GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » 2013 seçkiləri: hakimiyyət üçün namizəd problemi

2013 seçkiləri: hakimiyyət üçün namizəd problemi

Tarix: 5-04-2013, 10:06 Bölmə :Manşet Baxış: 1 387
2013 seçkiləri: hakimiyyət üçün namizəd problemi

Hakim komanda narahatdır; hökumət dəhlizlərində
İlham Əliyevin Qərblə müəyyən şərtlər əsasında islahatlar
aparmağa razılaşmasına dair məlumatların dolaşır


Uzun müddətdir ki, Azərbaycanda hakimiyyət daxilində 2013-cü il prezident seçkiləri ilə bağlı qeyri-müəyyənliyin hökm sürdüyü müşahidə olunmaqdadır. Düzdür, rəsmilər və hakim partiyanın təmsiçiləri mətbuata açıqlamalarında İlham Əliyevin yenidən prezidentliyə namizədliyini verəcəyini və hətta prezident olacağını əminliklə bəyan edirlər. Ancaq müxtəlif kanallardan daxil olan qeyri-rəsmi məlumatlar, eləcədə düşərgəyə yaxın şəxslərin mətbuatda rast gəlinən bəzi fikirlərinin təhlili göstərir ki, iqtidar daxilində 2013-cü il prezident seçkiləri və ondan sonrakı dövr barədə qərarsızlıq həqiqətən də mövcuddur.
Bu da təsadüfi deyil. Diqqətli oxucularımız yəqin xatırlayar: Hələ bir müddət əvvəl hakimiyyətə yaxın mənbəyə istinadən məlumat vermişdik ki, Qərb Azərbaycanda uzun illərdir davam edən oliqarxiya üsul-idarəsinin dəyişməsini, siyasi və iqtsadi islahatların aparılmasını, 2013-cü il prezident seçkilərinin demokratik qaydada keçirilməsini tələb edir. Məlumatda o da qeyd edilirdi ki, Qərb İlham Əliyevə gələcəyilə bağlı siyasi təminat verib. Bunun müqabilində ondan ciddi siyasi islahatlar aparmağı, buna mane olan «Köhnə qvardiya» ilə vidalaşmasını istəyib. Bu islahatların nəticəsi olaraq 2013-cü il seçkilərinə qədər ölkədə demokratik mühit yaradılmalı, tam şəffaf seçkilərin keçirilməsi və hakimiyyətin ağrısız ötürülməsi təmin edilməlidir. Bu seçkidə YAP iqtidarda qalacaqsa da bu demokratik seçki nəticəsində olmalıdır.
Məhz buna görə də, əsas özəyini «Naxçıvan klanı» təşkil edən «Köhnə qvardiya»yanın təmsilçiləri artıq xeyli müddətdir ki, yeri gəldi-gəlmədi «bizim namizədimiz İlham Əliyev olacaq» deyə bəyanatlar verirlər. Həm də bəzən ultimativ formada.
Hətta klana yaxın partiya rəhbərlərinin (Fəzail Ağamalı, Qüdrət Həsənquiyev və başqaları-müəl.) öz müsahibələrində situasiya dəyişərsə eks-spiker Rəsul Quliyevin hakimiyyətdəki tərəfdarlarının onun tərəfinə keçə biləcəyi, başqa sözlə iqtidari parçalayacağina dair açıq təhdidlərlə çıxış etmələri də bununla bağlanır. Bu təhdidlərin ünvanı göstərilməsə də, məqsədin prezidenti mövcud situasiyanı dəyişmək fikrindən (əlbəttə, əgər belə bir fikrə düşərsə-müəl.) daşındırmaq olduğu ehtimal edilir.
Mənbəmiz «Köhnə qvardiya»nın təmsilçilərinin belə təlaşa düşməsinin səbəbini isə hökumət dəhlizlərində İlham Əliyevin Qərblə müəyyən şərtlər əsasında islahatlar aparmağa razılaşmasına dair məlumatların dolaşması ilə bağlayırdı. «Razılığa əsasən, prezident ölkədə siyasi-iqtisadi islahatlara başlamalı, uzun illərdir hakimiyyətdə vəzifə tutan şəxsləri yeni simalarla əvəzləməli, ölkədə demokratik azadlıqları artırmalı və 2015-ci il parlament seçkilərinin demokratik şəraitdə keçirilməsini təmin etməlidir. Əvəzində isə 2013-cü ildə Qərb İlham Əliyevin yenidən namizəd olmasına və ya iqtidarın Ailənin digər üzvünə ötürülməsinə göz yumacağı gözlənilir» - deyə mənbə bildirirdi.
Hakimiyyətə yaxın mənbəmizdən bu mövzu haqda daha detallı məlumatlar daxil olub. Belə ki, mənbəmizin iddiasına görə, Qərb İlham Əliyevə gələcəyilə bağlı siyasi təminat versə də, onun özünün və xanımının 2013-cü ildə prezident seçkilərində iştirakını arzuedilməz sayır. «Bu məsələ ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfəri zamanı əsas müzakirə mövzusu olub», deyə mənbə bildirir. Onun sözlərinə görə, Hillari Klinton prezident Əliyevin ötən illərdə enerji və təhlükəsizlik sahəsində Qərblə tərəfdaşlığından razılıq edib, buna görə ona minəttdarlıq edib. ABŞ-ın İlham Əliyevi özünə dost ölkə rəhbərlərindən biri kimi dəyərləndirdiyini bildirib. Ancaq eyni zamada dünyada gedən prosesləri nəzərə alaraq, Qərbin, o cümlədən ABŞ-ın İlham Əliyevin üçüncü dəfə prezident seçilməsinə və ya postunu öz ailə üzvlərindən birinə ötürməsinə göz yummasını qeyri-mümkün sayıb. «Hillari Klinton prezident Əliyevdən açıq şəkildə xahiş edib ki, həm özü, həm də xanımı 2013-cü ildə prezident seçkilərində namizəd kimi iştirak etməsin», deyə mənbə bildirir.
Qaynağın sonrakı məlumatları daha ilgincdir. Onun sözlərinə görə, xanım Klinton ABŞ-ın enerji və təhlükəsizlik sahəsində Qərblə indiki münasibətlərin davam etməsində maraqlı olduğun bildirib. Və açıq şəkildə Ağ Evin İlham Əlievin ətrafından xalqdan dəstək ala biləcək birinin namizədliyini dəstəkləməsinə və özünün də növbəti 5 ildə baş nazir postunu tutmasına etiraz etmədiyini söyləyib. Prezidentin isə hələ vaxt olduğunu, bununla bağlı düşənəcəyini söylədiyi bildirilir.
İddiaya görə, prezidentin hansı qərarı verəcəyi məlum olmadığından iqtidardaxili qruplaşmalar arasında 2013-cü ildə hakimiyyətin prezidentliyə namizədinin müəyyənləşdirilməsi istiqamətində qapalı müzakirələrə start verilib. Bu isə onlar arasında soyuq olan münasibətləri daha da gərginləşdirib. Mənbənin sözlərinə görə, “Köhnə qvardiya”nın təmsilçiləri İlham Əliyevin seçkilərdə iştirak etməyəcəyi təqdirdə hakimiyyətin namizədi kimi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çıxış etməsini istəyirlər.
Yeri gəlmişkən, Klintonun səfərindən az sonra ökə mətbuatında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin prezidentliyə namizəd, hətta prezident olacağına dair informasiyaların ortaya atılmasını heç də təsadüfi saymaq olmaz. Ehtimal ki, bu ictimai rəyi öyrənmək məqsədi daşıyıb. “Köhnə qvardiya”nın təmsilçiləri prezidenti bu plana razı salmaq üçün belə bir fikir irəli sürüblər ki, Mehdiyev kifayət qədər yaşlıdır, uzunmüddətli hakimiyyət iddiasına düşə bilməz, lazım gələrsə, bir-neçə il sonra səhəti ilə əlaqədar istefaya gedər və baş nazir kimi İham Əliyev yenidən ölkəyə rəhbərlik edər. Sonra da yenidən prezident seçilər.
Ancaq bu planın baş tutma ehtimalı bir neçə səbəbdən demək olar ki, mümkün deyil və əgər İlham Əliyev müvəqqəti olaraq həqiqətən də geri çəkilməyə razı olarsa «Köhnə qvardiya»nın vəziyyəti çətin olacaq.
Əvvala, bir tərəfdən Rusiyaya meyilli şəxs kimi tanınan, digər tərəfdən ölkə daxilində son dərəcə mənfi imici, ictimai reputasiyası olan Mehdiyevi Qərbə xalqın dəstək verəcəyi namizəd kimi təqdim etmək mümkün deyil. İkincisi və ən vacibi, son illər iqtisadi baxımdan hakimiyyət daxilində ən güclü mövqeyə sahib olan Paşayevlərin buna razılıq verəcəyinə ehtimal verilmir. Zatən mənbənin iddiasına görə, Paşayevlər qruplaşması da 2013-cü ildə hakimiyyətin prezidentliyə namizədinin onların təmsilçisi olmasına çalışır. Bu zaman prezidentin xanımı Mehriban Əliyeva ilə yanaşı, onun əmisi, uzun müddət ABŞ-da səfir işləmiş, bu ölkənin elitasının tanıdığı Hafiz Paşayevin də adı çəkilir. Təbii ki, hansı qərarın veriləcəyi prezidentin mövqeyindən sonra məlum olacaq. İlham Əliyevin Klintonun «xahişini» «yerə salaraq» yenidən namizəd olacağı da istisna deyil.

Murad Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • Hakim komandanın namizəd problemi

    Hakim komandanın namizəd problemi ...

    10-01-2013, 11:53

  • 
  • Hakimiyyət daxilində namizəd savaşı

    Hakimiyyət daxilində namizəd savaşı ...

    8-05-2013, 15:06

  • 
  • Hakimiyyət müxalifətin “pul kisəsi”ni axtarır

    Hakimiyyət müxalifətin “pul kisəsi”ni axtarır ...

    3-10-2013, 11:09

  • 
  • İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

    İlham Əliyevin prezidentliyə namizədliyi qeydə ...

    25-08-2013, 14:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu