GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Taksi sürücüsü polis rəisinin qarşısında damarlarını doğradı

Taksi sürücüsü polis rəisinin qarşısında damarlarını doğradı

Tarix: 14-03-2016, 15:41 Bölmə :Manşet Baxış: 0
Taksi sürücüsü polis rəisinin qarşısında damarlarını doğradı

“Məqsədim polis rəisi Cavanşir və onun yanında olan digər polis əməkdaşlarını qorxutmaq olub”

Bərdə şəhər sakini, 1993-cü il təvəllüdlü Nahid Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bundan əvvəl Nahid Əmirov oğurluq etdiyi üçün Yevlax Rayon Məhkəməsində ittiham olunub. Məhkəmənin 20 avqust 2013-cü il tarxili hökmü ilə Nahid Əmirov 500 manat muqdarında cərim olunub.

İttihama görə, Nahid Əmirov 23 may 2014-cü ildə, saat 21 radələrində idarə etmə hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Yevlax şəhəri, Nizami prospekti ilə hərəkət edib. Bu zaman avtomobilin təkər bazasını və təkər düsturunu pozaraq İnzibati Xətalar Məcəlləsinin 155.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün Yevlax rayon polis şöbəsinin dövlət yol polisi xidməti bölüyünün inspektoru, polis serjantı Sevindik Şükürov tərəfindən ona “saxla” işarəsi verilib.

Nahid Əmirov avtomobili saxlasa da, dövlət yol-patrul xidmətinin baş inspektoruŞ, polis baş leytenantı Azər Həsənov və polis serjantı Sevindik Şükürovun sənədləri təqdim etməsi barədə qanuni tələblərinə məhəl qoymayıb. O, heç bir sənəd təqdim etməyərək Sevindik Şükürova “sən kimsən ki, məni saxladırsan, nə zibilsən ki, sənə sənəd təqdim edim, rədd ol” sözlərini deyib.

Daha sonra Nahid Əmirov polis əməkdaşlarını nalayiq və kobud ifadələrlə söyüb. Sonradan hadisə Yevlax rayon polis şöbəsinin DYPXB-nin rəisi, polis mayoru Cavanşir Vəliyevin də onu nizam-intizama cağırışlarına məhəl qoymayıb.

Nahid Əmirov avtomobilindən bir ədəd 0,5 litrlik “Xırdalan” pivəsinin boş butulkasını götürüb və yerə çırpıb. O, butulkanın sınmış hissəsini götürərək polis əməkdaşlarını hədələyib. Nahid Əmirov polislərə deyib ki, rədd olub çıxın burdan gedin, yoxsa hamınızı kəsib-doğrayaram.

İstintaq orqanı Nahid Əmirovu Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham edib.

Cinayət işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib. Uzun sürən məhkəmə araşdırması aparan hakim sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Nahid Əmirov Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə təqsirli bilənərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan ittiham sübuta yetirilməyib və həmin maddə ittihamdan xaric edilib.

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək, təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib. Həmiçinin Nahid Əmirov da cəzasının yüngülləşdirilməsi barədə apelyasiya şikayəti verib. Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bundan əvvəl Nahid Əmirovun işi üzrə apelyasiya instansiyasında araşdırma aparılıb. 8 aprel 2015-ci il tarixdə prokurorluğun protesti qismən təmin edilib. Hakim kollegiyasi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilib və 1 il 5 ay 8 gün müddətinə azadlıqdan məhrum edib.

Prokurorluq məhkəmənin qərarından narazı qalaraq kasasiya protesti verib. Ali Məhkəmədə işə baxan hakimlər kasasiya protestini təmin ediblər və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər. Bu dəfə apelyasiya şikayəti hakim Vidadi Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Narazılıq etdim”

Məhkəmədə ifadə verən Nahid Əmirоv ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilİB. O, bildirib ki, baş etibarnamə əsasında özünə məxsus olan, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı 10-KJ-038 dövlət qeydiyyat nişanlı, taksi kimi işlətdiyi

avtomobillə mayın 23-də, saat 21 radələrində Yevlax şəhəri Nizami prospekti ilə Gəncə şəhəri istiqamətində hərəkət edib: “Bu zaman sinif yoldaşım Çingiz əl edəndən sonra avtomobili saxladım. Həmin vaxt dayın oğlu Tural İbrahimov yanımda olub. Maşını saxlayanda “Hyundai Tucson” markalı yol polisi maşını orada idi. Bu zaman Azər Həsənov və Sevindik Şükürov adlı polis əməkdaşlarının mənə saxlamağı işarə etdilər. Maşını saxlayanda “BMW” markalı başqa bir yol polisi maşını da qabağımda saxladı. Mən Çingizlə söhbət edəndə “BMW” markalı polis maşınından düşən Yevlax rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Cavanşir Vəliyev mənə yaxınlaşdı və maşının açarlarını istədi. O, avtomaşınının arxa “qənədlərinin” niyə rənglənmədiyini soruşdu. Pulum olmadığına görə avtomaşını rənglədə bilmədiyimi dedim. Sonra “Cavanşir müəllim, onsuz da sən məni bezdirmisən, canımı boğazıma yığmısan” deyə narazılıq etdim”.

“Qolumu bir neçə yerdən kəsdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, maşınının sağ tərəfdən ayaqaltında olan boş “Xırdalan” pivəsinin butulkasını götürüb və yerə vuraraq sındırıb: “Butulkanın sınıq hissəsini sağ əlində tutaraq, sol qolumu bir neçə yerdən kəsdim. Özümün qolunu kəsməkdə məqsədim Cavanşir və onun yanında olan digər polis əməkdaşlarını qorxutmaq, özümdən uzaqlaşdırmaq olub. Eyni zamanda, avtomobilin sənədləri olmadığına görə bu yolla onlardan yayınmaq istəmişəm. Buna baxmayaraq Cavanşir Vəliyev və adlarını çəkdiyim digər polis əməkdaşları əlimdəki butulkanı aldılar, özümü isə Yevlax rayon polis şöbəsinə apardılar. Hadisə vaxtı pivə butulkasını sındırsam da, heç bir polis əməkdaşına hücum etməmişəm, onları vurmaq fikrində olmamışam. Eyni zamanda, hadisə vaxtı ətrafdan tanımadığım şəxslər keçərək hadisənin şahidi olublar. Lakin həmin vətəndaşlara qarşı da heç bir zorakı hərəkət və ya hörmətsizlik etməmişəm. Hesab edirəm ki, heç kəsə qarşı qərəzli xuliqanlıq hərəkətləri etməmişəm, özüm öz qoluma xəsarət yetirmişəm. Məndə əsəb pozuntusu olub və yol polisi əməkdaşlarının tələbi məni əsəbləşdirdiyinə görə özümü bir qədər aqressiv aparmışam”.

“Sənədləri verməkdən imtina etdi”

Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə verən Yevlax rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru vəzifəsində işləyən Sevindik Şükürov bildirib ki, mayın 23-də, saat 21 radələrində yol-patrul xidməti baş inspektoru Azər Həsənovla birlikdə xidməti “Hyundai Tucson” markalı avtomobillə Yevlax şəhəri, Nizami prospektində xidmətdə olub. Bu zaman “VAZ-2107” markalı avtomobilin zavod konstruksiyasında dəyişikliyin olduğuna görə həmin avtomobilə “saxla” işarəsi verdim. Sürücü Nahid Əmirova yaxınlaşaraq özümü təqdim edəndən sonra törətdiyi qayda pozuntusunu izah edib, sənədlərini təqdim etməsini xahiş etdim. Nahid Əmirov isə məni nalayiq söyüşlər söydü. O, qanuni tələbimə tabe olmayaraq avtomobilə aid sənədlərini təqdim etməkdən imtina etdi. Nahid Əmirovu intizama dəvət edərək bir daha sənədlərini təqdim etməsini xahiş etdim. Amma Nahid Əmirov hərəkətlərini davam etdirərək avtomobilini sürüb gedəcəyini, heç bir sənəd təqdim etməyəcəyini söylədi. O, mənə qarşı deyilməsi mümkün olmayan nalayiq ifadələr işlətdi”.

“Məni hədələməyə başladı”

Zərərçəkmişin sözlərinə görə, polis baş leytenantı Azər Həsənov Nahid Əmirovun hərəkətlərini gördüyündən yaxına gəlib və irad bildirib: “Azər Həsənov da Nahid Əmirovu nizam-intizama dəvət etdi. Həmin anda oradan keçən dövlət yol polisi bölməsinin rəisi Cavanşir Vəliyev də yaxınlaşdı və Nahid Əmirovu sakitləşdirməyə çalışdı. Nahid Əmirov isə daha da qızışaraq azğınlaşdı və bu dəfə hamımızı söydü. Nahid Əmirov “məni saxlayan p.. yeyir, sizin pоqonunuzu sökdürəcəm, nə itsiniz ki, məni saxladıb sənəd istəyirsiniz, maşın mənimdir, qabağını qaldırıram, haqq edirəm", sözlərini dedi. Cavanşir Vəliyev ona irad bildirərək sakit olmasını tələb etdi. Bu zaman Nahid Əmirov avtomobildindən “Xırdalan” pivəsinin boş butulkasını götürərək sındırdı. O, polis mayoru Cavanşir Vəliyevi, polis baş leytenantı Azər Həsənovu və məni hədələməyə başladı. Bildirdi ki, buradan getməsək, hamınızı doğrayarayacam. O, sonra əlində butulka sınığı ilə üzərimizə gəldi və daha sonra həmin butulka sınığı ilə özünün sol qolunu kəsdi. Tez bir

zamanda imkan edərək Azər Həsənovla Nahidi zərərsizləşdirdik. Sonra isə avtomaşını ilə birlikdə rayon polis şöbəsinə apardıq”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan digər polis əməkdaşları da Sevindik Şükürovun ifadəsinə uyğun danışıblar. Nahid Əmirovun vəkili Sevda Bəkirova bildirib ki, zərər çəkmiş şəxslərin məhkum Nаhid Əmirоvdаn heç bir şikayət yoxdur: “Nahid Əmirov əməlindən səmimi peşmandır. O, məcburi köçkündür, аztəminаtlı аilədəndir, himаyəsində xəstə аnаsı vаr. Nahid Əmirov аilənin yegаnə qаzаnc gətirən üzvüdür və səhhətində ciddi prоblemlər vаr”.

Dövlət ittihamçısı Vidadi Cabbarov Yevlax Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, Nahid Ə,mirovun Cinayət Məcəlləsinin 221.3 və 315.2-ci maddələri ilə cəzalandırılmasını istəyib.

Tərəflərin fikirlərini dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Nahid Əmirovun apelyasiya şikayəti təmin edilməyib. Amma prokurorluğun protesti qismən təmin edilib və Yevlax rayon Məhkəməsinin hökmü ləğv edilərək, yeni hökm elan edilib. Məhkəmənin hökmü ilə Nahid Əmirovun barəsində 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsinin 1 oktyabr 2015-ci il tarixli qərarı ilə Nahid Əmirov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. Apelyasiya instansiyası hökm elan edərkən həmin qərarı nəzərə alıb. Buna görə də Nahid Əmirov 6 ay 12 gün əlavə cəza çəkməli olacaq. O, məhkəmə zalında həbs edilib.

Akif Quliyev

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mer özünü doğradı

    Mer özünü doğradı ...

    14-06-2013, 12:50

  • 
  • Gəncədə yol polisini döyüb, paqonlarını qopardılar

    Gəncədə yol polisini döyüb, paqonlarını qopardılar ...

    29-12-2014, 12:52

  • 
  • Binəqədidə avtoxuliqanlıq hərəkətlərini çəkərək sosial şəbəkələrdə yayan sürücü inzibati qaydada həbs edildi

    Binəqədidə avtoxuliqanlıq hərəkətlərini çəkərək ...

    20-07-2019, 19:17

  • 
  • Şirkət meneceri məhkəmə zalında həbs edilib

    Şirkət meneceri məhkəmə zalında həbs edilib ...

    15-01-2016, 12:46

  • 
  • Siyəzəndə qonşusunu bıçaqlayana 3 il cəza verildi

    Siyəzəndə qonşusunu bıçaqlayana 3 il cəza verildi ...

    2-02-2017, 23:05


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (163)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu