GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kəmaləddin Heydərovun 320 milyonluq əməliyyatına Van dərsi

Kəmaləddin Heydərovun 320 milyonluq əməliyyatına Van dərsi

Tarix: 11-04-2013, 10:02 Bölmə :Manşet Baxış: 1 922
Kəmaləddin Heydərovun 320 milyonluq əməliyyatına Van dərsi

Zaqatalada yoxa çıxan milyonlar

“Media və korrupsiya” mövzusunda müsabiqədə 6 ən yaxşı jurnalist araşdırması seçilib. Müsabiqə Yeni Nəsil jurnalist təşkilatı tərəfindən “Avrasiya” beynəlxalq əməkdaşlıq fondu və Niderland XİN-in dəstəyi ilə keçirilib. Müsabiqənin məqsədi korrupsiya problemini işıqlandıran jurnalistlərin təşviqi olub. Müsabiqədə qalib gələn yazılardan birini diqqətinizə çatdırırıq.
Bu ilin may ayında Qax-Zaqatalada baş verən zəlzələ yüzlərlə evə ziyan vurdu. Olay yerinə gedən ölkə başçısı İlham Əliyev, Fövqalədə hallar naziri Kəmaləddin Heydərov təbii fəlakətin gətirdiyi fəsadların aradan qaldırılması üçün bütün lazımı tədbirlərin görüləcəyini vəd etdilər. Əvvəlcə dövlət büdcəsindən 20 milyon, daha sonra isə 300 milyon manat ayrıldı. Sakinlərə bildirildi ki, dərs ilinə qədər (2012-ci il sentyabrın 15-nə qədər – red.R.D.) bağçalar və məktəblər tikilib istifadəyə veriləcək. Qış qapını kəsdirənə qədər isə qəzalı evlər sahiblərinin “xidməti”ndə olacaq. Havalar soyusa da evlər tam tikilib istifadəyə verilmədi, məktəblərin inşası hələ də davam edir. Bağçalardan isə söz açmağa dəyməz. Valideynlər övladlarını ya evlərində tərbiyə edirlər, ya da bağça müəllimələrinin mənzillərinə göndərirlər...

İlham Əliyevin açılışında iştirak etdiyi məktəb çat verib

Gözbarax kəndində orta məktəb istifadəyə verilib. Kənd sakinləri deyir ki, sözügedən təhsil ocağının tez bir zamanda tikilib hazır olması ölkə başçısının ikinci dəfə Zaqatalaya səfəri üçün nəzərdə tutulubmuş. İlham Əliyevin qırmızı lenti kəsməsi üçün tələm-tələsik tikilən orta məktəbin hazırda binasında çat əmələ gəlib. Çatın qalınlığı 1-2 sm arasındadır.
Zaqatalada elə kəndlər var ki, orada evlər sökülüb yenidən tikilsə də, inşasının tam başa çatması üçün bundan sonra da 3-4 ay gərəkdir. Həmin evlərin ustalarıyla söhbət zamanı məlum oldu ki, mənzillərin tikilməsi üçün verilən tikinti materaillarını almağa günlərini sərf edirlər. Elə ev sahibi var ki, rayonun mərkəzinə gedib, komissiya üzvləri ilə dalaşır, sonda istəyinə çatır. Bundan başqa ustalara normal pul verilmir. Ustalara tikintisindən asılı olmayaraq hər işə görə bir kvadrat metr üçün ən yaxşı halda 3 manat pul verilir. Əksər vaxtı bu pullar da gecikdirilir. Bu halda isə fəhlələr baş götürüb qaçırlar. Gözbaraxda, Qımırda, Çobankolda və başqa kəndlərdə tikilən mənzillərin çoxu yarıtikildir. Zaqatalalılar iddia edir ki, 3-5 min manat müqabilində evi və həyətindəki damı yenidən inşa etdirmək mümkündür.

Unudulmuş bir kənd...

Ən acınacaqlı vəziyyət Zaqatalanın Ələsgər kəndindədir. Ələsgər Muxax kəndindən 2 kilometr aralıdadır. Yəni o qədər uzun məsafə qət etmirsən. Kənd o qədər də böyük deyil. Burada 70 ailə yaşayır. Kəndə gediş-gəliş çətindir. Bura bircə dənə də olsun marşrut işləmir. İnsanlar rayonun mərkəzinə getmək üçün yük maşını sifariş edirlər. Maşın isə zəhmət haqqı üçün 20 manat tələb edir. Bu pulu qazana bilməyən kənd sakinləri ayda, ildə bir dəfə mərkəzə gedirlər.
Ələsgərdəki evlərin əksəriyyəti qəzalı vəziyyətdədir. Zəlzələdən sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) komissiyası kəndə iki dəfə səfər edib. Bütün mənzillərə “təmir edilməlidir”, “bərpa-gücləndirmə” rəyi yazılıb. Ancaq bircə dənə də olsun ev təmir olunmayıb. Sakinlər onlardan mənzillərinin təmir olunmasını tələb edəndə özlərinin qarşılaşdığı problemləri eşidirlər. Sən demə, FHN bu kəndə evlərin təmiri üçün taxta-şalban, daş, qum-çınqıl göndərə bilmir.
Məryəm Mahmudovaya komissiya üzvləri deyib ki, Ələsgər kəndinə gəlmək çətindir: “Bizə dedilər ki, özünüz maşın tapın inşaat materiallarını aparın. Belə dövlət olar? Soyuqdan qırılırıq. Bir azdan havalar lap pis olacaq”.
Gülşən Mahmudovanın evi də qəzalı vəziyyətdədir. Onun mənzilinə də komissiya gəlib, baxıb, rəyini yazıb və gedib. Təbii fəlakətdən sonra Ələsgərdə yalnız 9 illik təhsil verən orta məktəb inşa edilir. Dərs ilinə qədər məktəb istifadəyə verilmədiyi üçün şagirdlər direktorun evində “təhsil” almalı olurlar.

FHN deyir ki...

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində 01 noyabr 2012-ci il tarixə kimi FHN-nin müvafiq komissiyası 28680 fərdi yaşayış evinə, 1179 ictimai kommunal binalara baxış keçirilib. Bunlardan 3545 fərdi yaşayış evinin, 11 kommunal çox mənzilli yaşayış binasının bərpası nəzərdə tutulub. Hazırda evlərə və sosial obyektlərə texniki baxışların keçirilməsi davam edir. Rayonlar üzrə Zaqatalada 3003, Qaxda 327, Balakəndə 215 (cəmi 3545) fərdi yaşayış evinin və 3 kommunal çox mənzilli yaşayış evlərinin tikintisinə başlanılıb. 482 ev tikilib sakinlərin istifadəsinə verilib. Zəlzələ ilə bağlı ziyan dəymiş 35 məktəbin, o cümlədən Zaqatalada 21, Qaxda 10, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılıb. Bunlardan 6 məktəb tikilib istifadəyə verilib, 9 məktəbin tikintisi başa çatmaq üzrədir. Tikintisinə gec başlanılmış məktəblərin isə 2013-cü ilin yanvar-aprel aylarında tikilib istifadəyə veriləcəyi bildirilir. Zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün əvvəlcə 20 milyon manat, sonra 300 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin 234 605,6 min manatı xərclənib.

130 milyon manatın “yox”a çıxması...

Zəlzələ bölgəsində də vəsaitlərin mənimsənilməsi mərhələsi daha çox tikinti materiallarının şişirdilmiş bazar qiymətləri ilə alınmasında və evlərin tikintisində baş verir. Zəlzələ bölgəsində evlərin bir kvadratmetri 500 manata tikilir. Bunu Zaqatala rayonunun Gözbarax kəndində çalışan “Gilan Holdinq” şirkətinin nümayəndəsi Seyidmalı İsmayılov da təsdiq edib. Əslində isə zəlzələ bölgəsində ev tikintisi neçəyə başa gələ bilərdi? “Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı monitorinq aparmadan dəqiq rəqəmlər açıqlamağa çətinlik çəkdiyini bildirdi. Lakin o, zəlzələ bölgəsində inşa edilən evlərin qaçqın və məcburi köçkünlər üçün inşa olunan şəhərciklərdən ucuz başa gəldiyini də qeyd etdi.
Fövqəladə Hallar Nazirliyinin xətti ilə tikilən evlərin qiymətinin araşdırılması üçün dəfələrlə adı çəkilən nazirliyə müraciət edib və rəsmi sorğu göndərib. Prosesə müstəqil ekspertlərdən və qiymətləndirmə şirkətlərinin nümayəndələri də cəlb edilib. Məlum olub ki, Sabirabad və Saatlıda iki otaqlı ev təxminən 19 min 500 manata, 3 otaqlı ev isə 24 min manata başa gəlir. Fövqəladə Hallar Nazirliyinin xətti ilə Zaqatalada iki otaqlı evlərin tikintisi 45 min manata, 3 otaqlı evlərin tikintisi 63 min manata başa gəlir. Bu da real qiymətlərdən 2-2,5 dəfə artıqdır və reallıqdan uzaqdır. Yəni korrupsiyadan xəbər verir.
Hər bir evin tikintisində 20 min manatdan 32 min 500 manata qədər mənimsəmə var. Tikilən evlərin daha çox 3 və 4 otaqlı olduğunu nəzərə alaraq mənimsənilən vəsaiti orta hesabla hər evdən 27 min manat götürsək təkcə evlərin tikintisi zamanı nəzərdə tutulan 3545 evin tikilməsi üçün dövlət büdcəsindən nə az, nə çox 95 milyon manatın “yox”a çıxdığı məlum olur. Zəlzələ zonasında tikilən evlərdə hamam və tualetin inşası nəzərdə tutulmayıb. Tikinti materiallarının şişirdilmiş bazar qiymətləri ilə alınması, ucuz işçi qüvvəsindən istifadə olunması, vergi və digər sosial ödənişlərin ödənilmədiyi, sığorta və əmək müqaviləsinin olmadığı və başqa işləri nəzərə alsaq məbləğin 130 milyon manatı ötdüyü üzə çıxacaq. Bu vəsait ümumi vəsaitin az qala yarısını edir.

Evlər neçəyə tikilir, ustalara nə qədər məvacib verilir?

“Əmlak Ekspert Servis” Qiymətləndirmə Şirkəti Kür daşqınları ilə bağlı 2011-ci ildə tikilmiş 78.5 kvadrat metrlik evin qiymətləndirməsini aparıb. Qiymətləndirmə “Qiymətləndirmə fəаliyyəti hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununа və Milli Qiymətləndirmə Stаndаrtlаrınа (AZS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlхalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun оlaraq həyata keçirilib. Qiymətləndirməyə əsasən 3 otaqlı, 78.5 kv.m ümumi, 54,3 kv.m. yaşayış, 24,2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin dəyəri 23959 (iyirmi üç min doqquz yüz əlli doqquz) manat olub.
2 otaqlı, 73.78 kv.m ümumi, 32,0 kv.m. yaşayış, 41,78 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin dəyəri isə 19 721 (on doqquz min yeddi yüz iyirmi bir) manat təşkil edib. Zəlzələ bölgəsində tikinti işlərini həyata keçirən podratçı təşkilatlarda çalışan işçilərlə hər hansı müqavilə bağlanmır. Onlardan yalnız vəsiqələri alınır, kitaba kimlikləri qeyd olunur. İşçilər təhlükəsizlik qaydalarına əməl etmirlər. Bu qaydalara əməl etmək üçün onlara hər hansı şərait də yaradılmır. Tikintidə, hətta qaynaq işlərində çalışanların xüsusi qoruyucu geyimləri, uniformaları, başlarında kaskaları, hətta bəzilərinin əlcəkləri belə yoxdur. Bir çox işçilərə əmək haqqı qarşılığında gündəlik 10-12 manat günəmuzd verilir.
Aparılan təmir-tikinti işlərində yerli sakinlər demək olar ki, iştirak etmirlər. Səbəbi isə çox sadədir - verilən əmək haqqı xeyli aşağıdır. Buna görə də əsasən işçilər, Saatlı, Sabirabad, Şirvan, İmişli, Dağıstan və başqa bölgələrdən gəlirlər. Belə ki, fəhlələrə suvağın, alçipanın, döşəmənin vurulmasının bir kvadratmetri 2 manat, hörgünün kvadratı 2,5-3 manat pul verilir. Usta da həmin vəsaitdən ona kömək edən fəhləyə də pul verməlidir. Halbuki, podratçı təşkilatların FHN ilə razılaşmasına görə, işçilərə faktiki olaraq verilən əmək haqqından qat-qat artıq məvacib ödənilməli idi.

Zəlzələyə ayrılan pullara məmurlar üçün villalar tikilir

“Zaqatalada Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilən müşavirədə ona zəlzələ bölgəsində podratçı təşkilatların gördüyü işlərlə bağlı 3 ay öncə təqdim olunmuş arayış yenidən təqdim edilib. O isə öz növbəsində “axı bu arayışı 3 ay öncə mənə vermişdiniz” desə də sonradan üstündən sükutla keçib. Noyabrın 15-də isə bölgəyə səfər edən FHN rəhbəri bildirib ki, 2012-ci ilin 7 və 18 mayında Qax-Zaqatala bölgəsində baş vermiş Zəlzələ nəticəsində ziyan dəymiş evlərin 60 faizi tikilib”, - bu sözlərin müəllifi isə mənzili qəzalı vəziyyətdə olan, ancaq heç bir yardım ala bilməyən Aşağı Tala kəndinin sakinidir.
Vəsaitlərin xərclənmə coğrafiyası bəzən FHN-ni aşaraq digər yüksək vəzifəli şəxslərin maraq dairəsinə, bəzən isə siyası məqsədlərə xidmət edir: “Həmin pulların bir hissəsi podratçı təşkilatların, başqa bir hissəsi FHN-nin rəhbərliyində təmsil olunan şəxslərin, onların yaxın ətrafının, qohumlarının biznez maraqlarının təmin olunmasına sərf olunur.
Vəsaitlərin digər hissəsi isə daha yuxarı oqranlara ötürülür. “Qənaət olunmuş” vəsaitlərlə zəlzələ bölgəsində çalışmalı olan şirkətlər Xızıda, Göy-Göl rayonunun Zod qəsəbəsində, Bakı şəhərinin özündə, Zirə qəsəbəsində, İsmayıllı rayonunda, Qəbələdə, Ağdaşda, Lənkəranda və başqa ünvanlarda FHN-də, Prezident Administrasiyasında və başqa dövlət qurumlarında işləyən yüksək vəzifəli şəxslərə, onların yaxın qohum-əqrabası üçün müasir tələblərə cavab verən yaraşıqlı, böyük iqamətgahlar tikirlər. Bu villa-iqamətgahları birbaşa FHN rəhbərliyinə məxsus və tabe olan əsasən “Azəri Trans” şirkəti inşa edir”.
Ən maraqlı məqamlardan biri isə Zaqatalada evlərin tikintisi ilə məşğul olan şirkətlərin adlarının çox ciddi cəhdlə gizlədilməsidir. FHN rəhbərliyinə təqdim olunmuş arayışlarda ev tikən şirkətlərin adı gizlədilir və şirkət rəhbərlərinin yalnız soyadları qeyd olunub. Çalışan şirkətlərin adlarının nəinki ictimaiyyətə, hətta FHN daxilində belə yazışmalarda və hesabatlarda da açıqlanmasına icazə verilmir.

Zaqatalayla Vanın fərqi, yaxud nazirlik niyə susur?

Ötən il Türkiyənin Van şəhərində baş vermiş ağır, dağıdıcı zəlzələdən sonra bir il içində bölgə yenidən quruldu. Yeni şəhərin salınması Türkiyənin dövlət büdcəsinə cəmi 150 milyon dollara (təxminən 130 milyon manata – R.D) başa gəldi. Ancaq Zaqatalaya dövlət büdcəsindən təxminən 3 dəfə çox vəsait ayrılmasına baxmayaraq problemlər həll olunmur.
FHN isə ona ünvanlanan çoxsaylı suallara aydınlıq gətirmir. İstər vətəndaş cəmiyyətinin, istər jurnalistlərin, istərsə də Zaqatala sakinlərinin həm rayon icra hakimiyyətinə, zəlzələdən sonra ayrılan komissiyanın rəhbərinə, nazirliyə, həm də nazir Kəmaləddin Heydərova göndərdiyi saysız-hesabsız sualları, müraciətləri, şikayətləri cavabsız qalıb.
Bunları nəzərə alaraq cavabı hələ verilməyən sualları qeyd edirik:
1. Evləri tikilmiş şəxslərin adı, soyadı, ailə üzvlərinin sayı, tikilən yeni evin sahəsi, həmin evi tikən şirkətin adı, tikintiyə çəkilən xərc və evin ünvanı FHN-nin saytında yerləşdirilsin.
2. Ustalara verilən pulun dəyəri açıqlansın.
3. Mənzilləri tikən şirkətlər və onların rəhbərlərinin adı açıqlansın.
4. Ev inşa edən şirkətlər bu işi görmək üçün tenderdə necə qalib gəlib? Onların tenderə verdiyi layihənin surəti ictimaiyyətə açıqlansın.
5. FHN-nin tərkibində yaradılmış komissiya evlərin “qəzalı” və ya “bərpa-gücləndirmə” rəyini nəyə əsasən verir?
6. Rayonun Ələsgər kəndində zəlzələdən sonra bircə dənə də olsun ev tikilməyib. Bunu nə ilə izah etmək olar?
Ümidlə FHN-dən bu suallara cavab gözləyirik. İnanırıq ki, nə vaxtsa bizə, o cümlədən, ictimaiyyətə qaranlıq qalan suallar “ağ gün”ə çıxacaq...

Ramin DEKO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Kür” Kəmaləddin Heydərovu yoxlayır

    “Kür” Kəmaləddin Heydərovu yoxlayır ...

    17-02-2013, 12:48

  • 
  • 22 milyon 396 min 316 manata tikilən jurnalistlərin evi

    22 milyon 396 min 316 manata tikilən ...

    1-02-2014, 23:35

  • 
  • Kəmaləddin Heydərovdan 1 milyard dolların hesabı sorulur

    Kəmaləddin Heydərovdan 1 milyard dolların hesabı ...

    21-04-2013, 13:31

  • 
  • Zaqatala sakininin həyatı risq altındadır

    Zaqatala sakininin həyatı risq altındadır ...

    13-12-2012, 12:32

  • 
  • Qax- Zaqatala zəlzələsi ilə bağlı növbəti hesabat hazırlanır

    Qax- Zaqatala zəlzələsi ilə bağlı növbəti hesabat ...

    26-12-2012, 12:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu