GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » QHT fəlsəfəsi ilə avtoritar düşüncə savaşı

QHT fəlsəfəsi ilə avtoritar düşüncə savaşı

Tarix: 5-04-2013, 10:10 Bölmə :Manşet Baxış: 776
QHT fəlsəfəsi ilə avtoritar düşüncə savaşı

«QHT-lər hökumətin dostudurmu?» sualının
cavabı siyasi-fəlsəfi məna kəsb etməyə yaxındır


Rusiyada yeni siyasi texnologiya kampaniyası işə düşən kimi dərhal onun tətbiqini və təkrarını Azərbaycanda görürsən. Bir müddət idi ki, Rusiyada qeyri-hökumət təşkilatları (QHT) ilə hakimiyyət arasında problem yaranmışdı. İş o yerə çatmışdı ki, hökumət strukturları ayrı-ayrı beynəlxalq təşkilatların filiallarına reydlər təşkil edir, yoxlamalar aparırdı.
İndi bunun analoqunu Azərbaycanda görürük –hökumət strukturları beynəlxalq təşkilatların filiallarından maliyyə məsələlərilə bağlı izahat tələb edir, televiziyalar hər gün yerli və əcnəbi qeyri-hökumət təşkilatları haqda tənqidi reportajlar verirlər. Az qala keçmiş satirik tele-süjetləri xatırladan və özündə sovet jurnalistikasının «şanlı ənənə»lərini yaşadan bu verilişlərə baxanda düşünürsən ki, beynəlxalq təşkilatların işi yalnız yerli-təşkilatları hakimiyyət əleyhinə işə təhrik etməkdir. İş o yerə çatıb ki, özündə demokratik və dinc mübarizənin üsullarını ehtiva edən və artıq dünyanın bütün əsas dillərinə tərcümə olunan kitabın nəşrini də məhz hökumət əleyhinə fəaliyyətin dəlili, sübutu kimi təqdim edirlər.
Prinsipcə, qeyri-hökumət təşkilatlarına qısqanc münasibət Azərbaycanda əvvəllər də olub. Məsələ bundadır ki, hökumət bütün maliyyə kanallarını öz nəzarətində saxlamağa cəhd edir, daim bu maliyyə axınının bir hissəsinin müstəqil ictimai strukturlara, insanlara yönələ bilməsindən ehtiyat edirdi. Bəlkə də Rusiyadakı proseslərə oxşar hadisələrin burada baş verməsinin də əsas səbəbi adi təqlidçilik deyil, sadəcə siyasi sistemlərin bir-birinə çox bənzəməsidir.
Bununla bahəm, hiss edirsən ki, məsələlərə konseptual yanaşmanın özü də qüsurludur, QHT-lərin, xüsusən də hüquq-müdafiə təşkilatlarının missiyası ya başa düşülmür, ya da bilərəkdən təhrif edilir. Hər halda, inanmaq olmur ki, 22 illik dövlət müstəqilliyi ərzində hökumət hələ də QHT-lərin ictimai institutlar şəbəkəsində yeri ilə bağlı bir yəqinlik hasil edə bilməyib. Açığını etiraf etsək, heç bir yerdə məmurlar QHT fəallarını sevmir. Səbəb də aydındır. Kim özünə nəzarət edənləri sevir? Amma oralarda siyasi mühit o qədər tolerantdır ki, hətta rəqiblər də bir-birinə dözümlə yanaşır. Bu şəbəkəni bir ölkə üçün xarakterik hesab etmək olmaz, çünki indi QHT-lər vətəndaş cəmiyyəti mövcud olan bütün ölkələrdə var. Onların missiyası həm də hökumət strukturlarının işinə nəzarət etmək və həmin işlərin monitorinqini aparmaqdır.
Bir daha qeyd edirik ki, dövlət və hökumət məmurları onları sevməyə bilər, amma onların işi üçün şərait yaratmağa, bu işə dözümlü yanaşmağa, ən başlıcası isə, hökumətin fəaliyyəti ilə bağlı onları məlumatlandırmağa, onların sorğularına cavab verməyə borcludurlar. Ona görə də «QHT-lər hökumətin dostudurmu?» sualının cavabı fəlsəfi məna kəsb etməyə yaxındır: o yerdə ki, məmurlar görülən işlərin uğurlu olmasının fərqindədir, orada onlar bu şəbəkəni özünə köməkçi hesab edir.
Fəlsəfəyə gəldikdə isə QHT-lər özəl strukturlara yaxındır. Fərq ondadır ki, bu şəbəkə bizneslə və istehsalatla məşğul deyil. Amma dünya ölkələrində özəl strukturlarla QHT-lər arasında da müəyyən anlaşılmazlıqlar və problemlər yaşanır, çünki QHT şəbəkəsi özəl təşkilat və strukturların da fəaliyyətinə nəzarət edir. Təsadüfi deyil ki, ictimai fəallar trans-milli şirkətləri dövlətlərlə bir səviyyəyə qoyur. Əgər dünyada hər şey dövlətlərin və hökumətlərin ümidinə qalsaydı, trans-milli şirkətlər üçün daha asan olardı. Amma təkcə ekoloji monitorinqlə məşğul olan təşkilatlar həmin trans-milli strukturlar üçün nə qədər əngəl yaradır, onları ekoloji normalara əməl etməyə məcbur edir?
Dövlət adamları da deyir ki, Azərbaycanda analoqu olmayan işlər görülür, biz də deyirik. Amma məzmun və məna fərqlidir, hər bir tərəfin timsalında bunun fərqli mənaları var. Əgər hökumət 20 mərtəbəli bina tikməyi və yaxud da asfalt salmağı böyük bir iş, analoqu olmayan fəaliyyət kimi yozursa, biz bunu tamam fərqli bir mənada deyirik. Azərbaycandakı işlərin niyə analoqu yoxdur?
Adi bir detala diqqət edin. İndi ölkə parlamentinin müzakirəsinə «İctimai iştirakçılıq haqqında» qanun layihəsinin çıxarılması planlaşdırılır. Məqsəd ictimai rəyi hökumətin və dövlətin işinə fokuslaşdırmaqdır. Bunun daha yığcam ifadəsi budur ki, hökumət ictimai rəyə və nəzarətə guya ehtiyac duyur. Amma necə? Bütün müstəqil ictimai nəzarət və rəy mənbələrini özünün əlində cəmləşdirməklə.
Bəli, sovetlərin də vaxtında «Xalq nəzarəti» deyilən strukturlar vardı. Onlar məhz ictimai nəzarəti yerinə yetirməli idilər. Amma reallıqda onların işi nədən ibarət olurdu? Cavabı çox sadədir. Rüşvətin bir hissəsi də elə həmin o strukturlara yönəlirdi…

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qeyri Hökümət Təşkilatları aksiya keçirməyə hazırlaşır

    Qeyri Hökümət Təşkilatları aksiya keçirməyə ...

    24-01-2014, 14:21

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • APA-nın fəaliyyətə başlamasından 11 il ötür

    APA-nın fəaliyyətə başlamasından 11 il ötür ...

    16-11-2015, 15:23

  • 
  • İlham Əliyev beynəlxalq təşkilatları sərt tənqid etdi – (Yenilənib)

    İlham Əliyev beynəlxalq təşkilatları sərt tənqid ...

    31-10-2013, 10:56

  • 
  • Əcnəbi QHT-lərin fəaliyyəti ilə bağlı qaydalar sərtləşdirilir

    Əcnəbi QHT-lərin fəaliyyəti ilə bağlı qaydalar ...

    15-09-2014, 13:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (278)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu