzyiqlərinə tuş gəlir və sonda da qarın nahiyəsindən puçaqlanır. Baş verən olayla bağlı Aqil Xəlil “mənim puçaqlanmağıma səbəbkar Akif Çovdarovdur” desə də, təəssüflər olsun ki, həmin vaxt hüquq-mühafizə orqanı əməkdaşları, baş verən olayla bağlı lazımi araşdırma aparmırlar. Çünki, onlar Akif Çovdarov faktorunun varlığından olduqca ehtiyat edirlər, yalnız jurnalistin təhlükəsizliyi ilə bağlı DİN-i əməkdaşlarının lazımi tədbirləri görməsindən sonra, Aqil Xəlilin həyatını ölmün pəncəsindən xilas etmək mümkün olur. Bəli, bütün bunlar yaxın tariximizdə yaşananlardır ki, bu gün də xatırlamağa məcburuq.
Yuxarıda sadaladıqlarımızı qeyd etməklə onu da bildirmək istəyirik ki, vaxtilə Akif Çovdarovun oynadığı rolu, bu gün Xaləddin İsgəndərov oynamaqdadır. Çünki, ətraf mühitlə bağlı ən yüksək səviyyədə siyasi iradənin ortaya qoyulmasına baxmayaraq, hal-hazırda Binəqədi rayonunun icra başçısı, belə bir yanaşmanın varlığına məhəl qoymur və zeytun bağlarının məhvi ilə bağlı addımlarını da atmaqda davam edir. Əgər, “Gündəm Xəbər”in çəkliş qrupu olaraq biz də, Aqil Xəlil kimi ərazidə açıq çəkliş aparsaydıq, o halda yəqin ki, olmazın olaylarla da üz-üzə qalardıq.
Ümumiyyətlə, onu da vurğulamaq istəyirik ki, Heydər adını daşıyan məscidin ətrafında, hətta ondan kənar ərazilərdə belə, çox yaxın vaxtlarda ciddi ekoloji problemlər baş qaldıracaq və məsuliyyət yükü də, məhz Xaləddin İsgəndərovun boynunda qalacaq. Əgər məscidin yuxarı türbəsindən baxılarsa, o halda çəklişini həyata keçirdiyimiz “yaşıl soyqrım”ın və inşaası davam etdirilən tikinti işlərinin də, canlı şahidi olmaq mümkün olar.
Bir məqamı da qeyd edək ki, hələ Binəqədi rayonu ərazisində sakinlərə məxsus bina yanarkən, icra başçısı baş verən yangın hadisəsində yüksək çinli vəzifə sahiblərindən bir neçəsini günahlandırır, hətta onlara şər-böhtan atmaqdan da belə çəkinmir. Bu da onu söyləməyə əsas verir ki, Xaləddin İsgəndərov bu günə qədər saysız-hesabsız cinayət əməllərinə qol qoymuş, zeytun bağlarının məhvi də, onun növbəti cinayətlərindən biridir.
Baş verən qanunsuzluq əməlləri ilə bağlı, qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə də hazırıq.
Çəklişlə bağlı video görüntülərə gundemxeber.az saytında baxa bilərsiniz.

Ş.Cəfəri


Xaləddin İsgəndərov  Heydər məscidinin ətrafındakı zeytun bağlarına qənim kəsilib
Xaləddin İsgəndərov  Heydər məscidinin ətrafındakı zeytun bağlarına qənim kəsilib
Xaləddin İsgəndərov  Heydər məscidinin ətrafındakı zeytun bağlarına qənim kəsilib
Xaləddin İsgəndərov  Heydər məscidinin ətrafındakı zeytun bağlarına qənim kəsilib
Xaləddin İsgəndərov  Heydər məscidinin ətrafındakı zeytun bağlarına qənim kəsilib
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Goranboy meşələrində bənzəri olmayan “qətliam”

    Goranboy meşələrində bənzəri olmayan “qətliam” ...

    7-12-2015, 16:05

  • 
  • Lənkəranda “yaşıl soyqrım” davam etdirilir

    Lənkəranda “yaşıl soyqrım” davam etdirilir ...

    4-02-2017, 21:00

  • 
  • Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

    Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı ...

    27-08-2020, 11:43

  • 
  • Göygöldə meşə zolaqları “soyqrım”a məruz qalıb - VİDEO/FAKT-SƏSYAZISI

    Göygöldə meşə zolaqları “soyqrım”a məruz qalıb - ...

    21-09-2020, 22:36

  • 
  • Bəzi "karyer" sahibləri həbs edilib

    Bəzi "karyer" sahibləri həbs edilib ...

    7-11-2018, 17:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu