GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Cavanşir Paşazadənin gizlinləri

Cavanşir Paşazadənin gizlinləri

Tarix: 11-04-2013, 10:00 Bölmə :Manşet Baxış: 1 844
Cavanşir Paşazadənin gizlinləri

Oliqarxlar Astaranı öz aralarında bölüblər; Şeyxin qardaşı
Xəzər sahilində 30 hektar sahəyə sahib çıxıb; Astara rayon icra
hakimiyyətindən dəniz sahilinin tutulması qanunsuz hesab edilır


Astara terminalı ilə yerli sakinlər arasında ərazi üstündə mübahisə yaranıb. Terminalın ərazisi 4 hektara yaxındır. Lakin terminalın rəsmiləri Xəzər dənizi boyunca uzanan, çimərliyi əhatə edən torpaqların da onlara məxsus olduğunu iddia edirlər. Bu da yerli əhali ilə onlar arasında narazılığa səbəb olub.
Dəniz sahilinin bir hissəsində sahilbərkitmə işləri aparılıb. Orda çimmək təhlükəli hesab olunur. Qalan yerlər də hasara alınıb. Çimərliyin ərazisi tamamilə daralıb. Adıgedən çimərliyin ərazisi zəbt olunsa sahil boyu yerlər keçilməz olacaq. Söhbət də həmin çimərlikdən gedir. Həmin əraziyə bir neçə evin həyətyanı sahəsi də daxildir. Təxminən bir ay əvvəl həmin ərazini əhatəyə almaq üçün hasar çəkmək istəyiblər. Lakin dənizə yaxın ərazidə yaşayanlar buna etiraz ediblər. Bu məsləyə rayon icra hakimiyyəti də müdaxilə etməli olub. Müvəqqəti olaraq işlər dayandırılıb. Sakinlər isə terminaldan öyrədilmiş adamların onları narahat etdiklərini deyirlər.

«Allahşükür Paşazadənin qardaşı ilə bir yerdə gəldilər»

Astara şəhər sakini Şahin Məlikovun sözlərinə görə, əhalinin etirazları ilə bağlı terminalın rəhbərliyi onların yanında olub: «Həyətimin qabağında qalmışdım, Terminalın rəisi Rafael müəllim Allaşükür Paşazadənin qardaşı ilə ( deputat Hacı Qəzənfər Paşazadəni nəzərdə tutur - MM) bir yerdə gəldilər. Gördüm deyirlər ki, evimin tinindən bu ərazilər bizimdir. Hamısını almışıq. Lazım olarsa sizin evlərinizə traktor dayayıb sürdürərik. Mən dedim necə almısınız, heç bir Astara vətəndaşının xəbəri yoxdur. Bizim çimərliyimiz burdadır. Yəni yaşlılarımız da, cavanımız da bura gəlirik. Astaralıların cəmi yeri bu 200-300 metrdir».

«Çimərlik ərazisinin bir hissəsini Milli Məclisin üzvləri öz aralarinda bölüblər»

Rayon sakinlərindən Asən Həşimli isə deyir ki, oliqarxlar Astaranı öz aralarında bölüblər. «Astaranın dəniz sahilindəki çimərlik ərazisinin bir hissəsini Milli Məclisin üzvləri öz aralarında bölüblər. Şəhər camaatının yay aylarında çimərlik kimi istifadə elədikləri 200-300 metr dəniz sahilli hal-hazırda şəxsi mülkiyyət kimi göstərilir. Onlar ərazini tutmaqda israrlıdırlar».
Asən Həşimli deyir ki, ərazi hasarlansa dəniz sahilində yaşayanlar etiraza qalxacaqlar.
Astara şəhər sakini Qəhrəman Gülhəsənov da Azadlıq Radiosuna bildirib ki, həmin ərazidə həyətyanı sahəsi var. Ev də inşa edib. Bütün sənədlər yerində olsa da terminalın rəsmiləri evi sökməyi və burdan köçməyi ondan tələb edirlər:
«Rafael Abdullayev ayın 12-də bizi Şirvan məhkəməsinə verib. Sənədim də var. Deyir ki, qır zavoduna kimi terminalındır. İndi biz də qalmışıq avara, nə edək, kimə müraciət edək. İcra Hakiminin yanına girmişəm iki dəfə. İcra hakimi başa düşüb bizi. Deyib sənədin düzdür. Prokurorluqda deyiblər sənədin düzdür, məhkəmə də dedi sənədin düzdü, rəsmi sənəddir. Gündə burda abır-həya gedir. Gündə bura gəlirlər, söyüş, daş atmaq. Biri dəryazla gəlir. Baş açmaq olmur».
Qəhrəman Gülhəsənov deyir ki, ailəsi də qonşunun evində qalır.Şəhər sakini Əflatun Nəzərov da narazılığını gizlətmir. O deyir ki, özbaşınalıq baş alıb gedir: «Kim gəlir bura nə istəyir edir. Yolu düzəltdilər, toz basıb buranı. Bu yerlərin hamısını da tutublar».

«Onlar o torpaği alanda bəyəm deputat idilər?»

Milli Məclisin deputatı Hacı Cavanşir Paşazadəyə yaxın olduğu deyilən, Astara terminalının nümayəndəsi Rafael Abdullayev isə Azadlıq Radiosuna bu ərazilərin onlara məxsus olduğunu deyib. Onun deməsinə görə, bu torpaqlar alınanda Hacı Cavanşir Paşazadə deputat deyildi: «Mətbuatda deyirlər ki, iki deputat Astaranın bütün torpaqlarını zəbt edib. Sual olunur, bunlar bu torpağı nə vaxt alıblar, onlar o torpağı alanda bəyəm deputat idilər? Sahibsiz yer idi qalmışdı, gəldilər burda iş adamı kimi öz işini gördülər. 2002-ci ildə. İndi bəzi adamlar çıxıb meydana, onları qızışdırırlar. Kimlərsə onların arxasında durur. Deyir get yaz, belə de. Nəticəsi də budur. Gəlib gördünüz. Kim istəyir danışır. Heç olmasa həqiqəti danışsın. Mən bir söz demirəm. Olan şeyi deyil, olmayan şeyi deyirlər. O torpaqları qanunsuz veriblər, bizim torpaqdır. Orda bina tikiblər, onu demirlər. Amma deyirlər ki, hasar tikirlər. Harada var hasar. Sahil boyu bərkitmə işi aparıblar, elə də qalıb. Kim onların qabağını alır ki, getməsinlər çimərliyə. İndiyə kimi gediblər, yenə gedəcəklər».

Xəzər sahilində Cavanşir Paşazadənin adına 30 hektar torpaq var...

Astara şəhər bələdiyyəsinin sədri Məmməd Məmmədov dəniz sahili boyu Cavanşir Paşazadənin adına 30,6 hektar torpağı olduğunu təsdiq etdi. Bələdiyyə sədrinin deməsinə görə, bu torpaq kənd təsərrüfatı məhsullarının əkilməsi məqsədi ilə 2002-ci ildə alınıb. Bunun 3,7 hektarı terminalın ərazisi hesab olunur. Terminal hər il bu məqsədlə bələdiyyənin hesabına 3440 manat icarə haqqı ödəyir. Sədr deyir ki, 11 il ərzində dəniz sahili ilə bağlı qanun 3 dəfə dəyişdirilib. Yeni dəyişiklikdə dəniz sahilindən 50 metr dövlət əhəmiyyətli torpaq hesab olunur və buna rayon icra hakimiyyəti baxır. Bu baxımdan da sahil dövlətindir, onu heç kim özəlləşdirə bilməz. Sədrin dediyinə görə, dəniz sahilində digər deputatların da yerləri var.

Bəs icra hakimiyyəti buna necə baxır?

Astara rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov da terminalın dəniz sahilini tutmasını qanunsuz hesab edir. Onun deməsinə görə, Astara terminalının sahibində olan sənəd mülkiyyəti təsdiq edən sənəd deyil. O deyir ki, çimərliyi zəbt etməyi heç kimə imkan verməzlər.

Müstəcəb Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputat icra başçılarının qanunu saymamasından gileyləndi

    Deputat icra başçılarının qanunu saymamasından ...

    27-02-2014, 11:39

  • 
  • Yasamalda daha bir qalmaqal: etiraz edən sakinlərə polis “əzələ” göstərir

    Yasamalda daha bir qalmaqal: etiraz edən ...

    18-02-2014, 15:53

  • 
  • Şəkidə kurqan ərazisi şumlanır

    Şəkidə kurqan ərazisi şumlanır ...

    8-12-2012, 10:29

  • 
  • Şahdağ Milli Parkında güclü yanğın

    Şahdağ Milli Parkında güclü yanğın ...

    17-08-2015, 14:11

  • 
  • Çimərliklərdə bir günlük istirahət neçəyə başa gəlir?

    Çimərliklərdə bir günlük istirahət neçəyə başa ...

    12-08-2013, 01:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu