“Gündəm Xəbər”dən Baş Prokurorluğa şikayət edən media prezidentinin iç üzü
Media prezidenti – hakimiyyətin dördüncü qolunun prezidenti qul psixologiyasını sərgiləyir!!!
On il... Bəzən illər elə tez keçir, elə tez keçir!!! Fəqət Amaşovlu illər əfi ilan kimi boynumuza dolanıb bizi dolaya-dolaya illəri bir halqa kimi bir-birinə keçirib zəncirlədi yazar ömrümüzə, mətbu ömrümüzə və... iyirmi birinci əsrin şərəfsiz tariximizə.
Güclüdürmü Əfaltun Amaşov? Əsla!!! Oliqarxdırmı ƏflatunAmaşov? Əsla!!! Monopolistdirmi ƏflatunAmaşov? Əsla!!! Sözü Həmzənin oxlarından, qələmi həzrəti-Əlinin qılıncından itidirmi və ya olubmu Əflatun Amaşovun? Cəsarətli hərəkətləri Atillanın atdığı addımları assosiasiya edibmi, edirmi? Əsla!!! Vunderkindmi olub, ağsaqqalmıdır? Əsla!!! Zalım, meşşanmı, əyyaşmı, rüşvətxormu, korrupsionermi, bu qədər qəzəb və nifrət var ona qarşı həqiqi azad söz sahiblərində? Əsla və qətiyyən!!! Kim bə, yahu?
RƏSMİ KİMLİK KARTI:
(mənbə: VİKİPEDİA)
Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976-1978-ci illərdə Sovet Ordusunda xidmət edib. 1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub. Jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifidir. Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.
İKİLİ KOMPOZİSİYADA
1. DÖVLƏT ÜÇÜN 2. MƏTBUAT ÜÇÜN
Belə deyək və etiraz edən qətiyyən də olmasın (hərçənd heç kim ağızbəhəmlik iddiasında ola da bilməz!!!) ki, Amaşov soyadı bir dəfə belə dövlət başçısı səviyyəsində ənamlandırılıbsa, bu artıq kəbinlənmək kimi mükəlləfiyyətlər yaradır... həm də və eyni zamanda, “məsələn” demək üçün ayrı təcrübədə ayrı fakt yoxdur! Deməli və dəqiqi budur ki, Əflatun Amaşov bu hökümətin bir QULluq buyruqçusudur! Amma və lakin... tutduğu vəzifələr, seçildiyi postlar ayrı mükəlləfiyyətlər və səlahiyyətlər müəyyənləşdirir. Qurultay isə Amaşova əlahiddə imkanlar tanıyır. Görüntüdə DÖVLƏT(dəkilər) ÜÇÜN (LAP DƏQİQİ: iqtidar sahibləri üçün xalqa və mətbuata qarşı) vintcik olmaqla razılaşan Amaşov (razılaşmayan ən azından “Turan” rəhbəri Mehman Əliyev kimi olar) reallıqda BÜTÖV BİR ÖLKƏNİN hakimiyyət bölgüsündə ayrıca qolun PREZİDENTİ statusunda bir isimdir. Bax, bu məqam qıcıq yaradır: sən PREZİDENT kimi özünü aparmalıykən, QULluq göstərirsən, özü də ən iyrənc formada! Qəzetlərin biri mətbuat günü ərəfəsində Amaşovla daha bir “mətbuat bossu”nun əldə “çöp kababı” Prezident Administrasiyasının nomenklatura üzrə sıravi bir şöbə müdirini yedizdirməyə müntəzir rəzillikdə durmasını əksetdirən foto yaymışdı. Bunu boş buraxaq – adam durub deyər ki, mənim bayramımdı, özüm bilərəm, özüm yeyirəm, ya da istədiyimi yedizdirirəm. SÖHBƏT ONDAN GEDİR Kİ, media prezidenti – hakimiyyətin dördüncü qolunun prezidenti qul psixologiyasını sərgiləyir!!! Baxmayaraq ki, insan azadlıqları kontekstendən belə ona haqq qazandırmaq olmur: o öz evində kimə istəsə, necə istəsə xidmət göstərə bilər, fəqət... adımıza və mətbu tariximizə bağlı bir anımda yox!!! MƏTUATın “iqtidaryönlü” kəsimi üçün “öz adamı”, “müxalifsifətli” çetesi üçün əlimyandıda “təcil yardım”, əli nə ətəyə, nə də ətə çatmayan müəyyən bir kəsimi ÜÇÜN Amaşov, sadəcə, AĞILLI, BACARIQLI, DİRİBAŞ VƏ TƏRBİYƏLİ bir obbrazda görünən jurnalist və jurnalist təşkilatının rəhbəri. Əflatun Amaşovun “necə istəyirsə və necə istəsə yaşamaq haqqı” doğal, konstitusion bir nəsnə! Ancaq bir orası da var ki, “vəzifə mükəlləf edir”. Əflatun Amaşov bu doğal haqqdan imtina edib – özünün “hökmdar mərhəməti” siyahısına salınmasına və Mətbuat Şurasının sədri seçilməyinə etiraz etmədiyi anda. Deməli, birdən-birə “ikili adaxlanmaq” demək olmasa da, adaylanmaq azarı Amaşovu həm bizim edib, həm də hakimiyyətin! Hakimiyyət ondan, o da hakimiyyətdən qarşılıqlı şəkildə bəhrələnir, barlanır! Qalırıq bizlər... xalq uğrunda ədalətsizliklə vuruşan, korrupsioner-oliqarx məmurlarla çarpışan, cinayətkarlıqla əlbəyaxa və qaydasız döyüşə atılan mübariz jurnalistika! Təəssüflər olsun ki, hər şeyin alternativi yaradılan bu ölkədə azad söz sahiblərinin azlığındanmı, iddialarının əndazəsizliyindənmi bu günə qədər adekvat addım atılmayıb. Fərdi şəkildə bir neçə nəfər, uzağı da bir neçə təşkilat “bir ələ vurmaq” əyləncəsiylə məşğul olsalar da... ortada arada-bərədə təpər tapıb toparlanan Redaktorlar Birliyindən başqa bir qurum yox. O da dönüb olub atdm-batdım gülü!!! Əflatun Amaşov neyləməliydi, neyləyib və nələri etməməliydi... 10 il ərzində. ƏN BİRİNCİ Əflatun Amaşov onu etməliydi ki, MTN xəttiylə maliyyələşən elektron və KİV-lər sözü və jurnalistikanı gözdən salmasınlar. O qəzetlər və portallar, agentliklər şantajla məşğul olur, əllərinə verilən informasiyaların mənbəyinin MTN olduğu yüzəyüz bilinir və bu informasiyalarla külli miqdarda rüşvət qoparılır – hər bir “ara qəzeti”nin rəhbəri minimum “RangeRover”ə sahibdi... Əflatun Amaşov bilir o qəzetlər hansı qəzetlərdir! Bilir və susur! O tip “reket qəzetlərin” “müxbirə xanımları” hədəf seçilən “qurbanları” ələ gəlməyəndə hətta yataqlarınacan salınır! Sonda isə... “biz vətənin əsgəriyik”, - deyə guya ki, bir “iqtidar nankoru”nu üzə çıxarmış olurlar. TƏBİİ Kİ, BUNLAR bir mərkəzdən idarə olunan MƏTBUATI VƏ JURNALİSTİKANI, eyni zamanda qəzeti və jurnalisti gözdən salma missiyasına xidmət edir! PREZİDENT AMAŞOVSA SUSUR – el arasında buna “PEYSƏRƏ VERMƏK” deyirlər! İKİNCİSİ, Amaşov və çetesi az-çox ciddi qəzetlərdə yazılanları hədəfə götürüb faktları istər MTN-lə, istər Baş Prokurorluqla, istərsə də Daxili İşlər Nazirliyi xəttiylə dəqiqləşdirmə imkanına malik olduğu halda, susur! Oğru, quldur, korrupsioner məmur üçün artıq kateqoriyalar var: “reket”qəzetlər – basın getsin: cibinə pul, maşınına pay, özünə...! Müxalif qəzetlər – basın getsin: hesabını məhkəməyə, redaksiyasını müsadirəyə, özünü türməyə! Azad yazarlar – basın getsin: özünü də, toxum-tayfasını da, olan-qalanını da türməyə! Bu, Amaşovun 10 illik başbakanlığı dönəmində mətbuatın gəlib çatdığı “zirvə”dir!!! Sevməliyikmi? Əsla və qətiyyən! Amma və lakin Amaşov sevilir! Sevilir ona görə ki, “öz adamımızdır” deyənlər var! Sevilir ona görə ki, “təcili yardım” olub arada-bərədə! Sevilir ona görə ki, “HƏizm”, “diktatura”, “rejim çökəcək”, “oliqarxlar çamadanəhvaldır” yazanların hərəsini ildə bir dəfə çoxsaylı bayram qonaqlıqlarına dəvət edir, xarici səfərlər siyahısına (o da o halda, tutaq ki, Amerika və ya İngiltərə, yaxud da Fransa səfirliyi mütləq və mütləq qatı antiiqtidar qəzetlərinin təmsilçilərinin olmasını təkid edir... bu bədbəxtlər də elə bilir ki, Amaşov mərhəmət eylədi) salır,üç-beş dənə parker (qələm), bir-iki ədəd bloknot, beş-altı dənə qrant layihəsi çərçivəsində yazılmış və pulsuz paylanmalı olan kitab bağışlayır. Hə.. həm də “donor təşkilatların pay-puşları”nı pay-puş edəndə höküməti söyənləri də unutmur - əlbəttə ki, “əl üstə kimin əli” bilinmək şərtiylə. Sevilir ona görə ki... BU ÖLKƏDƏ QULU KİM SEVMİR Kİ? Prezidenti heç kim sevmir – bizim Qul olan media prezidentini hətta xaric(ilər) də sevir!!! SOS - FİKİR VERİN: Ölkə Prezidenti İlham Əliyev taleyüklü məsələlərdə dirəniş göstərdiyi bütün məqamlarda xarici təşkilatlar başlayır kompromat savaşına! Keçək öz problemimizə. Deməli, Amaşov bu 10 ildə edə biləcəyi yeganə qüsursuz addımı da atmadı. Bu da ondn ibarət idi ki, birbaşa rəhbəri olduğu qurumasa da heç olmasa arlı-abırlı adamların salınmasına dirəniş göstərməliydi! Hətta bunu da etmədi! Adama deyərlər, ay adam, lap belə səni iqtidar MŞ-ya qoymayıb, belə özün seçilibsən, özü də üç dəfə... day sən bu etimadın da içini bulama da!!! Təsəvvür edin: Bəxtiyar Sadıqov MŞ üzvüdü və sağa-sola müsahibə paylayır e, ağlına və ağzına gələni yazır e, kimə nə gəldi deyir e... Əflatun Amaşov, Naxçıvanda bir misal var, “Həmədan uzaq, kərdi yaxın, di tullan”. İndi o məsəl olmasın, bircə bu suala cavab ver, 10 ildə etdiklərin də, etmədiklərin də halalın olsun. Tanımırsan Bəxtiyar Sadıqov kimdir? Tanıyırdınsa, niyə razılıq verdin? Tanımırdınsa, nə haqla indiyə qədər tanımamısan? Əflatun Amaşov, bilirsənmi, Bəxtiyar Sadıqov “Kommunist”, indiki “Xalq” qəzetindən niyə uzaqlaşdırılıb? Qəzetin baş redaktoru Tofiq Rüstəmovun bacısı oğlundan rüşvət aldığına görə!!! Amma niyə cəzalandırılma işdən cıxarma ilə nəticələndi, onu da deyək – milli-azadlıq hərəkatının qızğın dönəmiydi, kommunistlərin azğınlıqlarından xalq bezmişdi! O vaxt bir işlədiyiniz binada indi də kimdən soruşsan, sənə deyər bu həqiqəti! İndi gör Bəxtiyar Sadıqov jurnalistlərin rüşvət almağından danışır, onları reket adlandırır – ÖZÜ DƏ HƏYASIZCASINA BUNU O ADAMLARA-YAZARLARA QARŞI EDİR Kİ, o yazarlar ömrü boyu heç 100 dolları, 100 manatı diri görməyiblər! Əflatun Amaşov, Sən həm də bu günə qədər də o vəzifədə ona görə varsan ki, iqtidarın tapdadığı qəzetlərin rəhbərləri belə Səninlə əlbirdir – sanki onlar məxfi adaylanmışlardır! Əvəz Zeynallını bizdən çox müdafiə edən olmayıb – yazdığı həqiqətlərə görə. Onun məhkəməsində Əvəz Zeynallı sübut tdi ki, bu dövlətin 50 min manat pulunu Vüqar Səfərli oğlunun adına silib yeyib, Vüqar Səfərli də məhkəmə zalında “əcəb eləmişəm” söylədi! Sən susursan, Amaşov və Vüqar Səfərl ilə bir təşkilatdasan!!! Üstümüzə bandit bandası kimi gəlir korrupsioner-məmurların oliqarx balaları! Sən susursan, Amaşov, susursan!!! Sən haqsız yerə həbs olunan jurnalistlərin yanında deyilsən – “Azadlıq” və “Yeni Müsavat”ın Sənə mənən və bioloji qohum yazarlarından başqa!!! Sən susursan, Amaşov, susursan!!! Sən gözəl bilirsən ki, layiq olmadığın yerdəsən – ona görə susursan, Amaşov! Sən gözəl bilirsən sən yazılarının üstündə ucalıb ora yüksəlməmisən – ona görə susursan Amaşov, ona görə! Sən bugünkü mətbuata iqtsadi təfəkkürünlə sahib olmamısan, onu meqamediaholdinqlərlə bəzəyib o mənsəbə çatmamısan – ona görə usursan Amaşov. Sən döyüş bölgəsindən keçmədin ki... döyüşçülər əziləndə səsin gəlsin. – ona görə susursan Amaşov. Sən sözlə də olsa döyüşmədin, sözlə də olsa olmadın – ona görə susursan! Amma və lakin sən rüşvətxor da olmamısan, deyilsən. Sən korrupsioner də olmamısan, deyilsən. Bax, həm də buna görə susursan – çünki sən nə maddiyyatla, nə də mənviyyatla yüksəlməmisən ki, içində səni dilləndirən bir güc olsun!!! Ona görə susursan, Amaşov! Sən QULluqla yüksəlibsən. QULluq elə bir şirin azardır ki, yüksəlmək istədikcə istəyirsən. Və Sənin ən böyük mükafatın bilirsənmi nə olacaq – bircə dəfə ƏLAHƏZRƏT sənə deyəndə ki, başını qaldır və gözünü aç, mənə yaxşı bax... Onda da sən susacaqsan... Elə ona görə də sus, Amaşov, sus! Sənə susmaq yaraşır! Sənin susmağın poeziyadır – Azərbaycan jurnalistikasının 21-ci əsrin ilk 10 illiyində mütilik poeziyası!!! O sənin VİKİPEDİA-da KİMLİK kartın, bu da Sənin tanıdğımız KİMLİK HAQQIN!!!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?