Bəzi özəl çimərliklərdə qiymətlərin baha olması seçim imkanını məhdudlaşdırır
Çimərlik mövsümünün bitməsinə bir aydan çox vaxt qalsa da, havaların sərin keçməsi istirahətini dəniz kənarında keçirənlərin sayını azaltmayıb. Bəzi özəl çimərliklərdə qiymətlərin baha olması seçim imkanını məhdudlaşdırır. Məsələn, Şıxov çimərliyində sərbəst giriş olan yerdə daha çox adam vardı. Lakin bura əlacsızlıqdan gəldiklərini deyən sakinlər ərazinin zibilli olmasından gileylənirdilər.
Bakı şəhər sakini Şakirağa Abbasov bildirir ki, özəl çimərliklərə daxil olmaq üçün hər bir şəxs 4 manatından keçməlidir: “Bu qiymət müqabilində stol,stul, çətir və günəş vannası qəbul etmək üçün kətil təklif olunur. Girişi 10 manmat olan digər özəl çimərliklərdə isə əlavə olaraq, hovuzda çimmək imkanları olur”.
Çimərliyin administratoru Səbuhi Gülməmmədov, belə çimərliklərdə qadağaların bununla bitmədiyini bildirdi: “Bura yemək gətirmək qadağan edildiyindən, ən azı yemək, mineral su və şirə əlavə 10 manat deməkdir. İstirahətinə rəng qatmaq üçün əgər bir dövrə skuter gəzintisi etmək də kiminsə könlündən keçsə, bu, daha bir onluğa başa gələcək. Beləliklə, bir nəfərin çimərlikdə istirahəti 30 manatdan başlayır. 4 nəfərlik bir ailənin çimərlikdə bir günlük istirahəti orta hesabla 100 manata başa gəlir”.
Lakin bu, orta qiymət hesab olunur. Bakının digər özəl çimərliklərində isə təkcə giriş 50 manata qədər qalxır. Bu qiyməti təyin edənlər görünür belə hesab edirlər ki, Xəzər dənizi yalnız onlara məxsusdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?