Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynov yeni televiziya açır. Bu barədə GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, böyük bir qrant layihəsi olacaq televiziya 2013-cü ilin sonuna qədər 1 milyon dollardan çox büdcə əsasında formalaşacaq. Artıq televiziyanın formalaşdırılması istiqamətində işlər də başlayıb. Məlumata əsasən Əli Hüseynovun yaratdığı televiziya iqtidarın 2013-cü il siyasətinin dəstəklənməsinə yönələcək. Maraqlıdır ki, bu TV kanalın yaradılması ilə ölkənin aparıcı xəbər agentliyi olan APA-nın da televiziya yaratmaq təşəbbüsləri də eyni zamana təsadüf edir. Məlumata əsasən hətta Əli Hüseynovun yaradacağı telekanala APA-da işləyən bir neçə şəxs də dəvət alıb və dəvəti qəbul ediblər. Bildirilir ki, deputatın yaradacağı telekanalın maliyyəsi xarici fondlardan biri tərəfindən qarşılacanaq. Və artıq parlamentdə təmsil olunan bir neçə jurnalist deputatın telekanalında işləmək üçün hazırkı iş yerlərindən çıxıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?