GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » 20 illik rejim qanqrena verir

20 illik rejim qanqrena verir

Tarix: 8-04-2013, 10:02 Bölmə :Manşet Baxış: 923
20 illik rejim qanqrena verir

Diktaturanın hökmranlığının süqutunu yaxınlaşdıran
bütün səbəb və ehtimallar yetişib; hakimiyyət bir
neçə cəbhədə savaşır və dayaqlarını itirməkdədir


Vikiliks zəlzələsi anti-insani sistemlərin dağılmasının növbəti dalğasıdır; iqtidar çabalayır

Azərbaycanda siyasi sistem qanqrenadır. Rejimin süqutunu yaxınlaşdıran bütün səbəb və ehtimallar yetişib. Saray daxilində çəkişmələr, bürokratiyanın parçalanması, iqtisadi rəqabətin dərinləşməsi nəticəsində təbəqələşmə, yoxsulluğun kütləviləşməsi və ən nəhayət insanların mənəviyyatına da toxunulmasına başlanıb. Vətəndaşlar əmlak və hüquq azadlıqlarının boğulmasına dirəniş göstərib dözürdüsə, bu gün onların mənəvi haqlarına müdaxilə olunur. İnanclı zümrənin həssas damarlarına basılır, onlara hicab qadağası qoyulur, məscidlərdə istibdad əleyhinə danışan ilahiyyatçılar şərlənərək həbs edilir. Sonuncu həbs - ilahiyyatçı Hacı Tale Bağırzadəyə görə Nardaranda etirazlar, ADNA-da hicablı tələblərin dərsə buraxılmaması dini kəsimin daha da fəallaşmasına gətirib çıxarır. Hakimiyyət öz aləmində dindarları sıxışdırmaqla Qərbə İran təhlükəsinin mövcudluğunu süni şəkildə nümayiş etdirir. Yanılır ki, Qərb İslam inqilabı ehtimallarını rəsmi Bakıdan daha mükəmməl araşdırıb. Həbsdəki dindarların beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınması da iqtidarın qısamüddətli komediyasını faş etməkdədir.
Əvəzində rejim özünə qarşı daha bir düşmən və üstəlik çox mütəşəkkil bir qüvvə qazanıb. Əgər dünyəvi müxalifətçilər zindanlara salınanda, dindarlar susurdusa, indi islamçılar da artıq həbslərə etiraz edirlər. Hacı Talenin çıxışındakı tezislər əsaslanmağa kifayət edir ki, dindarlar “Domokl qılıncı”nın onlarla bərabər toplumun üzərində dayandığını dərk ediblər. Onlar susmaqla vəziyyətin ağırlaşacağını hesablayıblar və çıxış yolunu yalnız xalqla birgə mübarizədə görürlər.
Bu mübarizənin yeni bir qanadı isə fəhlə sinfidir. Siyəzəndə, Qubada, Qəbələdə, Qaradağda, Balaxanıda lokal etirazlar sistemə qarşı gözlənilən cəbhənin açıldığını deməyə əsas verir. Və haralardasa bizim gözləmədiyimiz halda sürücülər, müəllimlər, kiçik sahibkarlar üsyana qalxsa təəccüblənməyin. Potensial narazı elektoratlar yetişir və onlar qığılcım axtarışındadır. Necə deyərlər, günəş zil qaranlıq yerdən doğacaq. Sistemin tənəzzül dövrünü hiss edən kütlələr ilk fürsətdə imkanı əldən verməyib küçələrə çıxacaqlar.
Paralel olaraq gənclik düşərgəsinə atəş açan hakimiyyət faktiki olaraq Rüstəm İbrahimbəyovun da söylədiyi üçüncü qüvvə ilə üz-üzə qalıb. Bəlkə də güman edə bilərik ki, NİDA hərəkatında total həbslər gənclik dalğasının qarşısını alacaq və bu təşkilat Ruslan Bəşirlinin “Yeni Fikir”nin aqibətini yaşayacaq. Lakin nə zaman əvvəlkidir, nə də cəmiyyət.
Siyasiləşməmiş adi adamlarda oyanış var, cəmiyyət aksiyada cərimələnənlərə dəstək verir, həbslər heç kimi qorxutmur, əksinə adiləşir. Hətta həbs olunmaq üçün növbəyə duran fədakar gənclər göstərmək olar. Olsun ki, hakimiyyət seçki ərəfəsində tarana getsin, ucdantutma həbslər aparsın, müvəqqəti xof mühiti yaratsın. Yenə də hökumət siyasi mübarizənin və prosesin qarşısını almaqda acizdir, məncə.
Çünki yuxarıda qeyd etdiyimiz kimi, sistem qanqrenaya çevrilib və bu bəladan xilas ağrılı yerləri müalicə etmək yox, kəsib atmaqdır. Bu baxımdan ölək son 20 ildə ilk dəfə irticaya qarşı birləşib və davamlı mübarizə aparır. Hakimiyyət heç vaxt görmədiyi müqavimətlə üzləşib, xalq kütlələri etirazlara qalxır, baxmayaraq ki, bu ardıcıl, sistemli şəkildə həyat keçirilmir.
Zatən taktika və strategiya yalnız siyasi analitiklər və partiyalar tərəfindən müəyyən olunur. Mövcud partiyalar xalqın sosial tələblərlə keçirdiyi aksiyaları siyasi tələblərə çevirə bilməsə, etirazlar kortəbii surətdə davam edəcək. Kortəbii etirazlar isə xalq üsyanı ilə nəticələnir. Üstəlik, Vikiliks saytının yaydığı növbəti sensasion sənədlər əslində avtoritar rejimlərə qarşı başlayacaq dalğanın davamıdır. Xatırlayırsınızsa, 2011-ci ildə Vikiliks sənədləri yayılmazdan qısa bir vaxt sonra ərəb yarımadasında diktatorlar domino daşı kimi bir-bir aşırılmağa başlandı. Bu baxımdan yeni sənədlərdə çox yüksək dairələrin adlarının yer alması kortəbii etirazlara gətirib çıxara bilər. Çünki kütlələr bu faktlardan gec xəbər tutsa da, gec olur, güc olur. Beləliklə, hakimiyyətin çürümüş idarəetmə sistemi artıq metastaz verməkdədir. Qərb MDİ-nin korrupsiyada ittiham olunmasına məhz bu sənədlərlə cavab vermiş oldu. 2 milyonun qarşısına milyardlar çıxarıldı. Seçki ilində hər tərəfli təzyiqlər qarşısında dayaqlarını itirmiş rejimin artıq nə müttəfiqi qalıb, nə də tərəfdaşı. Qərb həmişə diktatorları piyləndirir, ətləndirir, sonda qəzəbli xalq kütlələrinə yem edir.
Vikiliks sənədlərinin yayılması fonunda ölkədə etirazların genişlənəcəyi şübhəsizdir. Buna növbəti yazılarımızda toxunacağıq. Ancaq Əliyevlər Vikiliks zərbəsi ilə çox ciddi bir mesaj aldılar ki, ABŞ üçün önəmli təşkilatı korrupsiyada ittiham etməyin bədəli budur. Hakimiyyətin Vikiliks zəlzələsinin doğurduğu nəticələri görmək üçün yaxın keçmişə nəzər salması kifayət edir. Misir, Tunis, Liviya, Bəhreyn, Yəmən, Suriya kimi ölkələrdə xalq etirazları baş qaldırdı. Yazımızın əvvəlində vurğuladığımız kimi, ölkə son 20 ildə ilk dəfə bütün zümrələri ilə müqavimət göstərir və rejim görmədiyi amansız mübarizə ilə üz-üzə qalıb.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azəri baharı” rejimin süqutunu çiçəkləndirir

    “Azəri baharı” rejimin süqutunu çiçəkləndirir ...

    15-03-2013, 10:18

  • 
  • İlahiyyatçı Tale Bağırov həbsxanadan bəyanat verdi

    İlahiyyatçı Tale Bağırov həbsxanadan bəyanat verdi ...

    31-10-2013, 10:48

  • 
  • Orduda namaz qadağası

    Orduda namaz qadağası ...

    8-02-2014, 00:09

  • 
  • Nardaran ağsaqqalı Hacı Əli həbs olundu

    Nardaran ağsaqqalı Hacı Əli həbs olundu ...

    6-08-2013, 15:35

  • 
  • Nardaranda gizli toplantı: Xüsusi əməliyyatdan 1 saat əvvəl... - Fotolar

    Nardaranda gizli toplantı: Xüsusi əməliyyatdan 1 ...

    27-11-2015, 19:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu