GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Azəri baharı” rejimin süqutunu çiçəkləndirir

“Azəri baharı” rejimin süqutunu çiçəkləndirir

Tarix: 15-03-2013, 10:18 Bölmə :Manşet Baxış: 767
“Azəri baharı” rejimin süqutunu çiçəkləndirir

Sosial şəbəkələr və gənclər tərəfindən hakimiyyət üçün
“əcəl zəng”i çalınır; xalq hərəkatının yeni dövrü başlanıb


Azərbaycan gəncliyi mübarizənin yeni arsenalına qədəm qoyub. Vaxtilə “Mən inqilabı beşikdəki körpələrlə edəcəm” deyən Xamneyinin sözləri bu gün Azərbaycanda aktuallaşıb. Heydər Əliyevin hakimiyyətə gəldiyi illərdə dünyaya göz açan körpələr bu gün meydanda bünövrəsi 1993-cü ildə qoyulan rejimə qarşı mücadilə aparır.
Estafet 80-ci illərin sonu və 90-larda doğulan gənclərə verilib və mübarizənin lokomotivi rolunu onlar oynayır. Bakıda keçirilən son mitinqlərdə aparıcı qüvvə və avanqard məhz gənclikdir. Onlar həbslərdən, rezin güllələrdən, su şırnağından qorxmayaraq döyüşürlər. Elə sonuncu mitinqdə polisin qəddar davranışı, aksiyaçıları meydana güllə və su ilə qovmaq cəhdləri də, onların əzmini qıra bilmədi.
10 mart aksiyasından öncə də gənclər sınaqdan çıxmışdı və indi gəncliyi əzmək mümkün olmayacaq. Hələ 2011-ci ilin 11 mart aksiyasından təməli qoyulan gənclik davası bu gün çiçəklənmə dövrünü yaşayır. Onlar həbslərdən, işgəncələrdən, işsiz qalmaqdan qorxmayaraq mübarizə meydanına atılır və rejimə yumruq göstərir.
Etirazçı gənclik müxalifət partiyaları, liderlər, maliyyə resursları olmadan poliqona çıxıblar. Biz mart ayının gərgin keçəcəyi və “azəri baharı”nın başlanacağı barədə proqnoz vermişdik. Buyurun, Azərbaycan martın ilk 10 günlüyünü mitinqlər, repressiyalarla başa vurub. Meydanda döyüşən gənclik, “dövlət çevrilişi” ittihamı ilə həbs edilən yenə gənclik, təqib olunan, sutkalıq həbs alan, cərimələnən də gənclik. Beləliklə, gənclər Əliyevlər üçün “əcəl zəngi” çalmağa başlayıb və bu prosesin qarşısını almaq olmayacaq.
10 mart mitinqində su şırnağının, rezin güllələrin, bibər qazının qabağından gənclər qaçmadısa, onların üstünə bundan sonra qoşun, tanklar da yeridilsə bumeranq effekt verəcək. Nəticə göz qabağındadır və hakimiyyət gənclərlə bacarmır. Müxalifəti, mətbuatı və QHT-ləri xeyli dərəcədə əzib sındıran rejim gənclik dalğasının qarşısında duruş gətirə bilmir.
Əksinə, repressiyalar onları qüvvətləndirir, növbəti aksiyalara daha çox aktivistin çıxmasına zəmin hazırlayır. Bu gün dünyanın hər yerində proseslərin aparıcı qüvvəsi tələbələr, yeniyetmələr və gənclərdir. Elə ərəb ölkələrində baş verən inqilablarda da gənclik ön cəbhədə vuruşurdu. Bu proseslərin cərəyan etməsində sosial şəbəkələrin, virtual təşkilatlanmanın rolu əvəzsizdir.
Facebook və Tvitter sosial şəbəkələri vasitəsi ilə mitinqlər təşkil olunur, təbliğat aparılır və virtual planlar reallığa transformasiya olunur. Bununla da sosial şəbəkələr vasitəsi ilə xalq hərəkatının yeni dövrünə başlanıb və Azərbaycanda inqilabın tappıltı səsləri eşidilir.
Sistem artıq daxildən çat verib, hakimiyyət idarəetməni itirib, bütün imkanlar tükənib, nəzarətetmə qabiliyyəti əldən çıxıb və saray daxilində çəkişmələr dərinləşib. İnqilabın modeli də məhz iqtidar daxilində parçalanmanın yaranması, narazı kütlənin yetişdirilməsi və hakimiyyətin isterik vəziyyətə düşməsi ilə səciyyələnir.
Hakimiyyətin isə fərqli düşünən gənclərə münasibəti onları məhv etməkdir. İqtidar gənclərin şərləyib narkoman çıxarır, dövlət çevrilişində günahlandırır ( kül o dövlətin başına ki, 3 gənc çevriliş edəcək).
Yada salaq ki, Azərbaycan Gənclər Fondunun yaradılmasının birinci ildönümü ilə əlaqədar konfrans keçirilmişdi. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxışında hökumətyönlü gənclərin passivliyindən narazılıq etmişdi.
Sitat: “Üç-dörd nəfər sizin tərəfinizdən heç bir müqavimətlə qarşılaşmadığı üçün Eurovision zamanı fleşmoblar təşkil ediblər, əcnəbilərə ucqar yerləri göstəriblər, bununla da ölkənin imicinə ciddi ziyan vurublar. Belə aksiyalara qarşı həm keyfiyyət, həm də kəmiyyətcə fəal mübarizə aparmalısınız. Azərbaycan haqqında yolunu azmış 4-5 gəncin deyil, sizin - Azərbaycanın problemlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq iqtidarında olan fəal gənclərin danışmasına nail olmalıyıq”.
Ə.Həsənovun timsalında rejimin gəncliyə olan “qayğısı”, “diqqəti” göz önündədir. İqtidar öz vətəndaşlarına qarşı silah açırsa, bu rejim özünü intihar yolunu tutmuş sayılır.

A.Ağasoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Quba "2014 Gənclər Paytaxtı" seçildi

    Quba "2014 Gənclər Paytaxtı" seçildi ...

    2-02-2014, 00:05

  • 
  • KXCP sədri gənclərlə möhtəşəm görüş keçirdi

    KXCP sədri gənclərlə möhtəşəm görüş keçirdi ...

    24-07-2016, 20:11

  • 
  • “New York Times” 10 MART aksiyasından yazdı

    “New York Times” 10 MART aksiyasından yazdı ...

    13-03-2013, 10:26

  • 
  • Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci günü başladı

    Bakıda bədii gimnastika üzrə Dünya Kuboku ...

    23-07-2016, 13:02

  • 
  • 9 ay əvvəl tikilən “Gənclər evi” uçur

    9 ay əvvəl tikilən “Gənclər evi” uçur ...

    14-01-2014, 11:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu